Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz
Quranda izah edilən Nuh tufanı da inkar edənlərin ağılsız olduqlarını və dolayısı ilə qəbul etmədikləri mövzular arasındadır. Nuh tufanının baş verdiyini inkar edənlər bu iddialarına dəlil olaraq dünya səviyyəsində bir tufanın reallaşmasının texniki olaraq qeyrimümkün olduğunu deyirlər. Buna əsaslanaraq, belə bir hadisəni təsdiqləyən Quranın Allahın sözü ola bilməyəcəyini iddia edirlər.
Halbuki bu iddia, Allahın endirdiyi və təhrif edilməmiş tək müqəddəs kitab olan Qurani Kərim üçün məqbul deyildir. Çünki Quranda tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə keçən tufan rəvayətlərindən olduqca müxtəlif bir şəkildə xəbər verilir. Təhrif edilmiş olan Tövratda bu tufanın dünya miqyasında olduğu və bütün dünyanı əhatə etdiyi deyilər. Halbuki, Quranda tufanın beynəlxalq miqyasda olduğu şəklində bir ifadə yoxdur. Əksinə, əlaqədar ayələrdən tufanın regional olduğu və bütün dünyanı deyil, təkcə hz. Nuhu yalançı hesab edən qövmün cəzalandırıldığı aydın olur.
Eynilə Ad qövmünə göndərilən hz. Hud (Hud surəsi, 50) və ya Səmud qövmünə göndərilən hz. Saleh (Hud surəsi, 61) və digər peyğəmbərlər kimi hz. Nuh da yalnız öz qövmünə göndərilmişdir və tufan da hz. Nuhun qövmünü həlak etmişdir:
Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi:
“Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”.
Həlak olanlar hz. Nuhun təbliğini heçə sayan və üsyanda inadkarlıq göstərən qövmdür. Bu mövzudakı ayələr heç bir müzakirəyə yer verməyəcək qədər aydındır:
Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.
Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.
Göründüyü kimi Quranda bütün dünyanın deyil, təkcə Nuh qövmünün həlak edildiyi bildirilir. Ayələr bu qədər aydın olduğu halda hələ Quranda Nuh tufanının qlobal miqyasda olaraq çatdırıldığını iddia etmənin cahil seqmentləri aldatmağa, onların ağlını qarışdırmağa cəhd etməkdən başqa məqsədi yoxdur.
Təhrif edilmiş Tövrat və İncildəki məntiqsizliklərin, xurafatların heç birinin Quranda olmaması, hətta bunların düzəldilmiş həqiqi hallarının köçürülməsi də Quranın tamamilə Allah Qatından göndərilən bir kitab olduğunu bir daha sübut edir.
Quranda Tufan hadisəsindən qlobal miqyasda olaraq bəhs edilməsi digər bir baxımdan da mümkün deyildir. Çünki Allah, hər hansı bir qövmə elçi göndərilmədiyi təqdirdə, o qövmün həlak edilməyəcəyini deyir. Həlak üçün, qövmün özünə xəbərdarlıq edib qorxudan birinin gəlmiş olması və bu xəbərdarlıq edənin təkzib edilmiş olması lazımdır. Allah Qəsas surəsində belə buyurur:
Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.
Yenə başqa bir ayədə isə “Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.” (İsra surəsi, 15) deyə buyrulur. Ayələrdən aydın olduğu kimi özünə xəbərdarlıq edən göndərilmədən bir qövmün həlak edilməsi, Allahın qanununa ziddir. Bir xəbərdarlıq edən hz. Nuh isə yalnız öz qövmünə göndərilmişdir. Buna görə də Allah, xəbərdarlıq edən biri göndərilməmiş qövmləri deyil, yalnız hz. Nuhun qövmünü həlak etmişdir.
Tufan haqqındakı bir başqa mövzu isə, suların ərazidəki bütün yüksəklikləri, dağları örtəcək qədər hündürlüyə qalxıb qalxmadığı mövzusudur. Məlum olduğu kimi Quranda, gəminin tufandan sonra “Cudi”yə oturduğu bildirilir. “Cudi” sözü bəzən xüsusi bir dağ adı olaraq qəbul edilir, halbuki söz ərəbcədə “hündür yer, təpə” mənasını verir. Həmçinin, “Cudi” sözünün bu mənasından, suların ancaq müəyyən bir hündürlüyə çatdığı, qurunu tamamilə əhatə etmədiyi aydın olur. Yəni tufanı təhrif olunmuş Tövratda və digər əfsanələrdə izah edildiyi kimi bütün yer üzünü və yer üzündəki bütün dağları örtmədiyini, yalnız müəyyən bir bölgəni örtmüş olduğunu Qurandan öyrənirik.
Həmçinin, tufanın reallaşdığı düşünülən arxeoloji bölgədə edilən qazıntılar da, tufanın bütün dünyanı əhatə edən qlobal bir hadisə deyil, Mesopotamiyanın bir hissəsini təsiri altına alan olan çox geniş bir fəlakət olduğunu göstərir. (Ətraflı məlumat üçün yazıçının, “Qövmlərin həlakı” adlı kitabına müraciət edilə bilərsiniz.)