Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDAEL

Quran Möcüzələri: Kainat

Mündəricat
  1. Kainat
  2. Yer kürəsi
  3. Canlılar aləmi
  4. İnsan
  5. Sağlamlıq və qida
  6. Gələcək xəbərləri
  7. Tarix
  8. Rəqəmlər və üslub
  9. Qeydlər

Böyük partlayış: yoxdan yaradılış

XX əsrin ortalarına qədər elm aləmi kainatın əzəldən var olduğunu düşünürdü. Bu gün isə kainatın bir başlanğıcı olduğu və vahid nöqtədən “ayrılaraq” yarandığı sübut olunub.

partlayış özü başlayır
1. Tünd qəhvəyi sahələr fon radiasiyasını göstərir. 2. Açıq çəhrayı sahələr istidir. 3. Açıq qəhvəyi sahələr soyuqdur. 4. Tünd çəhrayı sahələr ən isti yerləri göstərir. NASA-nın 1992-ci ildə göndərdiyi Cobe peykinin həssas skanerləri Big Bang-dən sonra bütün kainata yayıldığı ehtimal edilən radiasiyanın qalıqlarını tapdı. Bu kəşf kainatın yoxdan var edildiyi həqiqətinin elmi izahı olan Big Bang nəzəriyyəsinin sübutu oldu.
1. Tünd qəhvəyi sahələr fon radiasiyasını göstərir. 2. Açıq çəhrayı sahələr istidir. 3. Açıq qəhvəyi sahələr soyuqdur. 4. Tünd çəhrayı sahələr ən isti yerləri göstərir. NASA-nın 1992-ci ildə göndərdiyi Cobe peykinin həssas skanerləri Big Bang-dən sonra bütün kainata yayıldığı ehtimal edilən radiasiyanın qalıqlarını tapdı. Bu kəşf kainatın yoxdan var edildiyi həqiqətinin elmi izahı olan Big Bang nəzəriyyəsinin sübutu oldu.

XX əsrin əvvəllərinə qədər hakim olan fikir kainatın sonsuz ölçülərə malik olması, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. “Statik kainat modeli” adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir başlanğıc və ya son yoxdur. Materialist fəlsəfənin də əsasını təşkil edən bu fikir kainatı sabit və dəyişməyən maddələr yığını olaraq qəbul edərək hər hansı bir Yaradanın varlığını da rədd edirdi. Halbuki, XX əsrdə inkişaf edən elm və texnologiya materializmin bünövrəsi hesab edilən sabit kainat modelini kökündən darmadağın etdi.

Kainatın başlanğıcının olmasını XXI əsrin əvvəllərində yaşadığımız bu dövrdə müasir fizika müxtəlif müşahidə, təcrübə və hesablarla sübut edib. Bundan başqa, kainatın materialistlərin iddia etdikləri kimi sabit və statik olmadığı, əksinə, hər an hərəkət etdiyi, dəyişdiyi və genişləndiyi də təsdiq edilib. Bu gün bu həqiqətlər bütün elm dünyası tərəfindən qəbul edilir. Qurani-kərimdə kainatın meydana gəlməsi ilə bağlı bunlar bildirilir:

«O, göyləri və yeri (yoxdan) var edəndir...»

«Ənam» surəsi, 101

Quranda öz əksini tapan bu məlumat müasir elmin kəşfləri ilə üst-üstə düşür. Yuxarıda da qeyd etdiyimiz kimi, çağdaş astrofizika bütün kainatın özünün maddə və zaman ölçüləri ilə birlikdə sıfır anında böyük bir partlayışla meydana gəldiyi qənaətindədir. “Böyük partlayış” və ya əsl adı ilə desək, “Biq bənq” (Big bang) nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvəl bir nöqtənin partlaması nəticəsində yoxdan var olduğunu sübut etmişdir.

“Biq bənq”dən əvvəl maddə deyilən bir nəsnə yox idi. Maddənin, enerjinin, hətta zamanın da olmadığı, tamamilə metafizika olaraq adlandıra biləcəyimiz bir yoxluq şəraitində maddə, enerji və zaman bir anda yaradılmışdır. Müasir fizikanın elmi şəkildə sübuta yetirdiyi bu böyük həqiqət Quranda bizə hələ 1400 il bundan əvvəl xəbər verilib!

Genişlənən kainat

Astronomiyanın hələ inkişaf etmədiyi bir dövrdə nazil olan Quranda kainatın genişləndiyi bildirilir. Elm bu həqiqəti yalnız 1929-cu ildə müşahidə ilə təsdiqləyə bildi.

sürüşdürücü ilə zamanı idarə edin
Georges Lemaitre
Georges Lemaitre

Astronomiya elminin hələ inkişaf etmədiyi bir dövrdə - 1400 il əvvəl göndərilən Qurani-kərimdə kainatın genişlənməsindən belə bəhs edilir:

«Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik”.»

«Zariyat» surəsi, 47

Bu ayədəki “səma” (göy) kəlməsindən Quranın əksər yerində “kainat” və “kosmos” mənasında istifadə edilir. Bu ayə də bildirdiyimiz mənada işlədilir və kainatın genişləndiyini xəbər verir. Azərbaycan dilinə “Biz onu genişləndirməkdəyik” kimi tərcümə edilən ərəb dilindəki “innə lə musiunə” ifadəsindəki “musiunə” kəlməsi “genişləndirmək” mənasına gələn “əvsəə” feilindən törəyib. “Lə” şəkilçisi də birlikdə işlədilən isim və sifətə uyğun olaraq “çox” mənasını ifadə edir. Dolayısilə, bu ifadə “Biz göyü və ya kainatı çox genişləndiririk” mənasına gəlir. Elmin bu gün gəldiyi nəticə Qurandakı qənaətin təkrarlanmasından başqa bir şey deyil.1

XX əsrin əvvəllərinə qədər elm dünyasında hakim olan fikir kainatın sonsuz ölçülərə malik olması, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. Ancaq müasir texnologiyalar əsasında aparılan tədqiqat və hesablamalar kainatın bir başlanğıcının olduğunu və onun hər an genişləndiyini göstərir.

XX əsrin əvvəllərində rus fiziki Aleksandr Fredman və belçikalı astrofizik Corc Lemaytr kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesablamışdılar. Bu həqiqət 1929-cu ildə müşahidələrlə sübut olunmuşdu.

Amerikalı astronom Edvin Habl (Edwin Hubble) nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların bir-birindən sürətlə uzaqlaşdıqlarını kəşf etdi. Bu kəşf astronomiya tarixinin ən böyük kəşflərindən biri sayılır. Habl bu tədqiqatları zamanı ulduzların uzaqlıqlarına müvafiq olaraq qırmızı rəngə tərəf yaxınlaşan bir işıq yaydığını gördü. Çünki fizikanın məlum qanunlarına görə, müşahidənin aparıldığı nöqtəyə tərəf hərəkət edən işıq qrupu narıncı istiqamətə, müşahidənin aparıldığı nöqtədən uzaqlaşan işıq qrupu da qırmızı tərəfə yayılar. Hablın müşahidələrində isə ulduzların işıqlarında qırmızı istiqamətə tərəf bir yayılma qeyd edilmişdi. Qısası, ulduzlar davamlı olaraq bir-birindən uzaqlaşırdılar. Ulduzlar və qalaktikalar ancaq bizdən deyil, bir-birindən də uzaqlaşırdılar. Hər şeyin fasiləsiz olaraq bir-birindən uzaqlaşdığı bir kainat isə davamlı genişlənən bir kainat mənasına gəlir. Kainatın genişlənməsi sonrakı illərdə də qəti olaraq təsdiq edildi.

Edwin Hubble nəhəng teleskopu ilə. Kainat ilk partlayışdan bəri hər an böyük sürətlə genişlənir. Alimlər genişlənən kainatı şişən bir şarın səthinə bənzədirlər.
Edwin Hubble nəhəng teleskopu ilə. Kainat ilk partlayışdan bəri hər an böyük sürətlə genişlənir. Alimlər genişlənən kainatı şişən bir şarın səthinə bənzədirlər.

Mövzunu daha yaxşı başa düşmək üçün kainatı doldurulmaqda davam edən bir şarın səthi kimi təsəvvür etmək olar. Şarın üstündəki nöqtələr şar dolduqca bir-birindən uzaqlaşdığı kimi, kainatdakı cisimlər də kainat genişləndikcə bir-birindən uzaqlaşır. Əslində, bu həqiqət XX əsrin ən böyük elm adamlarından biri sayılan Albert Eynşteyn tərəfindən də nəzəri olaraq kəşf edilmişdi. Lakin Eynşteyn həmin dövrdə qəbul edilən “statik kainat modeli”nə zidd çıxmamaq məqsədi ilə bu kəşfini bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hərəkətini karyerasının ən böyük səhvi adlandırmışdı.2

Bu elmi həqiqət hələ heç bir insana məlum olmadığı halda, Quranda əsrlərlə əvvəl açıqlanmışdır. Çünki Quran bütün kainatın yaradanı və hakimi olan Allahın sözüdür.

Kainatın sonu və “Biq krənç”

Qeyd etdiyimiz kimi, kainatın yaradılması “Biq bənq” deyilən böyük partlayışla başlayıb. Həmin dövrdən indiyə qədər də kainat genişlənməkdədir.

Qeyd etdiyimiz kimi, kainatın yaradılması “Biq bənq” deyilən böyük partlayışla başlayıb. Həmin dövrdən indiyə qədər də kainat genişlənməkdədir. Alimlər bildirir ki, kainatın kütləsi kifayət edəcək miqdara çatanda bu genişlənmə prosesi cazibə qüvvəsinə görə dayanacaq və bu da kainatın öz daxilinə çəkilməyə, büzülməyə başlamasına səbəb olacaq.3

Kainatın büzülməsi prosesinin isə axırda “Big crunch” (“Böyük çöküş”) deyilən çox yüksək bir istilik və sıxılma ilə nəticələnəcəyi qeyd edilir. Bu isə bizə məlum olan bütün həyatın yox olması mənasına gəlir. Stenford Universitetinin fizika professoru Renata Kalloş (Renata Kallosh) və Endryu Lindenin (Andrew Linde) bu mövzu haqqındakı açıqlamaları isə belədir:

«Kainatın aqibəti kiçilməyə və yox olmağa tərəf gedir. Gördüyümüz və daha uzaqlarda olduğundan görə bilmədiyimiz hər şey bir protondan da kiçik bir nöqtə şəklində kiçiləcək. Sanki qara deşiyin daxilində imişsiniz kimi... Qara enerjinin ən yaxşı tərifinin bu izah olduğunu tapdıq: «Mərhələ-mərhələ neqativ hala gələn bu qara enerji kainatın balansının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək».

Fiziklər qara enerjinin neqativ enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər. Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulyasiyasının ortasında da ola bilərik».4

Big Crunch nəzəriyyəsi Big Bang-lə başlayaraq genişlənməkdə olan kainatın getdikcə sürətlənərək öz içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə, kainatdakı bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqlı bir nöqtəyə çevrilənədək davam edəcək.
Big Crunch nəzəriyyəsi Big Bang-lə başlayaraq genişlənməkdə olan kainatın getdikcə sürətlənərək öz içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə, kainatdakı bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqlı bir nöqtəyə çevrilənədək davam edəcək.

“Biq krənç” kimi ifadə edilən bu elmi nəzəriyyəyə Quranda belə işarə edilir:

«Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü yadınıza salın. İlk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik”.»

«Ənbiya» surəsi, 104

Başqa bir ayədə isə göylərin bu vəziyyəti belə izah olunur:

«Allahı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!»

«Zumər» surəsi, 67

“Biq krənç” nəzəriyyəsinə görə, kainat başlanğıcda olduğu kimi, əvvəlcə, yavaş-yavaş, sonra tədricən sürətlə dağılmağa başlayacaq. Bütün bunlardan sonra isə sonsuz yoğunluq və sonsuz hərarətdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə tam şəkildə üst-üstə düşür (doğrusunu Allah bilir).

İsti tüstüdən yaradılış

Bu gün alimlər ulduzların isti qaz buludundan meydana gəldiyini bildirirlər. İsti qaz kütləsindən meydana gəlmək həm də kainatın yaradılması ilə əlaqədardır. Kainatın yaradılışı barədəki bu elmi kəşfləri Quran da təsdiq edir:

Bu gün alimlər ulduzların isti qaz buludundan meydana gəldiyini bildirirlər. İsti qaz kütləsindən meydana gəlmək həm də kainatın yaradılması ilə əlaqədardır. Kainatın yaradılışı barədəki bu elmi kəşfləri Quran da təsdiq edir:

«O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu:

“İstər-istəməz vücuda gəlin!” Onlar da “İstəyərək vücuda gəldik!” deyə cavab verdilər”.»

«Fussilət» surəsi, 10-11

Bu ayədə qeyd edilən “tüstü” ifadəsi ərəb dilində “duxan” kəlməsi şəklindədir. Bu kəlmə adı Quranda çəkilən isti bir kosmik tüstünü ifadə edir. Qatı maddələrə bağlı uçan kiçik hissələri ehtiva edən, isti qaz halında bir kütlə olan bu tüstü forması Quran ayəsinə tam uyğun gəlir. Bəlli olduğu kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü təsvir edən ən münasib sözdən istifadə olunub. Alimlər isə kainatın tüstü halındakı isti bir qaz kütləsindən əmələ gəldiyini yalnız XX əsrdə kəşf etmişlər.5

Həmçinin "Sonra Allah tüstü halında olan göyə üz tutdu" ifadəsindəki "sonra" deyə tərcümə edilən ərəb dilindəki "summə" kəlməsinin "bununla belə, bundan başqa, üstəlik, yenə, bir daha" kimi başqa mənaları da mövcuddur. Burada da "summə" kəlməsi bir zaman ifadəsi olaraq deyil, əlavə izah kimi istifadə edilir.6 Kainatın yaranması haqqındakı bu məlumatın ilk dəfə Quranda bildirilməsi, şübhəsiz ki, Quranın elm sahəsindəki növbəti möcüzəsidir.

Göylərlə yerin bir-birindən ayrılması

Ayənin “bitişik” mənasına gələn “ratq” kəlməsi ərəb dilində “bir-biri ilə bitişik”, “ayrılmaz bir vəziyyətdə”, “bütünləşmiş” mənalarına gəlir. Yəni bu söz vahid bir tam halında, bütöv olan iki maddəni ifadə etmək üçün işlədilir.

Quranda göylərin yaradılması ilə bağlı məlumat verən başqa bir ayə isə belədir:

«Məgər kafir olanlar göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?»

«Ənbiya» surəsi, 30

Ayənin “bitişik” mənasına gələn “ratq” kəlməsi ərəb dilində “bir-biri ilə bitişik”, “ayrılmaz bir vəziyyətdə”, “bütünləşmiş” mənalarına gəlir. Yəni bu söz vahid bir tam halında, bütöv olan iki maddəni ifadə etmək üçün işlədilir. Ayədəki “ayırdığımızı” ifadəsi isə ərəb dilindəki “fatq” feili ilə işlədilib ki, bu ifadə də “bitişik vəziyyətdə olan bir nəsnəni yarıb, parçalayıb çölə çıxması” mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması da ərəb dilində bu kəlmə ilə ifadə olunur.

İndi ayəyə təkrar nəzər yetirək. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni “ratq” vəziyyətində olmasından bəhs edilir. Ayədə həmin kəlmədən dərhal sonra gələn “fatq” feili ilə bunların ayrılması bildirilir. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də, “Biq bənq”in ilkin görünüşünü fikirləşəndə kainatın bütün maddələrinin bir nöqtədə toplandığını görürük. Başqa bir ifadə ilə, hər şey, hətta hələ yaradılmamış olan göylər və yer də bu nöqtənin içində, bir-biri ilə bitişik, ayrılmaz vəziyyətdə idilər. Bundan sonra bu nöqtə şiddətli bir partlayışla yarılır və göylə yer bir-birindən ayrılırlar.

Göylərlə yerin arasında olanların yaradılışı

Quranda göylərin, yerin və onların arasında olanların yaradılması ilə bağlı müxtəlif ayələr var:

Quranda göylərin, yerin və onların arasında olanların yaradılması ilə bağlı müxtəlif ayələr var:

«Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. O saat mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər”.»

«Hicr» surəsi, 85

«Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa Onundur”.»

«Taha» surəsi, 6

«Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq”.»

«Ənbiya» surəsi, 16

Elm adamları isti bir qaz kütləsinin başlanğıc mərhələdə artıb qalınlaşdığını, sonra bu kütlənin hissələrə ayrılaraq qalaktika maddələrini, ulduzları, planetləri əmələ gətirdiyini bildirir. Başqa sözlə, Yer kürəsi də daxil olmaqla, bütün ulduzlar bitişik bir qaz kütləsindən ayrılan hissələrdir. Bu hissələrdən bir qismi ulduzları, günəşləri, planetləri əmələ gətirib. Bununla da çoxlu günəş sistemləri və qalaktikalar meydana gəlib. Əvvəlki səhifələrdə də qeyd edildiyi kimi, kainat “ratq” (“bir-birinə bitişik”) halda ikən “fatq” (“hissələrə ayrılmışdır”) olmuşdur. Kainatın meydana gəlməsi hadisəsi Quranda bu elmi izahları təsdiq edən münasib ifadələrlə qeyd edilmişdir.7

Kosmosda yeni meydana gələn əsas cisimlərdən başqa bir neçə hissə hər parçalanmanın ayrılma olması səbəbi ilə kənarda qalmışdır. Bu əlavə hissələrin elmi adı “ulduzlar arasındakı qalaktika maddəsi”dir.

Ulduzlararası maddə 60 faiz hidrogen, 38 faiz helium və 2 faiz də başqa elementlərdən meydana gəlib. Ulduzlararası maddənin 99 faizi qaz, 1 faizi də başqa elementlərin 0,0001-0,001 miqyaslı toz zərrəciklərindən ibarətdir.8

Alimlər bu maddələrin astrofizik hesablamalar baxımından çox əhəmiyyətli olduğunu bildirir. Həmçinin bu maddələr toz, tüstü və ya qaz adlandırılacaq qədər incə maddələrdir. Lakin bu maddələrin hamısı göz önünə gətiriləndə onların kosmosdakı qalaktikaların hamısından daha böyük bir kütlə olduğunu düşünməyə əsaslar yaradır.

Qalaktikalardan təcrid olmuş bu maddələrin mövcudluğu ilk dəfə 1920-ci ildə kəşf edilməsinə baxmayaraq, onların mövcudluğu yuxarıda göstərdiyimiz ayələrdə yer alan və “ikisinin arasındakılar”, “onların arasında olan hər şey” kimi tərcümə edilən “mə bəynəhumə” ifadəsi ilə Quranda hələ 14 əsr əvvəl xəbər verilmişdir.

Kainatdakı mükəmməl müvazinət

Kainatdakı milyardlarla ulduz və qalaktika onlar üçün mükəmməl tarazlıqda təyin edilmiş oxları ətrafında hərəkət edirlər.

«Yeddi göyü qat-qat yaradan Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır”.»

«Mülk» surəsi, 3-4

Kainatdakı milyardlarla ulduz və qalaktika onlar üçün mükəmməl tarazlıqda təyin edilmiş oxları ətrafında hərəkət edirlər. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də bağlı olduqları sistemlə birlikdə daimi hərəkətdədir. İçində bəzən hətta 200-300 milyard ulduz olan qalaktikalar bir-birinin arasından keçib gedirlər. Belə keçidlər zamanı kainatdakı böyük sistemi dağıdacaq heç bir toqquşma ola bilməz.

Kainatdakı sürəti bizim bildiyimiz ölçü, hesab və standartlarla müqayisə etmək çox çətindir. Milyardlarla, hətta trilyonlarla ton ağırlığındakı ulduzlar, planetlər, saysız dəyərləri ancaq riyaziyyatçıların başa düşəcəyi ölçüdə olan nəhəng qalaktikalar və qalaktika kümələri kosmosda fövqəltəbii sürətlə hərəkət edirlər. Məsələn, Yer kürəsi öz oxu ətrafında saatda 1670 km sürətlə hərəkət edir. Bu gün ən sürətli güllənin saatda təxminən 1800 km-lik bir sürətə malik olduğunu nəzərə alsaq, Yer kürəsinin sürətinin onun nəhəngliyinə baxmayaraq necə böyük olması aydınlaşar.

Dünyanın Günəş ətrafındakı sürəti isə güllənin sürətindən təxminən 60 dəfə çoxdur - saatda 108000 km! (Bu cür böyük sürətlə hərəkət edən bir nəqliyyat vasitəsi düzəldilsəydi, o, Yer kürəsinin ətrafında 22 dəqiqəyə dolana bilərdi).

Bu rəqəmlər ancaq Yer kürəsi ilə bağlıdır. Günəş sistemi isə daha heyrətamiz və möcüzəlidir. Bu sistemin sürəti idrak və məntiq çərçivələrini də aşacaq səviyyədə yüksəkdir. Kainatdakı sistemlər böyüdükcə sürət də çoxalır. Yer kürəsinin Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı sürəti saatda 720 000 kilometrdir. Təxminən 200 milyard ulduzu olan Ağ yol qalaktikasının kosmosdakı sürəti isə saatda 950 000 kilometrdir.

Şübhə yoxdur ki, belə qarışıq və sürətli bir sistemdə nəhəng toqquşmaların olması mümkündür. Ancaq belə bir hadisə baş vermir və bu səbəbdən də həyatımızı əmin-amanlıqda davam etdiririk. Çünki kainatdakı hər şey Allahın yaratdığı qüsursuz sistemə görə hərəkət edir. Buna görə də ayədə bildirildiyi kimi, bütün bu sistemdə heç bir uyğunsuzluq yoxdur.

