Şövq, bir işi və ya bir məqsədi reallaşdırmaq üçün duyulan möhkəm istək və arzudur. Görülən işdə nə qədər ixlaslı olunarsa, hiss ediləcək şövq də o dərəcədə böyük olar. İnkar edənlərin isə etdikləri işlərdə -hər hansı bir mənfəətləri olmadığı müddətcə- şövqlü hərəkət etmələri demək olar ki, qeyri-mümkündür. Onlar sadəcə nəfslərinin istəklərini təmin etmək üçün şövq duyar və bunun üçün də hərisliklə hərəkət edərlər. Edilən bu işin nəticəsində isə insanın yalnız özünün qazanması vacibdir. Bundan başqa, özləri üçün mənfəət təmin etməyəcəkləri işlərdə, son dərəcə istəksiz və şövqsüz olarlar. Bu rəftarları da etdikləri işlərə mənfi bir şəkildə əks olunur. Şövq və istəyin gətirdiyi diqqət olmadığı üçün, ortaya çıxan nəticə də səmərəsiz və bərəkətsiz olar. Çox vaxt başladıqları işləri yarım buraxarlar, hətta başlaya bilməzlər belə. Bu səbəblə başladıqları bir şeyi sona çatdırmaları, onlar üçün böyük bir müvəffəqiyyət, hətta təqdir edilməli olan bir vəziyyətdir. Allah Quranda bu insanların könülsüz etdikləri işlərin tamamilə boş bir səydən ibarət olduğunu və bundan ötrü də hüsrana uğrayacaqlarını bildirmişdir:
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.
Möminlər isə, imanlarının onlara verdiyi xoşbəxtliyə görə, heç bitməyən enerji, şövq və istəyə sahibdirlər. Hər keçən gün Allahın razılığını daha çox qazanmaq üçün, daha çox saleh işlər görmək istəyərlər. Bitirdikləri bir işlə kifayətlənməz, əksinə bu onları daha da şövqləndirər, yeni saleh işlər görmələrinə vəsilə olar. Etməli olduqları işləri ən yaxşı, ən gözəl və insanlara ən faydalı olacaq şəkildə edə bilmək üçün Allaha dua edər, düşünər və bu istiqamətdə səmimi cəhd göstərər. Bütün bunların nəticəsində ortaya çıxan nəticə, edə biləcəklərinin ən yaxşısı olar. Bu, Allahın möminlərə verdiyi müvəffəqiyyətin əhəmiyyətli bir sirridir.
Bu qısa dünya həyatında Allahın razılığını qazana biləcəkləri nə qədər çox saleh işlər görərlərsə, axirətdə görəcəkləri gözəl qarşılığın o cür böyük olacağını bildiklərindən heç bir zaman azıyla kifayətlənməyib, həmişə daha çoxuna etməyə cəhd edərlər, Allaha, “... Sənin razı qalacağın saleh iş görməyi mənə ilham et ...” (Əhqaf surəsi, 15) şəklində dua edərlər. Allah möminlərin bu ixlaslı davranışına cavab olaraq ürəklərinə “təhlükəsizlik və hüzur” duyğusunu endirərək onların imanlarını hər keçən gün daha da artırar. Allah möminlərə olan bu rəhmətini Quranda bu şəkildə bildirmişdir:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur...