Yuxarıdakı ayələrdə qeyd edilən “yalançı, günahkar kəkilindən” ifadəsi çoxmənalıdır. Son dövrlərdə aparılan tədqiqatlar başın qabaq hissəsində beynin bəzi fəaliyyətini idarə edən hissənin olduğunu göstərir.
«Yox, yox! Əgər son qoymasa, and olsun ki, biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən!»
Yuxarıdakı ayələrdə qeyd edilən “yalançı, günahkar kəkilindən” ifadəsi çoxmənalıdır. Son dövrlərdə aparılan tədqiqatlar başın qabaq hissəsində beynin bəzi fəaliyyətini idarə edən hissənin olduğunu göstərir. 1400 il əvvəl Quranda bildirilən bu nahiyə və onun vəzifəsi haqqındakı məlumatlara dövrümüzün elm adamları ancaq son 60 il ərzində izah verə biliblər. Qafa tasının daxilinə, başın qabaq hissəsinə baxanda beynin qarşı tərəfi görünür. Fiziologiya sahəsində bu nahiyənin funksiyaları haqqında aparılan araşdırmalar nəticəsində əldə edilmiş məlumatlar “Essentials of Anatomy and Physiology” (“Anatomiya və fiziologiyanın əsasları”) adlı kitabda aşağıdakı şəkildə bildirilir:
“Hərəkətlərin motivasiyası, öncədən planlaşdırılması və başlanması alının ön hissəsi olan qabaq alın nahiyəsində (cerebrum) gerçəkləşir. Bu alın birləşməsinin (kortesinin) bir nahiyəsidir”.145
Kitabda bu hissə ilə bağlı aşağıdakı ifadələr də öz əksini tapır:
“Hərəkətlə olan əlaqəsi ilə yanaşı, ön alın nahiyəsi həm də aqressivliyin əsas funksional mərkəzi kimi də nəzərdə tutulur”.146
Bu açıqlamalardan da aydın olduğu kimi, beynin qabaq alın hissəsi planlaşdırmaq, hərəkətə gəlmək, yaxşı və pis hərəkətlərə başladılmaq, yalan və ya doğrunun söylənməsi ilə əlaqəli fəaliyyət növlərinin hamısını idarə edir.
Göründüyü kimi, “Ələq” surəsində qeyd edilən “yalançı, günahkar kəkilindən” ifadəsi ilə yuxarıdakı tərif arasında böyük bir paralellik var. Alimlərin son 60 ildə kəşf etdiyi bu elmi həqiqətləri Allah insanlara Quran ayələrində hələ əsrlərlə əvvəl xəbər vermişdir.
Ana bətnindəki mərhələlər
Quranda insanın ana bətnində keçdiyi mərhələlər — nütfə, ələqə, mudğə, sümüklər və onlara ət geyindirilməsi — ardıcıllığı ilə xəbər verilir. Müasir embriologiya bu mərhələləri yalnız mikroskop və ultrasəs texnologiyası ilə görə bildi.
1–5 düymələri və “3 zülmət” rejimi
5 mərhələ: nütfə → ələqə → mudğə → izam → ləhm
6–7-ci həftə: qığırdaq sümükləşməyə başlayır
3 zülmət: qarın divarı, uşaqlıq divarı, amnion qişası
Quranda insanlar iman gətirməyə çağırılarkən olduqca fərqli mövzulardan bəhs edilir. Allah bəzən göyləri, bəzən Yer üzünü, bəzən heyvanları və bitkiləri insana dəlil kimi göstərir. Bir çox ayələrdə insanın şəxsən dönüb öz yaradılışına baxması məsləhət bilinir. Onun Yer üzünə necə gəlməsi, hansı mərhələlərdən keçməsi və təməl maddəsinin nə olması tez-tez xatırladılır. Məsələn, bir ayədə belə deyilir:
«Biz sizi yoxdan yaratdıq. Məgər təsdiq etməzsiniz? Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Onu yaradan sizsiniz, yoxsa Biz?!»
İnsanın yaradılışı və bunun möcüzəvi xüsusiyyəti başqa ayələrdə də vurğulanır. Ancaq bu fikirlər arasında elə elmi faktlar var ki, onlar VII əsrdə yaşayan insanların əsla bilmədiyi incəliklərdir. Bunlardan bəzilərini nəzərdən keçirək:
İnsan nütfəsi mayenin hamısından deyil, əksinə, çox kiçik bir parçasından (spermadan) yaradılır.
Uşağın cinsiyyətini kişi müəyyən edir.
İnsan embrionu ana bətninə, adətən, bir zəli kimi yapışır.
Uşaq ana bətnində 3 qaranlıq mərhələ içində inkişaf edir.
Yuxarıda qeyd etdiyimiz məlumatlar Quranın nazil edildiyi dövrdə bilinməsi mümkün olmayan və müşahidə edilə bilməyən incəliklərdir. Həmin dövrün insanları, əlbəttə, doğuşa səbəb olan maddənin cinsi əlaqədən sonra kişidən gələn nütfə ilə əlaqədar olduğunu bilirdilər. Uşağın təqribən 9 aya əmələ gəlməsi də asanlıqla müşahidə edilən, bilinməsi üçün araşdırma tələb etməyən bir mövzu idi.
Ancaq yuxarıda bildirdiyimiz məlumatlar o dövr insanının bilik səviyyəsinin fövqündə idi. Bütün bunları yalnız XX əsr texnologiyasından istifadə etməklə kəşf etmək mümkün olmuşdur.
İndi bu məlumatları sıra ilə araşdıraq.
Nütfədən bir damla
Spermalar qadın yumurtalığına çatana qədər ana bətnində çətin bir yol keçirlər. Bu yolda 250 milyon spermanın ancaq 1000-ə qədəri yumurtalığa çatmağa müvəffəq olur. Yarım duz dənəsi böyüklüyündəki yumurta beş dəqiqəlik yarışın sonunda spermadan yalnız birini qəbul edir. Yəni insanın özü nütfənin hamısı deyil, onun yalnız kiçik bir hissəsidir.
Quranda bu həqiqət “Qiyamə” surəsində belə açıqlanır:
«Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o, tökülən bir qətrə nütfə deyildimi?!»
«Qiyamət» surəsi, 36-37
Diqqət etsək görərik ki, Quranda insanın nütfənin hamısından deyil, onun yalnız kiçik bir parçasından yaradıldığı xəbər verilməkdədir! Bu ifadədəki xüsusi vurğunun ancaq müasir elm tərəfindən kəşf edilən bir həqiqəti açıqlaması isə Quranın Allahın kəlamı olduğunun daha bir ciddi dəlilidir.
Yandakı şəkildə uşaqlığa tökülən məni görünür. Kişidən atılan təxminən 250 milyon spermatozoiddən çox az bir hissəsi yumurta hüceyrəsinə çatmağı bacarır. Yumurtanı mayalandıracaq olan isə sağ qalmağı bacaran təxminən 1000 spermatozoiddən yalnız biridir. İnsanın bütün mənidən deyil, məninin içindəki çox kiçik bir hissədən yarandığı Quranda "axıdılan mənidən bir damla su" ifadəsi ilə xəbər verilmişdir.
