Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Bir qisim ağılsızların Quranda, guya ziddiyyət olaraq göstərməyə çalışdıqları mövzulardan biri, şərabın dünyada haram edildiyi halda niyə cənnətdə bir ziyafət olaraq verilməsidir. Mövzuyla əlaqədar ayə isə belədir:

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?

Məhəmməd surəsi, 15

Əvvəlki bölmələrdə də bəhs etdiyimiz kimi, bu cür bir anlayış çatışmazlığı Quranın tam bilməmək, ağlını işlədə bilməmək, pis niyyətli və qərəzli bir dünyagörüşünə sahib olmaqdan qaynaqlanır. İndi belə ağılsız bir iddianın nə üçün məntiqsiz və əsassız olduğunu bir neçə istiqamətdən təhlil edək:

Birincisi, cənnətdə təklif edilən şərabla dünyadakı şərabın fərqli xüsusiyyətlərə sahib olduğunu aşağıdakı ayələrdən başa düşürük:

Çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə ki, ondan başları ağrımaz və məst olmazlar.

Vaqiə surəsi, 18-19

Göründüyü kimi, cənnətdə təklif edilən içki dünyadakı şərabın mənfi təsir və xüsusiyyətlərindən təmizlənmiş bir içki növüdür. Ayədə ifadə edildiyi kimi nə baş ağrısı verər, nə də məst edər. Yəni həzz və ləzzət verməsinə baxmayaraq sərxoşedici və narahatlıq verici bir xüsusiyyəti yoxdur. Bu xüsusiyyətlərə sahib bir şərabın da cənnət nemətlərindən biri nemət olmasında ən kiçik bir ziddiyyət yoxdur.

Dünyadakı içki bir çox cəhətdən Quranda pislənmiş, mənfi cəhətləri ifadə edilmiş zərərli bir içkidir. İçkinin zərərini və mənfi cəhətlərini izah edən ayələrdən bəziləri belədir:

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?

Maidə surəsi, 90-91

Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De:

“İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”.

Bəqərə surəsi, 219

Əlbəttə ki, bu dünyada haram buyrulan içkinin Quranda pislənmiş mənfi xüsusiyyətlərinin cənnətdəki içki olması təsəvvür edilə bilməz. Necə ki, Allah başqa bir ayəsində də cənnət içkisini təsvir edərkən bu içkinin dünyadakı içkinin mənfi xüsusiyyətlərinə sahib olmadığını yenidən vurğulayır:

Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır. Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab. O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.

Saffat surəsi, 45-47

Allahın bildirdiyi bu mövzunu öz aləmində ziddiyyətli hesab edən bir kimsənin anlayışından şübhəyə düşməmək qeyri-mümkündür. Cəhalət və azğın bir məqsədlə Qurana yaxınlaşan bir kimsənin ağlının bu dərəcə yox olması, ən aydın mövzuları belə anlamayacaq bir acizliyə düşməsi də Quranın möcüzələrindəndir. Allah bir ayəsində ağlını işlədə bilməyənlərin düşdüyü bu vəziyyəti belə ifadə edir:

Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.

Yunis surəsi, 100

İkincisi, Quranın ərəbcəsində, bildiyimiz şərab və hər cür spirtli içki mənasını verən “Hamr” kəlməsinin cənnət içkisi mənasında istifadə olunduğu tək ayə əvvəlki səhifələrdə qeyd etdiyimiz Məhəmməd surəsinin 15-ci ayəsidir. Bunun xaricində, cənnətdəki içkilər üçün istifadə edilən “şərab” sözü ərəbcədə hər hansı bir içki mənasını verər. Türkcədə şərab sözü bildiyimiz spirtli içki üçün istifadə edilsə də həqiqətdə ərəbcədə içmək mənasını verən “şerebe” kökündən gəlmişdir və hər cür spirtsiz içki üçün istifadə edilə bilər. Buradan da cənnət içkisinin fərqli bir içki olduğu aydın olur. Yəni Qurandakı cənnət ayələrində keçən “şərab” sözünün türkcədə istifadə edilən şərabla əlaqəsi yoxdur. Bu sözün keçdiyi və içki mənasında istifadə edildiyi ayələrdən bəziləri belədir:

Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər.

Sad surəsi, 51

Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.

İnsan surəsi, 21