Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran məlumatı: Quran və elm

Mündəricat
  1. Giriş
  2. Allah
  3. Quran-i Kərim
  4. Möminlər
  5. Münafiqlər
  6. İman etməyənlər
  7. Mövzularına görə ayələr
  8. Quranda intizam anlayışı
  9. Dünya həyatı
  10. Allahın əmr və tövsiyələri
  11. Quran və elm

1400 il əvvəl Allah insanlar üçün bələdçi Kitab - Qurani-Kərimi göndərib. O, bütün bəşəriyyəti onun ardınca gedərək xilas olmağa çağırdı. Ayədə də bildirildiyi kibi Quran " Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir." (Qələm surəsi, 52) Quranın göndərildiyi gündən Qiyamət gününə qədər bu Son İlahi Vəhyin insanlar üçün yeganə bələdçi olması əmr edilib.

Quran endirildiyi gündən bu yana hər dövrdə yaşayan hər insan qrupunun anlaya biləcəyi, asan və aydın olar dilə malikdir. Allah, Quranın bu üslubunu " Biz Quranı yada salmaq üçün asanlaşdırdıq..." (Qamər surəsi, 22) ayəsi ilə xəbər verir. Quranın müqayisəyəgəlməz üslubu və ondakı Yüksək Müdriklik onun bizim qarşımızda Yaradanın Sözü olmasının aşkar və mübahisəsiz sübutudur.

Quran onu Allahın göndərdiyini təsdiq edən xeyli möcüzəvi dəyərlərə malikdir. Bu faktlardan biri odur ki, XX əsrdə texnologiyanın köməyi ilə kəşf edilən bəzi elmi həqiqətlər haqda Quranda 1400 il bundan əvvəl xəbər verilmişdir.

Əlbəttə, Quran fizika, biologiya və s. üzrə məqalələr toplusu deyil. Ancaq alimlər onun müxtəlif ayələrində son dərəcə böyük məharətlə və dəqiq heca ilə yazılmış bəzi elmi həqiqətləri yalnız yaxın zamanlarda kəşf ediblər. Quranın nazil olunduğu dövrdə elmi üsullarla əldə edilə bilməyən bu bilgilər bizim dövrün insanlarına bir daha sübut edir ki, Quran Uca və Qüdrətli Allahın sözüdür. Quranın elmi möcüzələrinin mahiyyətini anlamaq üçün bu İlahi Kitabın nazil olunduğu dövrün təkcə bilik səviyyəsinə nəzər salmaq gərəkdir.

Quranın göndərildiyi VII əsrdə ərəblərin elm haqda çox dolaşıq və dumanlı təsəvvürləri var idi və bu təsəvvürlər xurafatların və dildən-dilə ötürülən hər cür uydurmanın məngənəsində idi. Təbiəti və Kainatı dərk etmək üçün heç bir texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən rəvayətlərə inanırdılar. Məsələn, belə hesab edilirdi ki, göy dağların sayəsində yuxarıda dayanır. Bu inanca görə, Yer düz səthə malik idi və onun kənarlarında hündür qayalar dururdu. Buna uyğun olaraq hesab edilirdi ki, onlar dirək kimi göy günbəzini saxlayırlar. Ancaq bütün bu yanlış fərziyyələr Qurandan sonra yox oldular.

"Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız!"

Rəd surəsi, 2

Bu ayə göyü dağların saxladığına dair inamı darmadağın etdi.

Bundan əlavə, o zaman insanlara əsla məlum olmayan buna bənzər xeyli həqiqətlər xəbər verilmişdi. İnsanların fizika, astronomiya, biologiya sahəsində cüzi bilgiləri olduğu zaman göndərilən Quran özündə elmin müxtəlif sahələri üzrə əsas məlumatları toplayırdı: Kainatın yaradılmasından insanın yaradılmasına qədər, atmosferin quruluşundan Yerdə olan tarazlığa qədər.

İndi isə Quranın elmi möcüzələrinin bir hissəsini ətraflı şəkildə nəzərdən keçirək.

Kainatın yaranması haqda Qurani-Kərimdə belə deyilir:

"O, göyləri və yeri var edəndir. Allah`ın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!"

Ənam surəsi, 101

Quranın bu məlumatı müasir elmin kəşflərinə tamamilə uyğundur. Astrofizikanın gəldiyi yekun nəticə ondan ibarətdir ki, Kainat özünün bütün məkan-zaman ölçüləri ilə birgə nəhəng bir partlayış nəticəsində müəyyən bir sıfır anında yaranıb. Böyük partlayış nəzəriyyəsi (ingilis dilində "Biq Banq") güman edir ki, kainat təxminən 15 milyard il əvvəl bir nöqtədəki partlayış nəticəsində heç nədən yaranıb. Bu gün bu nəzəriyyə alimlər arasında kainatın mövcudluğunun başlanğıcı və yaranması haqda yeganə ümumi qəbul edilmiş gümandır.

