Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Yanlış qədər inancları vardır

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Dövrümüzdə insanlara, “Qədər nədir?” deyə bir sual yönəldilsə çox az adamdan doğru cavab gələcəkdir. Bu vəziyyət insanların qədərin tam olaraq nə mənanı verdiyini bilmədiklərini göstərir. Qədərin həqiqi mənasını bizə hər mövzuda doğrunu göstərən Qurandan öyrənməmələri, qədər anlayışının onlara qazandıracağı rahatlıq və hüzurdan da məhrum qalmalarına səbəb olur.

Qədər, Allahın yaratdığı hər canlının keçmişdə etdiyi və gələcəkdə edəcəyi hər şeyi, hər hərəkəti, düşüncəni, danışmağı ən incə təfərrüatına qədər bilməsi və nəzarət etməsidir. İnsanlar daha doğulmadan, həyatları boyunca görəcəkləri və yaşayacaqları hər şey Allah qatında təyin edilmiş və planlanmışdır. Allah, hər şeyi bir qədər daxilində yaratdığını “Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq” (Qamər surəsi, 49) ayəsiylə bildirir. İnsan həyatı boyunca Allahın onun üçün istədiyi və istəmədiyi hadisələrlə qarşılaşdığında, tamamilə Allahın dilədiyi bir şəkildə həyatını davam etdirir. Allah bu gerçəyi bizə belə bildirir:

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır. Hər bir kiçik və böyük əməl yazılmışdır.

Qamər surəsi, 52-53

Allahın ayədə ifadə etdiyi kimi, bütün insanlar tamamilə Allahın nəzarəti və hakimiyyəti altında yaşayırlar. Bir başqa ayədə isə Allah, bütün insanların Rəbbimizin təyin etdiyi qədər istiqamətində həyat sürdüklərini bu sözlərlə xəbər verir:

Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir.

Ənfal surəsi, 17

Bu səbəblə, insanın dilədiklərini dəyişdirməsi, taleyindən kənara çıxması mümkün deyil. İnsanların qədərləri, qədərləri daxilində qarşılaşdıqları hər şey və verdikləri hər reaksiya, Allahın əmridir. Allah bu həqiqəti “... Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür” (Əhzab surəsi, 38) ayəsiylə bildirmişdir. Buna görə bütün insanlar qədərə təslim olmaq vəziyyətindədirlər. İnsan daxil bütün canlılar Allahın təyin etdiyi qədərə görə həyatlarını yaşayırlar.

Bu izah etdiklərimiz, insanın xoşbəxt ola bilməsində, hər şərtdə hüzurlu və rahat bir şəkildə davranaraq, sabit bir ruh halına sahib olmasında əhəmiyyətli rol oynayır. Qədərə təslim olmanın insana verəcəyi rahatlıq və hüzuru daha dəqiq görmək üçün, qədərə inanıb təslim olan və qədərə iman gətirməyən iki insanın, bir hadisə qarşısında verəcəkləri reaksiyaları müqayisə edərək araşdıraq. Bu əhəmiyyətli hadisənin bütün gənc insanların, həyatlarının dönüş nöqtəsi olaraq gördükləri universitet imtahanları olsun. Bəhs etdiyimiz iki adamın da bu imtahana girəcəyini fərz edək. Bu iki adamın da qədərə olan baxış aspektləri bir-birlərindən çox fərqli olduğu üçün, yaşayacaqları imtahan psixologiyasının da bu iki adam üzərindəki təsiri olduqca fərqli olacaq. Allahın onun üçün yaratdığı qədərə təslim olan adam, imtahan əsnasında edəcəyi səhvlərin və nəticənin, daha imtahana girmədən Allah qatında müəyyən olduğunu və Allahın bütün bunları bir hikmət üzərinə yaratdığını bildiyindən, imtahanın səbəb ola biləcəyi stress və gərginlikdən uzaq olacaq. Çünki imtahan əslində qədərində olub bitmişdir. İnsan sadəcə imtahana girərək bunun nəticəsini görməyi gözləyəcək. İmtahan nəticəsinə müdaxilə edə biləcək Allahdan başqa bir güc olmadığının şüurundadır. Alacağı imtahan nəticəsi yaxşı, ya da pis də olsa, Allahın hər şeyi xeyirlə yaratdığını bilməsi imtahandan ötrü sıxıntı, ya da stressə qapılmasını əngəlləyər. Allaha olan təvəkkül və təslimiyyəti səbəbiylə imtahandan çıxacaq yaxşı, ya da pis hər nəticəyə könüldən razı olar. Çünki bunu Allah diləmişdir.

