Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Quran, Allahın bütün insanlara xəbərdaredici və öyüd verici olaraq endirdiyi, qiyamətə qədər etibarlı olan yeganə haqq kitabdır. Qurandan əvvəl göndərilən kitablar insanlar tərəfindən təhrif edilmişdir. Ancaq Quran, Allah tərəfindən qorunmuşdur. Bu həqiqət “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9) ayəsiylə xəbər verilmişdir.

Quran haqqında ağılsızların irəli sürdükləri əsassız iddiaların ən geniş yayılmışlarından biri də, mübarək Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in, Quranı Kitabi Müqəddəsdən (Tövrat və İncil) ilham alaraq yazdığı yalanıdır. Bu, tamamilə xəyali və heç bir əsası olmayan iddiaya öz zəif ağıllarına görə Quran ilə Müqəddəs Kitab arasındakı bəzi oxşarlıqları göstərərlər.

Halbuki oxşarlıqların olması olduqca təbii bir vəziyyətdir. Çünki hamısı (Tövrat və İncilin təhrif edilmiş hissələri istisna olmaqla) Uca Rəbbimiz Allahın sözüdür. Allahın hər dövrdə göndərdiyi dinlərdə, Allahın varlığı, birliyi, Allahın sifətləri, axirət inancı, iman gətirənlərin, inkar edənlərin, münafiqlərin xüsusiyyətləri, əvvəlki ümmətlərin vəziyyəti kimi əsas mövzular, verilən öyüd-nəsihət və çəkindirilən xüsuslar, əxlaqi meyarlar eynidir. Bunların bir qismi, yəhudilik və xristianlıqda olduğu kimi, daha sonra təhrifə məruz qalmışdır. Quranın və hədislərin əsasında qiymət verildiyində, hansı hissələrin təhrifə məruz qaldığı, hansı hissələrin təhrif edilmədən qaldığı asanlıqla aydın olar. Bu səbəbdən də, əvvəlki kitablarda çatdırılan mövzularla Quranda izah edilənlər arasında oxşarlıq və paralellik olması heç də irad tutulacaq bir vəziyyət deyildir. Allah ayələrdə bu şəkildə bildirir:

Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır. Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?

Şuəra surəsi, 196-197

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq.

Nisa surəsi, 131

Həmçinin, Rəbbimiz Quranın, həqiqi Tövrat və İncili təsdiqləyici bir kitab olduğunu da bildirir:

Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik.

Maidə surəsi, 48

Özündən əvvəlki kitabları təsdiqləmək xüsusiyyəti təkcə Qurana deyil, digər haqq kitablara da verilmişdir. Hz. İsaya göndərilən İncil də, özündən əvvəl hz. Musaya endirilən Tövratı təsdiqləyir. Bu həqiqət Quranda belə xəbər verilir:

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.

Maidə surəsi, 46

Bu, Allahın bir qanunudur və bu qanun əlbəttə ki, Quran üçün də məqbuldur. Quranda, digər İlahi dinlərin kitablarında yer alan ortaq mövzuların bir qismindən bəhs edilmişdir. Həcc surəsinin 26-cı və 27-ci ayələrində həcc ibadətinin hz. İbrahimlə başladığı, Ənbiya surəsinin 72-ci və 73-cü ayələrində namaz və zəkatın Peyğəmbərimiz (s.ə.v)-in dövründən əvvəl də fərz buyrulduğu, Muminun surəsi 51-ci ayədə digər elçilərə də saleh əməllər etməyinin əmr edildiyi bildirilmişdir. Ayələrdə belə buyrulur:

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib:

“Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” – demişdik. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun düşmüş dəvələr üstündə gəlsinlər.

Həcc surəsi, 26-27

Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik. Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

Ənbiya surəsi, 72-73

Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!

