Quranın kainatı tanıdan ayələrində istifadə olunmuş ifadələr kifayət qədər diqqət çəkicidir. Yuxarıdakı ayədə “sarıb örtmək” kimi tərcümə edilən ərəb kəlməsi “yukəvviru”dur.
«Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzün, gündüzü də gecənin üstünə sarıb örtür... »
Quranın kainatı tanıdan ayələrində istifadə olunmuş ifadələr kifayət qədər diqqət çəkicidir. Yuxarıdakı ayədə “sarıb örtmək” kimi tərcümə edilən ərəb kəlməsi “yukəvviru”dur. Bu kəlmənin Azərbaycan dilindəki qarşılığı “dairəvi bir şeyin üzərinə bir cisim örtmək”dir. (Məsələn, ərəb dili lüğətlərində “başa əmmamə sarımaq” kimi dəyirmi cisimlərlə bağlı olan feillər bu kökdən əmələ gələn sözlərlə işlədilir).
Ayədə gecə ilə gündüzün bir-birinin üzərini sarıb örtməsi (“təkvir” etməsi) mövzusunda verilən bilik, eyni zamanda, dünyanın quruluşu haqqında səhih və dolğun məlumat verə bilər. Yəni VII əsrdə nazil edilən Quranda Yerin dairəvi olduğuna işarə edilmişdir.
Unutmaq olmaz ki, o dövrdəki astronomiya dünyanı daha fərqli şəkildə və səviyyədə təsəvvür edirdi. O dövrdə belə hesab edirdilər ki, Yer düz səthə malikdir. Bütün elmi hesablama və açıqlamalar da buna nəzərən qurulurdu. Ancaq Quran Allahın sözü olaraq kainatı xarakterizə edərkən, burada sözügedən məsələ ilə bağlı ən doğru kəlmələrdən istifadə olunmuşdur. Yaxın əsrlərdə öyrəndiyimiz bu məlumatlar Quran ayələrində hələ 1400 il bundan əvvəl xəbər verilib.
«Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!»
Bulud topalarının qərbdən şərqə tərəf hərəkətinin əsas səbəbi Yerin dövr etdiyi istiqamətdir. Məlum olduğu kimi, Yer də qərbdən şərqə tərəf olmaqla dövr edir.
«Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır”.»
“Nəml” surəsindəki ayədə Yerin təkcə hərəkət etməsi deyil, onun dövr etdiyi istiqamət də təsvir olunur. 3500-4000 metr yüksəklikdəki bulud topalarının hərəkət istiqaməti həmişə qərbdən şərqə tərəfdir. Hava proqnozları hazırlanarkən əksər hallarda qərbdəki hava şəraitinin əsas götürülməsinin başlıca səbəbi də budur.
Bulud topalarının qərbdən şərqə tərəf hərəkətinin əsas səbəbi Yerin dövr etdiyi istiqamətdir. Məlum olduğu kimi, Yer də qərbdən şərqə tərəf olmaqla dövr edir. Elmin yaxın illərdə kəşf etdiyi bu həqiqət Quranda əsrlərlə bundan əvvəl xəbər verilib.
Dünyanın geoit forması
Yuxarıdakı ayədə «döşəyib düzəltdi» kimi tərcümə edilən «dəha» sözü «yaymaq» mənasına gələn «dəhv» kəlməsinin kökündəndir.
Yuxarıdakı ayədə «döşəyib düzəltdi» kimi tərcümə edilən «dəha» sözü «yaymaq» mənasına gələn «dəhv» kəlməsinin kökündəndir. «Dəhv» kəlməsi «döşəmək, düzəltmək» mənalarına gəlsə də, daşıdığı məna baxımından sadə bir «döşəmək» feili deyil. Çünki bu kəlmə də yuvarlaq olaraq düzəltmək, döşəmək feillərini tərif etmək üçün işlədilir.
«Dəhv» kəlməsindən törəyən başqa sözlərdə də dəyirmilik, yuvarlaqlıq mənası var. Məsələn, uşaqların topu yerdəki bir çuxura salması, daş atıb çuxura atmaq yarışları, qozla oynanan oyun hamısı «dəhv» kəlməsi ilə ifadə edilir. Dəvəquşunun yuva qurmasına, yatacağı yerdəki daşları təmizləməsinə, yumurtladığı yerə və yumurtasına da bu köklərdən törəyən kəlmələr işlədilir.
Elə Yer kürəsinin forması da bir yumurtanı xatırladan yuvarlaqlıqdadır. Yer kürəsinin qütblərdən yastı kürəvarı forması «geoit» kimi ifadə edilir. Bu baxımdan ayədə «dəha» sözünün işlədilməsi özündə Allahın Yer kürəsi haqqında verdiyi mühüm bir məlumatı ehtiva edir. İnsanların əsrlərlə Yer kürəsinin düz olduğunu düşünməsi və onun həqiqi formasının ancaq texnoloji imkanlar nəticəsində bilinməsi Quranın Allahın vəhyi olduğuna dair mühüm dəlillərdən biridir.
Yer kürəsinin təbəqələri
Quranda Yerlə bağlı verilən məlumatlardan biri Yerin yeddi qat olan göyə oxşarlığıdır.
Quranda Yerlə bağlı verilən məlumatlardan biri Yerin yeddi qat olan göyə oxşarlığıdır.
«Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elmlə ehtiva etdiyini biləsiniz deyə Allahın əmri onların arasında nazil olar”.»
1. Litosfer (quru) 2. Litosfer (su) 3. Astenosfer 4. Üst mantiya 5. Alt mantiya 6. Xarici nüvə 7. Daxili nüvə
Göstərilən ayənin bu vacib və maraqlı məlumatına elmi mənbələrdə də geniş yer ayrılır və Yerin yeddi qatdan meydana gəldiyi açıqlanır. Yerin alimlər tərəfindən qeyd edilən həmin qatları bunlardır:
Litosfer
Astenosfer
Üst mantiya
Alt mantiya
Xarici nüvə
Daxili nüvə
“Litosfer” sözü yunan dilində “qaya” mənasını ifadə edən “lithos” kəlməsindən gəlir. Litosfer Yerin ən üst qatını təşkil edən bərk təbəqədir. Digər təbəqələrlə müqayisədə çox nazik qatdır. Litosfer qatı okeanların altında və vulkan püskürməsi üçün əlverişli olan bölgələrdə daha nazikdir. Başqa təbəqələrdən daha soyuq və daha bərkdir. Buna görə də Yerin qabığı vəzifəsini yerinə yetirir.
Litosferin aşağısında yunan dilində “zəif” kəlməsi “asthenes”dən əmələ gələn “astenosfer” təbəqəsi var. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir. Hərəkətli təbəqədir. İsti və yarımqatı maddələrdən təşkil olunmuş bu təbəqə yüksək geoloji istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir. Belə ehtimallar var ki, bərk litosfer təbəqəsi yavaş hərəkət edən astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir. Hər halda, belə zənn olunur.
Bu təbəqələrin aşağısında yüksək hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn, təxminən 2900 km qalınlığında olan və adına “mantiya” deyilən bir təbəqə var. Yerin üst səthi ilə müqayisədə özündə daha çox dəmir, maqnezium və kalsium ehtiva edən mantiya daha isti və qalındır, çünki Yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır.
Yerin mərkəzində da haradasa mantiyanın iki qatı qalınlığında olan nüvə var. Bu təbəqənin belə qalın olmasının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır. Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən, digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən meydana gəlib. Dünya dövr etdikcə maye xarici nüvə dünyanın maqnit sahəsini əmələ gətirir.
XX əsr texnologiyası sayəsində kəşf edilən Yer kürəsi təbəqələrinin göy üzü ilə olan bu oxşarlığının Quranda bildirilməsi, şübhəsiz ki, Quranın çoxsaylı elmi möcüzələrindən biridir.
Yer kürəsinin ağırlıqlarını kənara atmasıs
Ərəb dilində «zilzal» kəlməsi «zəlzələ, sarsıntı», «əsqaləhə» sözü isə «ağırlıqlarını, yüklərini» mənalarına gəlir. Yuxarıdakı ayələr ilk mənaları ilə nəzərə alınanda zəlzələ ilə bağlı mühüm elmi həqiqətə diqqət çəkildiyi görünür.
«Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi, yer öz ağırlıqlarını çıxardıb atacağı və insan:
"Buna nə olur?" -deyəcəyi zaman məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir».»
Ərəb dilində «zilzal» kəlməsi «zəlzələ, sarsıntı», «əsqaləhə» sözü isə «ağırlıqlarını, yüklərini» mənalarına gəlir. Yuxarıdakı ayələr ilk mənaları ilə nəzərə alınanda zəlzələ ilə bağlı mühüm elmi həqiqətə diqqət çəkildiyi görünür.
«Zilzal» surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı olaraq yerin ağırlıqlarını atmasından bəhs edilir. Son əsrlərdə aparılan tədqiqatlar nəticəsində Yerin mərkəzində ağır metalların olduğu və bunların Yer kürəsindəki tərpənmələr nəticəsində ortaya çıxdığı məlum olmuşdur. Geoloqların təsbitlərinə görə, dünya soyuduqca ağır və qalın maddələr dünyanın mərkəzinə tərəf çökdüyü halda, daha yüngül olanlar Yerin səthinə tərəf qalxır. Buna görə, Yer qabığı ən yüngül maddələrdən (bazalt və qranit qayalardan) meydana gələrkən, nüvədə ağır metallar (nikel və dəmir) mövcud olur. Nəticə olaraq, ərimiş metallardan yaranan Yerin altı onun üstündən daha çox ağır və qalın bir materialdan meydana gəlmişdir.
Zəlzələ vaxtı isə Yerin altındakı ağır maddələr Yer üstünə çıxmağa imkan tapır, beləliklə, ayələrdə tərif edildiyi kimi, Yer üzü ağırlıqlarını kənara atır. Həmçinin metal resurslarının sıx olduğu yerlər zəlzələ və vulkanların daha çox gerçəkləşdiyi bölgələrdir. Aparılan əhatəli tədqiqatlar nəticəsində yaxın keçmişdə ortaya çıxan bu elmi tapıntılar Allahın Quranda işarə etdiyi elmi həqiqətlərdən yalnız biridir.
Dağlar — yerin dirəkləri
Quranda dağların “dirək” kimi yaradıldığı və yeri sarsıntıdan qoruduğu bildirilir. Müasir geologiya dağların yerin dərinliklərinə uzanan kökləri olduğunu kəşf etdi.
linzanı siçan və ya barmaqla hərəkət etdirin
10–15 qat: dağ kökünün hündürlüyə nisbəti
≈ 125 km: Everestin yeraltı kökü
1–5 sm/il: qitələrin sürüşmə sürəti
Quranda dağların mühüm geoloji funksiyasına da işarə edilir:
«Yer onları silkələməsin, atıb-tutmasın deyə orada möhkəm dağlar yaratdıq...»