Belə bir insan həyacanlanmayıb, stressə girmədiyi üçün, bütün bunların özünə verəcəyi zərər və itkilərdən da uzaq qalar. Çünki həyəcanlı və stressli bir insan rahat ola bilməz, diqqətini toplaya bilməz, biliyini yaxşı istifadə edə bilməyib, asanlıqla səhv edə bilər. İnsanın əhəmiyyətli bir imtahanda bu kimi bir ruh halı içərisində olmasının, imtahanındakı müvəffəqiyyətinə də mənfi istiqamətdə təsir edəcəyi açıqdır. Bu kimsə qədərə olan etibarı sayəsində həm imtahan psixologiyasının gətirdiyi mənfi yükdən uzaq qalacaq, həm də imtahanda müvəffəqiyyətli olma ehtimalı artacaqdır.

Digər adamın vəziyyətinə baxdığımızda, qarşılaşdığımız mənzərənin olduqca fərqli olduğunu görərik. Bu adamın qədərə qarşı təslimiyyəti və etibarı olmadığı üçün, hər şeyi edənin özü olduğunu, hər şeyin öz nəzarəti altında baş verdiyini düşünəcək. Belə əhəmiyyətli bir imtahanda bunu düşünmənin gətirəcəyi yük isə olduqca ağır olacaq. Bu səbəbdən bu ağır yük altından qalxa bilməyərək, böyük bir stress və gərginliyə qapılar. Öz düşüncəsinə görə bu imtahanı qazanıb qazanamaması tamamilə onun əlindədir. İmtahanı qazanmaq üçün aylarla çalışıb vaxt sərf etdiyindən, əgər imtahanı itirsə, bütün bunların boşa gedəcəyi qorxusu və çətinliyi də bu adama ayrı bir kədər qaynağı olar. Qədərə inancı olmadığından, hiss edəcəyi gərginlik və stress, imtahanına mənfi istiqamətdə təsir edəcək. Diqqətini yığa bilməyəcək, bəlkə bildiyi sualları edə bilməyəcək, etsə belə cavab kağızına səhv işarələyəcək. Özü üçün zəruri əhəmiyyət daşıyan bu imtahanı bəlkə də yalnız stress və çətinliyə görə itirəcək. Belə bir vəziyyətə düşən bir kimsənin, hadisələrə iman gözü ilə baxmadığı müddətcə, kədərə qapılıb, pessimist olmaması qeyri-mümkündür. Hətta adam belə bir vəziyyətdə ciddi depressiyalara belə düşə bilər. Baş verən bütün hadisələrin səbəbinin özü olduğunu düşündüyü üçün, çətinliyi və əzabı daha da artacaq. Qədərə tabe olmayıb, Allaha təvəkkül etmədiyi üçün, Allahın onun ürəyinə verəcəyi rahatlıq və etibardan da məhrum qalar. Buna görə, Allahın aşağıdakı ayədə ifadə etdiyi kimi, qədərə tam mənasıyla təslim olmuş insanların sahib olduqları sabit və sakit ruh halını heç bir zaman yaşaya bilməz:

Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə...

Hədid surəsi, 23

İnsanların içərisinə düşdükləri digər yanılma isə, özləri üçün nəyin yaxşı, nəyin pis olduğunu tam olaraq bilməmələri və bunun nəticəsində qatlandıqları sıxıntıdır. İnsanın ağlı və mühakimə gücü zəif olduğundan, Qurana tabe olmadığı müddətcə, özü üçün nəyin yaxşı, nəyin pis ola biləcəyini tam olaraq bilməz. Bu baxımdan da, qarşılaşdığı mənfi kimi görünən bir hadisənin əleyhinə olduğunu düşünməklə səhv etmiş olacaq. Çünki Allah, imtahanın gərəyi olaraq insanları həm xeyirlə, həm də şərlə sınayır. Allah, bütün bu hadisələri insanları sınamaq üçün xüsusi olaraq hikmət üzərinə yaradır. Allah bu sirri, “... Biz sizi sınamaq üçün şər və xeyirlə imtahan edirik və siz Bizə qaytarılacaqsınız” (Ənbiya surəsi 35) ayəsi ilə qullarına xəbər vermişdir. Bu həqiqətə iman gətirib Allahın rizasına uyğun hərəkət edən insan üçün, qarşılaşdığı hər hadisə xeyirli bir nəticəyə səbəb olar. Allah bir başqa ayəsində hər hadisəni insanın görə bildiyi və bilmədiyi bir çox hikmətlə birlikdə yaratdığını belə bildirir:

... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.

