Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz
Allah Nəhl surəsinin 67-ci ayəsində; “Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız…” deyə buyurur.
Ağlını işlətməyən bəzi cahil kəslər burada öz aləmlərində şərabın tərifləndiyini, haram olan bir şeyin təriflənməsinin də ziddiyyətli olduğunu deyərlər. Hər şeydən əvvəl, diqqətlə baxdıqda ayədə şərabın təriflənməsi kimi bir vəziyyət yoxdur. Ayədə təriflənən qisim xurmaların və üzümlərin şəxsən özlərinin gözəl ruzi olduqlarıdır. Ayənin birinci hissəsində bəhs edilən isə insanların bunlardan əldə etdikləri sərxoşedici içkidir ki, onsuz da Quranın bir çox yerində bu içkinin zərərləri sayılmış və pislənilmişdir. Ayədən şərab içməyə, sərxoş olmağa bir təşviq, bir tərif mənasının olduğunu demək də ortada qərəzli bir yanaşma ya da əhəmiyyətli bir anlayış və mühakimə yanlışlığı olduğunu göstərir.
Bu ayədə əhəmiyyətli bir həqiqətə diqqət çəkilir: Allahın ruzi olaraq verdiyi bir nemət, istənildiyində müsbət və faydalı olaraq istifadə edilə bilər, istənildiyində də sui-istifadə edilərək zərərli işlərdə istifadə edilə bilər. Yəni eyni nemət, məqsədə görə gözəllik ya da pislik halına gətirilə bilər, halal və ya haram olaraq istifadə edilə bilər. Burada da imtahan dünyasının bu əsl həqiqəti üzüm və şərabdakı təzad nümunəsiylə bildirilir. Allahın nemət olaraq yaratdığı üzüm, sağlamlıq baxımından nə qədər faydalı, qida mənbəyi, ləzzətli bir məhsul isə, bundan o dərəcə zərərli, insan bədəninə daimi və mənfi təsirləri olan şərab da istehsal edilə bilər. Eyni həqiqət mal, pul, gözəllik, zəka, məqam, mövqe, güc, iqtidar kimi bir çox nemət üçün də məqbuldur. Bu nemətlər Allahın bəyəndiyi xeyirli işlərdə istifadə edilə biləcəyi kimi, Allahın razı olmadığı, zərərli, mənfi məqsədlər üçün də istifadə edilə bilər. Göründüyü kimi, Allah eyni neməti bir çox hikmət daxilində müxtəlif yaradılışlara çevirə bilər. Bu həqiqəti də eyni üstün hikmətlə tək bir ayədə xəbər verə bilər. Düşünüb dərk edən kəslər də Allahın ayələrindəki hikmətləri görər və başa düşərlər. Necə ki, eyni ayənin davamındakı, “…Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 67) ifadəsində də buna diqqət çəkilir.
Qısacası, ayə açıq bir şüur və diqqətlə oxunduğu təqdirdə ortada hər hansı bir ziddiyyətin olmadığı asanlıqla görülər. Artıq bu dərəcə aydın mövzularda ziddiyyət axtarmağa cəhd göstərilməsi da inkar edənlərin Quran qarşısında düşdükləri çarəsizliyi göstərməyə kifayətdir.