Diqqət etsək, görərik ki, ayədə dağların yer üzündəki silkələnmələrin qarşısını alma xassəsinə malik olması xəbər verilir. Quranın nazil edildiyi dövrdə heç bir insan tərəfindən dərk edilməyən həqiqət bu günlərimizdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxarılıb. Əvvəllər dağların ancaq Yer səthindəki yüksəkliklər olması qəbul edilirdi. Lakin alimlər bunun fərqinə vardılar ki, dağlar təkcə Yer səthindəki yüksəkliklər deyil. Özlərinin dağ kökü deyilən hissəsi ilə öz yüksəkliklərinin 10-15 misli qədər də yerin altına qədər uzanır. Dağlar bu xüsusiyyətləri ilə sanki çadırı yerə möhkəm-möhkəm bərkidən bir mismarın və ya dirəyin funksiyasına oxşayan bir rolu ifa edirlər. Məsələn, zirvəsi Yerdən 9 km yuxarıda olan Comolunqma (Everest) dağının 125 km-dən çox kökü var.70
1. Okean 2. Çöküntü 3. Kontinental qabıq 4. Nüvə qabığı ilə yer qabığı arasındakı aralıq 5. Nüvə qabığı 6. Üfüqi məsafə miqyasa uyğun verilməmişdir. ◉ Dağların torpaq səviyyəsindən xeyli dərində kökləri var.261. Britaniya adaları 2. Şimali Almaniya 3. Alp dağları 4. Avropa 5. Rus platforması 6. Qafqaz ◉ Sxematik kəsik. Mıx şəklindəki dağların torpağın içinə möhkəm yerləşmiş kökləri var.271. Dağ silsiləsi 2. Eroziya 3. Çöküntü 4. Dəniz səviyyəsi 5. Kontinental qabıq 6. Nüvə qabığı 7. Dağ kökü ◉ Dağların dərin kökləri sayəsində forma etibarilə mıxlara bənzədiyini göstərən başqa bir şəkil.28
Bundan başqa, dağlar Yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkət və toqquşmaları nəticəsində meydana çıxır. İki təbəqə toqquşan zaman daha möhkəm olanı o birinin altına girir. Üstdə qalan təbəqə qıvrılaraq yüksəlir və dağları meydana gətirir. Altda qalan təbəqə isə Yerin altına uzanaraq dərin uzunluq yaradır. Artıq qeyd etdiyimiz kimi, dağların Yer üzündə gördüyümüz kütlələri qədər də yer altına işləyən böyük çıxıntıları var. Bir elmi mənbədə dağların bu quruluşu belə təsvir edilir:
“Qatların daha qalın olduğu dağlıq bölgələrdə Yer qabığı mantiya qatına dərininə olmaqla sancılır”.71
Dünyanın ən məşhur dənizaltı geoloqlarından olan professor Siaveda isə dağların Yer üzündə öz kökləri sayəsində dayanmasından bəhs edərkən belə bir izahat verir:
“Qitə dağları ilə okean dağları arasındakı əsas fərq onların materialındadır... Ancaq dağların hər ikisində onlara kömək edən kökləri var. Qitə dağlarında dağdan gələn aşağı yoğunluq maddəsi Yerin daxilinə tərəf həmin dağın kökü şəklində uzanır. Okean dağlarında da dağı kök kimi dəstəkləyən yüngül maddə var. Ancaq bu, o qədər də kövrək deyil. Çünki reaksiya yüngüldür, isti olduğu üçün genişlənir. Lakin qalınlıq prizmasından baxılanda onlar da dağları dəstəkləmək yönündə eyni vəzifəni yerinə yetirirlər. Bu səbəbdən də köklərin funksiyası Arximed qanununa görə dağları dəstəkləmək üçündür”.72
Bundan başqa, Amerika Elm Akademiyasının əvvəlki rəhbəri Frank Pressin dünyanın əksər universitetlərində dərs kitabı kimi tədris edilən “Earth” (Dünya) adlı kitabında dağların dirək formasında olması və Yerin dərinliklərinə qədər uzanması iqrar edilir.73
Quranın digər ayələrində isə dağların «dirək oxşatması» vəzifəsinə belə işarə edilir:
«Məgər biz yeri döşək etmədikmi?! Dağları da dirək?!»
«Yenə başqa bir ayədə Allah bu həqiqəti “Dağları yerləşdirdi” şəklində bildirir. Bu ayədə qeyd edilən “ərsəhə” kəlməsi “sabit etdi”, “köklü etdi”, “yerə çaxdı” mənalarına gəlir. Dağlar bu xüsusiyyətləri sayəsində Yer təbəqələrinin birləşmə nöqtələrində Yerin üstünə və altına doğru uzanaraq bu təbəqələri bir-birinə geydirir, onları bir-birinə birləşdirir. Bu şəkildə, Yer qabığını sabitləşdirərək onun maqma təbəqəsi üzərində, ya da öz təbəqələri arasında sürüşməsinə mane olur. Qısası, dağları taxtaları bir yerdə saxlayan mismarlara bənzədə bilərik.»
Dağların sabitləşmə təsiri elmi ədəbiyyatda «izostasiya» adlandırılır. İzostasiya mantiya təbəqəsinin yuxarı tərəfə tətbiq etdiyi güclə Yer qabığının aşağı tərəfə tətbiq etdiyi qüvvə arasındakı müvazinətdir. Dağlar eroziya, torpaq sürüşməsi və ya buzlaqların əriməsi kimi səbəblərlə ağırlıq itirərkən buzlaqların meydana gəlməsi, vulkan püskürmələri və ya torpaq meydana gəlməsi üzündən ağırlıq qazana bilər. Buna görə, dağlar yüngülləşəndə mayelərin tətbiq etdiyi qaldırma gücü ilə aşağıdan yuxarı itələyir, ya da ağırlaşanda Yerin cazibə qüvvəsinin təsiri ilə mantiyanın daxilinə tərəf basdırılır. Yer qabığı üzərində bu iki güc arasındakı balans izostasiya sayəsində təmin edilir. Dağların bu balanslaşdırıcı xüsusiyyəti bir elmi mənbədə belə qeyd edilir:
G.B.Airy 1855-ci ildə Yer qabığının su üstündə üzən şalbandan hazırlanmış sallara oxşadıla biləcəyini söyləmişdi. Qalın taxta hissələri nazik hissələrlə müqayisədə su səthinin lap üstündə üzə bilər. Oxşar olaraq Yer qabığının qalın hissələri də bir maye və ya daha yoğun olan aşağı təbəqələr üzərində üzəcək. G.B.Airy dağların düzənliklərdə olmayan daha az iri qayalardan dərin köklərə malik olması fikrini müdafiə edirdi. O, öz araşdırmalarını nəşr etdirəndən 4 il sonra J.H.Pratt alternativ bir hipoteza təklif etdi. Bu hipotezaya görə, dağların altındakı qaya sütunlarının düzənliklər altındakı qaya sütunlarına nəzərən daha uzun olmasından ötrü daha az qalın olması lazım gəlirdi. Airy və Prattın fərziyyələrinin hər ikisi səthdəki kələ-kötürlüyün aydın hissələrindəki (dağlar və düzənliklər) qayaların yoğunluqlarındakı fərqlərlə balanslaşdığını müəyyən etmişdi. Bu müvazinət vəziyyəti «izostasiya» kimi tərif edilir.74
«Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.»
Bu gün bilirik ki, Yer üzünün dağlıq olan üst səthi dərin laylarla qırılmış və ərimiş maqmanın üstündə üzən lövhələr halında parçalanmışdır. Bu lövhələr ona görə üzür ki, Yerin öz orbitindəki hərəkət sürəti çox yüksəkdir. Əgər dağların sabitləşdirici təsiri olmasaydı, həmin bu üzən lövhələr hərəkət halında olacaqdılar. Belə bir vəziyyətdə Yerin üzərində torpaq bir yerdə dayanmaz, torpaqda su saxlamaq mümkün olmazdı. Heç bir bitki cücərməz, heç bir yol, ev inşa edilməzdi. Qısaca belə deyək ki, dünyada həyat mümkün olmazdı. Buna görə də dağlar Allahın bir mərhəməti olaraq mismar vəzifəsini yerinə yetirməklə qitə kütlələrini okean təbəqələrinə tərəf saxlayır və onların hərəkətini tənzimləyir.
Göründüyü kimi, dağların müasir geologiya və seysmik araşdırmalar nəticəsində kəşf edilən çox həyati bir funksiyası yüz illər öncə göydən endirilmiş Qurani-kərimdə Allahın üstün hikmətinə bir örnək olaraq verilib. Başqa bir ayədə belə buyurulur:
«Allah göyləri, gördüyümüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın, atıb-tutmasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir”.»
Dağların bu hərəkəti üzərində dayandıqları Yer qabığının hərəkətindən meydana gəlir. Yer qabığı özündən daha çox qalın olan mantiya təbəqəsinin üstündə sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Veqner adlı alman alimi Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir yerdə olduqlarını, onların sonradan ayrılaraq müxtəlif istiqamətlərə doğru uzaqlaşdıqlarını iddia etmişdi. Ancaq geoloqlar Veqnerin iddiasının doğruluğunu onun ölümündən yalnız 50 il sonra, yəni 1980-ci illərdə başa düşə bildilər.
Veqner 1915-ci ildə dərc olunan bir məqaləsində qeyd edirdi ki, Yer kürəsinin quru hissələri təxminən 500 milyon il əvvəl bir-birinə bitişik idilər. Pangeya deyilən bu böyük quru hissəsi Cənub qütbündə yerləşirdi. Təxminən 180 milyon il əvvəl Pangeya iki yerə ayrılıb. Müxtəlif istiqamətlərə ayrılan bu iki nəhəng qitədən birincisi özündə Afrika, Avstraliya, Antarktika və Hindistanı ehtiva edən Qondvana idi. İkincisi isə Avropa, Şimali Amerika, Hindistan istisna olmaqla, Asiyadan ibarət Lavraziya idi.
Bu bölünmədən sonra təxminən 150 milyon il ərzində Qondvana və Lavraziya müxtəlif dövrlərdə daha kiçik hissələrə ayrıldılar. Pangeyanın hissələrə bölünməsi ilə ortaya çıxan bu qitələr quru və dəniz arasında ildə bir neçə santimetrlik uzaqlaşmalarla Yer üzərində bir-birindən davamlı olaraq uzaqlaşırlar.
Yer qabığının XX əsrin əvvəllərində aparılmış geoloji tədqiqatlar nəticəsində kəşf edilən bu hərəkəti elmi əsərlərdə belə izah edilir:
Yer qabığı və yuxarı mantiyadan meydana gələn 100 km qalınlığındakı Yerin üst qatı “təbəqə” deyilən hissələrdən təşkil edilmişdir. Dünyanın səthini təşkil edən 6 böyük təbəqə və saysız-hesabsız kiçik təbəqələr mövcuddur. “Təbəqə tetonogiyası” deyilən nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean tabanını da özü ilə apararaq dünya üzərində hərəkət edir... Qitələrin hərəkətinin ildə 1-5 sm arasında olması dəqiq şəkildə hesablanıb. Təbəqələr bu cür hərəkət etdikcə dünyanın coğrafiyasında da dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir.75
Burada qeyd edilməsi vacib olan bir məsələ də budur: Allah dağların hərəkət etdiyini ayədə “keçib getmə” olaraq bildirib. Həmçinin alimlərin bu gün bu hərəkəti ifadə etmək üçün ingilis dilində işlətdiyi “continental drift” kəlməsinin də tərcüməsi “qitələrin sürüşməsi”dir.76
Qitələrin bir-birindən ayrılması Quranın göndərildiyi dövrdə müşahidə edilə bilməyən bir məsələdir. Allah ayədə bildirilən “dağlara baxıb onları donmuş zənn edərsən” ifadəsi ilə insanların bu məsələni necə dəyərləndirdiyini əvvəlcədən xəbər verib. Ancaq ayənin davamı ilə bir həqiqəti də açıqlayıb və dağların buludların keçdiyi kimi keçib getdiyini xəbər verib. Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkət etməsinə aydın şəkildə diqqət yetirilir. Elmin yeni kəşf etdiyi bu həqiqətin Quranda bildirilməsi, şübhəsiz ki, Quranın möcüzələrindən biridir.