Bəqərə surəsi, 216

Ayədə də görüldüyü kimi, insanın sevdiyi və ya sevmədiyi, xoşlandığı ya da bəyənmədiyi hər şeydə əslində insanın özü üçün bir yaxşılıq gizlidir. Çünki insanın başına gələn hər hadisəni, hər şeyi bilən Allah planlamışdır. İnsanı yaradan Rəbbimiz, əlbəttə insanın özü üçün yaxşı və pis olan hər şeyi bilir. Bunun əksini düşünmək Allahın qədrini haqqı ilə təqdir edə bilməmək olacaq ki, bu da insana itkidən və bədbəxtlikdən başqa bir şey qazandırmaz. Bu səbəblə insanın etməli olduğu, özünü daim yaxşıya yönəldəcək olan, Allahın özü üçün təyin etdiyi qədərə təslim olmaqdır.

Başlarına gələn hər şeyin özləri üçün sınaq olduğunun və Allahın hər şeyi xeyirlə yaratdığını bilməyən insanlar isə böyük bir itkiyə məruz qalacaqlar. Bu kəslər, hadisələri Quran əxlaqına görə qiymətləndirmədikləri zaman, qarşılaşdıqları hər şeyə mənfi baxış aspekti ilə yaxınlaşaraq ümidsiz və pessimist bir quruluşa bürünərlər. Bundan xilas olmanın tək yolu isə qədərə tam mənasıyla təslim olmaq, hər hadisədəki hikmətli istiqamətləri görə bilməyə çalışmaqdır. Bu, cahil cəmiyyətin insanları üçün, xoşbəxt ola bilmənin heç bilinməyən bir yoludur.

Allaha və qədərə təslimiyyət içərisində olmayan insan, xoşuna gəlməyən hadisələrlə qarşılaşdığı zaman üsyankar bir ruh halına bürünər. Bu da bu kəslərin çətinliklərini və narahatlıqlarını daha da artırar. Qaynağını bilmədikləri, səbəbini anlaya bilmədikləri hadisələrlə qarşılaşmaq, bu insanlara çətinlik verər. Bu çətinlik Allahın inkar edənlərə dünya həyatında verdiyi qarşılıqdır. Beləcə Allaha üsyan edən, Ona ibadət etməkdən çəkinən insanların əzabı daha dünyadaykən yavaş-yavaş başlamış olar. Allah Quranda bu həqiqəti belə bildirir:

Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar.

Səcdə surəsi, 21

Qədərə gərəyi kimi təslim olmayan kimsənin dünyada qazanacağı tək şey bədbəxtlik və sıxıntı olacaq. İnsanın qədərə olan inancı, etibarı və Allaha olan təslimiyyəti nə qədər güclüdürsə, duyacağı rahatlıq, hüzur və güvən də o dərəcə böyük olacaq. Beləcə həm sabit bir ruh halına sahib olacaq, həm də qarşılaşdığı hadisələrin xeyir və hikmətlərini daha yaxşı görə biləcəkdir.

Səmimiyyətsizliyi özlərinə prinsip etmişlər Səmimiyyət, qısaca insanın düşündükləri və hiss etdikləri ilə uyğun formada davranması olaraq təyin oluna bilər. Həqiqi mənada səmimi olan biri özünü kimsəyə isbat etmək, qəbul etdirmək məcburiyyətində hiss etmədiyi üçün hər mühitdə, rahat və təbii hərəkət edər. Bu şəkildə yaşayan biri üçün səmimiyyət rahatlıq və hüzur qaynağı halına gələr.

Ancaq zəmanəmizdə bir çox insanın ətrafındakı insanlarla olan əlaqələrindəki səmimiyyətdən uzaq quruluş intensiv şəkildə hiss edilir. Cahillik əxlaqını yaşayan insanların bir çoxu yalançılığı, ikiüzlülüyü, saxtakarlığı vərdiş halına gətirmişlər və əlaqələrini də tamamilə bu ünsürlər üzərinə qurmuşlar. Hər kəs müəyyən bəzi mənfəətlər güddüyündən, bir-birlərinə qarşı səmimiyyətsiz rəftar göstərərlər. Təbii ki, bu vəziyyət tək tərəfli deyil, qarşılıqlıdır. Hər iki tərəf də bir-birindən istifadə edərək, bir-birindən ən çox şəkildə faydalanmağa çalışır. Belə bir mühitdə güvən deyə bir anlayış qalmaz. Çünki kimin nə edəcəyi, necə davranacağı, nə düşündüyü qətiyyən müəyyən deyil. Onsuz da insanların bir-birləriylə olan əlaqələrində bədbəxt olmalarının, depressiyaya girmələrinin, birbirlərinə olan sevgi və bağlılıqlarının çox qısa olmasının səbəbi, yaşadıqları bu səmimiyətsizlikdir. Allah, “Elə isə qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar.” (Tövbə surəsi, 82) ayəsiylə din əxlaqından uzaq yaşayan insanların bədbəxt olacaqlarını bildirmişdir.