Kainatdakı incə tənzimləmə və müvazinət

Quranda Allahın hər şeyi bir ölçü ilə yaratdığı və göyü ucaldıb “tərəzini” qoyduğu bildirilir. XX əsrdə fiziklər kainatın həyat üçün heyrətamiz dəqiqliklə “incə tənzimləndiyini” kəşf etdilər.

nur kürəsini sürüşdürüb tərəzini 0°-də saxlayın
Big Bang-in təsviri şəkli. Allahın kainatı yoxdan var etdiyini bir daha ortaya qoyan Big Bang elmi dəlillərlə sübut olunmuş nəzəriyyədir. Bəzi alimlər Big Bang-ə alternativlər irəli sürməyə çalışsalar da, əldə edilən dəlillər Big Bang-in elm aləmində qəti şəkildə qəbul edilməsi ilə nəticələnmişdir.
Big Bang-in təsviri şəkli. Allahın kainatı yoxdan var etdiyini bir daha ortaya qoyan Big Bang elmi dəlillərlə sübut olunmuş nəzəriyyədir. Bəzi alimlər Big Bang-ə alternativlər irəli sürməyə çalışsalar da, əldə edilən dəlillər Big Bang-in elm aləmində qəti şəkildə qəbul edilməsi ilə nəticələnmişdir.

«Biri digəri ilə tam ahəngdə yeddi göyü qat-qat yaradan Odur. Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz (uyğunsuzluq tapmaqdan) ümidini kəsərək zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır”.»

«Mülk» surəsi, 3-4

«Məgər görmürsünüz ki, Allah yeddi göyü ahənglə qat-qat necə yaratdı?!».»

«Nuh» surəsi, 15

«Göylərin və yerin səltənəti Onundur. O, Özünə heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onun nə cür olacağını müəyyən etmişdir».»

«Furqan» surəsi, 2

Materialist fəlsəfə kainatdakı və təbiətdəki bütün sistemlərin öz-özünə fəaliyyət göstərən bir maşın kimi olduğunu və bunlardakı qüsursuz intizam və tarazlığın yaradıcısının təsadüflər olduğu iddiası ilə ortaya çıxdı. Amma hazırda materializmin və onun «elmi əsası» olan darvinizmin əsassızlığı elmi faktlarla sübut olunmuşdur.

XX əsrdə bir-birinin ardınca həm astrofizika, həm də biologiya sahələrində kəşf edilən elmi həqiqətlər kainatın və canlıların yaradıldığını sübut etdi. Bir tərəfdən, darvinizmin tezisləri bir-bir süqut edərkən, digər tərəfdən də kainatın yoxdan yaradıldığını göstərən «Biq bənq» (yəni «Böyük partlayış») və maddi dünyadakı böyük planın və incə əyarın («Fine tuning») olduğunu göstərən dəlillər materializm iddialarının tutarsızlığını bir daha sübut etdi.

Canlı aləmin meydana gəlməsi üçün zəruri olan şərtlərə nəzər yetirəndə təkcə Yer kürəsinin bu cür xüsusi şəraitə malik olduğunu görürük. Yaşamağa əlverişli olan bu şəraiti təmin etmək üçün saymaqla qurtara bilməyəcəyimiz qədər şərt eyni anda, fasiləsiz olaraq gerçəkləşir. Kainatda təxminən 100 milyard qalaktikanın, onların hər birində 100 milyard ulduzun və bir o qədər də planetin olduğunu fikirləşsək, Yer kürəsində bu cür müstəsna bir şəraitin meydana gətirilməsinin əhəmiyyəti daha yaxşı aydın olacaq.9

«Biq bənq»in partlayış sürətindən atomların fiziki tarazlığına, dörd əsas qüvvənin nisbətindən ulduzların kimyəvi əməliyyatlarına, Günəşin yaydığı şüanın cinsindən suyun maye dəyərinə, Ayın Yer kürəsinə olan məsafəsindən atmosferdəki qazların nisbətinə, Yer kürəsinin Günəşə olan uzaqlığından onun məhvərinin orbitinə olan mailliyinə, Yer kürəsinin öz ətrafındakı fırlanma sürətindən dünyadakı okeanların, dağların funksiyalarına qədər hər bir təfərrüat bizim yaşamağımız üçün fövqəladə dərəcədə münasibdir. Bu gün elm dünyası kainatın bu xüsusiyyətlərini «bəşəri prinsip» («Anthropic principle») və «incə əyar» («Fine tuning) məfhumları ilə ifadə edir. Bu anlayışlar kainatın məqsədsiz, nizamsız, təsadüfi maddə yığınından ibarət olmadığını, əksinə, insanın yaşamasını təmin edən bir məqsədə nəzərən həssas tərzdə planlaşdırıldığını xülasə edir.

Yuxarıdakı ayələrdə diqqətimiz Allahın yaratmasındakı ölçü və ahəngə cəlb edilir. «Furqan» surəsinin 2-ci ayəsində «ölçmək, biçmək, tənzimləmək, ölçü ilə etmək» mənalarına gələn «təqdirən», «Mülk» surəsinin 3-cü ayəsi ilə «Nuh» surəsinin 15-ci ayəsində isə «ahəng içində olan» mənasına gələn «tibəqa» kəlmələri işlədilir. Həmçinin Allah «Mülk» surəsində «ixtilaf, ziddiyyət, uyğunsuzluq, nizamsızlıq» mənalarına gələn «təfavutin» kəlməsi ilə burada ahəngsizlik axtaranların buna nail ola bilməyəcəyini bildirir.

«Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda bütün işlər Allaha qaytarılacaqdır.»

«Ali-İmran» surəsi, 109

XX əsrin axırlarına yaxın dövrdə işlədilməyə başlanan «incə əyar» ifadəsi də bu ayələrdə bildirilən həqiqəti təsdiq edir. Son 20-30 ildə bir çox alimlər kainatın təsadüflər yığını olmadığını, əksinə, hər təfərrüatda insanın yaşayışını nəzərə alan fövqəladə bir plan və əyarlama məhsulu olduğunu göstərdilər. Kainatdakı bir çox xüsusiyyətlər kainatın yaşamaq üçün xüsusi olaraq planlaşdırıldığını açıq-aşkar göstərir. Fizik Karl Giberson bu gerçəyi belə ifadə edir:

«Son 40 ildir fizika və kosmologiyadakı inkişaf elmi lüğətə «plan» kəlməsini qaytardı. 1960-cı illərin əvvəllərində fiziklər insan həyatı üçün aşkar «incə əyar»la hazırlanmış bir kainatın örtüyünü açdılar. Kainatda həyatın mövcud olmasının qüsursuz bir tarazlıqdakı fiziki amillərə bağlı olduğunu kəşf etdilər».10

İngilis astrofiziki, professor Corc F.Ellis bu incə əyardan belə bəhs edir:

«(Kainatdakı) bu kompleksi mümkün edən qanunlarda heyrətamiz bir incə əyar görünür. Kainatda mövcud olan bu kompleksin həyata keçməsi «möcüzə» sözünü işlətməməyi çox çətinləşdirir».11

“Biq Bənq”In Partlayış Sürəti

Kainatın təşəkkül tapması anı olan «Biq bənq»də qurulan tarazlıq onun təsadüfən meydana gəlməyəcəyinin açıq nümunələrindən biridir. Avstraliyadakı Adelaide Universitetinin məşhur riyazi fizika professoru Pol Devisə görə, «Biq bənq»dən sonra baş verən genişlənmə sürəti hətta milyard dəfə milyardda bir nisbətində (1/1018) fərqli olsaydı da, kainat meydana gəlməzdi.12

Stefan Haukinq də «Zamanın qısa tarixi» adlı əsərində kainatın genişlənmə sürətindəki bu fövqəladə müvazinəti belə qəbul edir: «Kainatın genişlənmə sürəti o qədər riskli bir nöqtədədir ki, «Biq bənq»dən sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir daha kiçik olsaydı, kainat indiki vəziyyətinə gəlməmişdən əvvəl çökərdi».13

Dörd Qüvvə

Kainatdakı bütün fiziki hərəkət və quruluşlar bu gün müasir fizikanın qəbul etdiyi «dörd əsas qüvvə»nin - Yerin cazibə qüvvəsinin, elektromaqnit qüvvəsinin, güclü nüvə qüvvəsinin və zəif nüvə qüvvəsinin əlaqəsi və tarazlığı sayəsində meydana gəlib. Bu qüvvələr bir-birindən fövqəladə dərəcədə fərqli dəyərlərə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton bu qüvvələr arasındakı həssas tarazlığı belə açıqlayır:

«Əgər Yerin cazibə qüvvəsi bir trilyon qat daha güclü olsaydı, o zaman kainat daha kiçik bir yer olardı və ömrü də daha qısa davam edərdi. Orta bir ulduzun kütləsi hazırkı Günəşimizdən bir trilyon qat daha balaca olardı və ömrü də bir il qədər ola bilərdi. Digər tərəfdən, əgər Yerin cazibə qüvvəsi bir az daha gücsüz olsaydı, heç bir ulduz və ya qalaktika əsla meydana gələ bilməzdi. Digər qüvvələr arasındakı tarazlıq da çox həssasdır. Əgər güclü nüvə enerjisi bir az daha zəif olsaydı, o vaxt kainatdakı yeganə qərarlı element hidrogen olardı. Başqa heç bir atom ola bilməzdi. Əgər güclü nüvə enerjisi elektromaqnit qüvvəsinə nisbətən bir az daha güclü olsaydı, həmin vaxt da kainatdakı yeganə qərarlı element nüvəsində iki proton olan bir atom olardı. Belə olacağı təqdirdə, kainatda heç hidrogen olmayacaq, ulduzlar və qalaktikalar -əgər meydana gəlsələr də- hazırkı quruluşlarından çox fərqli olacaqdılar. Açığı, əgər bu əsas güclər hazırda malik olduqları dəyərlərə eynilə malik olmasaydılar, heç bir ulduz, planet və atom da olmayacaqdı. Həyat da mövcud olmayacaqdı».14

Göy Cisimləri Arasındakı Məsafələr

Göy cisimlərinin fəzada yayılması və aralarındakı nəhəng boşluqlar Yer kürəsində canlı həyatın mövcud olması üçün vacibdir. Göy cisimləri arasındakı məsafələr dünyadakı həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə ahəngdar olan bir hesab daxilində yerbəyer edilmişdir. Maykl Denton özünün «Təbiətin taleyi» («Nature's Destiny») adlı kitabında supernovalar və ulduzlar arasındakı məsafədəki müvazinəti belə açıqlayır:

«Supernovalar və əslində, bütün ulduzlar arasındakı məsafələr çox qarışıq bir mövzudur. Qalaktikamızda ulduzların bir-birinə uzaqlığı orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı, planetlərin orbitləri qərarsız hala gələrdi. Əgər bir az daha çox olsaydı, bir supernova tərəfindən paylanan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla əsla meydana gələ bilməyəcəkdi. Əgər kainat yaşamaq üçün əlverişli bir məkan olacaqdırsa, supernova partlayışları çox müəyyən bir nisbətdə həyata keçməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı uzaqlıq çox aydın uzaqlıqda olmalı idi. Bu uzaqlıq hal-hazırda mövcud olan uzaqlıqdır».15

Cazibə Qüvvəsi

◉ əgər daha güclü olsaydı, dünya atmosferi daha çox ammonyak və metan qazı yığar, bu da həyat üçün çox mənfi olardı;

◉ əgər daha zəif olsaydı, dünya atmosferi çox su itirər və yaşayış mümkün olmazdı.

Günəşə Uzaqlıq

◉ əgər daha çox olsaydı, planetimiz çox soyuyar, atmosferdəki su dövranına mənfi təsir göstərər, planet buz dövrünə daxil olardı;

◉ əgər daha yaxın olsaydı, planetimiz qovurular, atmosferdəki su dövranına mənfi təsir göstərər, həyat mümkün olmazdı.

Yer Qabığının Qalınlığı

◉ əgər daha qalın olsaydı, atmosferdən Yer qabığına daha çox miqdarda oksigen ötürülərdi;

◉ əgər daha nazik olsaydı, yaşamağı əlverişsiz edəcək miqdarda çox vulkanik hadisə baş verərdi.

Dünyanın Öz Oxu Ətrafında Fırlanma Sürəti

◉ əgər daha yavaş olsaydı, gecə ilə gündüz arasındakı temperatur fərqi çox olardı;

◉ əgər daha sürətli olsaydı, atmosfer küləklərinin sürəti daha çox olar, qasırğalar və tufanlar yaşamağı qeyri-mümkün edərdi.

Dünyanın Maqnit Sahəsi

◉ əgər daha güclü olsaydı, çox qatı elektromaqnit fırtınaları olardı;

◉ əgər daha zəif olsaydı, Yer kürəsi «Günəş küləyi» deyilən və Günəşdən atılan zərərli hissəciklər qarşısında mühafizəsiz qalardı. Hər iki vəziyyətdə də yaşamaq qeyri-mümkün olardı.

Albedo Təsiri (Yer Üzündən Əks Edən Günəş Şüasının Yer Üzünə Çatan Günəş Şüasına Nisbəti)

◉ əgər daha çox olsaydı, buz dövrü sürətlə başlayardı;

◉ əgər daha az olsaydı, oranjereya təsiri həddindən artıq istiləşməyə səbəb olar, dünya əvvəlcə aysberqlərin əriməsi ilə suların altında qalar, sonra da istidən qovrulardı.

Atmosferdəki Oksigen və Azot Nisbəti

◉ əgər daha çox olsaydı, həyati funksiyaları mənfi tərzdə sürətlənərdi;

◉ əgər daha az olsaydı, həyati funksiyaları mənfi tərzdə ləngidərdi.

Atmosferdəki Karbondioksid Və Su Nisbəti:

◉ əgər daha çox olsaydı, atmosfer həddindən artıq isinərdi;

◉ əgər daha az olsaydı, atmosferin hərarəti düşərdi.

Ozon Təbəqəsinin Qalınlığı

◉ əgər daha çox olsaydı, Yer kürəsinin temperaturu çox düşərdi;

◉ əgər daha az olsaydı, Yer kürəsi həddindən artıq isinər, Günəşdən gələn zərərli ultrabənövşəyi şüalara qarşı bir mühafizəsi qalmazdı.

Seysmik (Zəlzələ) Hərəkətləri

◉ əgər daha çox olsaydı, canlılar üçün davamlı dağıntı olardı;

◉ əgər daha az olsaydı, okean qatındakı qidalar suya qarışmaz, okean və dənizlərin həyatına, dolayısilə, bütün dünya canlılarına mənfi təsir edərdi.

Yer Kürəsinin Oxunun Əyriliyi

Dünyanın mehvəri öz orbitinə 23 dərəcəlik bir bucaqla maillik edir. Fəsillər bu maillik nəticəsində meydana gəlir. Bu maillik indiki dəyərindən daha çox, ya da daha az olsaydı, fəsillər arasındakı hərarət fərqi həddən artıq dərəcələrə çatacağı üçün dünyada dözülməz hərarətdə yay olar və həddindən artıq soyuq qış fəsilləri yaşanardı.

Günəşin Böyüklüyü

Günəşin yerində daha kiçik bir ulduzun olması Yer kürəsinin həddindən artıq soyumasına, böyük bir ulduzun olması isə dünyanın istidən yanıb qovurulmasına gətirib çıxarardı.

Ayla Yer Kürəsi Arasındakı Cazibə Təsiri:

◉ əgər daha az olsaydı, Ayın şiddətli cazibəsinin atmosfer şərtlərinə, Yer kürəsinin öz oxu ətrafındakı fırlanma sürətinə və okeanlardakı qabarmalara-çəkilmələrə çox sərt təsirləri olardı;

◉ əgər daha az olsaydı, şiddətli iqlim dəyişikliklərinə səbəb olardı.

Ayla Yer Kürəsi Arasındakı Məsafə

◉ əgər bir qədər daha yaxın olsaydı, Ay dünya ilə toqquşardı.

◉ əgər bir qədər daha uzaq olsaydı, Ay kosmosda itib gedərdi;

◉ əgər bir qədər daha az yaxın olsaydı, Ayın dünya üzərində yaratdığı qabarma-çəkilmələr təhlükəli səviyyədə böyüyərdi. Okean dalğaları qitələrin çökək yerlərini örtərdi. Bunun nəticəsində baş verən sürtünmə okeanların hərarətini çoxaldar və Yer kürəsində həyat üçün zəruri olan həssas temperatur balansı məhv olardı;

◉ əgər bir qədər daha az uzaqlıqda olsaydı, qabarma-çəkilmələr azalar, bu da okeanların daha hərəkətsiz olmasına səbəb olardı. Durğun su dənizdəki həyatı təhlükəyə atar, bununla yanaşı nəfəs aldığımız havadakı oksigen nisbəti təhlükəli vəziyyətə düşərdi.16

Yer Kürəsinin Hərarəti Və Karbon Əsaslı Həyat

Həyatın əsası olan karbon elementinin mövcudluğu müəyyən səviyyədə qalan istiliyə bağlıdır. Karbon həyatı meydana gətirən amin turşusu, nükleik turşu və proteinlər kimi əsas üzvi molekullar üçün zəruri olan bir maddədir. Dolayısilə, həyat ancaq karbon əsasında mövcud ola bilər və bunun üçün də mövcud olan hərarət ən az -200 C, ən çox +1200 C ola bilər. Dünyanın hərarəti də bu aralıqdadır.

Burada sadalananlar Yer kürəsində həyatın meydana gəlməsi və canlı aləmin mövcudluğunun davam etməsi üçün vacib olan çox həssas tarazlıqlardan yalnız bir neçəsidir. Təkcə burada qeyd olunanlar da kainatın və dünyanın təsadüflər nəticəsində, təsadüfi hadisələrin bir-birinin ardınca gəlməsi sayəsində yarana bilməyəcəyini qəti şəkildə göstərmək üçün kifayətdir. XX əsrdə istifadə edilməyə başlanan «incə əyar», «bəşəri prinsip» məfhumları Quranda əsrlərlə əvvəl bildirilən «ahəng və hesabla yaradılışı» təsdiq edir.

«Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir. "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.»

«Ali-İmran» surəsi, 189-190

Günəşin, Ayın və ulduzların quruluşlarındakı müxtəliflik

Məlum olduğu kimi, Günəş öz sistemindəki işığın yeganə mənbəyidir. Astronomlar Ayın işığın mənbəyi olmadığını, onun yalnız Günəşdən qəbul etdiyi işığı əks etdirdiyini texnoloji imkanların inkişaf etməsi sayəsində kəşf ediblər.

«Üstünüzdə yeddi möhkəm göy qurduq. Sizin üçün çox parlaq bir çıraq (Günəş) yaratdıq”.»

«Nəbə» surəsi, 12-13

Məlum olduğu kimi, Günəş öz sistemindəki işığın yeganə mənbəyidir. Astronomlar Ayın işığın mənbəyi olmadığını, onun yalnız Günəşdən qəbul etdiyi işığı əks etdirdiyini texnoloji imkanların inkişaf etməsi sayəsində kəşf ediblər. Yuxarıdakı ayədə qeyd edilən “çıraq” ifadəsi də istilik və işığın mənbəyi olan Günəşi ərəb dilində mükəmməl səviyyədə ifadə edən “sirac” kəlməsidir.

Allah Quranda Ay, Günəş və ulduzlar kimi göy cisimlərindən bəhs edərkən müxtəlif kəlmələr işlədir.

Günəşlə Ayın yaradılmasındakı müxtəliflik Quranda belə ifadə edilir:

«Orada ayı bir nur, günəşi də bir çıraq etdi”.»

«Nuh» surəsi, 16

Yuxarıdakı ayədə Ay üçün işıq (ərəb dilində “nur”), Günəş üçünsə çıraq (ərəb dilində “sirac”) kəlmələri işlədilir. Burada Ay üçün işlədilən söz işığı əks etdirən parlaq və hərəkətsiz bir kütləni ifadə edir. Günəş üçün işlədilən kəlmə isə “həmişə yanan, istilik və işığın mənbəyi, göydəki bir nəsnə” mənalarına gəlir. Digər tərəfdən, “ulduz” kəlməsi ərəb dilində “meydana çıxan, görünən” mənalarına gələn “nəcəmə” kökündən törəmişdir. Bundan başqa, ulduz aşağıda ayədəki kimi, “işığı ilə qaranlıqları yaran”, “parıldayan”, “özü-özünü tükəndirən” və “yanan” mənalarına işarə edən “səqib” kəlməsi ilə də ifadə edilir:

«(O, zülməti yaran) parlaq ulduzdur”.»

«Tariq» surəsi, 3

Ayın öz işığını ətrafa yaymadığını, onun yalnız Günəşdən gələn işığı, Günəş və ulduzların isə öz işıqlarını əks etdirdiyini artıq müasir elmdən bilirik. Bu həqiqətlər Quranda insanların göy cisimləri ilə bağlı məlumatının çox məhdud və bəsit olduğu bir zamanda, yəni 14 əsr bundan əvvəl bildirilmişdir.

«Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!»

«Bəqərə» surəsi, 103

Orbitlər və dövr edən kainat

Quranda Günəşin və Ayın hər birinin öz orbitində “üzdüyü”, Günəşin isə müəyyən bir hədəfə doğru axıb getdiyi bildirilir. Bu həqiqətləri yalnız müasir astronomiya ortaya çıxardı.

üç rejim arasında keçin
1. Merkuri 2. Venera 3. Yer 4. Mars 5. Yupiter 6. Saturn 7. Uran 8. Neptun 9. Pluton 10. Ay 11. Günəş
1. Merkuri 2. Venera 3. Yer 4. Mars 5. Yupiter 6. Saturn 7. Uran 8. Neptun 9. Pluton 10. Ay 11. Günəş

Kainatdakı əzəmətli nizamın mühüm səbəblərindən biri də şübhəsiz ki, göy cisimlərinin müəyyən edilmiş oxları ətrafında hərəkət etməsidir. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də bağlı olduqları sistemlə birlikdə hərəkət edirlər. Kainat sanki fabrikin dişli alətləri kimi incə bir sistemdə hərəkətdədir.