1. 200 milyon il əvvəl 2. 135 milyon il əvvəl 3. 65 milyon il əvvəl 4. Hazırda 5. 50 milyon il sonrakı Qərb yarımkürəsi 6. 50 milyon il sonrakı Şərq yarımkürəsi Soldakı şəkillərdə qitələrin keçmişdəki mövqeləri görünür. Əgər qitələrin hərəkətlərinin bu şəkildə davam edəcəyini fərz etsək, onların milyonlarla il sonra olmalı olduqları mövqelər sağdakı şəkillərdə göstərilmişdir.
Kıtaların Hareketleri
Günəşin doğmasındakı və batmasındakı müxtəlif məsələlər
Bu ayələrdən də göründüyü kimi, “şərq” və “qərb” kəlmələri Quranda cəm halında işlədilmişdir. Məsələn, yuxarıdakı ilk ayədə “məşariq” kəlməsi şərq üçün, “məğarib” kəlməsi də qərb üçün ikidən çox olduqlarını ifadə edən cəm…
«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, biz, həqiqətən, qadirik”.»
Bu ayələrdən də göründüyü kimi, “şərq” və “qərb” kəlmələri Quranda cəm halında işlədilmişdir. Məsələn, yuxarıdakı ilk ayədə “məşariq” kəlməsi şərq üçün, “məğarib” kəlməsi də qərb üçün ikidən çox olduqlarını ifadə edən cəm şəklindədir. Axırıncı ayədə isə “məşriqeyn” iki şərq, “məğribeyn” iki qərb şəklində işlədilmişdir.
Ayələrdə işlədilən “məşariq” və “məğarib” kəlmələri Günəşin doğduğu və batdığı yer mənalarına da gəlir. Dolayısilə, yuxarıdakı ayələrdə Günəşin çıxmasının və batmasının müxtəlif yönlərindən bəhs edilir. Bundan başqa, ilk ayədə şərqlərin və qərblərin Rəbbi olaraq and içilməsi də çox diqqətəlayiq bir məsələdir.
Bəlli olduğu kimi, Yerin fırlanma oxunun öz orbitindəki hərəkəti 230 27-lik mailliyə malikdir. Həm bu mailliyə görə, həm də dünya ellips şəklində olduğu üçün Günəş şüaları Yer kürəsinə həmişə eyni bucaq altında düşmür. Buna görə də Günəş şərqdə müxtəlif nöqtələrdə çıxır, qərbdə də müxtəlif nöqtələrdə batır.
Yuxarıdakı ayələrdə şərq və qərblə bağlı qeyd edilən ifadələr Günəşin müxtəlif istiqamətlərdən çıxmasına və fərqli yerlərdə batmasına işarə etməsi baxımından çox hikmətlidir (ən doğrusunu Allah bilir).
Yer kürəsinin quru sahəsinin - torpağın azalması
Dünya Günəşdən gələn roton, elektron və alfa şüalarının axını ilə bombardmana məruz qalır. Bu Günəş küləkləri atmosferi Yerdən ayıracaq qədər güclüdür.
Nəhəng alov topu Nəhəng ölçülü, burulğan şəklindəki günəş partlayışları 60.000 0C temperaturlu ionlaşmış heliumla doludur. (SOHO peykinin çox yüksək ultrabənövşəyi şüalarda müşahidə etdiyi kimi)
«Məgər onlar bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi?...»
Dünya Günəşdən gələn roton, elektron və alfa şüalarının axını ilə bombardmana məruz qalır. Bu Günəş küləkləri atmosferi Yerdən ayıracaq qədər güclüdür. Ancaq atmosferin tükənməsi Yerin hazırkı maddə itirmə nisbəti ilə (saniyədə ən çox 3 kq) Günəşin bütöv ömrünün beş misli qədər bir müddət sərf edəcək. Çünki Yer atmosferdəki manyetosfer təbəqəsinin meydana gətirdiyi güclü maqnit sahəsi sayəsində bu güclü eroziyalardan bir növ qorunur.
Yerin ionosfer təbəqəsinin üstündən kosmosun dərinliklərinə tərəf yayılan ion itkisi - oksigen, helium və hidrogen - Yeri əhatə edən ucsuz-bucaqsız hava təbəqəsi ilə müqayisə ediləndə çox kiçik ölçüdədir. Ancaq kosmosa doğru istiqamətlənən miqdar da çox əhəmiyyətli ölçüdədir. Tədqiqatçılar Günəşdəki enerji partlayışlarının Yer atmosferinin xarici təbəqəsindən oksigenin və başqa qazların kosmosa yayılmasına səbəb olması ilə bağlı ilk dəlilləri NASA-nın kosmik alətləri ilə əldə etdilər. Bununla da alimlər Yerin xarici təbəqələrinin maddə itkisi ilə üzləşməsini ilk dəfə 1998-ci il sentyabr ayının 24-25-də müşahidə etmişdilər.77
Yuxarıdakı ayələr diqqətimizi Yerin quru hissəsinin, yəni torpaqların itkiyə məruz qalmasına bir başqa yöndən də cəlb edə bilər. Hal-hazırda, qütbdəki buz təbəqələri əriyir və okeanlarda suyun səviyyəsi qalxır. Artan suların miqdarı quru təbəqəsinin üzərini örtür. Dəniz sahilləri suların altında qaldıqca isə Yerin quru hissəsinin və yaxud torpaqların sahəsi azalır. Ehtimal olunur ki, nümunə gətirilən ayələrdə qeyd edilmiş “onu tərəflərindən əskildirik”, “hər tərəfdən əskiltdiyimizi” ifadələri də dəniz sahillərinin sularla əhatə edilməsinə işarədir. “New York Times” qəzetində bu məsələ ilə bağlı verilən xəbərə nəzər salaq:
MANYETOSFER, Dünya'nın manyetik alanının uzayda kapladığı bölgedir. Güneş'e doğru 64.000 km civarında dışarı doğrudur, fakat kuvvetli güneş fırtınaları Manyetosferi sadece 42.000 km'ye kadar sıkıştırabilir. (Yörüngenin dış tarafındaki uyduları güneş rüzgarlarına maruz bırakarak.)
“Keçən əsr ərzində Yer səthinin hərarəti orta hesabla 1 farengeyt qədər yüksəldi. Hərarətin səviyyəsi son yarım əsrdə daha da artdı. Bu isə çox mühüm miqdardır. Əvvəlki müşahidələr Şimal qütbünün hərarətinin çoxaldığını, buz kütlələrinin əriməyə meyilliliyinin da buna münasib olaraq artdığını qeydə alıb. NASA-nın Manhettendəki (ABŞ) tədqiqat mərkəzi olan Qoddard Kosmik Elmlər İnstitutunun alimləri 50-60-cı illərin dənizaltı müşahidələrə dair hesabatlarını 90-cı illərin müşahidələri ilə müqayisə edərək, Şimal qütbündəki buz təbəqəsinin 45 faizə qədər nazikləşdiyini sübut etdilər. Qeyd edək ki, kosmosdan çəkilmiş şəkillər də həmin bölgəni əhatə edən buzların əvvəlki illərə nisbətən daha da azaldığını göstərir”.78
Elmi dairələrdə Yerin ekvator ətrafındakı qabarıqlığının artmaqda olduğu bildirilir.
Diqqətəlayiq məsələ odur ki, XX əsrin axırlarındakı kəşflər “Ənbiya” surəsinin 44-cü və “Rəd” surəsinin 41-ci ayələrindəki hikmətləri başa düşməyimizə kömək edir.
Allahın ayədə bildirdiyi Yer üzünün ətrafından azaldılması məsələsi Quranda bildirilən başqa bir elmi həqiqətə işarə kimi də şərh edilə bilər. Öz oxu ətrafında dövr edən Yer kürəsinin fırlanmasından qaynaqlanan geoit formaya malik olduğu son əsrlərdə qəbul edilmiş bir həqiqətdir.
Aparılan tədqiqatlarda fırlanma nəticəsindəki qüvvə ilə Yer kürəsinin ekvator ətrafında genişlənərək uc nöqtələrdən, yəni qütblərdən yastılaşdığı müəyyən edilmişdir. Bundan əlavə, dünyanın fırlanma hərəkəti davam edən bir mərhələ olduğu üçün bu dəyişiklik də hələ davam edir. Həmçinin «Rəd» surəsinin 41-ci ayəsində «əskildirik» kimi tərcümə edilən sözün ərəb dilindəki əsli olan «nənkusu» ifadəsi azaltma (əskiltmə) əməliyyatının hələ davam etdiyini göstərir.
Yerin cazibə qüvvəsi Yer kürəsi kimi göy cisimlərini də kürəvarı şəkildə formalaşdırmışdır. Ancaq bu forma tam bir kürə deyil, qütblərdən az hamarlanmış və ekvator tərəfdən daha qabarıq formadır. ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) məlumatına görə, Yer kürəsinin ekvator radiusu 6 milyon 356 min 8 km-dir.79
Bu fərq isə təxminən 0,3 faizlik bir fərq yaradır.
Dünyanın quruluşu ilə bağlı bu model ilk dəfə 1687-ci ildə İsaak Nyuton tərəfindən ortaya atılmışdır. Ayələrdə təxminən 1400 il əvvəl işarə edilən bu vəziyyət Quranın başqa elmi möcüzəsidir.
Yarılan yer kürəsi
Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki “sada” kəlməsi Azərbaycan dilində “yarılmaq”, “ayrılmaq”, “çatlamaq” mənalarına gəlir.
«And olsun qaytarıb endirən səmaya. And olsun yarılan yerə...»
Yuxarıdakı təsviri şəkillərdə yer üzünün çatlı quruluşu görünür. Yer qabığının altındakı maqma qatı bu çatlı quruluş sayəsində xaricə çıxmaq imkanı tapır; beləliklə, yer üzünün istiliyi əhəmiyyətli dərəcədə azalmış olur.
Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki “sada” kəlməsi Azərbaycan dilində “yarılmaq”, “ayrılmaq”, “çatlamaq” mənalarına gəlir. Allahın Yerin yarılmasına and içməsi diqqəti Quranın başqa elmi möcüzələrində olduğu kimi, burada da bir məsələyə yönəldir. 1945-46-cı illərdə alimlər mineral mənbələri tədqiq etmək üçün ilk dəfə dənizlərin və okeanların dibinə endilər. Onların tədqiqatlarında diqqətçəkən məsələlərdən biri Yer səthinin yarıq olması məsələsi ilə bağlı idi. Yerin üst səthindəki dağlıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətli olub, on minlərlə kilometr uzunluğunda çoxsaylı və geniş çatlarla (fay) yarılmışdı. Bundan əlavə, alimlər dənizlərin və okeanların altındakı 100-150 km dərinliklərdə ərimiş maqmanın olduğunu aşkarladılar. Dənizlərin ortasında yerləşən dağlardan bu yarıqlara görə kənara lava axınları yayılır. Yer üzünün bu yarıqlı səthi kənara çox əhəmiyyətli miqdarda istilik saçır və ərimiş qayaların əksər hissəsi okeanlardakı təpələri meydana gətirir. Əgər Yer üzünün qabığında böyük miqdarda istiliyin kənara çıxmasına səbəb olan bu yarıq və çatlar olmasaydı, dünyada yaşamaq mümkün olmazdı. Çünki Yer qabığının altından kənara çıxış nöqtəsi (yolu) olmayan istilik bu vəziyyətdə çox böyük miqdarda mənfi nüvə təsirinin meydana gəlməsinə səbəb olacaqdı.80
Şübhə yoxdur ki, belə bir məlumatı yalnız yüksək texnologiyaya sahib olmaqla əldə etmək mümkündür. Amma nəzərə alınmalıdır ki, Quran bunu hələ 1400 əvvəl xəbər verib. Bu isə Quranın Allahın sözü olduğunu isbatlayan əlavə dəlillərdən biridir.