Səmimiyyətsizlik bu insanlarda başqa mənfi rəftarların da meydana gəlməsinə səbəb olar. Bunlardan biri, özlərinə edilən yardımlara və yaxşılıqlara qarşı nankor bir rəftar sərgiləmələridir. Quran əxlaqından uzaq bir həyat sürdükləri üçün özlərinə edilən kömək və yaxşılıqları tez unutmağa, pislikləri isə heç unutmamağa uyğun bir xarakter göstərirlər. Ən kiçik bir münaqişədə, ya da anlaşılmazlıqda dərhal bir-birlərinin mənfi istiqamətlərini ortaya qoyur və bir-birlərini tənqid edərlər. Bir-birlərinin yaxşı və gözəl istiqamətlərini görməz, ya da görmək istəməzlər. Qısaca, insanlar özlərinə edilən yaxşılıqları, yardımları və gözəllikləri gərəyi kimi dəyərləndirməzlər.

Bir-birlərinə qarşı belə bir əxlaq göstərən kəslər Allaha və dinə qarşı da səmimiyyətsiz bir yanaşma içərisindədirlər. Bu kəslərin Allaha olan imanları olduqca zəifdir və ən kiçik çətinlik və ya gərginlikdə Allahı unutmağa çox meyillidirlər. Allah aşağıdakı Quran ayəsində bu insanların “Allaha bir ucundan ibadət edən” kəslər olduqlarını, bundan ötrü də dünyada və axirətdə böyük itkisi olacaqlarını bildirmişdir:

İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.

Həcc surəsi, 11

Allahın, bu kəslərin inanclarındakı səmimiyyətsizliyi xəbər verdiyi digər ayə belədir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.

Yunis surəsi, 12

Bu insanların səmimiyyətsizliklərinin bir başqa göstəricisi də, bir şeyi etmək istəmədikləri zaman bu davranışlarını doğru göstərmək üçün bəzi bəhanə və səbəbləri qarşıya sürmələridir. Özlərinə Allaha qarşı məsuliyyətləri xatırlandığında, bu məsuliyyətlərdən qaçmaq və ömürlərini nəfslərinin istəkləri istiqamətində hərisiliklə yaşamaları üçün saysız bəhanələri vardır. Hər vəziyyətdə ibadət etmələrinə, Allahın əmrlərinə uymalarına, öz ağıllarına görə əngəl təşkil edən süni səbəblər çıxararlar. Bu hər insanın istəklərinə və gələcəyə istiqamətli planlarına görə fərqlilik göstərir. Bəzisi etməli olan işlərinin olduğunu, bəzisi heç vaxtının olmadığını, bəzisi də ibadətlərini yaşlandığında edəcəyini söyləyir.

Allahın, Özü daxil hər şeyi əhatə etdiyini, hər şeyi görüb eşitdiyini, bəhanələrini söylədiyində, əslində o an ağlından nələr keçdiyinə şahid olduğunu bilən bir insan bu cür bir davranış göstərə bilməz. Bu şəkildə hərəkət etdiyi təqdirdə necə bir əzabla qarşılaşacağının və özünü aldatmasının dünyada və axirətdə ona heç bir fayda gətirməyəcəyinin şüurundadır.

Allaha qarşı səmimi olan, Onun əmr və qadağalarını dəqiqliklə yerinə yetirən insanlar Allahın vədi olaraq səmimi möminlərlə bir yerdə olacaq və onlarla birlikdə yaşayaraq səmimiyyətin gətirəcəyi rahatlığı, gözəlliyi, hüzuru ən gözəl şəkildə yaşayacaqlar. Bu Allahın səmimi qullarına dünyada və axirətdə verdiyi mükafat və çox gözəl bir nemətdir. İnsanın etməli olduğu isə içərisində olduğu bu gözəl mühit üçün Allaha şükür etməsidir.