Nütfədəki mürəkkəblik
“Nütfə” adlandırılan və spermaları daşıyan qidalandırıcı maye sadəcə olaraq spermalardan əmələ gəlmir. Əksinə, nütfə bir-birindən fərqlənən mayelərin qarışığından yaranır. Bu mayelərin vəzifələri spermanın ehtiyac duyduğu enerji tələbatını ödəyəcək şəkərə malik olmaqdan, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytrallaşdırmaqdan, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etməkdən ibarətdir.
Maraqlıdır ki, Quranda nütfədən bəhs edilərkən müasir elmin ortaya çıxardığı bu həqiqətə də işarə olunur və nütfə qarmaqarışıq bir maye kimi təsvir edilir:
«Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq”.»
Burada rastlaşdığımız “özək” kəlməsi ərəb dilində “sulələ”, yəni “bir bütövün, tamın ən yaxşı, ən keyfiyyətli bir qismi” deməkdir. Yəni bu kəlmə hansı şəkildə işlədilirsə-işlədilsin, o, “vahidin, tamın, bütövün bir qismi” mənasına gəlir.
Bu sadalananlar da Quranın insanın yaradılışını ən incə xırdalığına qədər bilən Allahın sözü olduğunu açıq göstərir.
Quranda erkəklik və dişiliyin "uşaqlığa tökülən mənidən" yaradıldığı bildirilmişdir. Halbuki yaxın zamanlara qədər cinsiyyətin ana hüceyrələri tərəfindən müəyyən edildiyi zənn edilirdi. Quranda verilən bu məlumatı elm 20-ci əsrdə kəşf etmişdir. Quranda insanın yaradılışı ilə bağlı buna bənzər bir çox detal əsrlər öncədən xəbər verilmişdir.
Uşağın cinsiyyəti
Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin “bətnə tökülən nütfədən” asılı olması bildirilmişdir:
«Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən...»
«Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan (ələq) oldu və (Allah) onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı”.»
«Qiyamət» surəsi, 37-39
X xromosomu dişilik, Y xromosomu isə erkəklik xüsusiyyətlərini daşıyır. Ananın yumurta hüceyrəsində yalnız dişi cinsi müəyyən edən X xromosomu olur. Atadan gələn mənidə isə həm X, həm də Y xromosomu daşıyan spermatozoidlər olur. Buna görə də körpənin cinsiyyəti ananın yumurta hüceyrəsini mayalandıran spermatozoidin X və ya Y xromosomu daşımasından asılıdır. Yəni ayədə bildirildiyi kimi, körpənin cinsiyyətini müəyyən edən amil atadan gələn mənidir. Quranın nazil edildiyi əsrdə qətiyyən bilinə bilməyəcək bu məlumat Quranın Allah kəlamı olduğunu sübut edən dəlillərdən biridir.
Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.
Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız, yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.
Halbuki, Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.
“Ələq” - Bətndən Asılıb Qalma
Ana bətnindəki körpə inkişafının ilk mərhələsində ananın qanı ilə qidalana bilmək üçün uşaqlıq divarına yapışıb tutunan ziqot halındadır. Yuxarıdakı şəkildə bir ət parçası görünüşündə olan ziqot görünür. Müasir embriologiyanın müəyyən etdiyi bu proses Quranda "asılıb tutunan" mənasını verən, dəriyə yapışıb qan soran zəlilər üçün də işlədilən "ələq" sözü ilə 14 əsr əvvəldən möcüzəvi şəkildə bildirilmişdir.
İnsanın əmələ gəlməsi haqqında Quranda verilən məlumatları araşdırmağa davam etdiyimiz zaman yenə də bir çox mühüm elmi möcüzələrlə qarşılaşırıq.
Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən doğulacaq uşağın ilk özəyi - rüşeym əmələ gəlmiş olur. Biologiyada “ziqota” adlandırılan bu tək hüceyrə əsla vaxt itirmədən bölünərək çoxalacaq və getdikcə kiçik “ət parçası” halına gələcək.
Ancaq ziqota bu cür böyüməni boşuna həyata keçirmir. O, ana bətninin divarından asılıb qalır. Malik olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi bura yapışır. Ziqota özünün inkişafı üçün ehtiyac duyduğu zəruri qida maddələrini məhz həmin köklər sayəsində ananın orqanizmindən əmə bilir.147
Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxır. Allah Quranda ana bətninə yapışaraq inkişafa başlayan ziqotadan bəhs edərkən “ələq” kəlməsini işlədir:
«Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı ələqdən yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir”.»
“Ələq” kəlməsinin ərəbcədəki mənası isə “bir yerdən asılıb qalan, bir yerdən yapışıb tutan şey” deməkdir. Bu kəlmə dəriyə yapışaraq oradan qan soran zəlilər haqqında da işlədilir.
Şübhəsiz, ana bətnində inkişaf etməkdə olan ziqotanın bu xüsusiyyətini açıb göstərən kəlmədən istifadə olunması Quranın aləmlərin Rəbbi olan Allahın sözü olmasını bir daha təsdiq edir.
Sümüklərin Əzələ Ilə Örtülməsi
Ana bətnində inkişafını tamamlayan körpənin sümükləri, tam olaraq Quranda xəbər verildiyi kimi, müəyyən bir dövrdən sonra əzələlərlə örtülür.
Quran ayələri ilə çatdırılan digər bir mühüm məlumat isə insanın ana bətnindəki əmələgəlmə prosesinin mərhələləri ilə bağlıdır. Ayələrdə körpənin ana bətnində əvvəlcə sümüklərinin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtməsi, sarıması xəbər verilir:
«Sonra nütfəni ələqə çevirdik, sonra laxtalanmış qanı (ələqi) bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur”.»
Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə lap elə yaxın zamanlara qədər belə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar bu ayələrin elmlə düz gəlmədiyini uzun zaman ərzində iddia ediblər. Ancaq inkişaf etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının nöqsansız şəkildə doğru olduğunu ortaya qoydu. Bu mikroskopik araşdırmalar da göstərdi ki, dölün ana bətnindəki inkişafı prosesi məhz ayələrdə izah edildiyi şəkildə, məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir! Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edir.
Bu proses “Developinq human” (“İnkişaf edən insan”) adlı elmi jurnalda belə izah edilir:
“6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər yaranmağa davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır”.148
Qısası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə tam uyğunluq və harmoniya təşkil edir.
Dölün Ana Bətnindəki Inkişafının Üç Qaranlıq Mərhələsi
Quranda insanın ana bətnində üç mərhələli bir proseslə yaradıldığı bildirilir:
«...O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu, sizin Rəbbiniz olan Allahdır. Hökm Onundur. Ondan başqa heç bir Tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?»
Yuxarıdakı ayədə Azərbaycan dilinə “üç zülmət içində” olaraq tərcümə edilmiş ərəb dilindəki “fi zulumatin səlasin” ifadəsi embrionun inkişafı dövründə üç qaranlıq mərhələnin olmasına işarə edir. Həmin mərhələləri ardıcıllıqla götürəndə onlar:
a) bətnin qaranlığı; b) rəhmin qaranlığı; c) döl yatağının qaranlığıdır.
Göründüyü kimi, bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının, yuxarıdakı ayədə də bildirildiyi kimi, üç fərqli mərhələdə baş verdiyini ortaya qoyub. Bundan əlavə, embriologiya sahəsindəki inkişaf bu mərhələlərin də öz növbəsində üç qatdan meydana gəldiyini sübuta yetirib.
