Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Son söz
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz

Bu kitabda Quranı başa düşməməyin və səhv başa düşməyin əsas səbəblərini təyin etdik. İmandan uzaq kəslərin Qurandakı müxtəlif mövzularla əlaqədar iddia etdikləri ağılsız etirazlardan, etdikləri axmaq şərhlərdən bəzi nümunələri misal göstərdik. Buradakı məqsədimiz, bu etirazların cavablarını verməklə bərabər əsl olaraq, imandan səmimiyyətdən uzaq kəslərin necə ən sadə mövzuları belə başa düşməyəcək, idrak edə bilməyəcək hala düşdüklərini gözlər önünə sərmək idi.
Bunu unutmamaq lazımdır ki, ağılsız bir kimsənin İslam və Quran haqqında düşəcəyi təzadların, ziddiyyətlərin sonu yoxdur. Çünki Quran, səmimiyyət və onun gətirdiyi ağıl ilə aydın olacaq bir üslubda endirilmişdir, yəni Quranı başa düşməkdəki meyar səmimiyyət və ağıldır. Buna görə də ağıldan məhrum bir kimsənin Quran haqqında etdiyi şərhlərin, etirazların cəfəngliyinə təəccüblənmək mənasızdır.
Mömin qarşısındakından da özü kimi bir ağıl və anlayış gözlədiyindən olduqca ağılsız və məntiqsiz şərhlər qarşısında təbii ki, təəccüb edə bilər. Lakin Allah Quranda bizə iman gətirməyənlərin ağıl və anlayış mövzusunda bir payı olmadığını bildirmişdir. Buna görə də Qurana uyğun olaraq baxdıqda iman gətirməyənlərin ağılsız şərhləri təəccüb ediləcək bir mövzu olmaz, bir ibrət mövzusu, bir iman həqiqəti halına çevrilər.
Quran Allahın haqq kitabıdır və açıq-aşkardır. Heç bir sayıqlama ilə, boş sözlə Qurana qarşı şübhə oyatmaq mümkün deyildir. İnkar edənlər bu sayıqlamalar ilə ancaq özlərini və özləri kimi olanları aldadar, vicdanlarının səsinə qulaq asmazlar.
Mömin Quranın həqiqətlərini və möcüzələrini insanlara izah etməklə mükəlləfdir. Haqq gəldiyində batil onsuz da yox olmağa məhkumdur. Quranda bu həqiqət, “Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!” (Ənbiya surəsi, 18) ayəsi ilə xəbər verilir.
Necə ki, batilin aqibəti yox olmaqdan başqa bir şey deyildir:
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.