Kainatda təxminən 100 milyarddan çox qalaktika və kiçik qalaktikalarda təxminən bir milyard, böyük qalaktikalarda isə bir trilyondan çox ulduz var.17 Bu ulduzların əksəriyyətinin planetləri, bu planetlərin də öz peykləri var. Bütün bu göy cisimləri çox incə hesabla müəyyən edilən orbitlərə malikdir. Onların hər biri milyon illərdir ki, öz orbitində digərləri ilə qüsursuz bir uyğunluqda və nizamda hərəkət edir. Bunlarla yanaşı, çoxlu quyruqlu ulduzlar da mövcuddur ki, onlar da öz orbitlərində fasiləsiz hərəkət halındadır.

Kainatdakı orbitlər ancaq bəzi göy cisimlərinə aid deyil. Günəş sistemi hətta başqa qalaktikaların, başqa mərkəzlərin ətrafında böyük hərəkilik (dinamiklik, fəaliyyət) nümayiş etdirir. Yer və onunla birlikdə Günəş sistemi əvvəlki yerindən hər il 500 milyon kilometr uzaqlaşır. Hesablanıb ki, göy cisimləri öz orbitlərindəki istiqamətlərindən qismən çıxsa, bu sistem alt-üst olacaq. Məsələn, Yer öz orbitində yerini adi vəziyyətdəki istiqamətindən aşağı-yuxarı cəmi 3 mm dəyişsə, meydana gələcək dəhşətli hadisələr bir mənbədə belə bildirilir:

“Yer kürəsi Günəşin ətrafında dövr edərkən elə hərəkət edir ki, hər 18 mildə orbitindən 2,8 mm ayrılır. Yer kürəsinin orbitdəki bu hərəkəti 1 mm-lik belə fərq yarada, hansı tərəfəsə meyillənə və ya sapa bilməz. Çünki onun orbitindən 3 mm-lik ayrılması böyük fəlakətlərə səbəb olardı. Yer öz orbitindən bu zaman 2,8 mm deyil, 2,5 mm ayrılsaydı, dünyadakı bütün canlılar donardı. Əgər orbitdən ayrılma 3,1 mm olsaydı, bütün canlılar istidən yanaraq kül olardı”.18

«Göy cisimlərinin fərqli bir xüsusiyyəti də onların öz orbitləri ilə yanaşı, həm də öz oxları ətrafında hərəkət etməsidir. Quranın “Dönüşlü olan göyə and olsun” ayəsi məhz bu həqiqətə işarədir. Əlbəttə, Quranın göndərildiyi dövrdə insanlar dövrümüzdə olduğu kimi kosmosu milyonlarla kilometr uzaqlara qədər müşahidə edə biləcək teleskoplara, inkişaf etmiş texnologiyalara, müasir fizika və astronomiya haqqında məlumatlara malik deyildi. Dolayısilə, kainatın ayədə bildirildiyi kimi, “(Cürbəcür ulduz) yolları olan göy” olduğunu həmin dövrdə elmi şəkildə sübut etmək də mümkün deyildi. Ancaq həmin əsrdə nazil edilən Qurani-kərimdə bu həqiqət bizə aydın şəkildə xəbər verilir, çünki Quran Allahın sözüdür.» («Tariq» surəsi, 11)

Kainatdakı bir çox kometlər kimi, yuxarıdakı şəkildə görünən Halley kometi də planlı hərəkətə malikdir. Onun özünəməxsus müəyyən orbiti var və digər göy cisimləri ilə birlikdə qüsursuz ahəng və nizam içində bu orbitdə hərəkət edir. Kainatdakı bütün göy cisimlərinin, planetlərin, bu planetlərin peyklərinin, ulduzların, hətta qalaktikaların belə çox incə hesablamalarla müəyyən edilmiş orbitləri var. Bu qüsursuz nizamı quran və onun davamlılığını təmin edən bütün kainatı yaratmış Allahdır.
Kainatdakı bir çox kometlər kimi, yuxarıdakı şəkildə görünən Halley kometi də planlı hərəkətə malikdir. Onun özünəməxsus müəyyən orbiti var və digər göy cisimləri ilə birlikdə qüsursuz ahəng və nizam içində bu orbitdə hərəkət edir. Kainatdakı bütün göy cisimlərinin, planetlərin, bu planetlərin peyklərinin, ulduzların, hətta qalaktikaların belə çox incə hesablamalarla müəyyən edilmiş orbitləri var. Bu qüsursuz nizamı quran və onun davamlılığını təmin edən bütün kainatı yaratmış Allahdır.

Günəşin hərəkət istiqaməti

Quranda Günəşdən və Aydan bəhs edilərkən onların hər birinin özünəməxsus orbitinin olması qeyd edilir:

Quranda Günəşdən və Aydan bəhs edilərkən onların hər birinin özünəməxsus orbitinin olması qeyd edilir:

«Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri (özünəməxsus) bir göydə üzür”.»

«Ənbiya» surəsi, 33

Bu ayədəki “üzmək” kəlməsi ərəb dilində “səbəhə” feili ilə ifadə edilir. Bu kəlmədən Günəşin kosmosdakı hərəkətini bildirmək üçün istifadə olunub. Bu kəlmə həmçinin Günəşin kosmosdakı hərəkətinin nəzarətsiz olmadığını, onun öz orbitində hərəkət etdiyini və dövr edərkən özünəməxsus hərəkət dairəsi olduğunu anladır. Günəşin sabit (və ya statik) olmaması, onun müəyyən orbitdə hərəkət etməsi başqa bir ayədə belə qeyd edilir:

«Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan (hər şeyi) bilən Allahın təqdiridir”.»

«Yasin» surəsi, 38

Quranda bildirilən bu həqiqətlər yalnız və yalnız XX əsrdə astronomiya elmi sahəsində aparılan tədqiqatlarla təsdiq edilib. Mütəxəssislərin hesablamalarına görə, Günəş “Solar Apeks” adlı orbit boyu Veqa ulduzu istiqamətində saatda 720 000 kilometrlik möhtəşəm bir sürətlə hərəkət edir. Bu təxmini hesablama Günəşin sutka ərzində 17 milyon 280 min kilometr yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə sistemindəki bütün planet və peyklər də eyni məsafəni qət edirlər.

Ayın orbiti

Ayın orbiti başqa planetlərin peykləri kimi düz orbitdə hərəkət etmir. Ay orbitində dövr edərkən bəzən Yer kürəsinin qarşısına, bəzən arxasına keçir.

«Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. Hər biri özünə məxsus dairəsində (orbitində) üzər».»

«Yasin» surəsi, 39-40

Ayın orbiti başqa planetlərin peykləri kimi düz orbitdə hərəkət etmir. Ay orbitində dövr edərkən bəzən Yer kürəsinin qarşısına, bəzən arxasına keçir. Həmçinin Ay Yer kürəsi ilə birlikdə Günəşin ətrafında da dövr etdiyinə görə, fəzada həmişə «S» hərfinə oxşayan bir orbitdə hərəkət edir. Ayın kosmosdakı bu orbitinin şəkli Quranda «dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi dönər» ifadəsi ilə tərif edildiyi kimi, qurumuş xurma ağacının budağının əyriliyinə çox oxşayır. Bundan başqa, ayədə qeyd edilən «urcun» kəlməsinin mənası «quruyub incəlmiş, bükülmüş xurma budağı»dır və xurma ağacının meyvələri yığılandan sonra, salxımdan sonra qalan hissəsini ifadə etmək üçün işlədilir. Bu salxım budağının «köhnə» ifadəsi ilə təsvir edilməsi də çox hikmətamizdir, çünki xurma budağının köhnəsi daha nazik və daha əyridir.

Əlbəttə, 1400 il əvvəl Ayın orbiti haqqında məlumata malik olmaq mümkün deyildi. Müasir texnologiya və geniş elmi biliklər sayəsində müəyyən edilə bilən formanın Quranda bu cür qüsursuz bir təşbehlə bildirilməsi, Quranda göstərilən elmi möcüzələrdən daha birisidir.

Ay Yerlə birlikdə Günəşin ətrafında da fırlandığı üçün kosmosda daim "S" hərfinə bənzər orbit cızır. Bu orbitin görünüşü Quranda bildirildiyi kimi quru xurma budağının əyriliyinə bənzəyir.
Ay Yerlə birlikdə Günəşin ətrafında da fırlandığı üçün kosmosda daim "S" hərfinə bənzər orbit cızır. Bu orbitin görünüşü Quranda bildirildiyi kimi quru xurma budağının əyriliyinə bənzəyir.

Ay ilinin hesablanması

Yuxarıdakı ilk ayədə Allah Ayın insanlar üçün illərin hesablanmasında bir ölçü olacağını aydın şəkildə bildirmişdir.

«Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!»

«Yunus» surəsi, 5

«Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının quru və əyri budağı kimi olar”.»

«Yasin» surəsi, 39

Yuxarıdakı ilk ayədə Allah Ayın insanlar üçün illərin hesablanmasında bir ölçü olacağını aydın şəkildə bildirmişdir. Bundan başqa, bu hesablamalar nəzərləri Ayın öz orbitində hərəkəti əsnasındakı yerlərinə uyğun olacağına cəlb edir. Yer-Ay və Yer-Günəş istiqamətləri arasındakı bucaq davamlı olaraq dəyişdiyi üçün biz Ayı çeşidli vaxtlarda müxtəlif şəkillərdə görürük. Ayı görməyimiz Ayın Günəşdən aldığı işığı əks etdirməsi səbəbi ilə mümkündür. Bunun üçün də Ayın Günəşin ətrafından işıqlandırılan tərəfi Yerdəki müşahidəçiyə görə həmişə dəyişir. Bu dəyişikliklər nəzərə alınaraq bəzi hesablamalar aparılır ki, bu da illəri hesablamağı asanlaşdırır.

Əvvəllər 1 ay insanlar tərəfindən iki bədirlənmiş ay arasındakı vaxt və ya Ayın Yerin ətrafında dövr etdiyi zaman kəsiyi olaraq götürülürdü. Bu hesaba görə, bir ay 29 gün 12 saat 44 dəqiqə təşkil edirdi. Buna qəməri ay deyilir. 12 qəməri ay isə Rum təqviminə görə 1 il edir. Ancaq Yerin Günəş ətrafındakı dövrəsi qurtaranda 1 il olaraq qəbul etdiyimiz miladi təqvimlə Rum təqvimi arasında hər il 11 günlük fərq meydana gəlir. “Kəhf” surəsinin 25-ci ayəsində bu fərq belə şərh olunur:

«Onlar mağarada üç yüz il qaldılar və üstünə doqquz il də əlavə olundu”.»

«Kəhf» surəsi, 25

Ayədə qeyd edilən dövrü belə aydınlaşdırmaq mümkündür: 300 il + 11 gün (hər il üçün meydana gələn fərq) = 3300 gün. 1 Günəş ilinin 365 gün 5 saat 48 dəqiqə 45,5 saniyədən ibarət olması nəzərə alınsa, 3300 gün / 365,24 gün = 9 ilə bərabərdir. Başqa sözlə, miladi təqvimə görə 300, Rum təqviminə görə isə 300+9 ildir. Aydın olduğu kimi, ayədə çox incə hesablamaya əsaslanan bu 9 illik fərq diqqətimizə çatdırılıb (ən doğrusunu Allah bilir). Quranda belə bir məlumatın qeyd edilməsi müqəddəs kitabımızın, şübhəsiz ki, elmi möcüzələrindən biridir.

Cazibə qüvvəsi və orbitvari hərəkətlər

Yuxarıdakı ayələrdə bu kəlmələr cazibə qüvvələrindən qaynaqlanan orbitvari hərəkətləri tam olaraq tərif edir.

«And içirəm yanıb-sönənlərə (planetlərə); seyr edib yerini alan (gizlənən) səyyarələrə».»

«Təkvir» surəsi, 15-16

«Təkvir» surəsinin 15-ci ayəsində qeyd edilən «xunnəs» sözü «büzülən, geriyə gedən, qayıdan» kimi mənalara gəlir. 16-cı ayədə «yerini alanlara» kimi tərcümə edilən ərəb dilindəki ifadə isə «kunnəs»dir. «Kanis» kəlməsinin cəmi olan «kunnəs» ifadəsi «bilinən güzərgah, yuvaya girmək, hərəkət halında olan cismin yuvası, yuvasına girib gizlənənlər» mənalarına gəlir. Yenə 16-cı ayədə ifadə edilən «seyr edən» kəlməsi isə «cərəyan» sözünün kökündən törəyən və «axıb gedən, seyr edən» mənasına gələn «cariyə» sözünün cəmi «əlcəvari»dir. Bu sözlərin mənaları nəzərə alınanda planetlərin cazibə qüvvələrinə və orbit ətrafındakı hərəkətlərinə işarə edildiyi anlamına gələ bilər.

Yuxarıdakı ayələrdə bu kəlmələr cazibə qüvvələrindən qaynaqlanan orbitvari hərəkətləri tam olaraq tərif edir. Bunlardan «xunnəs» kəlməsi ilə planetlərin həm öz nüvələri istiqamətində, həm də Günəş sisteminin mərkəzi olan Günəşə tərəf cəzb edilməsinə diqqət çəkilir (ən doğrusunu Allah bilir). Cazibə qüvvəsi kainatda mövcud olan bir qüvvədir, ancaq bu cazibə qüvvəsinin riyazi düsturlarla göstərilməsi XVII-XVIII əsrlərdə yaşamış İsaak Nyuton tərəfindən mümkün olmuşdur. Sonrakı ayədə qeyd edilən «əlcəvari» kəlməsi də bu cazibə qüvvəsinə qarşı dirənən mərkəzdənqaçma qüvvəsindən qaynaqlanan orbitvarı hərəkətləri vurğulayır. Şübhəsiz ki, seyr edənlər, axıb gedənlər mənasına gələn «əlcəvari» sözünün «xunnəs» (mərkəzə tərəf çəkilmək, büzülmək) və «kunnəs» (güzərgah, yuvaya girmək, hərəkət halındakı cismin yuvası) kəlmələri ilə işlədilməsi 1400 il əvvəl bilinməsi mümkün olmayan mühüm bir elmi həqiqətə diqqət çəkir (ən doğrusunu Allah bilir). Bundan başqa, Quranda and içilən məsələlərdən biri olan bu ayələr mövzunun əhəmiyyətinə diqqəti çəkən başqa bir işarədir.

Yer kürəsinin və kosmosun diametrləri

Yuxarıdakı ayədə «bucaqlar» kimi tərcümə olunan sözün əsli ərəb dilində «əqtar» deyə ifadə edilir. «Əqtar» ərəb dilində diametr mənasına gələn «qutur» kəlməsinin cəmidir, göylərin və Yerin çoxlu diametrinin olduğunu ifadə edir.

«Ey cin və insan tayfası! Əgər göylərin və yerin bucaqlarından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq üstün qüdrət ilə çıxa bilərsiniz!»

«Rəhman» surəsi, 33

Yuxarıdakı ayədə «bucaqlar» kimi tərcümə olunan sözün əsli ərəb dilində «əqtar» deyə ifadə edilir. «Əqtar» ərəb dilində diametr mənasına gələn «qutur» kəlməsinin cəmidir, göylərin və Yerin çoxlu diametrinin olduğunu ifadə edir. Ərəb dilində sözün işlədilməsində tək, yoxsa cəm (ikidən çox), yaxud ikili mənada istifadə edildiyini bilmək mümkündür. Dolayısilə, sözün buradakı işlədilmə tərzi ilə -ikidən çox olduğunu ifadə edən cəm şəkilçisi ilə- başqa möcüzəvi məlumat xəbər verilir.

Məlum olduğu kimi, üçölçülü bir cisim ancaq düzgün bir kürəvarı formaya malikdirsə, tək bir diametrdən bəhs edilir. Diametrlər ifadəsi isə ancaq düzgün olmayan bir kürəvarı formaya aid ola bilər. Həmçinin ayədə seçilən bu kəlmə -diametrlər- Yer kürəsinin geoit quruluşunu göstərməsi baxımından əhəmiyyətlidir. Ayədə diqqəti cəlb edən ikinci mövzu isə diametrlərdən bəhs edilərkən Yer üzü və göylərdən ayrı-ayrılıqda bəhs edilməsidir.

Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, kainat genişlənir, lakin bu, qalaktikaların və başqa kosmik cisimlərin kosmosda ətrafa dağıldığı mənasına gəlmir. Bu, kosmosun genişləndiyi və bu əsnada qalaktikalar arasındakı məsafənin də artdığı mənasına gəlir.

«Rəhman» surəsinin 33-cü ayəsində qeyd edilən «göylərin bucaqları (diametrləri)» şəklində ifadə edilməsi də kosmosun kürəvarı quruluşuna işarə edir (ən doğrusunu Allah bilir). Kosmosun müxtəlif yerlərindən onun diametrləri fərqli olacağı kimi, davamlı genişlənən kosmosun diametrləri də davamlı dəyişiklik göstərəcək. Bu baxımdan ayədə bucaq kəlməsinin cəm halında işlədilməsi çox hikmətlidir və Quranın hər şeyin elminə sahib olan Rəbbimizin vəhyi olmasının göstəricilərindən biridir.

Atmosferin təbəqələri

Quran ayələrində kainat haqqında verilən məlumatlardan biri də göyün yeddi təbəqə olaraq təşkil edilməsi məsələsi ilə bağlıdır:

1- Troposfer 2- Stratosfer 3- Mezosfer 4- Termosfer 5- Ekzosfer 6- İonosfer 7- Maqnitosfer
1- Troposfer 2- Stratosfer 3- Mezosfer 4- Termosfer 5- Ekzosfer 6- İonosfer 7- Maqnitosfer

Quran ayələrində kainat haqqında verilən məlumatlardan biri də göyün yeddi təbəqə olaraq təşkil edilməsi məsələsi ilə bağlıdır:

«Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!»

«Bəqərə» surəsi, 29

«Sonra Allah tüstü halında olan göyə üz tutdu... Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi...»

«Fussilət» surəsi, 11-12

Quranın əksər ayələrində rastlaşdığımız “göy” kəlməsi kainatı ifadə etmək üçün istifadə olunduğu kimi, həm də dünyanın səmasını ifadə etmək üçün də işlədilmişdir. Kəlmənin bu mənasına varanda belə qənaət hasil olur ki, Yer kürəsinin göy təbəqələri, başqa sözlə, məhz atmosferin 7 qatı yaradılıb.

Bu kəlmə həmçinin onu təsdiqləyir ki, atmosfer üst-üstə təbəqələnmiş müxtəlif qatlardan meydana gəlib.19

Kimyəvi vəziyyətin və ya havanın istiliyinin əsas götürülməsi yolu ilə qeyd edilən məsələlərdə atmosferin 7 təbəqə olduğu təsdiq edilmişdir.20 Bu gün hələ 48 saatlıq hava proqnozlarında istifadə edilən və “Limited Fine Mesh Model” (LFMM) adlandırılan atmosfer modelinə görə də, atmosfer 7 təbəqədən meydana gəlib. Müasir geoloji formullara görə, atmosferin 7 qatı belə tərtib edilib:

1. Atmosfer 2. Yer Yer həyat üçün zəruri olan xüsusiyyətlərin hamısına malikdir. Bunlardan biri də canlıları qoruyan və xüsusi qalxan rolunu yerinə yetirən atmosferdir. Bu gün Yer atmosferinin üst-üstə düzülmüş müxtəlif qatlardan ibarət olduğu məlumdur. Atmosfer, eynilə ayədə bildirildiyi kimi, düz yeddi əsas qatdan ibarətdir. Bu, əlbəttə ki, Quranın möcüzələrindən biridir.
1. Atmosfer 2. Yer Yer həyat üçün zəruri olan xüsusiyyətlərin hamısına malikdir. Bunlardan biri də canlıları qoruyan və xüsusi qalxan rolunu yerinə yetirən atmosferdir. Bu gün Yer atmosferinin üst-üstə düzülmüş müxtəlif qatlardan ibarət olduğu məlumdur. Atmosfer, eynilə ayədə bildirildiyi kimi, düz yeddi əsas qatdan ibarətdir. Bu, əlbəttə ki, Quranın möcüzələrindən biridir.
  1. Troposfer
  1. Stratosfer
  1. Mezosfer
  1. Termosfer
  1. Ekzosfer
  1. İonosfer
  1. Manyetosfer.

Bu mövzu ilə bağlı daha bir möcüzə öz əksini “Fussilət” surəsinin 12-ci ayəsində qeyd edilən “O, hər bir göyün işini özünə vəhy edib bildirdi” cümləsində tapır. Bu ayədə Allahın hər təbəqə üçün müəyyən bir vəzifə müəyyən etdiyi bildirilir. Sonrakı səhifələrdə də ətraflı görəcəyimiz kimi, adlarını yuxarıda sadaladığımız atmosfer təbəqələrinin hər biri insanların və dünyamızdakı bütün canlıların həyatı baxımından çox mühüm vəzifələr daşıyır.

Yağışın meydana gəlməsindən zərərli şüaların qarşısının alınmasına, radio dalğaların ötürülməsindən meteoritlərin zərərsiz hala gətirilməsinə qədər hər bir təbəqənin özünəməxsus bir vəzifəsi var. Aşağıdakı ayələr isə bizə atmosferin 7 təbəqəsi ilə bağlı bitkin və əhatəli bilgilər verir:

«Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?»

«Nuh» surəsi, 15

«Yeddi göyü qat-qat yaradan da Odur...»

«Mülk» surəsi, 3

Bu ayələrdə “qat” kimi tərcümə edilən “tibəqən” kəlməsi ərəb dilində “təbəqə, bir şeyin uyğun olan qapağı və örtüyü” mənalarına da gəlir ki, bu da öz növbəsində üst qatın alt qata uyğunluğunu göstərir. Kəlmənin cəm halda istifadəsi isə “qat-qat” şəklində yazılır. Ayələrdə göyün qat-qat halında təsvir edilməsi atmosfer təbəqələrini şübhəsiz ki, ən mükəmməl şəkildə ifadə edir. Müasir insanın XX əsrin texnologiyası olmadan dərk edib anlaya bilmədiyi bu həqiqətlərin 1400 il əvvəl göndərilmiş Qurani-kərimdə aydın şəkildə ifadə olunması, əlbəttə ki, çox böyük bir möcüzədir.

