Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Bir qisim insanlar da içində yaşadıqları dövr və cəmiyyətin şərtlərini özlərinə meyar qəbul edər və əksəriyyətini qəbul edib tətbiq etdiyi qaydaları mütləq həqiqətlər zənn edərək Quranı qiymətləndirməyə çalışarlar. Bu cür kəslər Qurana etiraz etməyə cəhd göstərənlərin məlumat, anlayış və mədəni səviyyə cəhətdən ən alt, ancaq ən çoxluq təşkil edən seqmentini əmələ gətirər.

Bu cür insanlara, hər cür peşə qrupunda və ictimai mühitdə rast gəlmək mümkündür. Çox düşünməyən, hər hansı bir dünya görüşü olmayan, gününü gün etməyə ya da həyatını qazanmağa çalışan geniş bir seqmenti əmələ gətirərlər. Kiçik hesablar, bəsit zövqlər və mənfəətlər ardınca getdiklərindən, öz zəif ağıllarına görə, Quranı mənfəət və zövqlərinə mane törədəcək, guya kefini pozacaq, guya azadlıqlarını məhdudlaşdıracaq, sadə həyat və ümidlərini dəyişdirəcək, alışıb qurduqları sistemi pozacağını zənn edərlər və primitiv məntiqlə Allahın ayələrinə qarşı çıxmağa çalışarlar.

Bu seqmentin mənsubları Quran ya da din haqqında, ümumiyyətlə, özləri düşünüb tapmadıqları lakin ordan-burdan eşidib mənimsədikləri klassik ağıldankənar qəlibləri irəli sürərlər. Əksərən, “21-ci əsrdə...”, “bu dövrdə...”, “kosmik dövrdə...”, “qərbdə...” və s. kimi qəliblərlə başlayan cümlələr quraraq Quran haqqında ağılsız və cahil şərhlər edərlər. Müasir dövrümüzün həyat şərtləri ilə Quranda bildirilən həyat modelinin uyğunlaşmadığını irəli sürərək Quranın hökmləri haqqında həqiqətdənkənar səhv şərhlər edərlər. Məsələn, gündəlik həyat tempi ilə oruc tutmağın, dövrümüzün iqtisadiyyat anlayışı ilə faizin haram olmasının, müasir qadın-kişi əlaqələri ilə zinanın qadağan edilməsinin uyğun gəlmədiyi kimi ağıl və məntiqdən kənar iddialar irəli sürərək Quranın hökmlərini öz aləmlərində tənqid etməyə çalışarlar.

Quranda bildirilən ibadətlər, hökmlər, qadağalar haqqında cahil və səthi məntiqlərdən istifadə edərlər. Hikmətlərini başa düşmədikləri hökmlər, mənalarını qavraya bilmədikləri ayələr haqqında ağılsız müzakirələr edər və heç bir əsaslı məntiq ehtiva etməyən iddialarını israrlı şəkildə müdafiə edirlər.

“Həyatın həqiqətləri” adını verdikləri cəmiyyətin əksəriyyətinin həyat tərzi və dünya görüşünü mütləq doğru qəbul edir və bunları meyar qəbul edərək öz aləmlərində Quranda səhv və ya çatışmazlıq axtarmağa cəhd edərlər. Halbuki, meyar qəbul etdikləri bu anlayışların nə elmi, nə də məntiqi heç bir dəyəri yoxdur. Mütləq həqiqətlər, həyatın həqiqətləri, əsrin tələbləri zənn etdikləri anlayışlar, topluluq psixologiyası ilə bir-birlərini ovutduqları, öz-özlərini aldatdıqları mənasız düşüncələrdir.

Bütün gücünü çoxluqdan alan, çoxluğa tabe olmaqla doğru yolda olduğunu zənn edən bu şüursuz seqmentin həqiqətdə nə qədər azğın bir yolda olduğu Quranda bizə xəbər verilir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.

Ənam surəsi, 116