Müminun surəsi, 51

Bura qədər izah etdiklərimizdən, nə üçün Quranla əvvəlki kitablar arasında oxşarlıqların olduğu və bunun nə qədər normal bir hal olduğu asanlıqla aydın olur. Bu səbəbdən, bu oxşarlıqların olması Quranı Peyğəmbərimiz (s.ə.v)-in yazmadığını, əksinə bütün İlahi dinlərin kitablarının Allahın sözü olduğunu sübut edir. Bu da həm Quranda bildirilən, həm də ağıl və məntiqin təsdiq etdiyi bir həqiqətdir.

Allah, Quranın Öz Qatından endirilmiş haqq kitab olduğunu və bu həqiqəti başa düşə bilməyən insanların vəziyyətini ayələrində belə xəbər vermişdir:

Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkkşübhə olmayan kitabları müfəssəl izah edəndir. Yoxsa:

“Məhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.

Yunis surəsi, 37-39

Həmçinin, bu böhtanı atanların iddialarını tam mənasıyla etibarsız edən çox əhəmiyyətli bir həqiqət də vardır: Hz. Məhəmməd (s.ə.v) ümmidir. Yəni oxumağı və yazmağı bilmir.

Peyğəmbərimiz (s.ə.v)-in ümmi olması onun peyğəmbərliyinin ən böyük dəlillərindəndir. Üstəlik, həyatında Tövratı və ya İncili oxumuş ya da tədqiq etmiş, onlar haqqında məlumat sahibi də olmamışdır. Peyğəmbərimiz (s.ə.v)-in əvvəllər bu kitabları oxumaması, yazmaması, bir tədqiqat aparmaması, hazırlıq, ya da bir iş görməməsi, qövmünün də yaxından şahid olduğu bir həqiqət idi. Bu mövzuda heç kimin bir şübhəsi yox idi. Siret ensiklopediyasında bu həqiqət belə izah edilir:

Hz. Məhəmməd (s.ə.v) bir ümmi idi; yazıb oxumağı bilməzdi. Aralarında doğulub böyüdüyü ailə üzvləri, yaxınları və məkkəlilər, bütün həyatı boyunca nə bir kitaba əl vurduğunu, nə də əlinin qələm tutduğunu görmüşlər. Vəziyyət belə ikən ona vəhy edilmiş elm dəryası Quran, öz özlüyündə bir möcüzədir. Çünki bu kitabda keçmişdəki bütün İlahi kitabların əsas mövzuları, əvvəlki peyğəmbərin hekayələri, dinlər və bunların gətirdiyi inanclar, köhnə tarix, mədəniyyət və mədəniyyət ilə iqtisadiyyat, siyasət və əxlaq mövzusundakı məlumat xəzinələri vardır. Halbuki, hz. Məhəmməd (s.ə.v) bunların hamısıdan tamamilə xəbərsiz idi. Özünün, ümmi olmasına baxmayaraq belə bir Kitabla iman gətirməyənlərin qarşısına çıxması onsuz da peyğəmbərliyinin ən böyük dəlili idi... (Siret Ansiklopedisi, Hazırlayan: Afzalur Rahman- Londra Siret Vakfı Başkanı, s.162)

Quranda, inkarçılar üçün də çox aydın və bilinən bir həqiqət olan Peyğəmbərimiz (s.ə.v)-in bu xüsusiyyəti, onlara qarşı bir dəlil olaraq ifadə edilmişdir:

Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.

Ənkəbut surəsi, 48

Məşhur tərcüməçi və İslam alimi Cəlaleyn ayəni belə təfsir edir:

Sən bundan, yəni Qurandan əvvəl kitab oxuyan deyildin. Onu əlinlə də yazmadın, elə olsaydı, yəni savadlı olsaydın, batili müdafiə edənlər, haqqında şübhəyə düşər, tərəddüd edərdilər. Və, “Tövratda bizə izah edilən Peyğəmbər ümmi olub savadı yoxdur” deyərdilər.

(Celaleyn Tefsiri Tercümesi, Tercüme İbrahim Serdar, Yusuf Şensoy, Fatih Enes Yayınevi, İstanbul, 1997, 3-cü cild, s. 1432-1433)