Qorunan tavan və yeddi qat göy

Quranda göyün “qorunub saxlanılan bir tavan” olduğu və yeddi qat halında yaradıldığı bildirilir. XX əsrdə atmosferin həm qatlı quruluşu, həm də həyatı qoruyan funksiyaları kəşf edildi.

qatların üzərinə gəlin

Allah göy üzünün maraqlı bir xüsusiyyətinə Quranda belə diqqət çəkir:

«Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, kafirlər ayələrimizdən üz döndərirlər”.»

«Ənbiya» surəsi, 32

Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti çox sonralar - XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir. Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer həyatın davam etməsi nöqteyi-nəzərindən çox mühüm funksiyaları yerinə yetirir. Atmosfer Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların Yer üzünə düşərək canlılara zərər verməsinin qarşısını alır. Atmosfer həmçinin kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da bir növ filtrdən keçirərək təmizləyir. Atmosferin bu xüsusiyyətinin ən maraqlı tərəfi onun sadəcə olaraq zərərsiz miqdarda şüaları, yəni işığı, infraqırmızı şüaları və radio dalğaları keçirməsidir. Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən dozada keçməsinə icazə verilən ultrabənövşəyi şüalar bitkilərin fotosintez imkanlarını, beləliklə də bütün canlıların həyatda qalmasını təmin edir. Ancaq Günəş tərəfindən yayılan şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə onların həyat üçün zəruri olan az bir qismi çatır.

Atmosferin qoruyucu xüsusiyyəti təkcə bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik ölümcül soyuğundan yenə atmosfer qatının sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyil. “Van Allen qurşaqları” adlanan və dünyanın maqnit sahəsindən qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini atmosferlə birlikdə yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn və parlama adı verilən enerji partlayışları Yerdəki bütün həyatı məhv edəcək gücdədir. Bu təhlükənin də qarşısını məhz Van Allen qurşaqları alır.

Doktor Hüq Ross (dr. Hugh Ross) Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini belə izah edir:

“Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu geniş nikel-dəmir nüvəsi böyük bir maqnit sahəsindən də mühüm funksiyanı yerinə yetirir. Yerin bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə Yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsinə malik olan və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir. Fəqət onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur”.21

Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan enerjinin Xirosimaya atılan atom bombalarından 100 milyard dəfə güclü olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddən artıq hərəkət müşahidə edilmiş, Yer atmosferindən 250 kilometr hündürlükdə istilik 25000 C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir. Allah dünyanı əhatə edən göy üzünün bu qoruyucu zirehi barədə əsrlərlə bundan əvvəl Quranda xəbər vermişdir.

Yerin maqnit sahəsinin yaratdığı maqnitosfer qatı yer səthini meteoritlərdən, zərərli kosmik şüalardan və hissəciklərdən qoruyan bir qalxan kimidir. Yuxarıdakı şəkildə Van Allen qurşaqları da adlandırılan bu maqnitosfer qatı görünür. Yerdən on minlərlə kilometr uzaqlıqda yerləşən bu qurşaqlar yer üzündəki canlıları kosmosdan gələ biləcək öldürücü enerjidən qoruyur. Bütün bu elmi tapıntılar Yerin xüsusi şəkildə qorunduğunu sübut edir. Əhəmiyyətli olan isə bu qorunmanın "göyü qorunan bir tavan etdik" ayəsi ilə 1400 il əvvəl Quranda xəbər verilməsidir.
Yerin maqnit sahəsinin yaratdığı maqnitosfer qatı yer səthini meteoritlərdən, zərərli kosmik şüalardan və hissəciklərdən qoruyan bir qalxan kimidir. Yuxarıdakı şəkildə Van Allen qurşaqları da adlandırılan bu maqnitosfer qatı görünür. Yerdən on minlərlə kilometr uzaqlıqda yerləşən bu qurşaqlar yer üzündəki canlıları kosmosdan gələ biləcək öldürücü enerjidən qoruyur. Bütün bu elmi tapıntılar Yerin xüsusi şəkildə qorunduğunu sübut edir. Əhəmiyyətli olan isə bu qorunmanın "göyü qorunan bir tavan etdik" ayəsi ilə 1400 il əvvəl Quranda xəbər verilməsidir.
Göyü seyr edən insanların çoxunun ağlına atmosferin qoruyucu quruluşu gəlmir. Bu quruluş olmasaydı, Yerin necə bir yer olacağı da çox vaxt düşünülmür. Yuxarıdakı şəkildə Yerə düşən bir meteoritin ABŞ-ın Arizona ştatında açdığı nəhəng çuxur görünür. Əgər atmosfer olmasaydı, bu meteoritlərin milyonlarlası Yer səthinə düşər və planet yaşanılmaz hala gələrdi. Lakin məhz atmosferin qoruyucu xüsusiyyəti sayəsində Yerdəki canlılar həyatlarını əmin-amanlıq içində davam etdirirlər. Bu, əlbəttə, Allahın insanlar üzərindəki qorumasıdır və Quranda xəbər verilmiş bir möcüzədir.
Göyü seyr edən insanların çoxunun ağlına atmosferin qoruyucu quruluşu gəlmir. Bu quruluş olmasaydı, Yerin necə bir yer olacağı da çox vaxt düşünülmür. Yuxarıdakı şəkildə Yerə düşən bir meteoritin ABŞ-ın Arizona ştatında açdığı nəhəng çuxur görünür. Əgər atmosfer olmasaydı, bu meteoritlərin milyonlarlası Yer səthinə düşər və planet yaşanılmaz hala gələrdi. Lakin məhz atmosferin qoruyucu xüsusiyyəti sayəsində Yerdəki canlılar həyatlarını əmin-amanlıq içində davam etdirirlər. Bu, əlbəttə, Allahın insanlar üzərindəki qorumasıdır və Quranda xəbər verilmiş bir möcüzədir.

Göy üzünün tavan edilməsi

Yuxarıdakı ayədə “göy üzü” kəlməsi ərəb dilində “əssəməə binaən” şəklində ifadə olunub. Bu kəlmə “qübbə”, “tavan” mənaları ilə birlikdə bədəvi ərəblər tərəfindən istifadə edilən çadıra oxşayan bir örtük mənasına da gəlir.

«O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın”.»

«Bəqərə» surəsi, 22

Geminid meteor yağışı hər il dekabr ayının ikinci həftəsində ən sıx şəkildə müşahidə olunur. Yuxarıdakı fotoşəkildə görünən qısa xətlər ulduzlara aid izlərdir, uzun olanlar isə meteorlara aiddir. Şəkildə görünən meteor yağışında meteoritlər saatda 58-ə çatan sıxlıqla düşmüşdür.
Geminid meteor yağışı hər il dekabr ayının ikinci həftəsində ən sıx şəkildə müşahidə olunur. Yuxarıdakı fotoşəkildə görünən qısa xətlər ulduzlara aid izlərdir, uzun olanlar isə meteorlara aiddir. Şəkildə görünən meteor yağışında meteoritlər saatda 58-ə çatan sıxlıqla düşmüşdür.

Yuxarıdakı ayədə “göy üzü” kəlməsi ərəb dilində “əssəməə binaən” şəklində ifadə olunub. Bu kəlmə “qübbə”, “tavan” mənaları ilə birlikdə bədəvi ərəblər tərəfindən istifadə edilən çadıra oxşayan bir örtük mənasına da gəlir. Burada nəzərdə tutulan fikir xarici nəsnələrə qarşı qorunmanın təmin edilməsidir. Bizim əksəriyyətimizin nəzərini cəlb etməsə də, başqa planetlərdə olduğu kimi, Yerə çoxlu meteorit düşür. Başqa planetlərə düşəndə böyük kraterlər açan bu meteoritlərin Yerə zərər verməməsinin səbəbi dünyanı əhatə edən atmosferin bu cür meteorit yağışını zərərsizləşdirməsi, təhlükənin qarşısını alması və həmin “gəlmə” cisimlərin qarşısında maneəyə çevrilməsidir. Meteorit bu əngələ çox tab gətirə bilmir və sürtünmədən meydana gələn yanğın nəticəsində öz kütləsinin əhəmiyyətli hissəsini itirir. Beləliklə də bu böyük təhlükə atmosferin mövcudluğu sayəsində fəlakətlərə səbəb ola bilmir və böyüməyə macal tapmamış onun qarşısı alınır. Allah atmosfer haqqında yuxarıda bəhs etdiyimiz qoruyucu xüsusiyyətləri ilə bağlı müxtəlif ayələrlə yanaşı, aşağıdakı ayədə də bu xüsusi yaradılışa diqqət yönəldir:

«Məgər Allahın yerdə olanları, dənizdə Onun əmri ilə üzən gəmiləri sizin istifadənizə verdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!»

«Həcc» surəsi, 65

Əvvəlki səhifələrdə də bəhs etdiyimiz atmosferin qoruyucu xüsusiyyəti onun Yeri kosmosdan, yəni xarici bombardmandan qoruması ilə bağlıdır. Yuxarıda qeyd edilən ayələrdə göy üzü üçün işlədilən tavan kəlməsi də diqqəti tam olaraq göy üzünün Peyğəmbərimizin dövründə bilinməsi mümkün olmayan bu cəhətinə yönəldir, bununla da məsələyə tam şəkildə aydınlıq gətirilmiş olur. Bu məlumatların ən müasir texnologiya ilə təchiz olunmuş kosmik vasitələrin, nəhəng teleskopların olmadığı 1400 il əvvəl Qurani-kərimdə xəbər verilməsi Quranın sonsuz elm sahibi olan Rəbbimizin vəhyi olduğunu göstərir.

Qaytaran göy

Tariq surəsində göyə “qaytaran” xüsusiyyəti ilə and içilir. Bu gün bilirik ki, atmosferin hər qatı ona çatanı ya yerə, ya da kosmosa geri qaytarır.

dörd rejimi sınayın

Qurani-kərimdə “Tariq” surəsinin 11-ci ayəsində göy üzünün “geri hərəkət etdirə bilmək” xüsusiyyətindən belə bəhs edilir:

«And olsun qaytarıb endirən səmaya...»

«Tariq» surəsi, 11

Quran tərcümələrində “qaytarmaq” şəklində tərcümə edilən “rəci” kəlməsi “geri qaytaran” və ya “geri dövr etdirən” mənalarına gəlir.

Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer müxtəlif qatlardan ibarətdir. Yerdə həyatın davam etməsi üçün hər təbəqənin mühüm vəzifələri var. Bu məsələ ilə bağlı incələmə aparılanda məlum olur ki, hər təbəqəyə gələn maddə və şüaların kosmosa və ya Yerə geri qaytarmaq xüsusiyyəti var. Atmosfer təbəqələrinin geri qaytarmaq xüsusiyyətini burada bir neçə nümunənin əsasında tədqiq etməyə çalışaq. Məsələn, 13-15 km yüksəklikdəki troposfer təbəqəsi Yerdən yüksələn su buxarının soyuyub, qalınlaşıb, sıxlaşıb yağış formasında geri qayıtmasını təmin edir. 25 km yüksəklikdəki stratosferin aşağı təbəqəsi olan ozonosfer kosmosdan gələn radiasiyanı və zərərli ultrabənövşəyi şüaları əks etdirir və onların Yerə çatmadan kosmosa geri qayıtmasını təmin edir. İonosfer təbəqəsi də Yerdən yayılan radio dalğaları bir peyk kimi Yerin müxtəlif bölgələrinə geri əks etdirərək, radio və televiziya yayımlarına uzaq məsafələrdən baxılmasını, simsiz danışıqların ötürülməsini təmin edir. Manyetosfer təbəqəsi isə Günəşdən və başqa ulduzlardan yayılan zərərli radioaktiv hissələri Yerə çatmağa qoymayaraq onları geriyə - kosmosa qaytarır.

Göy üzü təbəqələrinin hələ yaxın keçmişdə kəşf edilən bu xüsusiyyətinin Quranda əsrlərlə bundan əvvəl bildirilməsi Quranın Allahın sözü olduğunu bir daha sübut edir.

Yer üzərində canlı həyatı üçün suyun mövcudluğu son dərəcə vacibdir. Suyun yaranmasında rol oynayan amillərdən biri də atmosferin qatlarından biri olan Troposferdir. Troposfer qatı okeanlardan qalxan su buxarını sıxlaşdıraraq yer üzünə yağış şəklində geri qaytarır. Yer üzündəki həyat üçün öldürücü ola biləcək şüaların qarşısını alan atmosfer qatı isə Ozonosfer qatıdır. Stratosferin alt qatı olan Ozonosfer qatı ultrabənövşəyi kimi zərərli kosmik şüaları kosmosa geri qaytararaq bu şüaların yer üzünə çatmasının və canlılara zərər verməsinin qarşısını alır. Atmosferin hər qatı insanlar üçün faydalı xüsusiyyətlərə malikdir. Məsələn, atmosferin üst qatlarından biri olan İonosfer qatı müəyyən bir mərkəzdən yayımlanan radio dalğalarını yer üzünə geri əks etdirərək bu yayımların hətta uzaq məsafələrdən belə qəbul edilməsini təmin edir.
Yer üzərində canlı həyatı üçün suyun mövcudluğu son dərəcə vacibdir. Suyun yaranmasında rol oynayan amillərdən biri də atmosferin qatlarından biri olan Troposferdir. Troposfer qatı okeanlardan qalxan su buxarını sıxlaşdıraraq yer üzünə yağış şəklində geri qaytarır. Yer üzündəki həyat üçün öldürücü ola biləcək şüaların qarşısını alan atmosfer qatı isə Ozonosfer qatıdır. Stratosferin alt qatı olan Ozonosfer qatı ultrabənövşəyi kimi zərərli kosmik şüaları kosmosa geri qaytararaq bu şüaların yer üzünə çatmasının və canlılara zərər verməsinin qarşısını alır. Atmosferin hər qatı insanlar üçün faydalı xüsusiyyətlərə malikdir. Məsələn, atmosferin üst qatlarından biri olan İonosfer qatı müəyyən bir mərkəzdən yayımlanan radio dalğalarını yer üzünə geri əks etdirərək bu yayımların hətta uzaq məsafələrdən belə qəbul edilməsini təmin edir.

Dəmirdəki böyük sirr

Quranda dəmirin “endirildiyi” bildirilir. Müasir astronomiya göstərdi ki, Yerdəki dəmir burada yaranmayıb — kosmosdakı nəhəng ulduzlardan gəlib.

3 mərhələ avtomatik dəyişir

Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın “Hədid”, yəni “Dəmir” adlı surəsində belə buyurulur:

«...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik (endirdik)...»

«Hədid» surəsi, 25

Ayədə xüsusi olaraq dəmirlə bağlı işlədilən “ənzəlnə”, yəni “endirmək” kəlməsi məcazi anlamda onun insanların xidmətinə verilməsi mənasında başa düşülə bilər. Fəqət kəlmənin yağış və günəş şüaları ilə bağlı işlədilən “göydən fiziki olaraq endirmə” şəklindəki həqiqi mənasına diqqət veriləndə ayənin çox mühüm elmi möcüzə olduğu aşkara çıxır. Çünki müasir astronomiya elmi Yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut etmişdir.23

«Hədid» surəsinin 25-ci ayəsində dəmir üçün işlədilən «ənzəlnə», yəni «endirmək» kəlməsinin məcazi mənada insanlara xidmət üçün verilmək mənasında olduğu düşünülə bilər. Lakin kəlmənin yağış və günəş şüaları barədə işlədilən «göydən fiziki olaraq endirmək» şəklindəki həqiqi mənası diqqətə alınanda ayənin yuxarıda ifadə etdiyimiz bu mühüm elmi həqiqətə işarə etdiyi görünür.

Təkcə Yerdəki deyil, bütün Günəş sistemindəki dəmir kənardan əldə edilmişdir. Çünki Günəşin hərarəti dəmir elementinin meydana gəlməsi üçün kifayət etmir. Günəşin 60000 C dərəcəlik səthinin və 20 milyon C dərəcəlik nüvə hərarəti vardır. Dəmir ancaq Günəşdən də böyük olan ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan istidə əmələ gələ bilər. Nova və supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən həddi keçdikdə, ulduzlar artıq onu saxlaya bilmir və partlayır. Dəmirin kosmosa səpələnməsi bu partlayışlar nəticəsində mümkün olur.24

Bir elmi mənbədə bu məsələ ilə bağlı aşağıdakı məlumat qeyd edilir:

“Daha çox yaşı olan Supernova hadisələrini göstərən dəlillər də var. Dəniz tavanında yığılmış dəmir-60 Günəşdən 90 işıq ili uzaqlıqda təxminən 5 milyon il əvvəl meydana gələn bir supernova partlayışının dəlili olaraq izah edilir. Supernova partlayışında əmələ gələn dəmir-60 elementi 1,5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin altındakı təbəqələrdə rast gəlinən dəmir-60 izotopu yaxın kosmosda olan elementlərin nüvə sintezi prosesindən keçərək əvvəlcə Yer atmosferinə, oradan da Yerin alt təbəqələrinə düşməsi nəticəsində meydana gəlmişdir”.25

Bütün bunlardan da göründüyü kimi, dəmir mədənləri Yerdə əmələ gəlməmiş, supernovalardan göy daşları vasitəsilə daşınaraq eynilə ayədə bildirildiyi şəkildə Yerə endirilmişdir. Bu məlumatın Quranın nazil olunduğu VII əsrdə elmi şəkildə təsbit edilməsinin qeyri-mümkünlüyü isə tam aydındır. Bu həqiqət yalnız hər şeyi sonsuz biliyi ilə əhatə edən Allahın sözündə - Quranda var.

Əl-Hədid surəsi Quranın 57-ci surəsidir, Əl-Hədid sözünün ərəb dilindəki say dəyəri isə 57-dir. Təkcə "hədid" sözünün say dəyəri 26-dır. Yandakı dövri cədvəldə də göründüyü kimi, 26 rəqəmi dəmirin atom nömrəsidir. Üstün qüdrət sahibi olan Allah Hədid surəsində nazil etdiyi ayə ilə həm dəmirin necə yarandığına diqqət çəkir, həm də ayənin ehtiva etdiyi riyazi şifrələrlə bizə elmi bir möcüzə göstərir.
Əl-Hədid surəsi Quranın 57-ci surəsidir, Əl-Hədid sözünün ərəb dilindəki say dəyəri isə 57-dir. Təkcə "hədid" sözünün say dəyəri 26-dır. Yandakı dövri cədvəldə də göründüyü kimi, 26 rəqəmi dəmirin atom nömrəsidir. Üstün qüdrət sahibi olan Allah Hədid surəsində nazil etdiyi ayə ilə həm dəmirin necə yarandığına diqqət çəkir, həm də ayənin ehtiva etdiyi riyazi şifrələrlə bizə elmi bir möcüzə göstərir.

Dövrümüzün astronomik bilikləri bizə başqa elementlərin də Yer kürəsindən kənarda meydana gəldiyini göstərir. Ayədəki «dəmiri də endirdik» ifadəsindəki «də» vurğusu bu həqiqətə diqqəti cəlb etmək üçün ola bilər. Ancaq ayədə dəmirin xüsusilə vurğulanması XX əsrin axırlarında əldə edilən məlumatlar nəzərə alınanda daha çox maraq kəsb edir. Məşhur mikrobioloq Maykl Denton «Təbiətin taleyi» adlı kitabında dəmirin əhəmiyyətini bu sözlərlə ifadə etmişdir:

«Bütün metalların arasında dəmirdən daha çox zəruri əhəmiyyəti olanı yoxdur. Bir ulduzun nüvəsində dəmirin yığılması supernova partlayışına təkan verir və bununla da həyat üçün zəruri olan atomların bütün kainata yayılması təmin edilir. Dəmir atomlarının dünyanın ilk mərhələlərində nüvədə meydana gətirdiyi cazibə qüvvəsi ilə yaranan hərarət dünyanın başlanğıcındakı kimyəvi fərqliliklərə səbəb olmuş və atmosferin meydana gəlməsi ilə son nəticədə hidrosferin yaranmasını təmin etmişdir. Dünyanın mərkəzində mövcud olan ərimiş dəmir nəhəng bir maqnit vəzifəsini yerinə yetirir və dünyanın maqnit sahəsini yaradır. Bu maqnit sahəsi sayəsində Yer kürəsinin səthini yüksək enerjili dağıdıcı kosmik radiasiyadan qoruyan Van Allen radiasiya zolaqları meydana gəlir və həyat üçün mühüm əhəmiyyəti olan ozon təbəqəsini kosmik şüanın dağıdıcı gücündən qoruyur...»

Dəmir atomu olmasaydı, kainatda karbona bağlı həyatın olması da mümkün olmazdı. Supernovalar, dünyanın ilk dövrlərində hərarət, atmosfer, yaxud da hidrosfer mövcud olmazdı. Qoruyucu maqnit sahəsi olmaz, Van Allen radiasiya zolaqları meydana gəlməz, ozon təbəqəsi olmaz, (insan qanında) hemoqlobini meydana gətirən heç bir metal olmazdı, oksigenin reaktivliyini aşağı salan metal yaranmaz və oksidə əsaslanan bir metabolizm meydana gəlməzdi.

Həyatla, dəmirlə və qanın qırmızı rəngi ilə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə təkcə metalların biologiya baxımından mühüm olduğunu göstərməklə qalmır, həmçinin kainatın bioloji cəhətdən əhəmiyyətini vurğulayır.26

Dəmir atomunun əhəmiyyəti bu izahlarla daha yaxşı başa düşülür. Quranda dəmirə xüsusi diqqət verilməsi də bu maddənin əhəmiyyətini göstərir. Peyğəmbərimizin (s) dövründə də dəmirdən istifadə edilməklə və müxtəlif alətlər düzəldilirdi, ancaq dəmirin insan həyatındakı əhəmiyyəti haqqındakı məlumatlar o vaxt kifayət qədər deyildi. Dünyanın nüvəsində dəmirin olduğu, insanın qanında dəmirin mövcudluğu və dəmirin canlı aləm üçün həyati əhəmiyyəti XX əsrə kimi hələ bilinməyən həqiqətlər idi.

