Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz
Quranı ağılsızca qiymətləndirənlər tərəfindən irəli sürülən bir başqa iddiaya da diqqət yetirmək lazımdır. Quranda yer alan elmi mövzulardakı xəbərlərin, dövrün elm anlayışından əsrlərlə sonrakı dövrdə məlum olduğunu əvvəlki hissələrdə də ifadə etmişdik. Bu, özözlüyündə Quranın çox böyük bir möcüzəsidir. Bu həqiqəti açıq-aşkar görmələrinə baxmayaraq inkarda israr edənlər, bu ilahi möcüzəni insanlardan gizlətməyə səy göstərərək Peyğəmbərimiz (s.ə.v)-in, Qurandakı elmi məlumatları dövrün inkişaf etmiş mədəniyyətlərinin mənbələrindən tərtib etdiyini iddia edirlər. Bu iddianın bir çox cəhətdən etibarsız olduğu məlumdur. Əvvəlcə, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in bütün həyatı boyu belə bir tədqiqat aparmadığı hər kəs tərəfindən bilinir. Bunun əksini iddia edən də olmamışdır. Peyğəmbərimiz (s.ə.v)-in tarixdəki inkişaf etmiş sivilizasiyaların dilini bilmədiyi məlumdur.
Digər tərəfdən, o dövrdə belə bir tədqiqat aparmaq istəyən hər bir şəxs, böyük çətinliklərlə üz-üzə gələrdi. Şübhəsiz ki, 7-ci əsr Ərəbistanında böyük kitabxanalar, yazılı mətbuat, kitabxanaçılar və ya internet şəbəkəsi kimi məlumata çatmağı asanlaşdıran imkanlar mövcud deyildi. Müasir dövrün şərtlərində belə, məsələn, qədim Misirin embriologiya məlumatını tədqiq etmək istəyən bir insanın işi asan deyildir. Misir sivilizasiyasının quruluşu dövrümüzdən təxminən 5000 il əvvələ gedib çıxır. Əvvəlki dövrlərdən bu günə çatan yazılı qaynaqlar məhduddur, üstəlik bunların hamısının tərcümələri də mövcud deyildir. Tərcümə edilə biləni isə, olduqca xüsusi məlumatlar ehtiva etdiklərindən hər yerdə tapılmazlar. Həmçinin, bu tərcümələri qavraya bilmək və şərh etmək üçün çox təfərrüatlı bir tarix məlumatına da yiyələnmək vacibdir. Qısacası, belə bir tədqiqat dövrümüzün şərtlərində belə olduqca çətindir.
Qaldı ki, əvvəlki mədəniyyətlərdən miras qalan bütün məlumatların hamısının doğru və etibarlı olduqları kimi bir vəziyyət də mümkün deyil. Aralarında bir çox səhv məlumatlar, batil inanclar, xurafatlar da vardır. Əgər ağılsızların iddia etdikləri kimi Quranın elmi ayələrinin əvvəlki illərin mədəniyyətlərindən toplanılması kimi bir vəziyyət olsaydı, əlbəttə, aralarında səhv ya da əsassız məlumatların da olması lazım idi. Halbuki, Quran bu cür çatışmazlıqlardan münəzzəhdir. İçindəki elmi ayələrin hamısının müasir elm tərəfindən qəti şəkildə doğru olduqları aşkar edilmişdir. Bu aydın həqiqət, “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (Nisa surəsi, 82) ayəsində də bildirilir.
Buna görə də Qurandakı elmi ayələrin, Peyğəmbərimiz (s.ə.v) tərəfindən başqa mədəniyyətlərin qaynaqlarından əldə olunduğu iddiası da, digər iddialar kimi tamamilə etibarsızdır. Belə insanların mövcudluğu və onlara verilməsi lazım olan cavab Quranda belə bildirilmişdir:
Kafirlər: “Bu, Məhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər” – dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. Onlar:
“Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhəraxşam onun özünə oxunur” – dedilər. De: “Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”