Əgər yer üzünün qabığından yüksək miqdarda istiliyin xaricə çıxmasına imkan verən quruluşu olmasaydı, Yer üzərində həyat mümkün olmazdı.
Neftin əmələ gəlməsi
Məlum olduğu kimi, neft dənizlərdəki bitkilərin və heyvanların çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir. Bu qalıqlar dəniz yatağında milyonlarla il boyunca çürüyəndən sonra yerdə ancaq yağlı maddələr qalır.
«Xəlq edən və nizama salan, əzəldən müəyyən edən və yol göstərən, ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de! O Rəbbin ki, yamyaşıl otlar çıxartdı. Sonra da onu quru, qara vəziyyətə döndərdi».»
Məlum olduğu kimi, neft dənizlərdəki bitkilərin və heyvanların çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir. Bu qalıqlar dəniz yatağında milyonlarla il boyunca çürüyəndən sonra yerdə ancaq yağlı maddələr qalır. Palçıq və böyük qaya laylarının altında qalan yağlı maddələr də neftə və qaza dönür. Yer qabığındakı hərəkətlənmələr bəzən dənizlərin torpaq hissələri halına gəlməsinə və özündə nefti ehtiva edən qayaların minlərlə metr dərinliyə gömülməsinə səbəb olur. Meydana gələn neft də bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərindən səthə çıxır və burada buxarlanaraq (qaz halına dönərək) geriyə qatran yığnağı buraxır.
«Əla» surəsinin ilk dörd ayəsində diqqəti cəlb edən üç məsələ neftin yaranma mərhələləri ilə ciddi paralellik içindədir. Xüsusilə «otlaq, düz, çəmənlik» mənalarına gələn «əlməra» ifadəsi ilə neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə olunması ehtimalı daha çoxdur. Ayədə ikinci maraqlı söz isə qara rəngə çalan yaşıl, qaraya çalan, əsmər, his rənglərini bildirmək üçün işlədilən «əhva» kəlməsidir. Bu sözü də yerin altında yığılıb qalan bitki qalıqlarının zaman ötdükcə qara rəngli maddəyə çevrilməsi kimi qəbul etmək olar. Çünki bu kəlmələr üçüncü bir kəlmə ilə - «qusaən»lə - dəstəklənir. Bəzi Quran tərcümələrində «çör-çöp, süpürüntü» kimi məna verilən «qusaən» kəlməsi «sel suyunun otları, çöplərini bir-birinə qataraq sürüyüb gətirdiyi və dərələrin ətrafına atdığı ot, çöp, yarpaq və köpük kimi qarışıqlıq» mənasına da gəlir. «Qusmaq» mənası verən bu söz bəzi mənbələrdə «sel qusmağı» kimi tərcümə edilir və torpağın nefti qusması kimi də tərif edilir. Həmçinin neftin meydana gəlməsi, ortaya çıxması, köpüklü görünüşü, rəngi nəzərə alınanda ayələrdə işlədilən kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı başa düşülür.
Buradan da göründüyü kimi, ayədəki bitkinin qara və axıcı bir mayeyə dönməsi neftin əmələ gəlməsi ilə çox oxşardır. Neftin əmələ gəlməsi haqqında məlumatın olmadığı bir dövrdə bu cür uzun illəri əhatə edən bir təşəkkül prosesinin tərif edilməsi, şübhəsiz ki, Quranın Allahın vəhyi olmasının başqa bir dəlilidir.
Buludların ağırlığı
Buludların çəkisini göstərən rəqəmlər çox heyrətamizdir. Məsələn, kümülonimbus növlü fırtına buludunda 300.000 ton çəkidə su olur.
Buludların çəkisini göstərən rəqəmlər çox heyrətamizdir. Məsələn, kümülonimbus növlü fırtına buludunda 300.000 ton çəkidə su olur. Göy üzündə 300 000 tonluq bir kütləni saxlaya bilən bir nizam, şübhəsiz ki, təəccüb doğuran bir vəziyyətdir.
Quranın başqa ayələrində də buludların çəkisinə bu cür diqqət yönəldilir:
«Küləkləri öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər ağır buludları hərəkətə gətirdiyi zaman biz onları (quraqlıqdan) ölü bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk”.»
Əlbəttə, Quranın göndərildiyi dövrdə insanların buludların ağırlığı ilə bağlı bu məlumatları bilməsi mümkün deyildi. Quran ayələrində nəzəri dərhal cəlb edən və yalnız yaxın keçmişdə kəşf edilən bu məlumat Quranın Allahın sözü olduğunu göstərən dəlillərdən biridir.
Yağışdakı ölçü
Quranda yağış haqqında verilən başqa bir məlumat isə yağışın müəyyən miqdarda yağdırılmasıdır. “Zuxruf” surəsində belə buyurulur:
Quranda yağış haqqında verilən başqa bir məlumat isə yağışın müəyyən miqdarda yağdırılmasıdır. “Zuxruf” surəsində belə buyurulur:
«O Allah ki, göydən müəyyən bir miqdar su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız”.»
Yağışın miqdarı ilə bağlı yuxarıdakı məlumat da XX əsrdəki tədqiqatlarla öz təsdiqini tapıb. Hesablamalara görə, Yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda, bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıq daxilində “müəyyən bir miqdar”a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamlığı da bu su dövriyyəsi sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan hətta tam istifadə etsə belə, bu dövriyyəni əsla süni şəkildə gerçəkləşdirə bilməz. Əgər bu suyun miqdarında hətta kiçicik dəyişiklik baş versə, qısa vaxt keçdikdən sonra böyük bir ekoloji natarazlıq yaranar ki, bu da həyatın sonuna səbəb olar. Lakin bu, heç vaxt ola bilməz. Çünki Quranda da bildirildiyi kimi, yağış Yer üzünə hər il eyni miqdarda düşməyə davam edir.
Yağışın yağması hadisəsindəki bu heyrətamiz dərəcədə dəqiq ölçü-biçi, bu ilahi nizam özünü yağışın təkcə miqdarında deyil, həm də yağış damcılarının düşməsindəki sürətin dəyişməz olmasında da göstərir.
Alman fiziki, Nobel mükafatı laureatı Filipp Lenart araşdırmaları nəticəsində müəyyənləşdirib ki, yağış damcılarının diametri genişləndikcə onların yerə düşmə sürəti də çoxalır. Amma düşmə sürətindəki bu çoxalma yağış damcısının diametri 4,5 mm olana kimi davam edir. Daha böyük yağış damcılarında isə düşmə sürəti saniyədə 8 mm-i keçmir.81
Bunun səbəbi damcıların düşərkən aldığı formadır. Yağış damcılarının bu xüsusi forması atmosferin sürtünmə təsirini çoxaldır və damcıların müəyyən bir sürət limitini keçməsinə mane olur.
Göründüyü kimi, yağışın yağması ilə bağlı əvvəllər heç kimin dərk edə bilmədiyi həqiqətlər öz əksini Quranda hələ 1400 il bundan öncə, özü də heyrətamiz bir dəqiqliklə tapıb.
Hər il göyə buxarlanan və yenidən yer üzünə yağış şəklində düşən suyun miqdarı "sabit"dir: saniyədə 16 milyon ton. Bu sabit miqdar Quranda göydən "müəyyən miqdarda su" endirilməsi kimi xəbər verilir. Ekoloji tarazlığın və buna görə də həyatın davamlılığının təmin edilməsində bu miqdarın sabit olmasının əhəmiyyəti son dərəcə böyükdür.
Yağışın əmələ gəlməsi
Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Yalnız hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşdi.
h. hündürlük (km) A. Ayrı-ayrı kiçik bulud parçaları (kumulonimbus buludları) B. Kiçik buludlar birləşdikdə əmələ gələn daha böyük buludun içindəki yuxarı axınlar güclənir, beləliklə buludlar yuxarıya doğru yığılır.
Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Yalnız hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşdi.
Yağış üç mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın “xammalı” külək vasitəsi ilə havaya qalxır, sonra buludlar meydana gəlir, nəhayət, sonda yağış damcıları ortaya çıxır.
Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar söylənənlər isə bütövlükdə bu proseslərin mahiyyətini açıqlayır. Bir ayədə yağışın yaranması prosesi haqqında belə məlumat verilir:
«Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər”.»
Yuxarıdakı təsvirdə okeanlarda köpüklənmə nəticəsində əmələ gələn su zərrəciklərinin göyə sıçraması görünür. Bu, yağışın əmələ gəlməsində ilk mərhələdir. Bundan sonra yaranan buludlardakı su damcıları havada asılı qalacaq və bunlar sıxlaşaraq yağışı əmələ gətirəcək. Bu mərhələlərin hamısı ayələrdə əksiksiz şəkildə bildirilir.
İndi isə bu ayədə ifadə edilən üç mərhələni araşdıraq:
I mərhələ. “Allah küləkləri göndərir...”
Okeanlardakı suyun köpüklənməsi nəticəsində əmələ gələn saysız hava qabarcıqları davamlı şəkildə ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu su zərrələri daha sonra küləklər vasitəsilə yuxarıya - atmosferə doğru yol alır. Aerozol adlandırılan bu kiçik su zərrələri dənizlərdən qalxan su buxarını “su tələsi” adı verilən bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq bulud topalarını əmələ gətirir.
II mərhələ. “...Buludları hərəkətə gətirər, onları göy üzündə istədiyi kimi yaradar və topa-topa edər...”
Duz kristallarının və yaxud da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə, onlar havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy buludlarla örtülür.
III mərhələ. “...Artıq buludların arasından yağış çıxdığını görürsən”.
1. Buz kristalları 2. Su damcıları Yuxarıya doğru genişlənərək üst-üstə yığılan buludlar şaquli istiqamətdə böyüdükləri üçün atmosferin daha sərin yerlərinə çatırlar. Atmosferin sərin bölgələrində isə su və dolu damcıları böyüməyə başlayır. Ağırlaşan su damcıları buluddan yağış, dolu və s. şəklində düşməyə başlayır. Bu elmi həqiqət Nur surəsinin 43-cü ayəsində 14 əsr əvvəl: "…sonra da onları üst-üstə yığır; beləliklə, yağışın onların arasından axıb çıxdığını görürsən…" ifadəsi ilə bildirilmişdir.
Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları artıb qalınlaşaraq yağış damcılarını əmələ gətirirlər. Beləcə, havada daha da böyüyən və ağırlaşan damcılar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.
Göründüyü kimi, yağışın əmələ gəlməsinin hər bir mərhələsi Quran ayələrində aydın şəkildə təsvir olunub. Həm də bu mərhələlər elmi mənbələrdəki mərhələlərə uyğun olaraq açıqlanıb. Dünyadakı əksər təbii hadisələrdə olduğu kimi, bu məsələdə də Allah ən doğru olanı açıqlamış, həm də bunu elmi kəşflərdən əsrlərlə əvvəl Quran vasitəsilə insanlara çatdırmışdır.