Bətn divarı da üç təbəqədən meydana gəlir: xarici əzələ təbəqələri, daxili əzələ təbəqələri və çarpaz əzələlər.149
Buna oxşar bir formada rəhm divarı da üç təbəqədən ibarətdir: epimetrium, miyometrium və endometrium.150
Eyni şəkildə, embrionu əhatə edən pərdə də üç qatdan ibarətdir: amnion (rəhmdə fetusu əhatə edən ən incə qat - amnion), koryon (orta amnion qatı - chorion) və desidia (xarici amnion qatı - decidua).151
Bununla yanaşı, ayədə insanın ana bətnində bir-birindən fərqlənən üç müxtəlif mərhələdə meydana gəlməsinə işarə edilir. Həqiqətən də bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının üç müxtəlif mərhələdə baş verdiyini sübuta yetirib.
Bu gün universitetlərin tibb fakültələrində dərs vəsaiti kimi istifadə olunan bütün embriologiya kitablarında bu mövzu ən fundamental araşdırma mövzuları sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan “Basic Human Embriology” (“Əsas insan embriologiyası”) adlı kitabda bu həqiqət belə ifadə edilir:
“Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik və ya embriona qədərki (ilk 2,5 həftə), embrion və ya rüşeym (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər) mərhələləri”.152
Zumər surəsinin 6-cı ayəsində insanın ana bətnində bir-birindən fərqlənən üç ayrı bölgədə əmələ gəldiyinə işarə edilir. Həqiqətən də, bu gün müasir embriologiya elmi körpənin ana bətnindəki embrioloji inkişafının üç fərqli bölgədə baş verdiyini ortaya qoymuşdur.
Tibbi dildə “trimeester”, yəni “üç dövr” adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca şəkildə belədir:
-Preembrionik və ya embriona qədərki mərhələ
Ziqota, əsasən, “1-ci meester” olaraq xatırlanan bu ilk mərhələdə bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır, hüceyrələr çoxalmağa davam edəndə 3 təbəqə halında təşkilatlanır.
-Embrionik mərhələ
“2-ci meester” kimi tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və canlı bu müddət ərzində “embrion” və ya “rüşeym” adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin başlıca əzaları, təməl orqan və sistemləri əmələ gəlir.
-Fetal mərhələ
Hamiləliyin “3-cü meester”i adlandırılan mərhələyə daxil olanda rüşeym (embrion) artıq “fetus” adlandırılır. Bu mərhələ hamiləliyin 8-ci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti isə fetusun üzü, əlləri və ayaqları aydın bilinən və insanın xarici görünüşünə malik olan bir canlıya çevrilməsidir. Mərhələnin başlanğıcında döl 3 sm ölçüdə olsa da, onun bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyədək, inkişaf prosesi isə doğuş həftəsinə qədər davam edir.
Dölün ana bətnindəki inkişafı haqqındakı bu məlumatlar yalnız müasir texnoloji avadanlıqların köməyi ilə aparılmış müşahidələr sayəsində əldə edilib. Ancaq göründüyü kimi, bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi yalnız Quran ayələrində möcüzəvi şəkildə xəbər verilmişdir. Bəşəriyyətin təbabət sahəsində heç bir müfəssəl biliyə sahib olmadığı dövrlərdə Quranda bu dərəcədə dolğun, ətraflı və səhih bilgilərin verilməsi, şübhəsiz ki, Quranın Allahın kəlamı olmasının aşkar sübutudur.
İnsanın sudan yaradılması
Canlıların və insanın yaradılması ilə bağlı ayələrə nəzər salanda bu cür xəlq edilmənin möcüzəli məsələ olduğunu aydın şəkildə görürük.
«Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir»
Canlıların və insanın yaradılması ilə bağlı ayələrə nəzər salanda bu cür xəlq edilmənin möcüzəli məsələ olduğunu aydın şəkildə görürük.
Bu möcüzəli yaradılışın formalarından biri canlıların sudan xəlq edilməsidir. İnsanların əksər ayələrdə qeyd edilən bu həqiqətə yetişməsi isə əsrlər sonra mikroskopun icad edilməsi ilə mümkün olub.
Bu gün əsas ensiklopediyalarda “Su canlı maddənin ən böyük xassəsidir. Canlı orqanizmlərin kütləsinin 50-90 faizi sudur” ifadələri geniş yer tutur. Bundan əlavə, haqqında bütün biologiya kitablarında bəhs edilən standart bir heyvan hüceyrəsinin sitoplazması (hüceyrənin əsas maddəsi) da 80 faizi sudan ibarətdir. Sitoplazmanın analiz olunub elmi mənbələrdə qeyd edilməsi Quranın göndərilməsindən əsrlərlə sonra baş verib.
Dolayısilə, bu gün elm dünyasının qəbul etdiyi bu həqiqətin Quranın göndərildiyi dövrdə bilinməsi, əlbəttə ki, mümkün deyildi. Ancaq buna baxmayaraq, Quranda bu məsələyə insanların onu kəşf etməsindən 14 əsr əvvəl diqqət çəkilib.
Bilinən bütün həyat formaları yaşamaq üçün suya ehtiyac duyur. Buna görə də quraq bölgələrdəki heyvanlar metabolizmlərini su itkisindən qoruyan, sudan maksimum fayda əldə etməyə imkan verən mexanizmlərə malik olaraq yaradılmışlar. Əgər bədəndə müxtəlif səbəblərdən su itkisi baş verərsə və bu çatışmazlıq aradan qaldırılmazsa, bir neçə gün ərzində ölüm baş verir. 17-ci əsrin məşhur alimi Jan Baptista van Helmont da 1640-cı illərdə suyun bitkinin inkişafı üçün torpaqdakı ən vacib amil olduğunu kəşf etmişdir.
İnsanın palçıqdan yaradılması
Allah Quranda insanın xəlq olunmasının möcüzəli bir formada baş verdiyini xəbər verir. İlk insan Allahın palçığı formaya salıb insan bədəni halına gətirməsi və bundan sonra bədənə ruh üfürməsi ilə yaradılıb:
Allah Quranda insanın xəlq olunmasının möcüzəli bir formada baş verdiyini xəbər verir. İlk insan Allahın palçığı formaya salıb insan bədəni halına gətirməsi və bundan sonra bədənə ruh üfürməsi ilə yaradılıb:
«Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi:
“Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!»
Bu gün insanın toxumaları incələnəndə məlum olur ki, bu toxumalarda Yer üzündəki əksər elementlər var. Canlı orqanizmlərin toxumalarının 95 faizi karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və sulfiddən (S) ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, canlıların toxumalarında cəmi 26 element var.
Quranın başqa bir ayəsində belə buyurulur:
«Biz, həqiqətən, insanı süzülmüş palçıqdan yaratdıq”.»
Ayədə “süzülmüş” olaraq tərcümə edilən “sulalə” kəlməsi “təmsili nümunə, xas, xülasə, əsas” kimi mənalara gəlir. Göründüyü kimi, 14 əsr əvvəl bildirilənlər müasir elmin bizə dediklərini - insanın yaradılışındakı “xammal”la torpağın özündə ehtiva etdiyi əsas maddələrin eyni olması həqiqətini təsdiqləyir.