Bütün bunlarla yanaşı, Quranda dəmirin əhəmiyyətinə diqqəti yönəldən bir sirr də var. İçində dəmirdən bəhs edilən «Hədid» surəsinin 25-ci ayəsi özündə çox maraqlı iki riyazi şifrəni ehtiva edir.

“Hədid” Quranın 57-ci surəsidir. “Hədid” kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni “əbcəd” hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: 57. (Əbcəd hesabları ilə bağlı ətraflı məlumat üçün baxın: “Quranda əbcəd hesabı” fəsli). “Hədid” kəlməsinin riyazi dəyəri isə 26-dır. 26 da dəmirin atom sayıdır.

Digər tərəfdən, ötən aylarda həyata keçirilən bir xərçəng xəstəliyinin müalicəsində dəmir-oksid hissəciklərindən istifadə olundu və müsbət nəticələrin əldə olunduğu müşahidə edildi. Almaniyanın bütün dünyada məşhur olan “Charite” xəstəxanasında doktor Andreas Cordanın rəhbərliyi altında çalışan heyət xərçəng xəstəliyinin müalicəsi üçün müəyyənləşdirdiyi yeni üsulla - maqnit maye hipertermiya, yəni yüksək hərarətli maqnetik maye tətbiqi üsulu ilə - xərçəng hüceyrələrini məhv etməyi bacardı. Xəstəxanada ilk dəfə 26 yaşlı Nikolaus H. adlı bir tələbə üzərində sınaqdan keçirilən bu üsulun nəticəsində həmin şəxsdə üç ay yeni xərçəng hüceyrələri müşahidə edilməmişdi.

İstifadə edilən bu müalicə üsulu qısa olaraq bu formadadır:

  1. İçində dəmir-oksid hissəcikləri olan maye xüsusi şprislə şişin içinə göndərilir. Bu hissəciklər şiş hüceyrələrinə dağılır. Bu mayenin 1 sm3-ində dəmir-oksiddən meydana gələn və eritrositlərdən (qırmızı qan hüceyrələrindən) 1000 dəfə kiçik milyonlarla hissəcik mövcuddur və bunlar asanlıqla qan damarlarında qarışa bilir.27
  1. Xəstə bundan sonra güclü maqnetik təsiri olan bir cihazın altına yatızdırılır.
  1. Kənarda tətbiq edilən bu maqnetik cərəyan şişin içindəki dəmir hissəciklərini hərəkətə gətirməyə başlayır. Bu əsnada özündə dəmir-oksid hissəciklərini ehtiva edən şişdəki şüa müsbət 450 C-yə qədər qalxır.
  1. İstiliyə qarşı özünü qoruya bilməyən xərçəng hüceyrələri bir neçə dəqiqə ərzində zəiflədilir, ya da tamam məhv edilir. Bundan sonra aparılan kimyaterapiya ilə şiş tamamilə yox ola bilir.28

Bu üsulun yayılması ölümcül olan bu xəstəliyin müalicəsi baxımından çox böyük elmi tərəqqidir. Xərçəng kimi geniş yayılmış bir xəstəliyin müalicəsində Qurandakı ifadə ilə «insanlara fayda verən dəmir»dən istifadə edilməsi çox diqqətəlayiq məqamdır («Hədid» surəsi, 25). Həmçinin Quranda həmin ayə ilə dəmirin insan sağlamlığı baxımından bu yöndəki faydalarına da işarə edilməsi mümkündür (ən doğrusunu Allah bilir).

Zamanın nisbiliyi

Zamanın nisbiliyi mövzusu bu gün tam isbat edilmiş elmi bir həqiqətdir. Ancaq bu həqiqət XX əsrin əvvəllərində Albert Eynşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb.

Zamanın nisbiliyi mövzusu bu gün tam isbat edilmiş elmi bir həqiqətdir. Ancaq bu həqiqət XX əsrin əvvəllərində Albert Eynşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb. O dövrə qədər insanlar zamanın nisbiliyinin bir nəzəriyyə olduğunu, şəraitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Ancaq məşhur alim Albert Eynşteyn zamanın nisbiliyi nəzəriyyəsi ilə bu həqiqəti aydın şəkildə sübut etdi. Bəşər tarixi boyu heç kim bu məsələni açıq-aşkar deyə bilməmişdi. Ancaq bir istisna ilə - Quranda zamanın nisbi olduğunu göstərən məlumatlar var! Sözügedən məsələ ilə bağlı ayələri bu cür qeyd edə bilərik:

«...Rəbbinin dərgahında bir gün sizin saydıqlarınızın min ili kimidir!»

«Həcc» surəsi, 47

«O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona yüksələr”.»

«Səcdə» surəsi, 5

«Mələklər və Ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar”.»

«Məaric» surəsi, 4

610-cu ildən etibarən göndərilməyə başlanan Quranda zamanın nisbiliyindən bu cür aydın şəkildə bəhs edilməsi onun ilahi bir kitab olduğunun başqa bir sübutudur.

Altı gündə yaradılış

Quranla müasir elm arasındakı uyğunluğun bir nümunəsi də özünü kainatın yaşı məsələsində büruzə verir. Kosmoloqlar kainatın yaşının 16-17 milyard il olduğunu hesablayıblar. Quranda isə bütün kainatın 6 günə yaradıldığı açıqlanır.

«Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən Allahdır...»

«Əraf» surəsi, 54

«Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.»

«Bəqərə» surəsi, 255

Quranla müasir elm arasındakı uyğunluğun bir nümunəsi də özünü kainatın yaşı məsələsində büruzə verir. Kosmoloqlar kainatın yaşının 16-17 milyard il olduğunu hesablayıblar. Quranda isə bütün kainatın 6 günə yaradıldığı açıqlanır. İlk baxışda fərqli kimi görünən bu zaman kəsikləri arasında çox təəccüblü bir uyğunluq var. Əslində isə, əlimizdə kainatın yaşı ilə bağlı mövcud olan bu iki rəqəmin hər ikisi də doğrudur. Yəni kainat Quranda da bildirildiyi kimi, 6 günə yaradılıb və bu dövr bizim dərk etdiyimiz zaman hesabı ilə 16-17 milyard ilə uyğun gəlir.

Eynşteyn 1915-ci ildə zamanın nisbi olduğunu, məkana, səyahət edən adamın sürətinə və həmin andakı Yerin cazibə qüvvəsinə bağlı olaraq zamanın axma əmsalının da dəyişdiyini iddia etmişdi. Zamanın axma əmsalındakı bu fərqlər nəzərə alınanda Quranda 7 fərqli ayədə bildirilən kainatın yaradılma müddətinin alimlərin təxminləri ilə üst-üstə düşdüyü görünür. Quranda bildirilən 6 günlük vaxtı 6 dövr kimi də qəbul edə bilərik. Çünki zamanın nisbiliyi nəzərə alınanda «gün» təkcə bugünkü şərtlərlə dünyada dərk edilən 24 saatlıq bir zaman kəsiyini ifadə edir. Ancaq kainatın başqa yerində, başqa vaxtda və şəraitdə «gün» daha uzun müddətlik bir zaman kəsiyidir. Həmçinin bu ayələrdə («Səcdə» surəsi, 4; «Furqan» surəsi, 59; «Hədid» surəsi, 4; «Qaf» surəsi, 38; «Əraf» surəsi, 54) qeyd edilən 6 gün («sittəti əyyamin») ifadəsindəki «əyyamin» kəlməsi «günlər» mənası ilə yanaşı, həm də «çağ, dövr, an, müddət» mənalarına gəlir.

Kainatın ilk dövrlərində zaman bu gün öyrəşdiyimiz axış sürətindən daha sürətlə axıb. Bunun səbəbi budur: «Biq bənq» («Böyük partlayış») anında kainat çox kiçik bir nöqtəyə sıxışdırılmışdı. Bu böyük partlayış anından bu yana kainatın genişlənməsi və kainatın həcminin geriyə getməsi onun hüdudlarını milyardlarla işıq ili uzaqlığa apardı. Həmçinin «Biq bənq»dən bu günə kimi kosmosun gərilməsinin kainat saatına çox önəmli təsirləri oldu.

«Biq bənq» anındakı enerji universal saatın zaman axış sürətini milyon dəfə milyon (1012) dəfə yavaşıtmışdır. Kainat yaradılanda universal zamanın axış əmsalı - bu gün dərk edildiyi kimi - milyon dəfə milyon (trilyon) qat qədər daha böyük idi, yəni zaman daha sürətlə axırdı. Dolayısilə, biz Yer kürəsində milyon dəfə milyon dəqiqəni yaşadığımız əsnada universal saat üçün ancaq bir dəqiqə ötür.

Zamanın nisbiliyi nəzərə alınaraq hesablananda 6 günlük zaman kəsiyi 6 milyon dəfə milyon (trilyon) günə uyğun gəlir. Çünki universal saat Yer kürəsindəki saatın axış sürətində milyon dəfə milyon daha sürətli ötür. 6 trilyon günün əvəzi olan illərin sayı təxminən 16,427 milyarddır. Bu rəqəm günümüzdə kainatın təxmin edilən yaş aralığındadır.

6 000 000 000 000 gün / 365,25 = 16 427 104 723 il.

Digər tərəfdən, yaradılışın 6 gününün hər biri - bizim zaman idrakımızla - bir-birindən fərqli zamanlara uyğun gəlir. Bunun səbəbi zamanın axma əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olmaqla azalmasıdır. «Biq bənq»dən etibarən kainatın böyüklüyü hər ikiyə qatlananda zamanın axma əmsalı yarıya düşüb. Kainat böyüdükcə kainatın ikiyə qatlanma sürəti də getdikcə artan tərzdə yavaşıyıb. Bu genişlənmə nisbəti «Fiziki kosmologiyanın əsasları» adlı dərs kitablarında qeyd olunan, dünyanın hər yerində geniş şəkildə yayılan və bəlli olan elmi həqiqətdir. Yaradılışın hər gününü dünya zamanı ilə hesablayanda qarşımıza aşağıdakı mənzərə çıxır:

◉ Zamanın başladığı andan etibarən baxıldıqda, yaradılışın 1-ci günü (1-ci dövr) 24 saat davam edib. Ancaq bu müddət bizim zamanı dünyada dərk etdiyimiz şəkli ilə 8 milyard ilə bərabərdir.

◉ Yaradılışın 2-ci günü (2-ci dövr) 24 saat davam edib. Ancaq bu, bizim dərk etdiyimiz əvvəlki günün yarısı qədər davam edib. Yəni 4 milyard il.

◉ 3-cü gün (3-cü dövr) isə yenə əvvəlki gün olan 2-ci günün yarısı qədər davam edib. Yəni 2 milyard il.

◉ 4-cü gün (4-cü dövr) 1 milyard il çəkib.

◉ 5-ci gün (5-ci dövr) 500 milyon il davam edib.

◉ 6-cı gün (6-cı dövr) 250 milyon il davam edib.

◉ Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrü dünyadakı zaman növü əsasında cəmlənəndə bu zaman kəsiyi 15 milyard 750 milyon ilə bərabər olur. Bu rəqəm müasir dövrümüzdəki təxminlərlə böyük ölçüyə uyğun gəlir.

Bu nəticə XXI əsr elminin ortaya qoyduğu həqiqətlərdir. Elm 1400 il əvvəl Quranda xəbər verilən bir həqiqəti bir daha təsdiq edir. Quran və elm arasındakı bu uyğunluq Quranın hər şeyi bilən və yaradan Allahın vəhyi olduğunun möcüzəli sübutlarından biridir.

Alın yazısı (tale, qısmət, qədər) həqiqəti

ABŞ-ın Kaliforniya Universitetinin neyrofizioloqlarından olan professor Benjamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərar və seçimlərimizin əvvəlcədən müəyyənləşdirildiyini, şüurun isə hər şey baş verib…

«Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hökm və hikmət sahibidir!»

«İnsan» surəsi, 30

Prof. Paul Dirac
Prof. Paul Dirac

ABŞ-ın Kaliforniya Universitetinin neyrofizioloqlarından olan professor Benjamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərar və seçimlərimizin əvvəlcədən müəyyənləşdirildiyini, şüurun isə hər şey baş verib qurtarandan yarım saniyə sonra hərəkətə gəldiyini ortaya qoydu. Başqa neyrofizioloqlar da bu halı həmişə keçmişdə yaşadığımız və şüurumuzun bütün baş verənləri yarım saniyədən sonra göstərən bir monitor kimi olduğu şəklində şərh edir.30

Dolayısilə, dərk etdiyimiz təcrübələrin heç biri həqiqi zamanda deyil, lakin gerçək hadisələrdən yarım saniyə qədər gecikir. B.Libet öz tədqiqatlarını beyin əməliyyatlarının narkoz verilməmişdən, yəni xəstənin şüuru tamamilə yerində ikən aparıla bilməsindən faydalanaraq həyata keçirmişdi. B.Libet üzərində təcrübə apardığı adamların beynini aşağı səviyyəli elektrik cərəyanı ilə xəbərdar edərək əllərinə toxunulduğu dərki meydana gətirərkən, həmin adamlar bu «toxunuşu» haradasa yarım saniyə əvvəl hiss etdiklərini söyləyirdi. B.Libet apardığı ölçmələrin köməyi ilə belə bir nəticəyə gəlmişdi: «Adi halda bütün dərklər beyinə çatdırılır. Burada şüuraltında dəyərləndirilib şərh edilərkən mən(lik) heç bir şeyin fərqində deyil. Zehnimizdə canlanan, yəni fərqinə vara bildiyimiz məlumatlar isə xeyli uzun bir gecikmədən sonra kortesə - şüurun olduğu bölgəyə göndərilir».31

Ortaya çıxan nəticəni belə xülasə etmək olar: bir əzələ hərəkətini həyata keçirmək qərarı həmin qərarın şüuruna varmazdan əvvəl gerçəkləşir. Həmişə nevroloji, ya da idraki bir müddətlə bizim onu təmsil edən düşüncənin, hissin, idrakın, ya da hərəkətin şüurunda olmağımız arasında bir gecikmə var. Başqa sözlə, biz ancaq bir qərar zatən alınandan sonra həmin qərarın şüurunda ola bilərik.

Professor B.Libetin təcrübələrində bu gecikmə 350 milli saniyə ilə 500 milli saniyə arasında dəyişir, lakin ortaya çıxan nəticə bu rəqəmlərdəki dəqiqliklə bağlı deyil. Çünki B.Libetə görə, bu gecikmə olduğu müddətdə - nə qədər böyük, ya da kiçik olmasından asılı olmayaraq, bir saat, ya da mikrosaniyə olması nəzərə alınmadan - bizim maddi olan bu anı yaşamağımız həmişə keçmişdədir. Bu isə hər fikrin, hissin, idrakın, ya da hərəkətin biz bunu qavramadan əvvəl gerçəkləşdiyini göstərir ki, bu da gələcəyin tamamilə bizim nəzarətimizdən kənarda olduğunu sübut edir.32

Professor B.Libet başqa təcrübələrində barmaqlarını nə vaxt hərəkət etdirəcəklərini seçməyi üzərində təcrübə apardığı adamların öz öhdəsinə buraxmışdı. Barmaqlarını hərəkət etdirmək anı beyinlərindən izlənən adamların bu qərarı verməzdən əvvəl əlaqəli beyin hüceyrələrinin fəaliyyətə keçdiyi görülüb. Başqa sözlə, insana «et» əmri gəlir, hərəkəti etmək üzrə beyin hazırlanır; adam isə ancaq 0,5 saniyə sonra bunun şüuruna varır. Bu, bir hərəkəti etməyə qərar verib sonra etmək deyil, özü üçün əvvəlcədən müəyyən edilən hərəkətləri etmək mənasına gəlir. Lakin beyin müəyyən bir zaman tənzimləməsi apararaq insanın, əslində, keçmişdə yaşadığı hissini aradan qaldırır. Dolayısilə, «bu an» deyəndə keçmişdə müəyyən edilmiş bir hadisəni yaşayırıq. Göründüyü kimi, bu çalışmalar «İnsan» surəsinin 30-cu ayəsində bildirildiyi kimi, hər şeyin Allahın istəməsi ilə gerçəkləşdiyini təsdiq edir.

Yaradılışdakı cütlər

Erkəklik-dişilik “cüt” ifadəsinə uyğundur, amma bununla yanaşı, ayədə qeyd olunan “bilmədiklərindən” ifadəsi daha geniş mənanı ehtiva edir. Həmçinin biz ayənin işarə etdiyi mənalardan biri ilə bu gün də qarşılaşırıq.

«Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddəsdir”.»

«Yasin» surəsi, 36

Kainatdakı bütün elementar hissəciklərin antimaddə surətləri var. Antimaddələr eyni kütləyə malikdirlər, lakin əks yüklər daşıyırlar. Bu səbəbdən maddə və antimaddə təmasa girdikdə enerjiyə çevrilərək yox olurlar.
Kainatdakı bütün elementar hissəciklərin antimaddə surətləri var. Antimaddələr eyni kütləyə malikdirlər, lakin əks yüklər daşıyırlar. Bu səbəbdən maddə və antimaddə təmasa girdikdə enerjiyə çevrilərək yox olurlar.

Erkəklik-dişilik “cüt” ifadəsinə uyğundur, amma bununla yanaşı, ayədə qeyd olunan “bilmədiklərindən” ifadəsi daha geniş mənanı ehtiva edir. Həmçinin biz ayənin işarə etdiyi mənalardan biri ilə bu gün də qarşılaşırıq. Maddənin cüt yaradıldığını ortaya qoyan ingilis alimi Pol Dirac 1933-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görüldü. “Parite” deyilən bu kəşf maddənin antimaddə deyilən bir cütünün olduğunu göstərirdi. Antimaddə maddənin əksinin xüsusiyyətlərini daşıyır. Məsələn, maddənin ziddinə olaraq antimaddənin elektronları müsbət, protonları da mənfi yüklüdür. Bu həqiqət elmi mənbələrdə belə ifadə edilir:

“...Hər kiçik hissənin əks yükdə bir antihissəsi var. Qərarsızlıq əlaqəsi bizə bu cütlərin var olmasının da, yox olmasının da hər yerdə və həmişə eyni vaxtda meydana gəldiyini göstərir”.33

Yaradılışdakı cütlərə başqa bir misal da bitkilərdir. Nəbatatçı alimlər bitkilərdə cinsiyyət fərqlərinin olmasını cəmi 100 il əvvəl kəşf edə biliblər. Halbuki, bitkilərin cüt yaradılması Quranda hələ 1400 il bundan əvvəl aşağıdakı ayələrlə aydın şəkildə bildirilir:

«Allah göyləri gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə hər gözəl olan cütdən bir bitki yaratdıq”.»

«Loğman» surəsi, 10

«O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik”.»

«Taha» surəsi, 53

Həmçinin meyvələr də dişi və erkək olaraq fərqli quruluşlara malikdir. Bu məlumat Quranın «Rəd» surəsinin 3-cü ayəsində belə ifadə edilir:

«Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi) iki cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!»

«Rəd» surəsi, 3

Ayədə «cüt» kimi tərcümə edilən «zəvcəyni» kəlməsi ərəb dilində «tay, həyat yoldaşı» mənasında işlədilən «zəvc» kəlməsindən gəlir. Məlum olduğu kimi, yetişən bitkilərin məhsullarının son forması meyvələrdir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəklik və dişilik orqanları var. Çiçəyə tozcuq daşınaraq mayalanma gerçəkləşəndə - erkək və dişi çoxalan hüceyrələri birləşəndə - meyvə verməyə başlayır. Zaman ötdükcə meyvə yetkinləşir və toxum tökməyə başlayır. Bu həqiqət - meyvələrdə fərqli cinslərə aid xüsusiyyətlərin olması - Quranda işarə edilən başqa elmi məlumatdır.

Atomun daxilindəki hissəciklər

Yunan filosofu Demokrit məşhur atom nəzəriyyəsini inkişaf etdirəndən sonra insanlar maddənin atom deyilən çox kiçik, bölünməyən və yox edilə bilməyən hissələrdən ibarət olduğuna inanmağa başlamışdılar.

Yunan filosofu Demokrit məşhur atom nəzəriyyəsini inkişaf etdirəndən sonra insanlar maddənin atom deyilən çox kiçik, bölünməyən və yox edilə bilməyən hissələrdən ibarət olduğuna inanmağa başlamışdılar. Müasir dövrümüzdə isə elm maddənin ən kiçik hissəsi kimi qəbul edilən atomun özünün də hissələrə ayrıla biləcəyini sübuta yetirib.

1. Adi maddələr molekulları əmələ gətirmək üçün elektromaqnit qüvvəsi ilə bir yerdə saxlanılan atomlardan ibarətdir. Bu molekullar birləşərək bərk cisimləri, mayeləri və qazları əmələ gətirir. 2. Atomlar elektron buludu ilə əhatə olunmuş sıx nüvədən ibarətdir. Nüvəni və elektronları bir yerdə saxlayan elektromaqnit qüvvəsidir. 3. Nüvə bir-birinə güclü nüvə qüvvəsi ilə bağlı olan proton və neytronlardan ibarətdir. 4. Proton və neytronların hər biri üç kvarkdan ibarətdir və onlar bir-birinə güclü nüvə qüvvəsi ilə bağlanmışdır.
1. Adi maddələr molekulları əmələ gətirmək üçün elektromaqnit qüvvəsi ilə bir yerdə saxlanılan atomlardan ibarətdir. Bu molekullar birləşərək bərk cisimləri, mayeləri və qazları əmələ gətirir. 2. Atomlar elektron buludu ilə əhatə olunmuş sıx nüvədən ibarətdir. Nüvəni və elektronları bir yerdə saxlayan elektromaqnit qüvvəsidir. 3. Nüvə bir-birinə güclü nüvə qüvvəsi ilə bağlı olan proton və neytronlardan ibarətdir. 4. Proton və neytronların hər biri üç kvarkdan ibarətdir və onlar bir-birinə güclü nüvə qüvvəsi ilə bağlanmışdır.

Yalnız ötən əsrdə ortaya çıxan bu həqiqət insanlara Quran vasitəsilə hələ 1400 il bundan əvvəl xəbər verilib:

«...Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!»