Başqa bir ayədə isə yağışın əmələ gəlməsi haqda bu məlumatlar verilir:
«Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar?! Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər”.»
ən alimlər yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələr əldə ediblər. Yağış buludları müəyyən bir sistem və mərhələ daxilində əmələ gəlir və öz formasını alır. Yağış buludlarından biri olan kümülonimbus növlü buludların əmələ gəlməsi prosesinin elmi izahı aşağıdakı kimidir:
I mərhələ. Qovulma: buludlar olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovulurlar.
II mərhələ. Toplanma: külək tərəfindən qovulan bu kiçik buludlar (kümülonimbus) qovulduqları başqa yerdə toplanıb yeni böyük buludları əmələ gətirirlər.82
III mərhələ. Yaranma: kiçik buludlar birləşəndən sonra böyük buludun içindəki yuxarı çəkmək gücü çoxalır. Buludun mərkəzindəki yuxarı çəkmə gücü kənarlardakı analoji gücdən daha çoxdur. Bu yuxarı çəkmələr buludun gövdəsindən başlayaraq yuxarı istiqamətə doğru böyüməsinə səbəb olur. Bununla da buludlar yuxarı tərəfə genişlənərək üst-üstə yığılır. Bu da yuxarı tərəfə doğru böyüyən buludun gövdəsinin atmosferin daha sərin yerlərinə tərəf uzanmasına səbəb olur. Bu nöqtədə atmosferin sərin qatlarındakı buludda olan su və dolu damcıları böyüməyə başlayır. Bu mərhələlərin nəticəsində su və dolu damcıları yuxarı çəkilmə gücünün onları dəstəkləyə bilməyəcəyi qədər ağırlaşdığı vaxt buludlardan yağış, dolu və s. yağmağa başlayır.83
Unutmaq olmaz ki, meteoroloqlar buludun əmələ gəlməsi, strukturu və funksiyası ilə bağlı proseslərin bütün təfərrüatlarını yalnız son dövrlərdə, özü də son dövrün inkişaf etmiş elmi-texniki nailiyyətlərindən (təyyarə, süni peyklər, kompyuter və s.) istifadə etməklə öyrəniblər. Amma nəzərdən qaçırılmamalıdır ki, bütün bunlar barədə hələ 1400 il bundan əvvəl Allahın bu ayələrində məlumat verilmişdi.
Torpağın titrəyib qabarması
Bu ayədə “titrəyir” olaraq tərcümə edilən kəlmə ərəb dilində “ihtəzzət”dir və bu kəlmə “hərəkət edir”, “canlanır”, “titrəyir”, “bitkinin hərəkət etməsi və uzanması” mənalarına gəlir.
«...Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, titrəyib (hərəkətə gəlib) qabarar və hər gözəl cütdən bar gətirər”.»
Bu ayədə “titrəyir” olaraq tərcümə edilən kəlmə ərəb dilində “ihtəzzət”dir və bu kəlmə “hərəkət edir”, “canlanır”, “titrəyir”, “bitkinin hərəkət etməsi və uzanması” mənalarına gəlir. “Qabarar” olaraq tərcümə edilən “rəbət” kəlməsi isə “artar”, “çoxalar”, “qabarar”, “inkişaf edər”, “bitkinin yüksəlməsi”, “ərzağın təmin edilməsi”, “şişmək”, “içinin hava ilə dolması” mənalarına gəlir. Ayədə qeyd edilən bu kəlmələr yağış zamanı torpağın molekulyar quruluşundakı dəyişiklikləri ən düzgün şəkildə ifadə edir.
Torpaq parçaları bir-birinin üstünə keçən təbəqələrdən yaranır və bu təbəqələrin arasına daxil olan su torpaq parçalarının həcminin böyüməsinə, onların qabarmasına səbəb olur. Ayədə bəhs edilən mərhələlər elmi şəkildə bu formadadır:
1. Torpağın titrəməsi.
Torpaq yağış suyunu kifayət qədər özünə çəkəndə torpaq parçalarının səthində yaranan elektrostatik yük tarazın pozulmasına səbəb olur. Bu da torpaq parçalarının titrəməsinə gətirib çıxarır. Bu titrəmə torpaqda elektrik yükünün balanslaşmasına kimi davam edir. Torpaq parçalarının hərəkətlənib titrəməsi onların su zərrələri ilə çarpışmasından da meydana gəlir. Su zərrələrinin hərəkəti müəyyən bir istiqamətdə olmur. Hər tərəfdən çarpan su torpaq parçalarının yerdəyişməsinə səbəb olur. Bu, hazırda “Braun hərəkəti” (Brownian movement) kimi məşhur olan və 1827-ci ildə Robert Braun adlı şotland botanikin tərif verdiyi mikroskopik parçaların hərəkətidir. Braun yağış damcılarının torpağa düşərək torpaq molekullarında bir növ silkələnmə və titrəyiş yaratdığını kəşf etmişdi.
2. Torpağın qabarması.
Yağış yağanda müxtəlif istiqamətlərdən gələn su damcıları torpaq parçalarının titrəməsinə, beləliklə, suyu özünə çəkərək həcminin böyüməsinə səbəb olur. Çünki suyun miqdarı bol olanda torpaq parçalarının arasındakı məsafə çoxalır. Bu məsamə və boşluqlar su zərrəciklərinin və ərimiş ionların torpağın içinə daxil olmasını təmin edir. Su və suyun içində ərimiş şəkildə mövcud olan başqa qidalandırıcı maddələr təbəqələr arasında yayılır. Bu da torpaq parçalarının həcminin böyüməsinə səbəb olur. Dolayısilə, bu parçalar torpağı canlandırmaq üçün zəruri olan su anbarı kimi fəaliyyət göstərirlər. Yerin cazibə qüvvəsinə baxmayaraq, suyun heç yerə sızmadan torpaq parçaları təbəqələrinin arasına yığılması Allahın insanlara sonsuz mərhəmətinin nümunələrindən biridir. Əgər torpağın suyu saxlama xüsusiyyəti olmasaydı və torpaqda bu mineral anbarları yaranmasaydı, su torpağın dərinliklərinə sızar və bitkilər qısa vaxtda məhv olardı. Ancaq uca Rəbbimiz torpağı müxtəlif məhsullar çıxmasını təmin edəcək xüsusiyyətlərlə birlikdə yaradıb.
3. Torpağın məhsul verməsi.
Torpaqdakı suyun miqdarı kifayət edəcək həddə çatanda toxumlar aktivləşir və bəsit qida maddələrini əmməyə başlayır. Getdikcə inkişaf edən bitkilər su ehtiyacını 2-3 ay boyunca bu depoların hesabına təmin edir. Quru torpağa yağış düşəndə baş verən proseslər yuxarıdakı ayədə üç mərhələli şəkildə bəhs edilir: torpağın titrəməsi, torpağın qabarması və torpağın məhsul verməsi. Aydın olduğu kimi, Quranda dövrümüzdən 14 əsr əvvəl bildirilən bu mərhələlər elmi izahlarla tamamilə üst-üstə düşür. Bir başqa ayədə isə bununla bağlı belə buyurulur:
«Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər».»
Yağış suyunun canlılar üçün həyati əhəmiyyət kəsb etməsi ilə yanaşı, onun həm də gübrələmək xüsusiyyəti var. Dənizlərdən buxarlanaraq buludlara yüksələn yağış damcıları özündə ölü torpağa “can verə biləcək” bəzi maddələri ehtiva edir. Bu xüsusiyyətə malik olan yağış damcılarına “səthi daralma damcıları” deyilir. Belə damcılar bioloqların dəniz səthinin mikro təbəqəsi dediyi üst qatda meydana gəlir. Millimetrin onda birindən daha incə olan bu səthi pərdədə mikroskopik su yosunlarının (alqlerin) və zooplanktonların çürüməsindən yaranan çoxlu üzvi tullantı var. Həmin tullantıların bəzisi dəniz suyunda çox az mövcud olan fosfor, maqnezium, potasium kimi elementləri, bundan başqa, mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq özündə toplayır. Yer üzündəki toxum və bitkilər onların yetişməsi üçün zəruri olan çoxsaylı duzları və elementləri məhz bu yağış damcılarından alır.
Bu həqiqət Quranın başqa bir ayəsində belə ifadə edilir:
«Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik”.»
Yağışla torpağa düşən bu duzlar məhsuldarlığı artırmaq üçün istifadə edilən ənənəvi gübrələrin bəzilərinin (kalsium, maqnezium, potasium və başqalarının) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə bitkilərin yetişməsi, inkişafı və daha yaxşı məhsul verməsi üçün lazım gələn elementləri yaradır.
Qısası, yağış həm də mühüm gübrədir. Torpaq yalnız yağış vasitəsilə gələn bu gübrələrlə əsrlik bir müddət ərzində bitkilər üçün lazım olan bütün elementləri əldə edə bilər. Meşələr də bu dəniz əsilli gübrələrin köməyi ilə qidalanıb inkişaf edir.
Bu yolla quru torpaq sahəsinə hər il 150 milyon ton gübrə düşür. Bu cür təbii gübrələnmə olmasaydı, Yerdə daha az bitki olar, həyatın nizamı pozulardı. Yağışın təbiəti canlandırmaq xüsusiyyətini bütün dəqiqliyi ilə açıb göstərən və ayədə yer alan bu məlumat Quranın saysız möcüzələrindən yalnız biridir.
Dolu, şimşək və göy gurultusunun meydana gəlməsi
Yuxarıdakı ayədə şimşəyin dolu ilə əlaqəsinə diqqət çəkilir. Dolunun şimşəyin əmələ gəlməsinə təsirinin olub-olmaması araşdırılsa, aydın görünər ki, ayədə mühüm bir meteorologiya hadisəsinə işarə edilib.
«...Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər”.»
Yuxarıdakı ayədə şimşəyin dolu ilə əlaqəsinə diqqət çəkilir. Dolunun şimşəyin əmələ gəlməsinə təsirinin olub-olmaması araşdırılsa, aydın görünər ki, ayədə mühüm bir meteorologiya hadisəsinə işarə edilib.
“Meterology Today” (“Meteorologiya bu gün”) adlı kitabda dolunun və şimşəyin meydana gəlməsi ilə bağlı belə bir izah verilir:
“Həddindən artıq çox soyumuş damcılardan və buz kristallarından meydana gələn bir bulud zonasından dolu düşəndə buludlar elektriklə yüklənir. Maye halındakı damcılar isə dolu dənələri ilə toqquşanda donur və öz potensial hərarətini itirirlər. Bu da dolunun səthinin buz kristallarının kənarından daha isti qalmasını təmin edir. Dolu buz kristalı ilə birlikdə hərəkət etməyə başlayanda isə əhəmiyyətli bir hadisə baş verir. Elektronlar daha soyuq olandan daha isti olana tərəf hərəkət edirlər. Bunun nəticəsində dolu neqativ yüklü olur.
Eyni hadisə çox soyumuş su damcıları bir dolu dənəsi ilə birgə hərəkətə keçəndə və pozitiv yüklü çox kiçik buz hissələri qırılanda da baş verir. Daha yüngül və pozitiv yüklü hissələr hava cərəyanı ilə buludların yuxarı tərəfinə doğru yığılır. Neqativ yüklə qalan dolu buludun aşağısına tərəf düşür, bununla da buludun aşağı tərəfi neqativ yüklənir. Bu neqativ yüklər ildırım şəklində Yer üzünə tərəf istiqamətlənməklə boşalır. Buna görə də dolu ildırımın əmələ gəlməsində əsas amildir”.85
1. Müsbət yük 2. Mənfi yük Su damcısı yuxarıya doğru hərəkət edərkən donma səviyyəsinə çatdıqda donur və düşərkən başqa damcılarla toqquşduqca üzərinə buz təbəqələri əlavə olunur, beləliklə buz əmələ gəlir. Fırtına buludunda elektrik yükü yağış damcılarının daim çatlamasından yaranır. Damcı çatladıqca müsbət yük buludun üst qatına qalxır, mənfi yük isə altda qalır. Bu halda torpaq səthində müsbət yük yaranacaq və ildırım düşəcək.