Aşağıda təxminən 70 kiloqram çəkisi olan bir insanın bədənindəki elementlərin yayılması sxemi yer alır.
Genlərin proqramlaşdırılması
Yuxarıdakı ayədə olan və “ona şəkil, biçim verdi” olaraq tərcümə edilən “qaddərəhu” kəlməsi ərəb dilində “qadərə” feilinin kökündən yaranır və “ölçüb-biçmək, qurmaq, nizama salmaq, planlamaq, əyarlamaq, proqramlaşdırmaq,…
«(Allah) onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona şəkil verdi. Sonra onun üçün yolu asanlaşdırdı”.»
DNT molekulu 4 müxtəlif nukleotidin fərqli ardıcıllıqlarla bir-birinin ardınca düzülməsindən ibarətdir. Bu molekulların ardıcıllığı canlıların istifadə edəcəyi bütün zülalların quruluşu ilə bağlı məlumatları təşkil edir. Zülallar bu məlumatlardan istifadə edərək tək başına və ya kompleks formalarda bir çox hüceyrə fəaliyyətini həyata keçirirlər.
Yuxarıdakı ayədə olan və “ona şəkil, biçim verdi” olaraq tərcümə edilən “qaddərəhu” kəlməsi ərəb dilində “qadərə” feilinin kökündən yaranır və “ölçüb-biçmək, qurmaq, nizama salmaq, planlamaq, əyarlamaq, proqramlaşdırmaq, gələcəyini görmək, Allahın bir şeyi (qədərdə) yazması” mənalarına gəlir.
Məlum olduğu kimi, atanın sperma hüceyrəsi ananın yumurta hüceyrəsini mayalandıranda atanın və ananın genləri doğulacaq uşağın bütün irsi xüsusiyyətlərini müəyyənləşdirmək üzrə birləşir. Bu isə minlərlə gen deməkdir və onların hər birinin xüsusi bir vəzifəsi var. Saçın və gözün rəngini, boyun uzunluğunu, üzün formasını, skeletlərin örtüyünü, habelə daxili orqanlardakı, beyin, sinir və əzələlərdəki saysız-hesabsız incəlikləri müəyyən edən amil məhz genlərdir. Bütün fiziki xüsusiyyətləri ilə yanaşı, hüceyrələrdə və orqanizmdə meydana gələn minlərlə müxtəlif hadisə və sistemin nəzarəti də genlərdə qeyd edilir. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması da genlərdəki məlumatlara bağlıdır.
Sperma ilə yumurta birləşəndə yaranan hüceyrə ilə yanaşı, insanın həyatının axırına qədər onun hər hüceyrəsində şifrini daşıyacağı DNT molekulunun da ilk surəti meydana gəlir. DNT hüceyrənin nüvəsində həssaslıqla qorunan böyük molekuldur. Bu molekul insan bədəninin bir növ məlumat bankıdır və özündə haqqında yuxarıda bəhs etdiyimiz genləri ehtiva edir. “Mayalanmış yumurta” dediyimiz ilk hüceyrə bundan sonra DNT-də qeyd edilmiş proqrama uyğun olaraq çoxalır və o, bir insana çevrilmək prosesi çərçivəsində bədəndəki toxumaları, orqanları əmələ gətirməyə başlayır. Bu kompleks yaradılış prosesinin koordinasiyası DNT molekulu - karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan meydana gələn bir molekul - tərəfindən təmin edilir.
DNT-də qeyd edilmiş məlumatın tutumu isə elm adamlarını heyrətə salacaq ölçüdədir. İnsanın bir DNT molekulunda düz 1 milyon ensiklopediya səhifəsini və ya təxminən 1000 kitabı dolduracaq miqdarda məlumat olur. Başqa ifadə ilə desək, hər bir hüceyrənin nüvəsində insan orqanizminin fəaliyyətinə nəzarət etməyə yarayan 1 milyon səhifəlik bir ensiklopediyanın ehtiva edə biləcəyi qədər məlumat şifrlənib. Bunu əyani bir misalla izah etməyə çalışaraq qeyd edək ki, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britaniya Ensiklopediyasının (Encyclopedia Britannica) cəmi 25 min səhifədən ibarətdir. Mikroskopik hüceyrənin daxilində ondan daha kiçik nüvədəki bir molekulda isə özündə milyonlarla məlumatı ehtiva edən və gizli saxlanılan bir məlumat deposu var ki, o da dünyanın ən böyük ensiklopediyasının 40 misli qədərdir. Bu da dünyada başqa oxşarı, bənzəri olmayan təxminən 1000 cildlik nəhəng bir ensiklopediya deməkdir.
DNT-nin quruluşunun 1953-cü ildə Frank Krik tərəfindən kəşf edildiyi nəzərə alınsa, embrioloqların XIX əsrin axırlarına qədər öyrənə bilmədiyi “genetik planlama” hadisəsinə Quranda 1400 il bundan əvvəl işarə edilməsi, şübhəsiz ki, Quranın Allahın sözü olmasını göstərən daha bir dəlildir.
Menstruasiya dövrü
Menstruasiya dövrü mayalanmamış yumurtanın orqanizmdən kənara atılması dövrüdür. Mayalanma prosesinə əvvəlcədən hazırlanmış rəhm divarı mayalanma həyata keçirmədiyi üçün gərilir və kapillyar damarların qopması ilə birlikdə…
Menstruasiya dövrü mayalanmamış yumurtanın orqanizmdən kənara atılması dövrüdür. Mayalanma prosesinə əvvəlcədən hazırlanmış rəhm divarı mayalanma həyata keçirmədiyi üçün gərilir və kapillyar damarların qopması ilə birlikdə yumurta xaric edilir. Bu dövrdən sonra bədən bütün bunları yenidən etmək üçün hazırlıqlara başlayır.
Bu mərhələlərin hamısı müəyyən bir dövr ərzində bütün qadınlarda davamlı olaraq təkrar edilir. Hər ay yeni yumurta hüceyrələri meydana gəlir, eyni hormonlar eyni dövrlərdə təkrar olaraq ifraz edilir. Qadın bədəni sanki tezliklə mayalanma olacaq kimi hazırlanır. Ancaq bədəndəki bu hazırlıqların istiqaməti spermanın olub-olmamasından asılı olaraq son mərhələdə dəyişir.
Qeyd edilən dövrdə qadın bətnindəki boşluqda hansı dəyişikliklərin olmasını təsbit etmək yalnız bir anatomun və ya ginekoloqun apardığı tədqiqatlarla mümkündür. Alimlərin yaxın tarixlərdə kəşf etdiyi bu dəyişikliklərə “Rəd” surəsinin 8-ci ayəsində möcüzəli şəkildə diqqət çəkilir:
«Allah hər bir dişi məxluqun nə daşıdığını (nəyə hamilə qaldığını), bətnlərinin nəyi əskildib, nəyi artıracağını bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir”.»
Rəhm divarındakı endometrium təbəqəsi (rəhm mukozası) menstruasiya dövrünün başlanğıcında 0,5 mm qalınlığında olur. Yumurtalıqlar tərəfindən ifraz edilən hormonların təsiri ilə bu təbəqə böyüyür və onun qalınlığı 5-6 millimetrə çatır. Mayalanma olmayanda isə təbəqə tökülür. Yuxarıdakı ayədən də göründüyü kimi, rəhm divarında hər ay təkrar edilən bu artıb-azalmalara Quranda diqqət çəkilir.
