Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Hekayələrdəki hikmətləri başa düşməmək
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz

Allah Quranda müxtəlif mövzuları nümunə və bənzətmələrlə izah edir. Bu nümunə və bənzətmələr də əksərən əvvəllər gəlmiş peyğəmbərlərin və ya elçilərin həyatlarından və ya Quranın endirilməsindən əvvəl yaşanmış müxtəlif hadisələrdən nəql edilən məlumatlardır. Bu səbəbdən də Quranda yer alan bu cür hekayələr insanlar üçün bir çox ibrət, nümunə, işarə və hikmətlər daşıyar.
Bu İlahi hikməti qavraya bilməyən kəslərin hər dövrdə Quran haqqındakı cahilliklərini göstərən sözlərini Allah Quranda belə bildirir:
Ayələrimiz onlara oxunduğu zaman deyərlər:
“Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.
Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?” – deyə soruşduqda, onlar:
“Bu, keçmişdəkilərin nağıllarıdır!” – deyərlər.
Halbuki ağlını işlədə bilməyənlərin nağıl zənn etdikləri hekayələr, möminlərə yol göstərən saysız-hesabsız dəyərli məlumat və nümunələrlə doludur. Allah hər dövrdə möminlərin başlarına gələ biləcək hər cür hadisə və şərti əvvəlki peyğəmbərlər və qövmlərin yaşadıqlarından müxtəlif nümunələr verərək izah edir. Bu hekayələr saysız-hesabsız İlahi hikmət ehtiva edərlər; bunlardan bir neçəsini belə saya bilərik:
- Allahın möminlərin və inkar edənlərin üzərində hökm sürən və dünya yaranandan bəri dəyişməyən qanunlarını göstərmək; - Möminlərin hər dövrdə qarşılaşdığı hadisələr, imtahanlar, çətinliklər qarşısında nə edəcəklərini, necə davranacaqlarını, nə cür reaksiyalar vermələri lazım olduğunu, necə bir əhval-ruhiyyə və əxlaq nümunəsi nümayiş etdirəcəklərini, Allaha qarşı necə bir rəftar və üslub içində olmaları lazım olduğunu təsvir edib izah edir. Hər mövzuda möminlərə yol göstərmək.
- Möminlərin şövqlərini artırmaq.
- İnkar edənləri xəbərdar edib doğru yola dəvət etmək və bu dəvətə tabe olmayanların ziyanla nəticələnən aqibətlərini xatırlatmaq.
- Qiyamətə qədər Qurana tabe olan möminləri dünyada və axirətdə gözləyən gözəl aqibət ilə müjdələmək.
Bu hikmətləri dərk edəcək ağıl və qavrayışdan məhrum olan insanlar isə öz zəif ağıllarına görə Quranı bir nağıl kitabı kimi görmək yanılmasına düşər, hekayələrdəki hikmətləri görə bilməzlər. Bu insanların hər cür öyüd-nəsihət və izahata qarşı olduqları, sabit fikirli, hissləri yox olmuş insanlar olduqları ayələrdə belə ifadə edilir:
Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar:
“Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər.
Bu cür insanlar bu davranışları ilə Qurana və ya İslama bir zərər verə bilməzlər. Özləri hər nə qədər Qurana zərər vermək, insanları din əxlaqından uzaqlaşdırmaq və ya mane olmaq istəsələr də, həqiqətdə yeganə zərəri hiss etmədən özlərinə edərlər. Bu həqiqət yuxarıdakı ayənin davamında belə bildirilir:
Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.
İçində olduqları səhvi dərk etdiklərində isə ox yaydan çıxmış, çox gecikmişdirlər, artıq geriyə qayıtmaq və səhvlərini düzəltmək imkanı yoxdur. Bu vəziyyət ayədə belə xəbər verilir:
Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin!