Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Quranı şərh edə bilməmək
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz

Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır. Bu da Qurandakı sonsuz ilahi hikmətdən qaynaqlanır. Müəyyən saydakı ayələrin daxilinə sərhədsiz bir elm, üstün bir hikmətlə yerləşdirilmişdir. Ayələr öz daxilində zahiri, batini, bir-birinə qarışmış və qatlanmış bir çox məna ehtiva etdikləri kimi ayələrin bir-birləri arasındakı əlaqələrdən də saysız mənalar çıxar. Bəzən tək bir ayənin şərhi belə müstəqil bir kitab mövzusu ola bilər. Buna görə də, Quranı şərh etmək üçün hər şeydən əvvəl Quranı tam bilmək şərtdir.
Ayəni düzgün şərh edə bilmək, əsl mənanı başa düşə bilmək üçün, Quranı tam bilməkdən əlavə, İslam alimlərinin bu mövzuda istifadə etdiyi üsulları da bilmək lazımdır. Bu üsulların ən əhəmiyyətlilərindən biri, bir ayəni Quranda olduğu yerə əsasən qiymətləndirməkdir. Quranda çox vaxt bir ayənin mənası o ayənin içində keçdiyi mövzu bütövlüyündən aydın olar. Ayənin əvvəli və ondan sonrakı ayələr o ayədəki mənanın dəqiq olaraq başa düşülməsini təmin edir. Bu vəziyyət İslami ədəbiyyatda, ayənin "siyak və sibakı" yəni "gəlişi və gedişi" olaraq adlandırılar. Buna görə də, bir çox ayəni olduğu yerdən ayırıb, əvvəlinə axırına diqqət yetirmədən, yalnız daxilində olan sözlərə görə şərh etməyə cəhd göstərmək çox səhv mənaların çıxmasına səbəb ola bilər.
Əksər dövrlərdə, bəzən cəhalət nəticəsində bəzən də məqsədli olaraq, ayələrin bu şəkildə səhv təfsir edilməsi, Quranın səhv başa düşülməsinə və Quran haqqında pis niyyətli insanlar tərəfindən müxtəlif böhtanlar atılmasına gətirib çıxarmışdır.
Bir başqa əhəmiyyətli üsul da ayələrdə keçən sözlərin mənalarını yenə ayələri əsas götürərək başa düşməyə çalışmaqdır. Bir çox söz Quranda xüsusi mənalarda istifadə olunur. Quranın müəyyən bir yerində istifadə edilən bir kəlmənin hansı mənada istifadə edilməsi çox vaxt o kəlmənin Quranın başqa bir yerində istifadə edilmə formasından aydın olar. Bəzən bir sözün birdən çox mənası ola bilər. Belə bir sözün, yer aldığı ayədə hansı mənada istifadə edildiyi, o sözün Quranın başqa yerlərində hansı mənada istifadə edilmiş olduğundan aydın olar. Yoxsa lüğəti açıb Quranda gördüyü hər sözü ilk mənasıyla qəbul etmək çox səhvdir, hətta bəzən tam əksi olan məna və şərhlər əldə etməyə səbəb ola bilər. Buradan da aydın olduğu kimi, Quran öz-özünü izah edən bir kitabdır. Bir ayənin təfsiri, şərhi bəzən bir başqa ayənin və ya bir neçə ayənin mənasında gizli ola bilər. Ayəni düzgün şərh etməyin əhəmiyyətli şərtlərindən biri də Quranın ruhunu qavramaqdır. Quranın ruhunu qavraya bilmək üçün də Quranı tam bilmək lazımdır. Allahın sonsuz mərhəmət, şəfqət və ədalətinin Quranın bir çox ayəsindəki təcəllisi (əks olunması)
görülüb başa düşülməli və Quranın hamısı bu dünyagörüşünə görə qiymətləndirilməlidir. Olduqca əhəmiyyətli olan bir mövzu da, müsəlmanların öz şərhlərinə qiymətləndirmələrinə görə Qurandan hökm çıxarmamaqlarıdır. Saleh bir müsəlman bu mövzuda böyük İslam alimlərinin şərhlərinə tabe olmalı, onların dinin əsasları haqqında etdikləri şərhlərə görə hərəkət etməlidir.
Quran ilahi bir Kitab olduğu üçün əlbəttə, digər kitablara bənzəməz və onlarla müqayisə edilə bilməz. Quranın özünə xas xüsusi bir üslubu vardır. Quranı-xüsusilə də Quranın mütəşabih ayələrini-doğru və lazım olduğu kimi şərh edə bilmək üçün eyni zamanda Quranın ümumi üslubunu, təməl ruhunu layiqincə qavramaq lazımdır. Quranın ruhuna uyğun bir dünyagörüşünə sahib olmaq, Allahın Quranla bildirdiyi müxtəlif elmləri lazım olduğu kimi başa düşə bilmək üçün əhəmiyyətli bir şərtdir.