«Səba» surəsi, 3

«Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!»

«Yunus» surəsi, 61

Diqqətlə baxanda yuxarıdakı ayələrdə “zərrə”dən və bundan daha da kiçik hissələrdən bəhs edilir. Ərəb dilində işlədilən “zərrə” kəlməsi “insanların bildiyi ən kiçik hissə, toz, atom” mənalarına gəlir.

Dövrümüzdən 20 il əvvələ qədər belə güman edilirdi ki, atomları təşkil edən ən kiçik hissələr protonlar və neytronlardır. Ancaq çox yaxın tarixdə üzə çıxarıldı ki, atomun daxilindəki bu hissələrin özünü də təşkil edən daha kiçik hissələr var. Atomun tərkibindəki “alt hissələri” və onların özünəməxsus hərəkətlərini araşdırmaq üçün fizika elminin “Hissə fizikası” adlı bir sahəsi də ortaya çıxdı. Hissə fizikasının apardığı araşdırmalar belə bir həqiqəti ortaya çıxardı ki, atomu təşkil edən proton və neytronlar da, əslində, “kvark” deyilən daha kiçik hissəciklərdən meydana gəlir. İnsan ağlının idrak sərhədlərini aşacaq kiçiklikdəki protonu təşkil edən kvarkların ölçüsü isə, həqiqətən də, heyrətamizdir:

10-18 (0,000000000000000001) metr.34

Bununla bağlı diqqət yetirilməsi lazım gələn başqa bir məsələ isə “zərrə” ilə əlaqəli ayələrdə çəki amilinə xüsusi yer ayrılmasıdır. Ayədə qeyd edilən “misqalə zərrətin” (“zərrə qədər”) ifadəsindəki “misqal” kəlməsi çəki məfhumu ilə bağlıdır və çəki mənasını verir. Həmçinin atomu bölünə bilən hala gətirən proton, neytron və elektron kimi hissələrin atoma ağırlıq verməsi də kəşf edilib. Bu nöqteyi-nəzərdən “zərrə”nin ölçülərinə və yaxud da başqa bir xüsusiyyətinə deyil, onun məhz ağırlığına diqqət çəkilməsi Quranın başqa bir elmi möcüzəsidir.

Qara deşiklər

XX əsrdə kainatdakı göy cisimləri ilə əlaqədar çoxlu yeni kəşflər oldu. Dövrümüzdə hələlik yenicə aşkarlanmağa və öyrənilməyə başlanan bu cisimlərdən biri də qara deşiklərdir.

XX əsrdə kainatdakı göy cisimləri ilə əlaqədar çoxlu yeni kəşflər oldu. Dövrümüzdə hələlik yenicə aşkarlanmağa və öyrənilməyə başlanan bu cisimlərdən biri də qara deşiklərdir. Qara deşiklər enerjisi tükənən bir ulduzun öz daxilinə tərəf büzülməsi və axırda ulduzun yerinə hüdudsuz ölçüdə çox güclü cazibə sahəsinin ortaya çıxması ilə yaranır. Hətta nəhəng teleskoplarla belə qara deşikləri görmək mümkün deyil, çünki onun səthinin cazibə qüvvəsi olduqca güclüdür və işığın içindən kənarlaşa bilmir. Lakin qara deşiyin daxilinə çökən ulduz özünün olduğu yerin əhatəsinə göstərdiyi təsirlə aşkarlana bilir.

Allah “Vaqiə” surəsində ulduzların yerlərinə and içərək bu məsələyə belə diqqət yetirmişdir:

«Ulduzların mənzillərinə and olsun. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz...»

«Vaqiə» surəsi, 75-76

«Qara dəlik» anlayışı ilk dəfə 1767-ci ildə ingilis alimi Con Miçel tərəfindən ortaya atılmışdı. Bu ifadə ilk dəfə amerikalı fizik Con Uayler tərəfindən 1969-cu ildə işlədilmişdir. Əvvəllər bütün ulduzları görə bildiyimizi zənn edirdik. Ancaq sonrakı illərdə bəlli oldu ki, kosmosda bizim onları görə biləcəyimiz qədər işığı olmayan ulduzlar da var. Çünki enerjisi tükənən bu ulduzların işıqları yox olur.

Qara dəlik bir kütlənin artıq şüanın da sıza bilməyəcəyi qədər kiçik bir sahədə yığılmasıdır. Güclü cazibə sahəsi fotonları və ən sürətli hissəcikləri də bu bölgədə saxlayar. Günəşin kütləsindən üç dəfə böyük kütləyə sahib olan tipik bir ulduzun əks etməsi və partlaması nəticəsində meydana gələn qara dəliyin diametri təkcə 20 km qədərdir. Qara dəliklər «qara»dır, yəni onları birbaşa müşahidə etmək mümkün deyil. Özlərini başqa göy cisimlərinə dolayı yolla tətbiq etdikləri böyük cazibə gücləri ilə təsbit və ifadə edirlər.

Aşağıdakı ayədə qiyamət gününün təsvirləri ilə yanaşı bir cəhəti ilə də bu elmi kəşfə eyham vuran fikir var:

«Ulduzlar örtülüb (işıqları) sönəcəyi zaman...»

«Mürsəlat» surəsi, 8

Böyük kütləyə malik olan ulduzlar kosmosda büzülməyə səbəb olur. Ancaq qara deşiklər kosmosda təkcə büzülməyə səbəb olmur, həm də kosmosu deşib keçir. Bu sönən ulduzların qara deşiklər adlandırılmasının səbəbi də budur.

Ayədə ulduzlarla bağlı bu məqama ayrıca diqqət yetirilməsi Quranın Allahın sözü olmasını ilahi dəlillər əsasında sübut edən başqa mühüm nümunədir:

«And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? (O, zülməti yaran) parlaq ulduzdur”.»

«Tariq» surəsi, 1-3

Ayənin ərəb dilindəki «deşik» mənasına gələn «saqb» kəlməsinin kökündə «deşik açan, deşən və deşib keçən» mənalarına gələn «əssaqibu» ifadəsi işlədilir. Qara dəliklərə tərif verən elmi nəşrlərdə isə «deşik açmaq, deşmək» mənalarına gələn ingilis dilindəki «puncture» sözündən istifadə edilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda qeyd edilən bu söz çox hikmətlidir. Ayədə ulduzlarla bağlı bu məlumata da diqqəti çəkilməsi Quranın Allahın sözü olduğunu sübut edən daha bir əhəmiyyətli nümunədir.

Döyünən ulduzlar: pulsarlar

Tariq surəsində “Tariq”ə — qapını döyən və zülməti yaran parlaq ulduza and içilir. 1967-ci ildə kəşf olunan pulsarlar məhz ritmik “döyüntü” siqnalları göndərən ulduzlardır.

səsi açaraq döyüntünü eşidin

«And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? Zülməti yaran parlaq ulduzdur!»

«Tariq» surəsi, 1-3

Quranın 86-cı surəsi olan «Tariq» «tarq» sözündən törəyən bir kəlmədir. Bu kəlmə «bir səs eşidiləcək tərzdə vurmaq, döyünmək» mənalarına gəlir. Kəlmənin ən əsas mənası - «vuruş, şiddətlə döyünən» mənaları nəzərə alınanda bu surədə çox əhəmiyyətli bir elmi həqiqətə diqqətin cəlb edildiyi görünəcək. Bu məlumata keçməmişdən əvvəl qeyd edək ki, ayədə bu ulduzları tərif edən başqa kəlmələr belədir. Yuxarıdakı ayədə qeyd edilən «əttariqi» ifadəsi gecəni, zülməti yaran, gecə doğan, deşib keçən, vuran, döyən, çalan, iti ulduz mənalarına gəlir. Bundan başqa, ayədə qeyd edilən «vav» ifadəsi ilə and içilərək and içilən şeylərin - göyün və Tariqin - əhəmiyyətinə diqqət çəkilir.

Pulsarlar kosmosda çox güclü, ürək döyüntüsü kimi radio dalğaları yayan, yüksək sıxlığa malik və öz ətrafında sürətlə fırlanan köhnə, sönmüş ulduzların qalıqlarıdır. Yerin daxil olduğu Süd Yolu qalaktikasında 500-dən çox pulsar aşkar edilmişdir.
Pulsarlar kosmosda çox güclü, ürək döyüntüsü kimi radio dalğaları yayan, yüksək sıxlığa malik və öz ətrafında sürətlə fırlanan köhnə, sönmüş ulduzların qalıqlarıdır. Yerin daxil olduğu Süd Yolu qalaktikasında 500-dən çox pulsar aşkar edilmişdir.

Jozelin Bell Barnell 1967-ci ildə İngiltərənin Kembric Universitetində apardığı tədqiqatlar nəticəsində nizamlı bir radio dalğasını tutmuşdu. Ancaq həmin dövrə qədər ürək döyüntüsü kimi nizamlı döyüntülərin mənbəyi ola biləcək bir göy cismi məlum deyildi. Amma 1967-ci ildə astronavtlar öz məhvəri ətrafında fırlanan nüvədəki maddə sıxlaşdıqca ulduzun maqnit sahəsinin də sıxlaşdığını və beləliklə, ulduzun qütblərində Yer kürəsinin maqnit sahəsindən 1 trilyon dəfə çox qüvvə yarandığını müəyyənləşdirdilər. Bu qədər sürətlə fırlanan və bu qədər güclü bir maqnit sahəsinə malik olan bir nəsnənin ulduzun hər fırlanmasında çox güclü radiodalğaların yaratdığı bir şüa yaydığını fərq etdilər. Bir müddətdən sonra haqqında bəhs edilən siqnalların mənbəyinin neytral ulduzlarının çox böyük sürətdə fırlanması olduğu aydın oldu. Kəşf edilən bu neytral ulduzları «pulsar» adlandırıldı. Süpernova partlayışları ilə ölərək «pulsar» halına gələn bu ulduzlar kainatın ən ağır kütləli, ən parlaq və ən hərəkətli cisimləridir. Bəzi yaşlı pulsarlar öz ətraflarında saniyədə 600 dəfə dövr edir.35

Pulsar kəlməsi ingilis dilində «pulse» feilindən törəyib. «American Heritage» lüğətində bu feil «düzənli və ritmik döyünmək» mənasına gəlir. «Webster» lüğətində isə eyni kəlmə oxşar kökə mənsub başqa feil olan «pulsate», yəni «ritmik olaraq genişlənmək və büzülmək, döyünmək» feilləri ilə ifadə olunur.

Bu kəşfdən sonra Quranda «tariq», yəni «döyünmək» kəlməsi ilə ifadə edilən pulsar adlandırılan neytral ulduzları ilə çox oxşar xüsusiyyətlərə malik olduğu üzə çıxır.

Nəhəng ulduzların nüvələri çökərək nötron ulduzlarını əmələ gətirir, həddən artıq qalınlaşıb sıxlaşanda sürətlə fırlanan bu kiçik kürəşəkilli maddə ulduzun ağırlığının və maqnit sahəsinin çoxunu saxlayır və sıxışdırır. Sürətlə fırlanan bu neytral ulduzunun yaratdığı güclü maqnit sahəsinin Yer kürəsindən müəyyən edilə bilən güclü radiodalğaların yayılmasına səbəb olduğu təsdiqlənmişdir.

«Tariq» surəsinin üçüncü ayəsində isə deşən, deşib keçən, deşik açan, aydınladan mənalarına gələn «ənnəcmu əssaqibu» ifadəsi ilə Tariqin qaranlığı yarıb keçən parlaq ulduz olduğu bildirilir. «Tariq» surəsinin ikinci ayəsində də «Sən nə bilirsən ki, Tariq nədir?» sualındakı «ədrakə» ifadəsi qavramağı, başa düşməyi ifadə edir. Günəşin bir neçə misli olan ulduzların sıxışması nəticəsində meydana gələn pulsarlar dərk edilməsi çətin olan göy cisimlərindəndir. Ayədə sual əvəzliyi ilə bu vuruşlu ulduzların qavranmasının çətin olduğu vurğulanır (ən doğrusunu Allah bilir).»

Göründüyü kimi, Quranda «Tariq» kimi bildirilən ulduzlar XX əsrin axırlarında kəşf edilən pulsarlarla böyük oxşarlığa malikdir və bizə Quranın başqa elmi möcüzəsini göstərir.

Sirius ulduzu

Quranda qeyd edilən bəzi qavramlar XXI əsrin elmi nailiyyətləri ilə tədqiq ediləndə qarşımıza bir Quran möcüzəsi kimi çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilən Sirius ulduzudur:

Quranda qeyd edilən bəzi qavramlar XXI əsrin elmi nailiyyətləri ilə tədqiq ediləndə qarşımıza bir Quran möcüzəsi kimi çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilən Sirius ulduzudur:

«Şira ulduzunun da Rəbbi Odur!»

«Nəcm» surəsi, 49

Sirius ulduzu Quranda "ulduz" mənasını verən Nəcm surəsində keçir. Sirius ulduz sistemi yay şəklindəki oxları ilə 49,9 ildən bir bir-birinə yaxınlaşır. Nəcm surəsinin 49-cu və 9-cu ayələri bu astronomik hadisəyə işarə edir.
Sirius ulduzu Quranda "ulduz" mənasını verən Nəcm surəsində keçir. Sirius ulduz sistemi yay şəklindəki oxları ilə 49,9 ildən bir bir-birinə yaxınlaşır. Nəcm surəsinin 49-cu və 9-cu ayələri bu astronomik hadisəyə işarə edir.

Ərəb dilində əvəzi «Şira» olan Sirius ulduzunun təkcə «ulduz» mənasına gələn «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilməsi çox diqqət çəkici bir məqamdır. Çünki alimlər gecələr göydəki ən parlaq ulduz olan Siriusun hərəkətindəki nizamsızlığa əsaslanaraq onun bir cüt ulduz olduğunu kəşf etmişdilər. Dolayısilə, Sirius A və Sirius B kimi ifadə edilən iki ulduzdan meydana gələn bir dəst ulduzdur. Bunlardan daha böyük olan Sirius A Sirius B-dən Yer kürəsinə daha yaxındır. Onun əsas xüsusiyyəti adi gözlə görünən ən parlaq ulduz olmasıdır. Sirius B ulduzunun xüsusiyyəti isə onun teleskopsuz görünməməsidir.

Bu iki Sirius ulduzu bir-birinə tərəf qövs formasında bir ox çəkir və hər 49,9 ildə bir-birinə yaxınlaşaraq göy üzündə sallanırlar. Bu, müasir dövrümüzdə Harvard, Ottava və Leikester universitetləri astronomiya ilə məşğul olan bölmələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir. Bu məlumatlar bəzi mənbələrdə belə qeyd edilir:

«Ən parlaq ulduz olan Sirius, əslində, bir cüt ulduzdur... Fırlanma periodu 49,9 ildir».36

«Məlum olduğu kimi, Sirius A və Sirius B ulduzları bir-birinin ətrafında hər 49,9 ildə bir cüt qövs çəkərək fırlanırlar».37

Burada diqqətəlayiq məqam iki ulduzun bir-birinin ətrafında fırlanaraq qövs formasında iki ədəd orbit çəkməsi ilə bağlıdır. Ancaq XX əsrin axırlarına doğru üzə çıxan bu elmi həqiqət 14 əsr əvvəl möcüzəli bir tərzdə Quranda ifadə edilmişdir. «Nəcm» surəsinin 49-cu və 9-cu ayələri birlikdə oxunanda bu möcüzə qarşımıza çıxır:

«Şira ulduzunun da Rəbbi Odur!»

«Nəcm» surəsi, 49

«(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə ondan da yaxın oldu»

«Nəcm» surəsi, 9

«Nəcm» surəsinin 9-cu ayəsində başa düşülən «onların ikisi arasındakı məsafə» ifadəsi bizə bu iki ulduzun hərəkət etdiyi orbitdə bir-birinə yaxınlaşdığını ifadə edir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə bilinməsi mümkün olmayan bu elmi fakt Quranın uca Rəbbimizin bir sözü olduğu həqiqətini bizlərə bir daha sübut edir.

«Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq:

“Ol!” – deyər, o da olar.»

«Bəqərə» surəsi, 117

İşıq və qaranlıqlar

Məlum olduğu kimi, ətrafda işıq olmasa, insanın onu əhatə edənləri, yəni ətrafındakıları adi gözlə görməsi mümkün deyil. Ancaq bizim görə bildiyimiz işıq bu işığı yayan enerjinin çox kiçik bir hissəsidir.

«Göyləri və yeri xəlq edən, zülmətləri yaradan Allaha həmd olsun!...»

«Ənam» surəsi, 1

Məlum olduğu kimi, ətrafda işıq olmasa, insanın onu əhatə edənləri, yəni ətrafındakıları adi gözlə görməsi mümkün deyil. Ancaq bizim görə bildiyimiz işıq bu işığı yayan enerjinin çox kiçik bir hissəsidir. İnsanın görə bilmədiyi, ancaq işığı yayan başqa enerji növləri də mövcuddur. Məsələn, infraqırmızı, ultrabənövşəyi, “x” şüaları, radio dalğalar və sairə. İnsan bu işığın adıçəkilən dalğa boyları qarşısında kor kimidir.

Quranda “qaranlıq” kəlməsinin hər dəfə “qaranlıqlar” olaraq ifadə edilməsi də bu baxımdan çox diqqətəlayiqdir. Ərəb dilində “zulumət” olaraq ifadə edilən “qaranlıqlar” kəlməsi Quranda 23 ayədə cəm formasında işlədilir. “Tək” mənasında isə heç bir yerdə qeyd edilmir. Quranda qaranlıq kəlməsinin bu cür qeyd edilməsi bizim görə bildiyimiz işıq selindən başqa, daha fərqli işıq növlərinin olmasına işarədir. Alimlər buradakı “cəmi” ifadəsinin səbəbini son dövrlərdə kəşf ediblər. Dalğa boyları elektromaqnit şüa kimi tanınan enerjinin müxtəlif formalarıdır.

1. 1010 nm - Radio dalğaları 2. 106 nm - İnfraqırmızı şüalar 3. 700 nm 4. 600 nm 5. 500 nm 6. 400 nm 7. 102 nm - Ultrabənövşəyi şüalar 8. 10-2 nm - X şüaları 9. 10-4 nm Qamma şüaları Sxemdə göründüyü kimi, işığın dalğa uzunluqlarından insanın görə bildiyi hissə son dərəcə dar bir intervaldır. Digər dalğa uzunluqları isə insan üçün qaranlıq deməkdir.
1. 1010 nm - Radio dalğaları 2. 106 nm - İnfraqırmızı şüalar 3. 700 nm 4. 600 nm 5. 500 nm 6. 400 nm 7. 102 nm - Ultrabənövşəyi şüalar 8. 10-2 nm - X şüaları 9. 10-4 nm Qamma şüaları Sxemdə göründüyü kimi, işığın dalğa uzunluqlarından insanın görə bildiyi hissə son dərəcə dar bir intervaldır. Digər dalğa uzunluqları isə insan üçün qaranlıq deməkdir.

Elektromaqnit şüası kosmosda bütün müxtəlif formaları ilə enerji dalğaları şəklində hərəkət edir. Bu isə bir qızılgülün üstünə atılan daşların dalğalarına bənzədilə bilər. Bir göldəki dalğaların müxtəlif ölçüləri olduğu kimi elektromaqnit şüaların da müxtəlif dalğaları olur. Kainatdakı ulduzların və başqa işıq mənbələrinin hər biri eyni cür şüa yaymır. Bu cür fərqli şüalar özlərinin dalğa ölçülərinə görə təsnif olunurlar. Fərqli dalğa ölçülərinin əmələ gətirdiyi boşluq məsafəsi (və yaxud fəza, yelpazə) isə çox genişdir. Ən kiçik dalğa ölçüsünə malik olan qamma şüaları ilə ən böyük dalğa ölçüsünə malik olan radiodalğalar arasında 1025-lik (milyard dəfə milyard dəfə milyardlıq!) bir fərq var. Günəşin yaydığı şüaların demək olar ki, hamısı bu 1025-lik boşluğun təkcə bir hissəsinə sıxışdırılıb.

Bu rəqəmin böyüklüyünü daha yaxşı başa düşmək üçün belə bir müqayisə yerinə düşərdi. Əgər 1025 rəqəmini saymaq istəsək, onda gecə-gündüz əsla dayanmadan saymağımız və bu işi Yerin yaşından 100 milyon dəfə böyük olan bir müddət ərzində davam etməyimiz lazım gələrdi!

Kainatdakı müxtəlif dalğa ölçüləri bu cür nəhəng boşluğun içinə yayılıb. Günəşdən yayılan müxtəlif dalğalar isə 70 faizi 0,3 mikronla 1,50 mikron arasında olan dar bir sərhəd daxilindədir. Bu aralıqda üç cür işıq var: görünə bilən şüalar, yaxın infraqırmızı şüalar və narıncı şüalar. “Görünə bilən” şəklində adlandırılan bu şüalar elektromaqnit yelpazənin 1025-də 1-dən də az bir aralıqda olsalar da, Günəş şüalarının cəmi 41 faizini təşkil edirlər.

Aydın olduğu kimi, gözlərimizin görə bildiyi elektromaqnit dalğaları işıq selinin çox kiçik bir hissəsini əmələ gətirir. Digər qisimlər isə insan üçün geniş qaranlıqları ifadə edir. Bu sərhədin xaricindəki dalğa ölçüləri insanın kor olduğu sahələrdir.38

Alov olmayan yanma

Ampula ayədəki təriflərə çox uyğun gələn, şüşənin içində ulduz kimi parıldayan və işıq saçan bir cisimdir.

«Allah göylərin və yerin nurudur. Onun nuru içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. (O, elə bir ağacdır ki,) onun yağı özünə od toxunmasa da sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!»