Hamiləlik və doğum
Ana bətnindəki uşağın fetus halı tam olaraq 6-cı ayın axırında əmələ gəlir. Bundan sonra rəhm böyümə dövrünə daxil olur.
«Ölsün nankor olan insan! (Allah) onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona biçim verdi. Sonra onun üçün yolu asanlaşdırdı”.»
Ana bətnindəki uşağın fetus halı tam olaraq 6-cı ayın axırında əmələ gəlir. Bundan sonra rəhm böyümə dövrünə daxil olur. Uşağın bütün əza və sistemləri bu müddət ərzində inkişaf edir və rəhm fetusun böyüməsi üçün lazım gələn qidanı təmin edərək bu inkişafı sürətləndirir. Bu mərhələ fetus ana bətnindən çıxana, yəni doğuma qədər davam edir.
Adi halda doğum kanalı çox dardır və fetusun buradan keçməsi çox çətindir. Ancaq doğuş zamanı ananın orqanizmində müxtəlif fizioloji dəyişikliklər yaranır. Bu dəyişikliklər fetusun doğuş kanalında asanlıqla hərəkət etməsini təmin edir. Bu dəyişikliklərin bir qismi belədir: çanaq sümüklərindəki oynaqların doğuş kanalını genişləndirmək üçün yumşalması, kanalın daha da genişlənməsi üçün əzələlərin sərbəstləşməsi, fetusun ətrafındakı xüsusi amniotik mayenin (buna “baş suyu” da deyirlər) kanalı yağlaması...155
Elmi mənbələrdə doğuşdan əvvəlki bu dəyişiklik belə izah edilir:
“Dölün dünyaya gəlməsi üçün bütün hazırlıqlar qurtarandan sonra amnion mayesi də doğuş üçün yeni fəaliyyətə başlayır. Rəhmin ağzını genişləndirəcək su kisəciklərini əmələ gətirən amnion mayesi bunun sayəsində rəhmi uşağın oradan keçəcəyi ölçülərə qədər böyüdür. Bu kisəciklər həm də dölün doğuş zamanı rəhmdə sıxılmasına mane olur. Bundan əlavə, doğuşun başlanğıcında kisəciklər deşilir, onların içindəki maye axır, nəticədə isə uşağın gedəcəyi yol sürüşkən olur və təbii bir şəkildə sterlizə edilir. Beləliklə, doğuş həm asan, həm də mikroblardan təbii olaraq təmizlənmiş bir formada həyata keçir”.156
«Bəlli olduğu kimi, Quranda bu ilahi prosesə “sonra onun üçün yolu asanlaşdırdı” ayəsi ilə açıq-aşkar işarə edilib. Allahın 1400 il əvvəl xəbər verdiyi bu fizioloji dəyişiklikləri, bu prosesin mahiyyətini olduğu kimi anlamaq günümüzdə ancaq bir xeyli texniki vasitə sayəsində mümkün olmuşdur.»
Yuxarıdakı ayələrdə Allahın insana bəxş etdiyi bəzi duyğu (lamisə) orqanlarından bəhs olunur. Ona diqqət edilməlidir ki, Quranda bu duyğu orqanlarından həmişə müəyyən bir sıra ilə danışılır: eşitmək, görmək, hiss etmək və başa…
Ana bətnindəki körpənin orqanlarının formalaşması haqqında çox yaxın dövrdə əldə edilən məlumatlar Quran ayələrində verilən məlumatlarla tam uyğunluq içindədir.
«Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz”.»
«De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər...?»
Yuxarıdakı ayələrdə Allahın insana bəxş etdiyi bəzi duyğu (lamisə) orqanlarından bəhs olunur. Ona diqqət edilməlidir ki, Quranda bu duyğu orqanlarından həmişə müəyyən bir sıra ilə danışılır: eşitmək, görmək, hiss etmək və başa düşmək.
Embrioloq dr. Keyt Mur “Journal of İslamic Medical Association”da dərc edilən bir məqaləsində rüşeymin inkişaf mərhələsində daxili qulaqların ilk halının təyin edilib bilinməsindən sonra məhz gözün əmələ gəlməyə başladığını ifadə edir. O, hissetmə və dərketmə (idrak) mərkəzi olan beyinin isə qulaqdan və gözdən sonra inkişaf etməyə başladığını bildirir.157
Ana bətnindəki uşaq fetus halında olarkən, yəni hamiləliyin 22-ci günü kimi erkən bir dövrdə qulaqlar yaranır və hamiləliyin 4-cü ayında qulaq tam funksional hala gəlir. Fetus bundan sonra ananın qarnındakı səsləri eşidə bilir. Dolayısilə, yeni doğulan bir uşaqda eşitmə hissi həyati əhəmiyyət kəsb edən və böyük funksiyaları yerinə yetirən digər duyğu üzvlərindən daha əvvəl əmələ gəlir. Quran ayələrindəki müvafiq sıralanma da məhz bu yöndən yetərincə diqqət çəkicidir.
Südün əmələ gəlməsi
Bədənin qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçir.
«Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün ibrətlər vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər”.»
Bədənin qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçir. Beləliklə, bu qida maddələri qan dövranı nəticəsində müvafiq orqanlara ötürülür.
Sütün Fizyolojik Oluşumu
Bədənin başqa toxumaları kimi süd vəziləri də onlara qan dövranı yolu ilə gətirilən həzm olunmuş qida maddələri ilə qidalanır. Buna görə də qan qidaların yığılıb ötürülməsində çox mühüm rol oynayır. Süd də bütün bu mərhələlərdən sonra süd vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın qan dövranı ilə ötürülməsi nəticəsində əmələ gəldiyi üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla da insanların birbaşa istehlak edə bilməyəcəyi qandan və yarımçıq həzm olunmuş qidadan qidalandırıcı süd əmələ gəlir.
Göründüyü kimi, “Nəhl” surəsinin 66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmələ gəlməsi ilə bağlı şərh edilənlər elmin müasir dövrdə ortaya qoyduğu məlumatlara tam uyğundur. Son dərəcə aydın olan məsələdir ki, insanlar məməlilərin həzm sistemini öyrənmək üçün ixtisaslaşma tələb edən bu məlumatları Quranın göndərildiyi dövrdə bilmək gücündə və imkanında deyildi.
Barmaq izlərindəki “şəxsiyyət vəsiqəsi”
Quranda insanların yenidən diriləcəyi bildirilərkən xüsusi olaraq barmaq uclarına diqqət çəkilir. Barmaq izlərinin hər insan üçün bənzərsiz olduğu yalnız XIX əsrin sonunda kəşf edildi.
hər klikdə yeni, bənzərsiz iz
8 milyard+: insan — hər birinin barmaq izi fərqli
1880: Henri Folds barmaq izinin unikallığını “Nature”da yazdı
doğumdan əvvəl: barmaq izi son formasını alır
Eyni yumurta əkizləri də daxil olmaqla, hər insanın barmaq izi özünəməxsusdur. Başqa sözlə, insanların barmaq uclarında onların şəxsiyyəti şifrələnmişdir. Bu şifrələmə sistemini bu gün istifadə olunan barkod sisteminə bənzətmək də mümkündür.
Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət yetirilir:
«Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik”.»