Aşağıdakı ayədə isə əsas diqqət yağış buludlarının şimşəklərlə əlaqəsinə və bunların meydana gəlməsi ardıcıllığının qeyd edilməsinə yönəldilib ki, bunlar da elmi kəşflərlə tam şəkildə üst-üstə düşür:
«Yaxud qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxarlar...»
Yağış buludları 25,6 km2-256 km ölçülərdə, 9000-12000 metr yüksəkliyində olan çox böyük kütlələr halındadır. Bu buludların tavanı onların belə fövqəltəbii dərəcədə qalın olması səbəbi ilə qaranlıqdır. Buludu təşkil edən su və buz hissəciklərinin miqdarı çox olduğu üçün günəş şüaları onu dəlib keçmək imkanı tapa bilmir. Bu qalınlıq səbəbi ilə də buludlar arasından Yer üzünə çox az miqdarda günəş şüası çatır və buna görə də Yerdən baxan adam buludun qaranlıq olduğunu zənn edir. Buludun üst hissələrində isə qaranlıq daha azdır və Yer üzünə yaxınlaşdıqca qaranlıq daha da çoxalır.86
Qaranlıq hadisəsindən sonra ayədə diqqət çəkilən göy gurultusu və şimşəyin meydana gəlməsi mərhələləri isə belədir. Yağış buludlarının içində elektrik yükü yığılır. Buludlardakı bu cür elektrik yüklənmə, donma, damcıların bölünməsi kimi proseslər təmas zamanı elektrik yüklənməsinin baş verməsi mərhələlər nəticəsində meydana gəlir. Bu cür elektrik yükünün yığılması araya girən havanın onları təcrid edə bilməyəcək səviyyəyə gəlməsi ilə böyük bir qığılcım şəklində pozitiv və neqativ sahələr arasında boşalır. Əks yüklərlə yüklənmiş iki zona arasındakı gərginlik bir milyard volta çata bilir. Qığılcım buludda da meydana gələ, pozitiv yüklü bir sahədən neqativ yüklü bir sahəyə tərəf iki bulud arasında axa və ya bir buluddan Yer üzünə doğru boşala bilər. Bu qığılcımlar gözqamaşdırıcı şimşək çaxmalarını doğurur. Şimşək xətti boyunca meydana gələn elektrik yükündəki bu qəfil çoxalma çox yüksək hərarətə (10 0000 C) səbəb olur. Bunun nəticəsində havada ani bir genişlənmə baş verir və çox böyük bir partlayış səsi şəklində üzə çıxan göy gurultusu yaranır.87
Göründüyü kimi, bir yağış buludunda ardıcıllıqla qaranlıq təbəqələr, şimşək kimi tanıdığımız elektrik yüklü qığılcımlar və göy gurultusu kimi qəbul etdiyimiz partlayış səsi meydana gəlir. Müasir elmin buludların meydana gəlməsi, göy gurultusunun və şimşəyin səbəbləri ilə bağlı söylədiklərinin hamısı Quranın müvafiq ayələrinin bütün mahiyyəti ilə tam uyğunluq təşkil edir.
«Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.»
Hicr surəsində küləklərin “mayalandırıcı” olaraq göndərildiyi, bunun ardınca da göydən su endirildiyi bildirilir. Müasir meteorologiya küləklərin yağışın əmələ gəlməsində məhz bu rolu oynadığını göstərdi.
iki rejim arasında keçin
0,01 mm: “aerozol” hissəciklərinin diametri
1946: buludların süni “aşılanması” ilk dəfə sınaqdan keçirildi
2 rol: buludları da, bitkiləri də mayalandırır
Quranın bir ayəsində küləklərin mayalandırma (tozlandırma) xüsusiyyətinə və bunun nəticəsində yağışın meydana gəlməsinə diqqət çəkilir:
«Biz yüklənmiş (tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik”.»
Ayədə diqqətimiz yağışın meydana gəlməsində ilk mərhələ rolunu oynayan küləklər olmasına cəlb edilir. Halbuki, XX əsrin ortalarına qədər belə təsəvvür olunurdu ki, yağışın yağması ilə külək arasında yeganə bir əlaqə varsa da, o da küləyin buludu qovmasıdır. Müasir dövrdə aparılan meteoroloji tədqiqatlar isə sübuta yetirdi ki, küləklər yağışın əmələ gəlməsində tozlandırıcı rol oynayır.
Yuxarıdakı şəkildə dalğanın əmələ gəlmə mərhələləri görünür. Dalğalar suyun üzərində əsən küləklər sayəsində yaranır. Küləklərlə birlikdə su zərrəcikləri dairəvi şəkildə hərəkət etməyə başlayır. Bu hərəkət qısa müddət sonra ardıcıl əlavə olunan dalğaları əmələ gətirəcək və dalğalarla birlikdə yaranan hava qabarcıqları havaya yayılacaq. Məhz bu, yağışın əmələ gəlməsində ilk mərhələdir. Bu proses ayədə də küləklərin mayalandırıcı olaraq göndərilməsi və bunun sayəsində göydən su endirilməsi şəklində xəbər verilir.
Küləklərin belə tozlandırma funksiyası isə bir qədər əvvəl də qeyd etdiyimiz kimi, aşağıdakı şəkildə gerçəkləşir. Okean və dənizlərin səthində baş verən fasiləsiz köpüklənmə səbəbi ilə hər an saysız hava qabarcığı meydana gəlir. Bu qabarcıqlar partlayanda isə millimetrin yüzdə bir mislinə uyğun diametrdə minlərlə hissəcik havaya atılır. “Aerosol” deyilən bu hissəciklər küləklərin quru torpaqdan gətirdiyi tozlara qarışaraq atmosferin üst qatlarına qalxır.
Küləklərin bu yolla yuxarıya apardığı həmin hissəciklər burada su buxarları ilə toqquşub onlara qarışır. Su buxarı da bu hissəciklərin ətrafına toplanaraq qalınlaşır və su damcılarına çevrilir. Bu su damcıları əvvəlcə bir yerə yığılaraq buludları əmələ gətirir, bir müddət sonra da yağış halında yerə düşürlər.
Göründüyü kimi, küləklər havada sərbəst halda mövcud olan su buxarını dənizlərdən daşıdıqları hissələrlə tozlandırır və bununla da yağış buludlarının meydana gəlməsini təmin edir. Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, yüksək atmosferdəki su damcıları da heç vaxt yaranmaz və yağış deyilən bir şey də olmazdı.
Burada mühüm olan bir məsələ isə küləklərin yağışın əmələ gəlməsindəki rolunun Quranda hələ əsrlərlə bundan əvvəl izah olunmasıdır. Həm də bunun insanların təbiət hadisələri haqqında demək olar ki, heç bir şey bilmədikləri bir dövrdə baş verməsidir...
Ayədə küləklərin tozlandırıcı xüsusiyyətə malik olmasına dair verilən xəbərdə həmçinin küləklərin bitkilərin mayalanmasındakı rolundan danışılır. Yer üzündəki əksər bitkilər tozcuqlarını külək vasitəsilə yayaraq öz növlərinin çoxalmasını təmin edirlər. Əksər açıq toxumlu bitkilər, şam ağacları, palmalar və buna oxşar digər ağaclar, çiçək verən bütün toxumlu bitkilər, habelə çəmənlik otlarının hamısı küləklərlə mayalanır. Külək çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirir.
Küləyin bitkilərin mayalanmasını hansı şəkildə həyata keçirməsi, ümumiyyətlə, bu prosesdəki rolu son dövrlərə qədər məlum deyildi. Yalnız bitkilərin də erkək və dişi olmaqla cins fərqinə malik olması faktı üzə çıxarılandan sonra küləklərin belə mayalandırıcı təsirinin mövcudluğu aşkarlandı. Halbuki, bu həqiqət Quranın “Biz göydən yağış yağdırdıq və yerdə hər cütdən bir bitki yetişdirdik” ayəsi ilə təsbit olunmuşdur. Özü də hələ 14 əsr bundan öncə! (“Loğman” surəsi, 31/10)
Küləklərin əmələ gəlməsindəki nizam
Külək müxtəlif istilik mərkəzləri arasında meydana gələn hava cərəyanıdır. Hava atmosferdə müxtəlif hərarət və təzyiqlər yaratdığı üçün o, fasiləsiz olaraq yüksək təzyiqdən aşağı təzyiqə tərəf axır.
«...Küləkləri (müəyyən bir nizam içində) istiqamətləndirməsində ağılla düşünən qövmlər üçün dəlillər vardır”.»
Yuxarıda Yer üzərindəki hava axınlarını və küləklərin əmələ gəlməsini göstərən sxem görünür.
Külək müxtəlif istilik mərkəzləri arasında meydana gələn hava cərəyanıdır. Hava atmosferdə müxtəlif hərarət və təzyiqlər yaratdığı üçün o, fasiləsiz olaraq yüksək təzyiqdən aşağı təzyiqə tərəf axır. Təzyiq mərkəzləri, yəni atmosferdəki istiliklər arasındakı fərq böyük olanda hava cərəyanı, yəni külək də şiddətli olur. Böyük dağıntılara səbəb olan qasırğalar belə baş verir.
Burada ən təəccüblü məsələlərdən biri də aralarında ekvator və qütblər kimi çox böyük fərq olan istilik və təzyiq qurşaqlarının mövcudluğuna baxmayaraq, Yer kürəsinin çox sərt küləklərə məruz qalmamasıdır. Bu Allahın Yeri müəyyən bir nizam daxilində yaratması sayəsində mümkün olub. Əgər qütblərlə ekvator arasında yaranan nəhəng hava cərəyanı yumşaldılmasaydı, Yerin səthi fasiləsiz olaraq şiddətli qasırğaların meydan suladığı ölü bir planetə çevrilərdi.
Yuxarıda oxuduğumuz ayənin “tasrifir riyah” ifadəsindəki “tasrif” kəlməsi “bir şeyi çox çevirib döndərmək”, “yönləndirmək”, “bir işə istiqamət vermək”, “idarə etmək”, “yayılmasını təşkil etmək” mənalarına gəlir. Göründüyü kimi, külək üçün işlədilən bu kəlmə küləklərin nizam-intizam içindəki hərəkətini tam olaraq tərif edir. Bundan başqa, bu vəziyyət küləyin öz-özünə, necə gəldi əsmədiyini də bizə çox aydın şəkildə çatdırır. Küləkləri insanların həyatda yaşamasına imkan verəcək tərzdə idarə edən Allahdır.
Bir-birinə qarışmayan dənizlər
Rəhman surəsində bir-birinə qovuşan, lakin aralarındakı maneə səbəbindən qarışmayan iki dənizdən bəhs edilir. Okeanoqraflar bu həqiqəti çox yaxın keçmişdə kəşf etdilər.
suyu qarışdırmağa çalışın
> 36,5 ‰: Aralıq dənizi suyunun duzluluğu
< 36,0 ‰: Atlantik okeanı suyunun duzluluğu
Cəbəllütariq: iki dənizin qarşılaşdığı boğaz
Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın “Rəhman” surəsində belə açıqlanır:
«İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar”.»