«Nur» surəsi, 35

“Nur” surəsindəki bu ayədə işıq verən bir nəsnədən bəhs edilir. İşıq verən cisim isə bir ulduza oxşadılır. Ayədə ulduza oxşadılan işıqverən nəsnənin enerjisinin şərqə və qərbə aid olmaması isə bu cismin fiziki ölçülərdə olmamasına bir işarə ola bilər. Bu nəsnənin mənbəyinin enerji ölçüsündə olması nəzərdə tutularsa, adı ayədə çəkilən enerjinin elektrik enerjisinə, işıqsaçan cismin də elektrik ampulasına işarə etməsi ehtimal oluna bilər.

Ampula ayədəki təriflərə çox uyğun gələn, şüşənin içində ulduz kimi parıldayan və işıq saçan bir cisimdir. Ampula qəndil, qaz lampası və digər oxşar işıqsaçan cisimlər kimi yağla yandırılmır və ampulada, ayədəki təriflərə uyğun olaraq alov olmadığı halda da bir yanma gerçəkləşir. Ampulanın içindəki hərarətə müqavimət göstərən tunqsten siminin atomları arasındakı titrəyiş nəticəsində 2000 dərəcədən çox hərarət yaranır. Başqa metalları əridən bu istilik o qədər yüksəkdir ki, o, adi gözlə görünən güclü bir işığın ortaya çıxmasına səbəb olur.

Ancaq bu yüksək istiliyə baxmayaraq, ampulanın içində oksigen olmadığı üçün ayədəki ifadələrə uyğun olaraq, orada yanğın olmaz. Bundan başqa, ampulanın ortasında parıldayan sim də parıldayan bir ulduzun uzaqdan görünməsinə çox oxşayır.

Elektrikin dünya tarixinin ən böyük kəşflərindən biri olması, dünyanın demək olar ki, hər tərəfinin elektrik enerjisi ilə işləyən ampulalar vasitəsi ilə işıqlandırılması nəzərə alınsa, onda Quran ayəsinin məhz bu mühüm kəşfə işarə etməsi mülahizəsi əsas götürülə bilər (ən doğrusunu Allah bilir).

Bu məsələ ilə bağlı başqa bir izah da ulduzlardakı nüvə reaksiyalar nəticəsində meydana gələn işığı düşünməkdir. Ulduzlar nüvə reaksiyalarından meydana gəlmiş çox böyük miqdarda istilik və işıq saçan, son dərəcə isti, parlaq, hərəki qaz kütlələridir. Yeni meydana gələn ulduzların əksəriyyəti öz cazibə qüvvələri ilə büzülməyə başlayırlar. Bunun nəticəsində onların mərkəzi daha qalın və daha isti olur. Ulduzların mərkəzindəki maddə kifayət qədər isinəndə - ən azı 7 000 000 Kelvin olanda - isə nüvə reaksiyaları başlayır.39 Bir ulduzun daxilində baş verən hadisə hidrogenin nəhəng enerji ilə (fuzyonla) heliuma çevrilməsidir. Kütlənin böyüklüyündən ulduzlarda meydana gələn cazibə qüvvəsi 4 hidrogen atomunu bir helium atomunu meydana gətirmək həddinədək aktivləşdirib hərəkətləndirir. Bu zaman meydana gələn enerji işıq və istilik halında kütlənin səthindən kənara yayılır və bu reaksiyalar ulduzun kütləsindəki bütün helium qurtarana qədər davam edir.

Ancaq ulduzlardakı reaksiyalarda oksigen istifadə edilmədiyi üçün burada yanan odunda olduğu kimi, adi bir yanğın baş verməz. Ulduzlarda nəhəng alovlar şəklində müşahidə olunan yanğın da, əslində, atəşdən meydana gələ bilməz. Həmçinin ayədə də bu cür yanğının baş verməsinə işarə edilir. Bundan əlavə, ayədə bir ulduzdan, onun enerjisindən və alov olmayan bir yanğından - yəni reaksiyadan - bəhs edildiyini nəzərə alsaq, ayənin ulduzlardakı işığın meydana gəlməsinə və yanğının şəklinə işarə etdiyini düşünmək olar (ən doğrusunu Allah bilir).

Dünyanın cazibə qüvvəsi

Yuxarıdakı ayədə “məskunlaşma yeri” olaraq tərcümə olunan “kifaten” sözü, “canlıların, yerlər; üzərində şeylər yığılan; toplanan yer” (kifaten) Ərəb dilində “kefete” kökündən törəmişdir və “yığmaq, özünə çəkmək, əhatə etmək”…

«Məgər Biz yeri məskən etmədikmi?»

«Mürsəlat» surəsi, 25

Yuxarıdakı ayədə “məskunlaşma yeri” olaraq tərcümə olunan “kifaten” sözü, “canlıların, yerlər; üzərində şeylər yığılan; toplanan yer” (kifaten) Ərəb dilində “kefete” kökündən törəmişdir və “yığmaq, özünə çəkmək, əhatə etmək” mənalarını verməkdədir.

Bilindiyi kimi Yer kürəsi, cazibə qüvvəsi təsiri ilə insanları və üzərində saxladığı bütün canlı və cansız varlıqları mərkəzinə doğru çəkməkdədir. Ayədə keçən “özünə çəkmək” hərəkəti ilə Yer kürəsinin bu cazibə qüvvətinə bir istiqamətiylə işarə edilmiş ola biləcəkdir (doğrusunu Allah bilir).

Dünya üzərində heyvanları, bitkiləri, insanları və digər bütün varlıqları özünə doğru çəkən cazibə sayəsində, insanların yerə basmaları, cisimlərin uçmadan olduqları zəmində dayanmaları, atmosferin dağılmadan Dünyanı əhatə etməsi, yağışın Yer kürəsinə düşməsi mümkün olar.

Tarixdəki ən böyük elm adamlarından qəbul edilən Isaac Nyuton yerin bu xüsusiyyətini araşdırmış və 1687-ci ildə ilk dəfə “Philosophiae Naturalis Principia Mathematica” (Təbiət fəlsəfəsinin riyazi qanunları) adlı əsərində cazibə qüvvəsindən danışaraq, bütün zamanların ən böyük elmi kəşflərindən birini etmişdir. Hətta, Nyutonun cazibə qüvvəsindən bəhs edərkən istifadə etdiyi Latınca “attraere” sözü də, “çəkmə, bir yerə gətirmə” mənalarını daşımaqdadır. Ancaq 17-ci əsrdə müəyyən olunan və Dünyanın dörd böyük qüvvəsindən biri olan cazibə qüvvəsi, Quranda diqqət çəkilməsi, Quranın Allahın Qatından endirildiyinin dəlillərindən biridir.

Atomun möhkəmliyi və elektron orbıtalları

Yuxarıdakı ayədə bütün maddələrin təməl daşı olan atomun möhkəmliyinə və atomların elektron orbitallarına işarə edilmiş ola bilər.

«Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.»

«Nəml» surəsi, 88

Yuxarıdakı ayədə bütün maddələrin təməl daşı olan atomun möhkəmliyinə və atomların elektron orbitallarına işarə edilmiş ola bilər. Atomlar baxımından baxıldığında, ayədəki Allahın “möhkəm” etdiyi ifadəsi, atomların çəkiclə vurulsa belə dağılmayan möhkəm strukturları olaraq izah oluna bilər (doğrusunu Allah bilir). Çünki əşyalar möhkəm olmaz, ancaq atom möhkəmdir. Məsələn bir vaza qırılsa, parçalansa belə onu meydana gətirən atomlar yenə möhkəm qalar. Şiddətli bir çarpmada avtomobil dağıla bilər, partlamaqla göydələn yıxıla bilər; istər narın bir çiçək, istəsə güclü bir metal olsun vəziyyət eynidir: Maddənin atomları pozulmaz, orbitləri dağılmaz. Bu səbəbdən ən zəif quruluşlu görünən maddə belə, əslində yaradılışında çox möhkəmdir. Ayədə “hər şey” deyilməsinin hikməti də, bütün maddələrin əsasının atom olması ola bilər.

Atomdakı bağları parçalayaraq yaradılan nüvə bombalarında belə, ortaya yenə möhkəm başqa strukturlar çıxar. Nüvə parçalama reaksiyası nəticəsində, atomun nüvəsi parçalanar və daha kiçik iki atoma ayrılar.

Nüvə parçalamada isə iki kiçik atom bir yerə gətirilərək daha böyük bir atom yaradılar. Məsələn Günəş enerjisi bu üsulla (hidrogenin heliuma çevrilməsi ilə) istehsal olunmaqdadır. Nəticə olaraq kainatda maddədən enerjiyə, enerjidən maddəyə davamlı bir çevrilmə və atom səviyyəsində kainatın daxilində etibarlı bir möhkəmlik mövcuddur. Digər bir istiqamətdən ayədə dağların, buludların sürüşməsinə bənzədilən hərəkəti ilə, atomların nüvələri ətrafındakı elektron buludlarına işarə edilir ola bilər (doğrusunu Allah bilir). Dağları meydana gətirən atomların orbitlərindəki elektronlar, nüvə ətrafında davamlı və sürətli hərəkətlərindən ötrü bir bulud görünüşü alarlar. Necə ki, atomun orbitindəki elektronlar, elmi ədəbiyyatda da “elektron buludu” olaraq təyin olunmaqdadır.40 Elektron buludu anlayışı, molekulyar fizika, kimya, ya da kvant kimyasında, elektronların atom nüvəsi ətrafında, buluda bənzər şəkildə hərəkət etmələrini təsvir etmək üçün istifadə edilir.41 Elektron mikroskopu kimi üstün texnologiya məhsulu alətlər ilə müşahidə etmədən atomun quruluşunu anlamaq, elektronların bu görünüşlərini təsbit etmək mümkün deyil. 14 əsr əvvəl üstün texnologiya tələb edən elmlər haqqında, Quranda verilən məlumatların hər dəfə tam doğru olması, Quranın möcüzələrindən biridir. Həmçinin Rəbbimizin Alim (hər şeyi çox yaxşı bilən), Fatır (Yaradan, icad edən) və Xaliq (hər şeyin varlığı boyunca görüb keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən) sifətlərinin bir təcəllisidir.

Toxunmuş səma

Yuxarıdakı ayədə “təchiz edilmiş” olaraq tərcümə olunan “elhubuk” sözü “habeke” feilindən törəmişdir. Bu feil isə “bir şeyi yaxşı və möhkəm toxumaq; hörmək; möhkəm bağlamaq, yaxşı şəkildə düyünləmək; tərtib etmək” mənalarını…

«Özən içində yollar və orbitlərlə təchiz edilmiş” göyə and olsun.»

Zəriyət surəsi, 7

Yuxarıdakı ayədə “təchiz edilmiş” olaraq tərcümə olunan “elhubuk” sözü “habeke” feilindən törəmişdir. Bu feil isə “bir şeyi yaxşı və möhkəm toxumaq; hörmək; möhkəm bağlamaq, yaxşı şəkildə düyünləmək; tərtib etmək” mənalarını verməkdədir. Zəriyət surəsinin 7ci ayəsində istifadə edilən “elhubuk” sözünün bu mənalarını düşündükdə səmanın toxunmuş, ya da hörülmüş bir parça kimi olduğu aydın olmaqdadır. Ayədə bu sözün istifadə edilməsi son dərəcə hikmətlidir və dövrümüzün elmi izahlarını iki istiqamətdən təsdiq etməkdədir. Birinci istiqaməti belədir: Kainatdakı orbit və yollar, elə sıx və bir-biri içinə keçmişdir ki, sanki bir parça toxumasındakı kimi bir-birləri ilə kəsişən xətlər meydana gətirməkdədir. İçində yaşadığımız Günəş Sistemi, Günəş, planetlər, onların peykləri, meteorlar və kometa kimi davamlı hərəkət halındakı göy cisimlərindən meydana gələr. Günəş Sistemi də 400 milyard ulduz ehtiva edən Süd Yolu qalaktikası içində bir yol izləyər.42 Kosmosda isə milyardlarla qalaktika olduğu təxmin edilməkdədir. Minlərlə kilometrlik sürətlə dönən göy cisimləri, sistemlər, bir-biriylə toqquşmadan, kosmosda bir-birini kəsən yollar izləyərlər.

Ulduzların mövqelərini və planetlərin hərəkətlərini tam olaraq xəritələrini hazırlayan astrometriya elmi, yenə göy cisimlərinin hərəkətlərini araşdıran göy mexanikası bu kompleks orbit üzrə hərəkətləri təsbit etmək üçün ortaya çıxmışdır. Qədim zamanlarda astronomlar, orbitlərin yalnız dairəvi olaraq hərəkət etdiklərini fərz etmişlər. Halbuki dövrümüzdə göy cisimlərinin dairəvi, elliptik, parabolik və hiperbolik kimi müxtəlif riyazi nizamlarda orbitləri olduğu bilinməkdədir. Pittsburgh Universitetindən Dr. Carlo Rovelli, bu vəziyyəti “içində yaşadığımız kosmos, inanılmaz dərəcədə kompleks toxunmuş bir şəbəkə” şəklində olduğunu ifadə etməkdədir.43

İkinci bir istiqamət olaraq, Quranda səmanın “toxunmuş, hörülmüş” mənasını verən bir sözlə təsvir edilməsi, fizikadakı “Sim nəzəriyyəsi”nə (String Theory) işarə edir ola bilər (doğrusunu Allah bilir). Bu nəzəriyyəyə görə kainatı meydana gətirən ən fundamental komponentlər, nöqtə kimi hissəciklər deyil; titrəşən miniatür skripka tellərinə bənzəyən ipliklərdir. Tək ölçülü, çox kiçik, bir-birinin eynisi, halqalar şəklində dalğalanan bu ipliklərin, düyün görünüşündə olduqları qəbul edilməkdədir. Skripkanın tellərinin fərqli titrəşmələrindən fərqli səslər çıxması kimi, kainatdakı bütün müxtəlifliyin qaynağının da, bu simlərin fərqli nizamlardakı titrəşmələri olduğu fərz edilməkdədir.44

Eynşteynin ümumi nisbilik, kvant mexanikası kimi nəzəriyyələri tutarlı halda birləşdirən tək nəzəriyyə olaraq, “Sim nəzəriyyəsi”ndə simlərin böyüklüyünü görmək mümkün olmasa da, bu böyüklük riyazi olaraq hesablana bilməkdədir. Elm adamlarının, kosmos-zamanın toxunduğu material olaraq qəbul etdikləri bu simlər (string), 1,6x10-35 m.-dir.45 Plank uzunluğu deyilən bu ölçü, bilinən ən qısa uzunluqdur və atomun nüvəsini meydana gətirən protonların 10-20 qatı qədərdir.46 Əgər bir atom, Günəş Sisteminin ölçüsü qədər böyüdülsəydi, bu simlərdən hər biri bir ağac böyüklüyündə olardı.47 Bir atomun, adi gözlə görülən ən kiçik şeydən 100.000 qat daha kiçik olduğu düşünülsə, bəhs edilən uzunluğun kiçikliyi daha yaxşı aydın ola bilər.

Pensilvaniya Universitetindən fizika professoru Abhay Ashtekar və Varşava Universitetindən fizika professoru Jerzy Lewandowski “Space and Time Beyond Einstein” (Eynşteyndən uzaqda kosmos və zaman) başlıqlı məqalələrində, kosmosun toxunmuş görünüşünü bu ifadələrlə izah etməkdədirlər:

Üstdəki şəkildə Samanyolu qalaktikasındakı yalnız yeddi ulduzul illik hərəkətləri görülməkdədir.

Bu nəzəriyyəsində Eynşteyn cazibə sahəsini, kosmos və zaman parçasının içinə toxudu... Hamımızın alışmış olduğu sabitlik sadəcə bir təxmindir. Əlverişli olması üçün 2 ölçülü bir sabitliyi təmsil edir; lakin həqiqətdə 1 ölçülü ipliklərlə hörülür. Eynisi kosmos-zaman parçası üçün də keçərlidir. Bunun tək səbəbi bu parçanı toxuyan “kvant ipliyi” kainatın bizim yaşadığımız bölgəsində son dərəcə möhkəm toxunmuş olması və bizim bunu bir davamlılıq hesab etməyimizdir. İpliklərin hər birinin, ya da polimer hərəkətliliyinin, bir səthlə kəsişməsi vəziyyətində, təxminən 10- 66 cm ölçülərində “Plank kvant” sahəsi meydana gəlir. Bu da 100 cm2-lik bir sahədə buna bənzər təxminən 1068 kəsişmənin reallaşdığını göstərir. Rəqəm bu qədər yüksək olduğu üçün bu kəsişmələr bir-birlərinə çox yaxındırlar və biz də bunları bir davamlılıq olaraq görüb yanılırıq.48 “New York Times” qəzetində “Kainat necə inşa edildi?” adlı məqalədə də bu cür bəhs edilir: Protonları, neytronları və digər hissəcikləri meydana gətirən kiçik kvarklar belə, Plank miqyasında var ola biləcək kələ-kötürlükləri hiss edə bilməyəcək qədər böyükdür. Lakin yenə də qısa müddət əvvəl fiziklər, kvarklarla birlikdə var olan hər şeyin daha kiçik obyektlərdən meydana gəldiklərini irəli sürdülər. Bunlar 10 fərqli ölçüdə titrəşən super-simlərdir. Plank miqyasında kosmos-zamanın toxuması, Misirin ən nadir pambıqlı parçasının böyüdücü şüşə altında əyrilərin və hörgülərinin sərgilənməsi kimi aşkar olacaq.49 a. 1 metr 10⁰ m b. 1 millimetr 10⁻³ m c. 1 mikrometr 10⁻⁶ m d. 1 nanometr 10⁻⁹ m e. 1 pikometr 10⁻¹² m Nəzəri fizika alimi Lee Smolin, “Three Roads to Quantum Gravity” (Kvant çəkilişinə üç yol) adlı kitabında “How to Weave A String” (İplik necə toxunar) adlı bir hissəyə yer verməkdə və mövzu ilə əlaqədar bunları ifadə etməkdədir: …Kosmos ilmələr toru şəklində “toxunmuş” ola bilər… eynilə bir hissə parçasının ipliklər toru halında “toxunmuş” olması kimi.50

Kosmologiya alimi və astrofizik prof. Martin Rees, “Our Cosmic Habitat” (Kosmik yurdumuz) adlı kitabında mövzu haqqında belə ifadə etməkdədir: Bugünkü konsepsiyalarla kosmos boşluğu çox sadədir... lakin daha kiçik bir ölçüdə araşdırıldığında bir-birinə keçmiş simlər halında ola bilər.51

Allahın Zəriyət surəsinin 7-ci ayəsində kainatın bir parça kimi toxunmuş, orbitlər-yollarla hörülmüş olduğunu bildirməsi, Quranın elmlə fövqəladə uyğunluğunu göstərir. Daha bir çox nümunədə gördüyümüz kimi, 14 əsr əvvəl Quranda bildirilən bütün məlumatların, dövrümüzdə elmi məlumatlarla təsdiq edilməsi son dərəcə düşündürücüdür. Quranın elmi inkişaflarla olan bu mükəmməl uyğunluğu, hər şeyi yaradan və hər şeyi ən yaxşı bilən Rəbbimizin sözü olduğunu açıq şəkildə ortaya qoymaqdadır. Bir ayədə Allah belə buyurmaqdadır:

«Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.»

«Nisa» surəsi, 82

Səmadakı qırmızı gül: Rosetta Nebula

Yuxarıdakı ayədəki “qıpqırmızı gül” olduğu zaman ifadəsinin ərəbcəsi “verdeten ke eddihani”dir. Bu ifadə ilə səmada yaranan görüntü, qırmızı rəngdə bir gülə bənzədilməkdədir.

«Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı gül olacaqdır.»

«Rəhman» surəsi, 37

Yuxarıdakı ayədəki “qıpqırmızı gül” olduğu zaman ifadəsinin ərəbcəsi “verdeten ke eddihani”dir. Bu ifadə ilə səmada yaranan görüntü, qırmızı rəngdə bir gülə bənzədilməkdədir. Bu tərif, səmada qırmızı rəngdə, çoxhissəli görünüş alan “Rosette Nebula” adlı göy cismi ilə çox böyük bənzərlik daşımaqdadır. Nebula kosmosda olan buluda bənzər qaz kütlələrinə verilən addır. Nebula meydana gəlmədən əvvəl bir ulduzdur və bu ulduzlar çox böyük olduqları üçün, daxildən gələn təzyiq və yüksək istiliyin təsiri ilə kosmos boşluğuna qaz buraxarlar. Bu qaz püskürmələri olduqca böyük miqdarda və sürətlidir. Daha sonra bu qazlar yaxınlaşaraq bir qaz buludu meydana gətirərlər və bu qaz buludunun istiliyi 15.0000C-dən çoxdur.52

Nebulaların bir növü, gülə olan bənzərliyindən ötrü elm adamları tərəfindən də “Rosette Nebula” olaraq adlandırılmaqdadır. Rosette Nebula da geniş bir toz və qaz kütləsidir və bütöv ayın 5 misli qədər bir səth olaraq görünməkdədir.53 Bizdən təxminən 5.000 işıq ili uzaqlıqdadır54 və həqiqi diametrinin 130 işıq ili genişliyində olduğu təxmin edilməkdədir.55

Penn Əyalət Universitetindən astronomiya və astrofizika sahəsindəki qabaqcıl araşdırmaçılardan Leisa Townsley liderliyində bir qrup, Chandra X-rels teleskopunu istifadə edərək, Rosette Nebulanı araşdırdılar. Nebula içərisindəki ulduzların bir-birləriylə toqquşaraq 6 milyon dərəcəlik qaz meydana gətirdiklərini təsbit edərək; Rosette Nebuladakı yüzlərlə ulduzu göstərdilər. Leisa Townsley gördüklərini belə izah etməkdədir:

Rosette Nebula ətrafında, X-şüası yayımından meydana gələn möhtəşəm bir qırmızı parlaqlıq var, bəlkə də qalaktika içərisində ulduzların meydana gəldiyi bölgələrdə bənzərləri də var.56

«Şəkillərdə görülən bu göy cisminin varlığını fərq etmək ancaq texnoloji müşahidə vasitələri ilə mümkün olmaqdadır. Quran ayəsində səma ilə əlaqədar diqqət çəkilən bu vəziyyət, bugünkü astronomiya tapıntıları ilə böyük uyğunluq içərisindədir. Bir Quran ayəsində belə buyurmaqdadır:

“Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.»