«Qiyamət» surəsi, 4
Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.159
Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir.
Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.
Barmaq izi ilə şəxsiyyəti müəyyənetmə sistemi (AFS) texnologiyası son 25 ildə müxtəlif polis təşkilatlarında etibarlılığı sübut edilmiş, qanuni olaraq təsdiqlənmiş bir üsul kimi istifadə olunur. Bu gün geniş miqyaslı şəxsiyyət müəyyənetmə işlərində barmaq izi qədər dəqiq nəticə verən texnologiya yoxdur. Barmaq izi ilə şəxsiyyətin müəyyən edilməsi 100 ildən artıqdır ki, hüquqi proseslərdə istifadə olunur və beynəlxalq etibarlılığa malikdir. A. A. Moenssens *Fingerprint Techniques* (Barmaq izi texnikaları) adlı kitabında barmaq izinin hər insana məxsus olmasını belə qiymətləndirmişdir: "İndiyədək müxtəlif barmaqlardakı iki barmaq izindən heç birinin bir-biri ilə eyni olduğuna rast gəlinməmişdir…"
Yuxuda qulaqların aktiv olması
Əshabi-Kəhfin uzun illər yuxuya verilməsi Quranda “qulaqlarına vurduq” ifadəsi ilə bildirilir. Elm isə qulağın yuxu zamanı da işləyən yeganə duyğu orqanı olduğunu kəşf etdi.
“Səs ver” düyməsini sınayın
1 orqan: yuxuda da səsləri qəbul edən: qulaq
1929: Hans Berger ilk EEG nəticələrini dərc etdi
hər 2 saat: yataq xəstələrinin çevrilmə tezliyi
«Biz onları mağarada illərlə qulaqlarına vurduq (yuxuya verdik)”.»
Yuxarıdakı ayədə qeyd edilən “qulaqlarına vurduq” ifadəsinin ərəb dilindəki əsli “darabə” feilidir. Ərəb dilində bu feil məcazi mənada “onları yuxuya verdik” mənasına gəlir. Bundan əlavə “darabə” kəlməsi qulaqla birlikdə işlədiləndə “qulağın eşitməsinin əngəllənməsi” mənasına da gəlir. Ayədə yuxu ilə əlaqəli ancaq eşitmə hissinə diqqət edilməsi isə özündə, əslində, çox mühüm bir məlumatı ehtiva edir.
Alimlərin kəşflərinə görə, qulaq insan yatarkən aktiv olan yeganə duyğu orqanıdır. Oyanmaq üçün saatın zənginə ehtiyac hiss etməyimizin səbəbi də budur.160 Allahın “Kəhf əhli” ilə əlaqəli olaraq işlətdiyi “qulaqlarına vurduq” ifadəsinin hikmətinin də bəhs edilən gənclərin eşitmə orqanlarının bağlı olmasına və buna görə də uzun illər yuxudan ayılmadan yatdıqlarına işarə olması ehtimal edilir.
Yuxuda hərəkət etməyin əhəmiyyəti
Yuxarıdakı ayədə yüz illərlə yuxuda qaldıqları bildirilən “Kəhf əhli”ndən bəhs edilir. Bununla yanaşı, Allah bu ayədə həmin insanların bədənlərini sağa-sola çevirdiyini bildirir.
«Onlar yuxuda ikən sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, yəqin ki, dönüb qaçar, dəhşət səni bürüyərdi”.»
Yuxarıdakı ayədə yüz illərlə yuxuda qaldıqları bildirilən “Kəhf əhli”ndən bəhs edilir. Bununla yanaşı, Allah bu ayədə həmin insanların bədənlərini sağa-sola çevirdiyini bildirir. Bunun hikməti isə çox yaxın bir tarixdə kəşf edilmişdir. Belə ki, uzun müddət eyni vəziyyətdə yatan insanlar qan dövranında tarazlığın pozulması, dəridə yaraların olması, yataq tərəfə dəyən nahiyələrdə qanın laxtalanması kimi ciddi bir səhhət problemi ilə qarşılaşırlar.161
Uzun müddət eyni vəziyyətdə yatanda meydana gələn yataq yaralarına “təzyiq yaraları” da deyilir. Çünki çox uzun müddət eyni vəziyyətdə yatanda bədənin müəyyən bir hissəsinə davamlı olaraq düşən təzyiq qan damarlarının sıxılıb qapanmasına səbəb ola bilir. Bunun nəticəsində isə qan yolu ilə daşınan oksigen və başqa qidalar dəriyə çatmır və dəri ölməyə başlayır. Bu vəziyyət bədəndə yaraların əmələ gəlməsinə səbəb olur. Əgər bu yaralar müalicə edilməsə, dərinin qatları, yağ və əzələ toxumaları da ölə bilər.162
Dərinin, ya da toxumanın altında əmələ gələn bu yaralar müalicə edilməzsə və ya infeksiyaya yoluxarsa, o, təhlükəli vəziyyətlərə gətirib çıxara bilər, hətta həyati təhlükələrə də səbəb ola bilər. Buna görə də dərinin üzərindəki təzyiqi azaltmaq üçün hər 15 dəqiqədən bir vəziyyəti dəyişdirmək sağlamlıq baxımından vacibdir. Öz-özünə hərəkət edə bilməyən iflic xəstələr də buna görə xüsusi nəzarətə götürülür və hər iki saatdan bir başqasının köməyi ilə hərəkət etdirilirlər. Yuxarıdakı ayədə məhz əsrimizdə kəşf edilən bu tibbi məlumatlara diqqət çəkilməsi, şübhəsiz ki, Quranın ayrı bir möcüzəsidir.
Gecələr hərəkətin azalması
Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki “səkənən” kəlməsi “sakitlik, istirahət, istirahətə çəkilmək vaxtı” mənalarına gəlir. Allahın Quranda bildirdiyi kimi, gecə insanlar üçün istirahət vaxtıdır.
«...Gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur...»
Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki “səkənən” kəlməsi “sakitlik, istirahət, istirahətə çəkilmək vaxtı” mənalarına gəlir. Allahın Quranda bildirdiyi kimi, gecə insanlar üçün istirahət vaxtıdır. Gecələr bədəndə ifraz edilən melatonin hormonu insanı yuxuya hazırlayır. Bu hormon insanın fiziki hərəkətlərini azaldan, onu yuxulu və yorğun edən, ruhi halını dincəldən təbii bir sakitləşdiricidir.163Yuxu boyu ürək döyüntüsünün və tənəffüsün ritmi yavaşıyır, qan təzyiqi aşağı düşür. Səhər olanda isə bu hormonun emalı dayanır və bədənə ayağa durmaq üçün xəbərdarlıq edilir.164
Yuxu həm də bədəndəki əzələlərin və başqa toxumaların bərpasına, qocalan və ya ölən hüceyrələrin təzələnməsinə imkan verir. Yuxu zamanı enerji tələbatı azaldığı üçün bütün gecə boyunca bədəndəki enerji ehtiyata yığılır. Bundan əlavə, immunitet sistemi üçün xüsusi əhəmiyyət kəsb edən bəzi mühüm kimyəvi və inkişaf hormonları da yuxu vaxtı ifraz edilir.165 Buna görə, adam kifayət qədər yatmayanda immunitet sistemi bu vəziyyətdən dərhal təsirlənir və bədən xəstəliklər qarşısında tam müdafiəsiz qalır. Bir adam iki gün yatmazsa, onun diqqətini cəmləşdirməsi çətinləşər, o, başqa vaxtlara nisbətən daha çox səhv edər. Bir adam üç gün yatmazsa, onda hallüsinasiyalar (qarabasmalar) başlayır və o, məntiqlə fikirləşə bilmək qabiliyyətini itirir.166
Gecə vaxtı insanlar kimi başqa canlılar üçün də istirahət vaxtıdır. Allahın gecəni bir istirahət vaxtı etməsi haqqındakı ayəsi ilə xəbər verdiyi bu vəziyyət adi gözlə müəyyən edilməsi mümkün olmayan mühüm bir həqiqətə işarət edir. Yer üzündə gündüz vaxtı həyata keçən fəaliyyətlər gecə yavaşıyır, istirahətə keçir. Məsələn, bitkilərdə günəşin çıxması ilə birlikdə yarpaqda tərləmək və buna bağlı olaraq fotosintez çoxalmağa başlayır. Günortadan sonra isə bu hadisə tərsinə çevrilir, yəni fotosintez yavaşıyır, nəfəs alıb-vermə çoxalır, çünki istiliyin çoxalması ilə birlikdə tərləmək də sürətlənir. Gecə isə istiliyin azalması ilə birlikdə tərləmə prosesi yavaşıyır və bitki rahatlanır. Əgər hətta bir gün gecə olmasa, bitkilərin çoxu ölərdi. Bu baxımdan, gecə insanlar üçün olduğu kimi, bitkilər üçün də istirahət etmək və dincəlmək vaxtı mənasına gəlir.
Hərəkət gecələr molekulyar səviyyədə də azalır.167 Gündüzlər Günəşin yaydığı radiasiya Yerin atmosferindəki atom və molekulları hərəkətə gətirərək onların daha yüksək enerji səviyyəsinə çatmalarına səbəb olur. Qaranlıq çökəndə atom və molekullar daha aşağı enerji səviyyəsinə düşür və radiasiya yaymağa başlayırlar.168
Quranın “Ənam” surəsinin 96-cı ayəsinin yuxarıda bəhs etdiyimiz bu elmi məlumatlara işarə olması ehtimalı var və bu da Quranın saysız möcüzələrindən biridir (ən doğrusunu Allah bilir).
Yüksəklik artdıqca döş qəfəsinin daralması
İnsan yaşaya bilmək üçün oksigenə və hava təzyiqinə ehtiyac hiss edir. Nəfəs almağımız isə havadakı oksigenin ağciyərlərimizdəki hava kisəciklərinə daxil olması ilə mümkün olur.
İnsan yaşaya bilmək üçün oksigenə və hava təzyiqinə ehtiyac hiss edir. Nəfəs almağımız isə havadakı oksigenin ağciyərlərimizdəki hava kisəciklərinə daxil olması ilə mümkün olur. Ancaq yüksəklərə qalxdıqca Yerin atmosferi incəldiyi, yəni hava qatı seyrəldiyi üçün atmosfer təzyiqi, beləliklə də qan dövranına daxil olan oksigenin miqdarı azalır. Bunun nəticəsində, nəfəs almaq çətinləşir. Ağciyərin hava kisəcikləri daralıb büzülür, bu halda, sinə boğulan kimi olur, nəfəs alıb-vermək çətinləşir.
Əgər qandakı oksigen orqanizmin tələb etdiyindən daha az olarsa, orqanizmdə narahatçılıq yaranır. Bu zaman adamda həddindən artıq yorğunluq, baş ağrısı, başın hərlənməsi, mədə bulanması, düşünmək və mühakimə yürütmək qabiliyyətinin pozulması kimi əlamətlər özünü göstərməyə başlayır. Müəyyən bir yüksəkliyə çatanda isə insanın nəfəs alıb-verməsi, ümumiyyətlə, mümkün olmur. Beləliklə də insanın belə bir yüksəklikdə yaşaması üçün oksigenin köməyinə və xüsusi geyimlərə ehtiyacı olur.
Dəniz səviyyəsindən 5000-7500 metr hündürlükdə olan bir adam nəfəs almağın çətinliyi ucbatından ürəyi gedərək koma vəziyyətinə düşə bilər. Buna görə də təyyarədə uçarkən sərnişinləri nəfəs almaq üçün oksigenlə təmin edirlər. Təyyarələr dəniz səviyyəsindən 9000-10000 metr hündürlükdə uçarkən salonda hava təzyiqini nizamlayan xüsusi sistemlər olur.
“Anoksiya” (“hava çatışmazlığı”) kimi tanınan narahatçılıq da oksigenin bədən toxumalarına daxil ola bilməməyindən meydana gəlir. Bu cür oksigen çatışmazlığı 3000-4500 metr yüksəklikdə baş verir. Bəzi adamlar belə bir şəraitdə ağlını da itirə bilər. Belə olan halda, dərhal oksigen verməklə onları həyata qaytarmaq mümkündür.
Aşağıdakı ayədə yer alan bənzətmədə bu fiziki həqiqətə - hündürlüyün artması ilə döş qəfəsində meydana gələn dəyişikliyə - belə işarə edilir:
«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun sinəsini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!»
Dövrümüzün tibbi məlumatları göstərməkdədir ki, doğum əsnasında bir cismin çəkilməsi, körpənin doğum kanalından aşağıya doğru hərəkət etməsini asanlaşdırmaqdadır.
«Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Məryəmin aşağı tərəfindən (bir səs) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.»
Dövrümüzün tibbi məlumatları göstərməkdədir ki, doğum əsnasında bir cismin çəkilməsi, körpənin doğum kanalından aşağıya doğru hərəkət etməsini asanlaşdırmaqdadır. Çəkmə əsnasında istifadə edilən əzələlər, körpənin rəhm xaricinə itələnilməsini təmin edən əzələlər ilə eynidir. Bunu təmin etmək üçün tavana asılmış bir ip və ya dəstək bir qola asılma, doğum yatağının iki kənarına yerləşdirilmiş qolları çəkmə və ya bir başqa adamın əlindən tutub çəkmə kimi üsullar istifadə edilməkdədir.170
Bunun üçün “squat bar” deyilən, doğum əsnasında yataqlara birləşdirilən tərs U şəkilli bir qol istifadə edilməkdədir. Bu barın çəkilməsi körpənin rəhm xaricinə itələnilməsi mərhələsini asanlaşdırmaqda, doğum kanalının dərinliyini qısaltmaqda, rəhm ağzını genişlətməkdə və doğum əsnasında istifadə edilən bir çox alət və texnikaya olan ehtiyacı azaltmaqdadır.171
Bu dəstək qolu, ananın özünü yuxarı doğru çəkmək hərəkəti etməsinə kömək etməkdədir. Körpənin itələnilməsi əsnasında da ananın sabit qalmasını təmin edər.172 Bu mövqedə körpəsini doğum kanalından hərəkət etdirmək üçün lazımlı olan əzələ qüvvəsi üçün minimum güc sərf olunar. Beləcə ləyən sümüklərinə maksimum təzyiq, minimum əzələ qüvvəsi ilə təmin edilmiş olar. Həmçinin ləyən sümükləri açılaraq, körpənin keçməsi üçün 30% nisbətində daha çox yer təmin edər. Uzanaraq çəkmə hərəkəti ilə, bədənin itələmə gücü ən üst səviyyəyə çıxar və körpənin doğum əsnasında düz dönməsini təmin edər.173 Məryəmə də Allahın mələyi vasitəsi ilə xurma budaqlarını özünə doğru çəkməsini bildirməsi son dərəcə hikmətlidir. Ayədə keçən “huzziy” sözü “sürətlicə çəkmək, silkələmək, hərəkət etdirmək” mənalarını verməkdədir. Xurmanın doğumu asanlaşdırıcı və bəsləyici əhəmiyyəti ilə yanaşı, budaqların silkələmək üzrə çəkilməsi, budaqlara uzanmaq da həmçinin doğumu asanlaşdırıcı hərəkətlərdir. Dövrümüzdə tətbiq olunan bu üsul, Allahın Məryəmi rəhməti ilə dəstəklədiyinin, Quranın hər şeyin məlumatına sahib Uca Rəbbimizin vəhyi olduğunun dəlillərindən biridir.