A. Dərinlik (metr) 1. Atlantik okeanı 2. Aralıq dənizi 3. Atlantik okeanının suyu ‰ 36.0-dan daha aşağı duzluluq dərəcəsi 4. Aralıq dənizinin suyu 5. ‰ 36.5-dən daha yüksək duzluluq dərəcəsi 6. Cəbəllütariq boğazı Aralıq dənizində və Atlantik okeanında böyük dalğalar, güclü axınlar və qabarma-çəkilmələr var. Aralıq dənizinin suyu Cəbəllütariq boğazında Atlantik okeanı ilə qarşılaşır. Lakin bu qarşılaşma nəticəsində onun öz temperatur, duzluluq və sıxlıq xüsusiyyətləri dəyişmir. Çünki iki dəniz arasında görünməyən bir sərhəd var.
Bir-birinə qovuşan, amma suları bir-birinə qətiyyən qarışmayan dənizlərin Quran ayəsində 14 əsr əvvəl bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilib. Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə “səth daralması” adı verilən fiziki bir qüvvə ucbatından qarışmır. Dəniz sularının fərqli sıxlıqlarından qaynaqlanan səth daralması hadisəsi suların bir-birinə qarışmasına, adətən, bir divar kimi mane olur.88
Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi insanların nə fizikadan, nə səthin daralması anlayışından, nə də okeanoqrafiya elmindən xəbərdar olmadığı bir dövrdə bu həqiqətin Quranda bildirilməsidir.
Cəbəllütariq boğazının peykdən çəkilmiş fotoşəkli...
Dənizlərdəki qaranlıq və daxili dalğalar
Nur surəsində dərin dənizdəki “zülmət üstündən zülmət”, dalğa üstündən dalğa təsvir edilir. Bu gün bilirik ki, 200 metrdən dərində işıq demək olar ki, yoxdur və okeanın içində görünməz daxili dalğalar var.
dərinliyi sürüşdürücü ilə dəyişin
3–30%: günəş işığının dəniz səthindən əks olunan hissəsi
200 m: demək olar ki, işıq qalmır
1000 m: tam zülmət
«Yaxud (inkar edənlərin əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər. O, əlini çıxardıqda haradasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz”.»
Dərin dənizlərdəki ümumi şərait “Oceans” (“Okeanlar”) adlı kitabda bu cür qeyd edilir:
1. Səth dalğaları 2. Sıx su 3. Az sıx su 4. Daxili dalğalar Yandakı şəkildə müxtəlif sıxlıqlı iki su qatı arasındakı səthdə olan daxili dalğalar təsvir edilmişdir. Bu qatlardan alttakı sıx, üstdəki isə daha az sıxdır. Quranda Nur surəsinin 40-cı ayəsində 14 əsr əvvəl bildirilən bu elmi həqiqət müasir alimlər tərəfindən ancaq yaxın zamanlarda müəyyən edilə bilmişdir.
Bu gün bilirik ki, dərin dənizlərdəki və okeanlardakı qaranlıq təxminən 200 metr və daha dərin yerlərdə olur. Bu dərinlikdə demək olar ki, heç bir işıq yoxdur. 1000 metrdən aşağı dərinliklərdə isə işığa rast gəlmək heç cür mümkün deyil.89
Zamanımızda hər hansı bir dənizin ümumi coğrafi quruluşu, burada yaşayan canlıların xüsusiyyətləri, dəniz suyunun duzluluq nisbəti kimi məsələlərlə yanaşı, onun ehtiva etdiyi suyun miqdarı, səthinin sahəsi və dərinliyi kimi məlumatları da araşdırıb öyrənmək mümkündür. Çağdaş dövrün texnologiyasından yararlanmaqla istehsal olunan və dənizaltı dünyanı öyrənməkdə böyük əhəmiyyət kəsb edən müxtəlif cihaz, qurğu və xüsusi alətlər bu bilgiləri mənimsəməyimizdə xüsusi rol oynayan mühüm vasitələrdir.
Bu alətlər olmasa, insanın dənizin 70 metrdən artıq dərininə getməsi demək olar ki, mümkün deyil. Bununla yanaşı, bir insanın heç bir köməyi olmadan okeanların 200 metrliyindəki qaranlıq dərinliklərdə yaşaması da qətiyyən mümkün deyil. Buna görə də alimlər dənizlər haqqında ətraflı məlumatı çox yaxın dövrlərdə əldə ediblər. Halbuki, dərin dənizlərin qaranlıq olması Quranda hələ 1400 il əvvəl xəbər verilmişdir. Heç bir texnologiyanın, beləliklə də insanların dənizlərin dərinliklərinə gedəcək vasitələrin olmadığı bir dövrdə belə bir məlumatın verilməsi, əlbəttə ki, növbəti Quran möcüzələrindən biridir.
Bununla yanaşı, “Nur” surəsinin 40-cı ayəsində bildirilən “əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər” ifadəsi də Quranın başqa elmi bir möcüzəsinə işarə edir:
“Alimlər müxtəlif qalınlıqda olan qatların ara səthlərində meydana gələn daxili dalğaların olmasını bu yaxınlarda kəşf ediblər. Daxili dalğalar dəniz və okeanların dərinliklərini əhatə edir. Çünki dərin dənizlərin qalınlığı onların üzərindəki sudan, əslində, daha çoxdur. Daxili dalğalar səthdəki dalğalar kimi hərəkət edir. Dənizlərin üstündəki dalğalar kimi daxili dalğalar da qırıla bilir. İnsan gözü daxili dalğaları görə bilməz, ancaq müəyyən bir zonada olan istilik və duzluluq dəyişiklikləri araşdırılanda bu dalğaların varlığı hiss edilə bilər”.90
Müasir texnologiya ilə aparılan ölçmələrə görə günəş işığının 3-30%-i dəniz səthində əks olunur. İlk 200 metrdə isə işıq spektrinin mavi işığı sonuncu olmaqla 7 rəngin hamısı bir-birinin ardınca udulur (soldakı şəkil). 1.000 m-dən aşağı dərinliklərdə isə artıq heç bir şəkildə işığa rast gəlmək mümkün deyil (yuxarıdakı şəkil). Bu elmi həqiqətə 1400 il əvvəl Nur surəsinin 40-cı ayəsində diqqət çəkilmişdir.
Ayədəki ifadələrlə yuxarıdakı izahat bir-biri ilə tamamilə paraleldir. Dənizlə bağlı belə tədqiqatlar aparılmasaydı, insan dənizin təkcə səthindəki dalğaların varlığı haqqında məlumat almaqla kifayətlənə bilməz, onun dənizin daxilində meydana gələn dalğalardan xəbərdar olması əsla mümkün olmazdı. Lakin “Nur” surəsində Allah dənizlərin dərinliklərində ikinci bir dalğaya da diqqət çəkib. Əlbəttə, elm adamlarının yaxın vaxtlarda kəşf etdiyi bu həqiqət Quranın Allahın sözü olduğunu bir daha göz önünə gətirir.
Fosılləşmə və dəmirin tərkibi
Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir, və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”.
Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?” De: “İstər daş olun, istər dəmir, və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!”... (İsra surəsi, 49-51) Üzərində dəmir qalıqları əmələ gəlmiş milyonlarla illik daşlaşmış dəniz çanağı fosili insanların keçmişdə yaşamış canlıları görmələri, ancaq bunların qalıqlaşması ilə mümkün olar. altında daşlaşaraq, fosillər halında illərlə qoruna bilər. Lüğətdə “fosil” xüsusilə daşlaşmağa diqqət çəkilməkdədir.
Fosilləşən bədəndə, eyni zamanda dəmir elementi də pozulmadan saxlanar. İnsanın sağlam yaşaması üçün gündə orta hesabla 10-15 milliqram dəmir istehlak etməsi lazımdır. Gündəlik bəslənmə yoluyla alınan dəmirin çoxu qaraciyərdə yığılar. Bundan əlavə, transferin proteini qan plazmasında bəlli miqdarda dəmir daşıyır. Bu səbəblə insan bədəninin fosillərində dəmir olar. Ayədə insan bədəni fosillərində dəmir olduğuna diqqət çəkilməsi də, bu baxımdan son dərəcə hikmətlidir. Ayələrin davamında da Allah əhəmiyyətli bir həqiqəti xatırlatmaqdadır: Xəyalınızda düşündüyünü, böyüdüyünü, inkişaf etdiyini, təkamülləşdiyini zənn etdiyiniz qəribə bir məxluq da olsanız, meymunabənzər bir varlıq da olsanız fərq edən bir şey olmayacaq. Allah, insanların meymundan inkişaf edərək təkamülləşdiyini iddia edən kəslərə, hər nə şəkildə yaradıldıqlarını düşünürlərsə düşünsünlər bu səhv azğın inanclarının bir şey dəyişdirməyəcəyini xəbər verməkdədir. Ayədə Allahın yaratmasını inkar edən bütün insanların axirətdə cəhənnəm üçün hazır ediləcək şəkildə, yenə tam təşəkküllü bir insan görünüşündə yaradılacaqları bildirilməkdədir. Quran ayələriylə insanların daşlaşaraq fosillərə və dəmirə çevriləcəyinin bildirilməsi, bu gün elmi olaraq təsdiq edilmiş bir həqiqətdir. Ayələrin endirildiyi dövrdə arxeoloji, paleontoloji, geoloji, ya da astronomik araşdırmalar edilmədiyi kimi, elektron mikroskopuyla elementlərin təsbiti də mümkün deyildi. Bu baxımdan yuxarıdakı ayələrdə bildirilən həqiqətlər, Quranın İlahi bir kitab olduğunu bir daha təsdiqləməkdədir.
Dağlardakı radio qəbulediciləri
Yuxarıdakı ayədə dağların “şəninə təriflər deyin” ifadəsi, radioların iş sisteminə bir işarə ola bilər (doğrusunu Allah bilir).
«Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq:
“Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyərək əks səda verin!” Biz dəmiri onun üçün yumşaltdıq.»
Yuxarıdakı ayədə dağların “şəninə təriflər deyin” ifadəsi, radioların iş sisteminə bir işarə ola bilər (doğrusunu Allah bilir). Bunun üçün radioların iş sistemini qısaca belə yekunlaşdıra bilərik: Radio, qəbuledicilər və vericilər şəklində iki hissədən meydana gələr. Verici, göndərilmək istənən mesajı şifrələyərək, “sinus dalğası” olaraq qarşı tərəfə çatdırar. Qəbuledici də radio dalğalarını alar və göndərilən sinus dalğası üzərindəki mesajın şifrəsini açar. Bu sayədə vericidən göndərilən mesajın eynisini, qarşı tərəf almış olar. Ayədə “əks səda verin” olaraq tərcümə olunan və “səsin geri qayıtması, təkrarlanması” mənalarını verən “evvibi” sözü də radiodakı səs dalğasının çatdırılmasına işarə etmiş ola bilər (doğrusunu Allah bilir).