«Yunus» surəsi, 61

Günəş mərkəzli sistem

Ayədə gecə və gündüz meydana gəlməsi üçün Dünyanın hərəkəti, qabığın sarılmasında olduğu kimi, “yumru cismi əhatə edib örtmək” mənasını verən “təkvir” feilindən törəmiş “yukevviru” sözü ilə təsvir edilməkdədir.

«O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.»

«Zumər» surəsi, 5

Ayədə gecə və gündüz meydana gəlməsi üçün Dünyanın hərəkəti, qabığın sarılmasında olduğu kimi, “yumru cismi əhatə edib örtmək” mənasını verən “təkvir” feilindən törəmiş “yukevviru” sözü ilə təsvir edilməkdədir. Bu söz Dünyanın kürə formasında olmasını, eləcə də Günəş ətrafında hərəkətini ən düzgün şəkildə ifadə edir. Dünyanın kürə formasında olması və öz oxu ətrafında fırlanmasına görə Günəş hər zaman Dünyanın bir tərəfini işıqlandırarkən, digər tərəfi isə kölgədə qalar. Kölgədə qalan tərəf gecə qaranlıq ilə örtülər və sonra Dünyanın Günəşə doğru dönməsi ilə gündüz, gecənin yerini alar. Yasin surəsində isə Günəş və Ayın mövqeləri ilə əlaqədar belə bildirilməkdədir:

«Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.»

«Yasin» surəsi, 38-40

Yasin surəsinin 40-cı ayəsində Günəş və Ayın hərəkətləri “üzüb getmək, axmaq, gəzmək” mənalarını verən ərəb dilində “yesbahune” sözü ilə təsvir edilməkdədir. Bu söz bir insanın öz başına etdiyi hərəkət mənasını verər. Bu hərəkəti tətbiq edən bir insan, başqa biri tərəfindən müdaxilə edilmədən öz başına işinə davam edir deməkdir. Yuxarıdakı ayələrdə də Günəşin heç bir göy cisminə bağlı olmayan kainatdakı müstəqil hərəkətinə bir istiqamətiylə diqqət çəkilir ola bilər (doğrusunu Allah bilir). Günəşin hərəkətini gözlərimizlə görməmiz, ya da izləməmiz mümkün deyil. Bu hərəkəti təsbit edə bilmək, ancaq xüsusi texnoloji alətlərin istifadə edilməsi ilə mümkündür. Günəş öz oxu ətrafındakı 26 günlük dövrün yanında, kosmosda heç dayanmadan (Yasin surəsinin 39cu ayəsində ifadə edildiyi şəkildə) öz orbitində səfər etməkdədir.

Ayədə eyni zamanda Günəşin Aya “çatmasına” icazə verilmədiyi bildirilmiş, beləcə Quranda kosmologiya alimlərin öz terminologiyaları ilə Günəş və Ayın eyni cisim ətrafında dönmədikləri xəbər verilmişdir. Eyni zamanda ayədə gecəni və gündüzü meydana gətirən hərəkət ilə, Günəşin və Ayın hərəkəti arasında da heç bir əlaqə olmadığı açıqlanmaqdadır (doğrusunu Allah bilir).

16-cı əsrə qədər elm adamları Dünyanın, kainatın mərkəzində olduğunu düşünürdü. Hətta bu fikir, qədim Yunanda geo (dünya) və centron (mərkəz) sözlərinin bir yerə gəlməsi ilə yaranan, “geosentrik model” adıyla adlandırılırdı. Bu inanış, məşhur astronom Nicolaus Copernicus (Kopernik)ın 1543-cü ildə nəşr olunan “De Revolutionibus Orbium Coelestium” (Göy kürələrinin hərəkətləri haqqında) adlı əsərində, Dünyanın və digər planetlərin Günəşin ətrafında fırlandıqları fikrini ortaya atması ilə sorğulandı. Lakin 1610-cu ildə Qalileo Qalileyin teleskopu ilə müşahidələri nəticəsində, Dünyanın əslində Günəşin ətrafında fırlandığı elmi etibarlılıq qazandı. Bu dövrə qədər Günəşin Dünya ətrafında fırlandığına inanıldığı üçün, dövrün alimlərinin çoxu Kopernikin nəzəriyyəsini qəbul etməmişdilər. Məşhur astronom İohann Keplerin planetlərin hərəkətlərini açıqlayan fikirləri ilə, 16-cı və 17-ci əsrlərdə helio-sentrik kainat modeli etibarlılıq qazandı. Helios (Günəş) və centron (mərkəz) sözlərinin bir yerə gəlməsindən yaranan bu modeldə, kainatın mərkəzində Dünya deyil Günəş mövcuddur. Digər göy cisimləri Günəş ətrafında hərəkət edərlər. Halbuki Quranda bu həqiqət bundan 14 əsr əvvəl bildirilmişdir.

Antik Yunan astronomlarından Claudius Ptolemeus (Batlamyus), kainatın mərkəzinin Dünya olduğunu söyləyərək, əsrlərdir etibarlı görülən Dünyamərkəzli (geosantrik) kainat düşüncələrinə qaynaq olmuşdur. Bu səbəbdən Quranın endirildiyi dövrdə, gecə-gündüz meydana gəlməsini Günəşin hərəkətlərini izah edən yer mərkəzli nəzəriyyənin səhv olması məlum deyildi. Əksinə bütün ulduz və planetlərin Dünyanın ətrafında fırlandığı qəbul edilirdi. O dövrün səhv elmi düşüncəsinin hakim olmasına baxmayaraq, Quranda bugünkü elmi məlumatlara uyğun bir çox ifadəyə yer verilmişdir. Şəms surəsində isə belə bildirilməkdədir:

Üstdəki şəkildə 1750-ci illərə aid əlyazmasında Yer mərkəzli kainat modeli görülməkdədir.

«Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.»

«Yusif» surəsi, 111

Kvazar və qravitasiya linza təsiri

Cisim qravitasiya linza təsiri ilə olması gərəkən yerdə deyil, fərqli mövqelərdə və birdən artaq sayda görünür.

«Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od ona toxunmasa da, yağı işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.»

«Nur» surəsi, 35

Cisim qravitasiya linza təsiri ilə olması gərəkən yerdə deyil, fərqli mövqelərdə və birdən artaq sayda görünür.

Kvazar, kosmosda radio dalğası yayan, ulduz kimi görünən, sıx və son dərəcə parlaq cisimlərə verilən addır. Kvazar kainatdakı bilinən ən parlaq cisimlərdir. Hal-hazırda kainatdakı ən parlaq kvazarın parlaqlığı, Günəşin parlaqlığından 2 trilyon qat çoxdur (2x1012); Süd yolu kimi nəhəng qalaktikanın ümumi işığından isə minlərlə qat çoxdur.57

Yuxarıdakı ayədə keçən “nur” sözü “işıq, parlaqlıq, işıqlıq, şüa, parıltı, işıqlandırma” mənalarını verməkdədir. Ayədə təsvir edilən işıq, parlaqlıq bir istiqamətiylə, kvazar olaraq bilinən bu göy cisimlərinə işarə ola bilər. Çünki ayədəki digər ifadələr də, kvazarın işığının görünmə şəklini, işığın qaynağını son dərəcə hikmətli bir şəkildə təsvir etməkdədir (doğrusunu Allah bilir).

Ayədə “sanki inci kimi bir ulduzdur” mənasını verən “keenneha kevkebun durriyyun” ifadəsindəki “duriyyun” sözü “parlaq” mənasıyla kvazarların elmi təriflərindəki “ulduz kimi parlaq cisim” ifadəsi ilə son dərəcə uyğundur.58 Həmçinin ayədə bu işığın yandırılmasından bəhs edilərkən “atəş ona toxunmasa da yağı işıq saçır” şəklində bildirilməkdədir. Bu ifadəylə də kvazarlardakı atəşsiz yanma şəklinə (nüvə parçalama) işarə edilmiş ola bilər. Kosmosda oksigen sərbəst halda olmadığı üçün, kvazarların parıldaması üçün alov kimi yanmasından söhbət gedə bilməz. Buradakı yanma hidrogen atomlarının sıxışaraq helium ortaya çıxarmaları şəklində reallaşar. Bu əsnada ortaya çıxan enerji kosmosda işıldayar.

NASAnın Hubble kosmik teleskopu ilk dəfə uzaqdakı tək bir kvazarın beş ayrı ulduz kimi verdiyi görüntüləri əldə etmişdir.

Digər tərəfdən ayədəki “(Bu,) Nur üstünə nurdur” ifadəsiylə isə, astronomiyada bəhs edilən “Qravitasiya linza təsiri”nə işarə edilir ola bilər (doğrusunu Allah bilir). Göylərdəki işıq qaynaqlarını araşdıran astronomlar, bu ayədəki bənzətmə və tərifləri çox açıq və asan bir şəkildə anlayacaq. Bəhs edilən təsir “qara dəlik” kimi sıx kütləsi olan bir cismin arxasındakı işıq qaynağından çıxan şüaların, sıx kütləli cismin təsiriylə ayrılaraq fərqli qollardan bizə çatmasıdır. Buna görə də elə başa düşürük ki, gördüyümüz işığın birdən çox mənbəyi var. “Qravitasiya linza təsiri” olaraq bilinən bu təsir ilə cisim olduğu yerdə deyil, fərqli mövqelərdə və birdən çox sayda görünür. Ayədəki “o çıraq bir şüşə içərisindədir” ifadəsindəki şüşə də, qara dəliyin qravitasiya təsir sahəsi olaraq şərh oluna bilər (doğrusunu Allah bilir). NASA yaranan bu təsiri təsvir edərkən, şüşə stəkanın işıq üzərindəki təsirinə bənzədirlər:

Qalaktikanın uzaqdakı kvazar üzərindəki qravitasiya təsiri, bir su stəkanının uzaqdakı küçə lampası üzərindəki linza təsirinə bənzəyər, birdən çox görünüş meydana gətirər.59 “The New York Times”in 20-ci əsrin ən qabaqcıl kitabları arasında saydığı “The Whole Shebang” (Bütün məsələ) adlı kitabında, elmi yazar olan Timothy Ferris mövzunu belə açıqlamaqdadır:

Kvazardan gələn işıq bizə doğru səyahət edərkən… qalaktika çoxluqlarının hər iki tərəfindən də keçə bilər. Qalaktika qrupunun ətrafındakı kosmos əyilər və bir linza kimi davranar, bunun nəticəsində tək bir kvazara aid iki görüntü görərik.60 Ayədəki “nur üstünə nurdur” ifadəsiylə buradakı əks olunan, birdən çox görünüşə sahib işığa işarə edilmiş ola bilər. Həmçinin ayədə işığın tərifindəki “şərqə və ya təkcə qərbə aid edilməyən” ifadəsinin, həqiqi işıq qaynağının istiqamətinin naməlumluğuna da işarə etməsi mümkündür (doğrusunu Allah bilir). Kvazarlar kainatdakı ən parlaq cisimlərdir və mərkəzdəki “qara dəlik” ilə güclənən qalaktikaların parlaq nüvələridir. Qalaktikaya aid ulduzların və qazların büzüşməsi nəticəsində yaranan qara dəliklər, kvazarın enerji qaynağıdır. Kvazarların parlaqlığı, qalaktikaların nüvələrindəki qara dəliyə doğru düşən ulduzlardan yayılar. Ayədə keçən “qəndil” kvazar olaraq düşünülsə, “çıraq” kvazarı bəsləyən “qara dəlik” ola bilər (doğrusunu Allah bilir). Eynşteyn “qravitasiya linzası” deyə təyin etdiyi təsir səbəbiylə, kosmosdakı cisimlərin işığı bükə biləcəklərini və bir müşahidəçinin tək bir qaynağa aid çox sayda görünüş müşahidə etməsinin mümkün olduğunu qarşıya qoymuşdu.61 Ancaq bu təsir ilk dəfə 1979-cu ildə “Əkiz kvazar” olaraq bilinən bir kvazarda müşahidə edilə bildi. Kvazarlar isə ilk dəfə 1963-cü ildə, Quranın endirilməsindən 14 əsr sonra kəşf edilmişdir. Quranda Nur surəsinin 35-ci ayəsində təsvir edilən göy cisimlərinin mövqeləri, xüsusiyyətləri təəccüblü şəkildə dövrümüzün elmi isbatları ilə uyğundur. Bu və digər çox saydakı elmi möcüzələr, Quranın hər şeyin məlumatına sahib, sonsuz elm sahibi və hər şeyin Yaradıcısı olan Rəbbimizin vəhyi olduğunun açıq bir dəlilidir.

Günəş müəyyən müddət sonra sönəcək

Günəşin səthində təxminən beş milyard ildir heç dayanmadan reallaşan kimyəvi NASAnın çəkdiyi bu peyk fotoşəkilində Günəş görülür. Günəşin üzərində parlaq görünən yerlər maqnit sahəsinin ən güclü olduğu hissələrdir.

«Günəş də özü üçün (təsbit edilmiş) yerə axıb getdiyi zaman. Bu, Qüdrətli, Bilən Allahın təqdiridir.»

«Yasin» surəsi, 38

Günəşin səthində təxminən beş milyard ildir heç dayanmadan reallaşan kimyəvi NASAnın çəkdiyi bu peyk fotoşəkilində Günəş görülür. Günəşin üzərində parlaq görünən yerlər maqnit sahəsinin ən güclü olduğu hissələrdir. ilə müəyyən zamandan sonra bu reaksiyalar sona çatacaq və günəş enerjisini itirərək tamamilə sönəcək. Yuxarıdakı ayədə də Günəşin enerjisinin (doğrusunu Allah bilir).

Ayədə keçən “mustakarrin” sözü təyin olunmuş bir yer və ya təyin olunmuş bir zaman mənasını ehtiva edər. “Axıb gedir” olaraq tərcümə olunan “tecri” sözü isə “hərəkət edər, tələsik edər, dövr edər, gəzər, üsul izlər, yol qət edər, cərəyan edər, axar” mənalarını verməkdədir. Sözlərin mənalarından Günəşin sabit qalacağı məkan və zamana doğru hərəkətini davam etdirdiyi, ancaq bu hərəkətin əvvəldən təyin olunmuş bir zamana qədər sürəcəyi aydın olmaqdadır. Necə ki, qiyamət günü ilə əlaqədar təriflərdəki “Günəş, sarınacağı zaman” (Təkvir surəsi, 1) ayəsiylə də belə bir zamanın olacağı bildirilməkdədir. Bunun vaxtı isə yenə Allah Qatında müəyyəndir.

Ayədə Allahın “təqdiri” olaraq tərcümə edilən “takdiyru” sözü isə, “təyin etmə, qədərini çəkmə, hökm etmə, ölçüb biçmə, nizamlama, ölçüyə salma” mənalarını verməkdədir. Yasin surəsinin 38-ci ayəsindəki bu ifadə ilə də Günəşin ömrünün Allahın təyin etdiyi bir müddət ilə məhdud olduğu bildirilməkdədir. Quranda bu mövzuyla əlaqədar digər ayələrdən bəziləri belədir:

«Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.»

«Rəd» surəsi, 2

«O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.»

«Fatir» surəsi, 13

«O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.»

«Zumər» surəsi, 5

Yuxarıdakı ayələrdə keçən “musemmen” sözü ilə də Günəşin hərəkət müddətinin “müəyyən” olduğu bildirilməkdədir. Günəşin sonu ilə əlaqədar elmi izahlarda, Günəşin hər saniyə 4 milyon ton maddə istifadə edərək enerjiyə çevirdiyi, bu yanacaq bitdiyində də Günəşin ömrünü tamamlayacağı təsvir edilməkdədir.62 Günəşdən gələn istilik və işıq, hidrogen nüvələrinin parçalanma üsulu ilə birləşərək heliuma çevrilməsi əsnasında, istifadə edilən maddənin yerinə ortaya çıxan enerjidir. Bu səbəbdən Günəşin enerjisi (qısacası ömrü) də bu yanacağın sona çatması ilə bitəcək (doğrusunu Allah bilir). Arizona Universitetindən Professor William Arnett, bizə ən yaxın ulduz olan Günəşin ölümünü belə açıqlamaqdadır:

...Günəş yavaş-yavaş öləcək. Bir ulduzun nüvəsi içinə çökərkən, zaman içində ehtiva etdiyi helium atomlarını alovlandıracaq qədər istilik qazanar. Helium atomları nüvə əriməsi ilə birləşərək, karbon meydana gətirərlər. Helium qaynaqları tükəndiyində nüvə təkrar çökər və atmosferi partlayar. Günəş, nüvəsini üçüncü dəfə alovlandıracaq qədər böyük kütləyə sahibi deyil. Bu səbəbdən genişlənməyə davam edər və atmosferini silsilə partlamalar nəticəsində itirər... Quruyan nüvəsi nəticədə ağ bir cırtdan planet meydana gətirər; karbon və oksigendən meydana gələn, Dünya böyüklüyündə böyük bir almaz kimidir. Bu nöqtədən sonra Günəş zamanla solacaq, gedərək işığı qaralacaq və sonunda tamamilə sönəcək.63 “National Geographic” televiziya kanalının yayımladığı “Günəşin ölümü” adlı sənədli filmdə də mövzu ilə əlaqədar bunlar təsvir edilməkdədir: (Günəş) İstilik istehsal edər və planetimizdə həyatın davamını təmin edər. Lakin insanlar kimi Günəşin də məhdud bir ömrü vardır. Ulduzumuz yaşlandıqca gedərək daha çox istilənərək genişləyəcək, beləcə okeanlarımızı buxarlaşdıracaq və Yer planetindəki bütün həyatı öldürəcək. Günəş zaman içərisində daha çox isinər və daha sürətli yanacaq sərf edər. Bu da Dünya üzərində istiliyin artmasına və nəticədə canlı həyatın sona çatmasına, okeanların buxarlaşmasına və bütün bitkilərin ölməsinə gətirib çıxaracaq... Günəş genişləyəcək, qırmızı nəhəng bir ulduza çevriləcək və yaxınındakı planetləri də udacaq... Ən sonunda isə büzülərək ağ bir cırtdan planetə çevriləcək.64

Elm adamları Günəşin quruluşunu və içində meydana gələn hadisələri ancaq son əsrlərdə kəşf etmişlər. Bundan əvvəl Günəşin enerjisini haradan qazandığı, Günəşin necə işıq və istilik yaydığı kimi hadisələr bilinən məlumatlar deyildi. Quranda 14 əsr bundan qabaq, bu cür nəhəng bir kütlənin enerjisinin tükənərək bir gün sona çatacağını bildirilməsi, üstün bir elmin varlığını göstərməkdədir. Hər şeyi əhatə edən bu məlumat, Uca Rəbbimizin elmidir. Quranda bir ayədə belə bildirilməkdədir:

«...Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?»

«Ənam» surəsi, 80

Günəşin hidrogen və helium tərkibi

Günəşin 70%-i hidrogen (H), 28%-i də helium (He) atomlarından meydana gəlməkdədir. Geri qalan digər maddələrin hamısı 2%dən daha az nisbətlərdədir.

Günəşin 70%-i hidrogen (H), 28%-i də helium (He) atomlarından meydana gəlməkdədir.65 Geri qalan digər maddələrin hamısı 2%dən daha az nisbətlərdədir. Günəşdə hər saniyə 600 milyon ton hidrogen, 596 milyon ton heliuma çevrilməkdədir. Qalan 4 milyon ton isə istilik və işıq enerjisi olaraq ortaya çıxmaqdadır.66 Bu baxımdan Günəş deyildiyində ağla ilk olaraq, H (hidrogen) və He (helium) atomlarını bildirən hərflər gəlir. Qurandakı “Günəş” mənasını verən “Şəms” surəsində isə, surədəki on beş ayənin hamısı istisnasız olaraq H və Ə hərfləriylə bitməkdədir. Bu hərflərin ərəbcə qarşılıqları belədir: (ərəb dilində hə hərfi) - (ərəb dilində əlif hərfi) Aşağıda Şəms surəsindəki ayələrin ərəb dilində yazılışları və son sözlərinin oxunuşları görülməkdədir.

Şəkildən də görüldüyü kimi Şəms (Günəş) surəsindəki bütün ayələrin sonu, “hə” və “əlif” hərfləri ilə bitir. Hidrogenin simvolu “H” və heliumun simvolu “He” hərflərini ehtiva etməkdədir. Quranda Şəms surəsindən başqa heç bir surə əvvəldən axırı kimi bu hərflərlə bitməz. Bu baxımdan Quranda yalnız bu surədə belə bir hərf düzülməsinin olması son dərəcə diqqət çəkicidir. Həmçinin Şəms surəsinin nömrəsi olan 91 rəqəmi də xüsusidir. Hidrogen xaricində təbiətdə təbii olaraq olan 91 element daha vardır və bunlar Hidrogen atomlarından meydana gəlməkdədir. Digər bir ifadəylə, ən yüngül element olan hidrogendən ağır 91 elementdəki bütün atomlar, Hidrogenin intra-atomik (atomlar arası) birləşmələrdir. Bu səbəblə Günəşdə mövcud olan H (hidrogen) atomu, təbiətdəki digər 91 elementi də meydana gətirməkdədir.67

Ürək masajı zamanı sinəyə yuxarıdan vurulduğunda ürəyin yenidən döyünməsi mümkündür.

Kainatı, içində var olan bütün detalları ilə Uca Allah yaratmışdır və yaratmağa davam etməkdədir. Bu detallara aid bütün elmlər də, Rəbbimizin sonsuz məlumatından qavramamıza icazə verdiyi hissələrdir. Bir ayədə belə buyurulmaqdadır:

Solda sağlam sümük toxuması, sağda isə sümük əriməsindəki sümük toxuması görülməkdədir. Klonlanmış it Snupi “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255) 1. Scottish Blackface (sitoplazma donoru) 2. Finn Dorset (nüvə donoru) 3. Nüvənin çıxarılması 4. Süd vəzisi hüceyrələri Klonlanan ilk məməli heyvan Dolly, 14 fevral 2003-cü ildə öldü.