Müdafiəsi möhkəm ana rəhmi
Ana bətnindəki döl bədənə yad olmasına baxmayaraq müdafiə sisteminin hücumuna məruz qalmır.
«Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi məlum bir vaxta kimi? Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!»
Ana bətnindəki döl bədənə yad olmasına baxmayaraq müdafiə sisteminin hücumuna məruz qalmır.
«Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında müdafiəsi möhkəm yerdə qərarlaşdırdıq. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!»
İnsanın yaradılışı ilə əlaqədar yuxarıdakı ayələr, embriologiya sahəsinə aid təməl məlumatlar ehtiva etməkdədir. Ayələrdəki rəhm bölgəsini təsvir edən “müdafiəsi möhkəm bir yerdə qərarlaşdırdıq” ifadəsi isə, günümüzdəki tibb məlumatı ilə daha yaxşı aydın olan, əhəmiyyətli bir xüsusiyyətə işarə etməkdədir (doğrusunu Allah bilir). Sperma və yumurta hüceyrələrinin birləşməsi ilə yaranan ziqotdan, trilyonlarla hüceyrənin uyğunluq içində işlədiyi, tam bir insan olana qədərki müddət ana rəhmində keçər. Embrionun 9 aylıq bir müddətdə inkişafını tamamladığı bu yer (rəhm) ayədə də bildirildiyi kimi, “müdafiəsi möhkəm” bir məkandır.
Ayələrdəki “müdafiəsi möhkəm” olaraq tərcümə olunan “mekiynin” ifadəsi, “sarsılmaz, möhkəm, güclü, yerindən ayrılmayan, möhkəm yerinə yerləşmiş” kimi mənalar ehtiva etməkdədir. “Kararin” sözü isə “yerləşmə məkanı, qalma, sabitlik, möhkəmlik, dayanma yeri” kimi mənalara gəlməkdədir. Bu sözlər rəhmin möhkəm, qorunan bir məkan olduğunu çox hikmətli bir şəkildə təsvir etməkdədir.
Xarici faktorlara, işığa, səsə qarşı izolyasiya təmin edən ana rəhmi, əvvəlcə körpəni hər cür zərbədən və təzyiqdən qoruyar. Çanaq boşluğunda yerləşən rəhm, bu bölgənin qalın və güclü sümüklərlə əhatə olmasından ötrü, çox yaxşı qorunur. Rəhm bölgəsi, hamiləlik sonuna qədər körpənin ağırlığını daşımasını təmin edən, xaricdə güclü əzələ divarları, daxildə də “endometrium” deyilən təbəqə ilə örtülüdür. Bu güclü əzələlərdən ibarət olan quruluş, körpənin böyüməsi və inkişafı üçün son dərəcə əlverişli bir quruluşa malikdir. Hamiləlik dövründə bölgədəki sümükləri bir-birinə bağlayan bağlar da qalınlaşar və uzanar. Möhkəm çanaq sümükləri ilə rəhmin üst qisminə yapışıq halda olan bağlar, rəhmə möhkəm və sabit quruluş qazandırar.
Embrionun inkişafı əsnasında ehtiyacı olan istilik, su, oksigen və bəslənmə qaynağına da malikdir. Ana rəhmi, hamiləlik dövründə, möhkəmliyini artıracaq çox sayda dəyişikliyə uğrayar. Ehtiva etdiyi əzələ, bağ və elastik toxumalarla birlikdə, qan damarları və sinirlər də miqdar olaraq artar. Beləcə rəhmin zərər görmədən ağırlığının 20 qatına çıxması, tutumunun 1.000 qat artması mümkün olar.174 Rəhmə dəstək verən uşaqlıq borusu, yumurtalıqlar və digər bağ toxumaları da tamamilə genişləyərək elastiklik qazanar.175 Rəhmin dəyişmə müddəti, embrion yüzlərlə qat böyüyüb sağlam bir körpə olduqdan sonra da davam edər. Bu səfər körpənin rəhmdən sağlam bir şəkildə çıxmasına imkan verəcək şəkildə quruluşu dəyişər.
Hamiləlik dövründə körpənin qorunmasıyla əlaqədar olaraq son dərəcə möcüzəvi bir vəziyyət daha reallaşar və körpə daxili hücumlardan qorunar. Orqan, hətta ilik nəqlində belə, xarici bir maddənin bədənə girməsi ilə, insanın müdafiə sistemi reaksiya verməyə başlayar və bəzən bu reaksiyalar ölümcül nəticələr doğura bilər.176 Lakin döl üçün bu baş verməz və ananın müdafiə etmə sistemi, onu yad hesab etməz. Ananın immunitet sisteminin, atadan gələn xarici genlərə qarşı dözümlülük göstərməsi, fövqəladə bir vəziyyətdir; çünki körpə 50% yad insanın quruluşunu daşımaqdadır. Bu vəziyyəti “heyranlıq verici” olaraq xarakterizə edən Guelph Universitetindən elm adamı Marianne van den Heuvel; “Bu immunitet baxımından hər zaman bir bilməcə olaraq qalmışdır; çünki döl əslində anaya yaddır. Ananın parçası olduğu qədər, atanın da parçasıdır. Bədənin bunu rədd etməsi lazımdır.”177 deməkdədir.
Virus, şiş kimi xarici hüceyrələri tanıyıb, öldürən immunitet sistemindən gözlənilən, döl hüceyrələrinə də savaş açmasıdır. Ancaq Allahın diləməsi ilə belə bir vəziyyət reallaşmaz və rəhm son dərəcə etibarlı, möhkəm bir yer olma xüsusiyyətini qoruyar. Quranda embriologiya sahəsi ilə əlaqədar verilən məlumatların hamısı, müasir tibb ilə tam uyğunluq içindədir. Hər biri inkişaf etmiş texnologiya səviyyəsi nəticəsində ortaya çıxan bu məlumatlar, Quranın, bütün elmlərin sahibi, hər Qan hüceyrələri şeyin Yaradıcısı Uca Rəbbimizin vəhyi olduğunun ən açıq dəlillərindəndir. Əsrlərlə əvvəl elm dünyasına işıq tutacaq məlumatlarla dolu olan Quran-i Kərimdə “insan” belə bildirilməkdədir:
«Sizin yaradılışınızda və Allahın Yer kürəsinə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.»