Vericidən göndərilən məlumatın alınması üçün antena yoluyla göndərilən radio dalğaları şəklindəki səslər, yenə qəbuledicinin bağlı olduğu bir antena yoluyla qarşılanar. Antenanın istifadə məqsədi, radio vericisindən göndərilən dalğaların kosmosa çatdırılmasıdır. Qəbuledici vəzifəsi görən antena isə, ən çox radio dalğasını yığmağı və mesajı almağı hədəfləyər. Bu səbəblə milyonlarla kilometr uzaqlıqda olan peyklər üçün, NASA 70 metr diametrində nəhəng peyk antenaları istifadə etməkdədir. Bunların xaricində, radio dalğaları istifadə edilərək göstərməyi hədəfləyən radio teleskopları da vardır. Radio dalğa boyları çox böyük olduğu üçün, bir radio teleskopunun da fiziki olaraq görünüşləri müqayisə edilə bilər dəqiqlikdə ala bilməsi üçün, daha böyük olması lazımlıdır. Radio dalğanı daha yaxşı və daha dəqiq etmək üçün, astronomlar daha kiçik bir neçə teleskopu, ya da qəbuledici çanaqları bir sıra halında birlikdə istifadə edərlər. Bu teleskoplar birlikdə böyük tək bir teleskop kimi davranarlar. Bunların görünüşü də sıra dağlara bənzəməkdədir. Həmçinin, radio ünsiyyətində uzaq məsafələrdə ünsiyyətə imkan təmin etmək üçün “təkrarlayıcılar” (repeater) istifadə edilməkdədir. İngilis dilində təkrar edən mənasındakı “repeater” sözüylə adlandırılan bu cihazlar, zəif siqnalları təkrarlayaraq gücləndirər və uzaq məsafələrə çatdırılmasını təmin edərlər. Bu cür cihazlar xüsusilə yüksək binaların və ya tərcih olunan dağların üzərinə yerləşdirilərək ən yüksək təsir meydana gətirməsi təmin edilər. Ayədə dağlara diqqət çəkilməsi, və “təkrarlamaq, dönmək, səsi geri qaytarmaq” mənalarını verən “evvibi” sözünün istifadə edilməsi son dərəcə hikmətlidir. Səba surəsi 10-cu ayədəki “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyərək əks səda verin!” ifadəsi bu texnologiyaya işarə edir ola bilər (doğrusunu Allah bilir).
Yayılan yer kürəsi
Yuxarıdakı ayədə “yayıb uzadan” olaraq tərcümə edilən ərəbcə “medde elarda” ifadəsi, “örtdü, yaydı, çəkib uzatdı, genişlətdi, açdı, döşədi” kimi mənalara gəlməkdədir.
«Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.»
Yuxarıdakı ayədə “yayıb uzadan” olaraq tərcümə edilən ərəbcə “medde elarda” ifadəsi, “örtdü, yaydı, çəkib uzatdı, genişlətdi, açdı, döşədi” kimi mənalara gəlməkdədir. Ayədə dağların və çayların meydana gəlməsindən bəhs edilərkən, Yer kürəsi ilə əlaqədar bu sözün istifadə edilməsi son dərəcə hikmətlidir. Çünki Yer kürəsinin meydana gəlməsi ilə əlaqədar elmi izahlara baxdığımızda, dağların və çayların, Yer kürəsinin uzadılaraq genişlədildiyi əsnada şəkilləndiyi məlumatı qarşımıza çıxar.
Kontinente und Ozeane” (Qitələrin və okeanların mənşəyi) adlı kitabında, başlanğıcda bütün qitələrin nəhəng quru hissəsi halında birləşmiş NASAnın kosmosdan çəkdiyi bu fotoda Sina yarımadasının şərqindəki Aqaba körfəzi və qərbindəki Süveyş kanalı görülməkdədir. olaraq adlandırmışdır.96 Alfred Wegenerin 1912-ci ildə ortaya atdığı “qitə tektonikası (təbəqə tektonikası) olaraq bilinən elm sahəsinin inkişafıyla, dövrümüzdə bu şəkildə son halını almışdır: Qitələr okean səthində sürüklənərək bir-birlərindən ayrılmırlar. Ancaq qitələrlə birlikdə okean döşəməsi də “astenosfer” ya da “üst manto” deyilən yüksək istilik və təzyiq altındakı maye maqma layının üzərində üzərlər. Bu səbəbdən dünyanın xaricdə görünən yer qitələriylə birlikdə dənizin altındakı yer qabığı da hərəkət halındadır.97
Qitələri daşıyan lövhələrin gərilərək genişlənmə, yayılma, uzanma olaraq təsvir edilən hərəkəti ilə, dövrümüzdə ildə təxminən 3 sm bir-birlərindən uzaqlaşmaqdadır.98 Dəniz tavanında meydana gələn ən diqqətə çarpan genişlənmə isə, Ərəbistan və Afrika arasındakı okean zəminində reallaşar və iki qitə digər kontinental lövhələrdən üç, ya da dörd qat daha sürətli olaraq bir-birindən uzaqlaşmaqdadır. Genişlənmənin dəniz tavanında deyil də, qurularda reallaşması halında isə, Şərqi Afrika-Ərəbistan bölgələrindəki Böyük Dərin Vadi (The Great Rift Valley) kimi genişləyən vadilər meydana gələr.
Böyük Dərin Vadi, şimalda Suriyadan Şərqi Afrikadakı Mozambikin ortalarına qədər uzanan təxminən 6.000 km.lik geniş coğrafi və geoloji sahə meydana gəlir. Vadinin genişliyi 30-100 km. arasında dəyişər. Dərinliyi isə bir neçə min metrdir.99 Bu dərin vadi, milyonlarla illik müddət sonrasında Afrika və Ərəb yarımadası torpaqlarının bir-birindən ayrılması ilə, Kilimancaro və Keniya dağı kimi əmələ gətirmişdir. Vadinin şərqdəki hissəsi isə İordaniya çayı, Ölü dəniz və Aqaba körfəzindən meydana gələr. Qırmızı dəniz və Keniyadakı bəzi göllər boyunca cənuba doğru uzanar. Bu göllərin çoxu dəniz səviyyəsindən aşağı dərin göllərdir.100
Yer kürəsinin “yayılması” ilə yalnız dağların yüksəlmədiyi, eyni zamanda müəyyən çay yataqlarının da meydana gəldiyi görülməkdədir. “The Expanded Earth” (Yayılan dünya) adlı kitabda belə deyilir:
Hər vəziyyətdə ən şiddətli təzyiq Yer kürəsinin əsas çaylarının olduğu bölgələrdə reallaşar. Bunun nəticəsində başlıca çay yataqlarının təsadüfi eroziyalarla deyil, bu genişlənmənin nəticəsi olduğu görülməkdədir. Qitələr genişlənməkdə olan bir səthə sabitləndikləri üçün, bu genişlənmənin quru parçalarını yaydığı və ən çox gərginliyin meydana gəldiyi nöqtələrdə qırılaraq, çayları meydana gətirdiyi nəticəsinə gəlmək olar.101
Utah Geoloji araşdırma mərkəzinin açıqlamalarında isə Amerika qitəsi ilə əlaqədar bu məlumatlar yer almakdadır:
Düzənlik və çöküntü bölgələri, Yer kürəsi qabığının Şərq-Qərb istiqamətində genişlənməsi səbəbiylə son 10 ilə 20 milyon ildir meydana gəlməkdədir. Bu genişlənmə hərəkəti səbəbi ilə bir gərginlik meydana gəlir; yavaş və davamlı bir hərəkət, ya da bir fay xətti boyunca yaranan ani hərəkətlər (yer qabığında bir çatlama) nəticəsində bu gərginlik yaranar və zəlzələlər meydana gəlir. Bir zəlzələ əsnasında dağlar yüksələrkən, vadilər isə fay xətləri boyunca dərinləşərlər. Bu yayılmagenişlənmə hərəkəti bu gün də davam etməkdədir.102
Yer kürəsinin genişlənməsi, yayılması kimi təsbitlər ancaq dövrümüzün elm sahələrinin geniş araşdırmaları və ortaq məlumatları nəticəsində şəkillənə bilməkdədir. Məsələn 20-ci əsr texnologiyası məhsulu olan peyklərdən çəkilən fotoşəkillər, qitələrin keçmişdə bir-birlərini tamamlayan hissələr olduğu fikrini təsdiq etmişdir. Edilən həssas ölçülər isə yer qabığındakı genişlənmənin yavaş, amma müəyyən bir nisbətdə davam etdiyini ortaya qoymaqdadır. Kimsənin qitələr diametrində bir təsbit edə bilməyəcəyi bir dövrdə, üstəlik milyonlarla illik müddət ərzində meydana gələn formalaşmalarla əlaqədar məlumatların varlığı, Quranın İlahi bir kitab olduğunu bir daha ortaya qoymaqdadır. 14 əsr əvvəl Yer kürəsinin meydana gəlməsi ilə əlaqədar bu cür dərin elmi məlumatdan bəhs edilməsi, Quranın elmi möcüzələrindən biridir.
Yuxarıda, təxminən 300 milyon il əvvəl qitələrin tək bir parça — Pangeya olduğu dövrə aid canlandırma şəkil görülməkdədir.
Günəş doğularkən qütblərdə ozon təbəqəsi
Kəhf surəsinin 90-cı ayəsində keçən “sitran” sözü, “örtü, sipər, pərdə,” mənalarını verməkdədir. Ayədəki “lem nec'al lehim min duniha sitran” ifadəsində isə, Günəşə qarşı sipəri, örtüsü, qoruyucusu olmayan bir mühit təsvir…
«Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.»
Kəhf surəsinin 90-cı ayəsində keçən “sitran” sözü, “örtü, sipər, pərdə,” mənalarını verməkdədir. Ayədəki “lem nec'al lehim min duniha sitran” ifadəsində isə, Günəşə qarşı sipəri, örtüsü, qoruyucusu olmayan bir mühit təsvir edilməkdədir. Bu ayə müasir dövrün məlumatları nəzərə alınaraq oxunduğunda, Günəşin zərərli şüalarına qarşı canlıları qoruyan ozon təbəqəsi ağla gəlməkdədir.
Dünya ətrafındakı ozon təbəqəsində, yəni Günəşin zərərli şüalarına qarşı qoruyucu layda ən çox incəlmənin görüldüyü bölgələr qütblərdir.103 Aparılan elmi araşdırmalarda, Günəşin doğuş anında Şimal qütbünün ozon təbəqəsində ciddi bir Şimal qütbündə Günəşin doğuşu görülməkdədir. incəlmə olduğu müəyyən olunmuş104 və hətta bu elmi təsbit, indiki vaxtda “Günəş doğuşu ozon dağıntısı” (Sunrise Ozona Destruction-SOD) olaraq təyin olunmuşdur.105
Lakin aparılan araşdırmalar əsnasında, Amerikalı elm adamları (Günəş doğulmadan əvvəl heç bir əlamət yox ikən) Günəş doğulduğu anda, ozon sıxlığında çox sürətli bir azalma olduğunu təsbit etmişlər.106 Bu hadisəyə xüsusilə Şimal qütb (Arktika) bölgəsində rast gəlinməkdə və Günəşin doğuşunun dərhal ardından bir neçə saat boyunca ciddi bir ozon itkisi reallaşmaqdadır.107
Bu ayədə Günəşin “doğuş yeri, doğuş zamanı” mənasını verən ərəbcə “matlıya” sözünün istifadə edilməsi də, ozon təbəqəsi ilə əlaqədar bu elmi təsbitə işarə ola bilər (doğrusunu Allah bilir). Ancaq 20-ci əsrin sonlarında yüksək texnologiya ilə əldə edilən bu təsbitin, Quranda bu cür uyğun bir şəkildə bəhs edilməsi, Quranın elm və texnologiyanın tək sahibi Rəbbimizin vəhyi olduğunun bir başqa dəlilidir.