Böyük partlayışa qədər maddə adlı heç nə yox idi. Maddə, cərəyan və zaman nə maddənin, nə cərəyanın, nə də zamanın var olmadığı və sırf metafizik "heç nə" kimi müəyyən edilə bilən mühitdə yaradılıb. Müasir fizikanın elan etdiyi bu böyük həqiqəti Quran bizə 1400 il əvvəl xəbər verib.

Qurani-Kərim kainatın genişlənməsindən 14 əsr əvvəl - astronomiyanın hələ inkişaf etmədiyi dövrdə bu sözlərlə bəhs edir:

"Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik".

Zariyat surəsi, 47

"Göy" sözü Quranda bir çox yerdə kainat və ya kosmos mənasında işlədilir. Burada da məhz bu mənada işlədilib. Yəni Quran kainatın genişləndiyini xəbər verir. Bu gün elm də elə məhz bu nəticəyə gəlib.

XX əsrin əvvəllərinə qədər elmdə belə bir vahid baxış hökm sürürdü ki, kainat hərəkətsiz struktura malikdir və o, əbədi surətdə mövcuddur. Yalnız müasir texnologiyanın sayəsində aparılan tədqiqat, hesablama və müşahidələr göstərdi ki, kainatın başlanğıcı olub və o, daim genişlənir.

Rus fiziki Aleksandr Fridman və Belçika kosmoloqu Corc Lemetr XX əsrin əvvəlində kainatın daim hərəkətdə olduğunu və genişləndiyini nəzəri cəhətdən hesabladılar.

Bu kəşf müşahidələr yolu ilə 1929-cu ildə təsdiqləndi. Amerika astronomu Edvin Habbl göyü böyük teleskopla öyrənərək belə nəticəyə gəldi ki, ulduzlar və qalaktikalar daim bir-birlərindən uzaqlaşırlar. Hər şeyin birbirindən uzaqlaşdığı kainatı isə daim genişlənən kainat kimi anlamaq lazımdır. Bu prosesin şübhəsizliyi sonrakı illərin müşahidələri ilə dəqiq sübut edilmişdir.

O uzaq zamanlarda bu həqiqət insanlara hələ tam məlum deyildi və Quranda xəbər verilmişdi, çünki Quran Allahın - Yaradanın və kainatın Hakiminin sözüdür.

Quranda göylərin yaradılışı haqqında başqa bir ayədə belə bildirilir:

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?

Ənbiya surəsi, 30

Ayədə "bir-biri ilə bitişik" şəklində tərcümə edilmiş "ratq" sözü ərəbcə lüğətlərdə "bir-biri ilə iç-içə, ayrılmaz, qaynaşmış" mənalarını verir. Yəni bir bütün halında olan iki maddəni tərif etmək üçün bu sözdən istifadə edilir. Ayədəki "ayırdıq" sözü isə ərəbcə "fatq" felidir ki, bu fel bitişik vəziyyətdə olan bir cismi yarıb, parçalayıb çölə çıxması deməkdir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması ərəb dilində bu fellə ifadə edilir.

İndi ayəyə yenidən baxaq. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni "ratq" halında olduğundan bəhs edilir. Ardınca bu ikisi "fatq" feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də Big Bangin ilk anını düşündükdə, kainatın bütün maddəsinin bir nöqtədə toplandığını görürük. Başqa sözlə, hər şey, hətta hələ yaradılmamış göylər və yer də bu nöqtənin içində, bir-biri ilə iç-içə, ayrılmaz haldadırlar. Daha sonra bu nöqtə çox güclü partlayışla yarılıb ayrılır.

Kainatdakı böyük müvazinətin ən mühüm səbəblərindən biri, şübhəsiz, göy cisimlərinin müəyyən orbitlərdə hərəkət etməsidir. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də aid olduqları sistemlə birlikdə fırlanır. Kainat eynilə bir fabrikin dişli çarxları kimi incə nizam içində işləyir.

Kainatın gördüyümüz qismində 100 milyarddan çox qalaktika mövcuddur və kiçik qalaktikalarda təxminən bir milyard, böyük qalaktikalarda isə trilyondan çox ulduz mövcuddur. 17 Bu ulduzların çoxunun planetləri, bu planetlərin də peykləri var. Bütün bu göy cisimlərinin çox incə hesablara malik orbitləri var və milyon illərlə hər biri öz orbitində digərləri ilə qüsursuz uyğunluq və nizam içində hərəkət edir. Bunlardan əlavə, bir çox quyruqlu ulduz da onlar üçün müəyyən edilmiş orbitdə üzür.

Kainatdakı orbitlər ancaq bəzi göy cisimlərinə aid deyil. Günəş sistemi, hətta digər qalaktikalar başqa mərkəzlər ətrafında da hərəkət edir. Yer və onunla birlikdə Günəş sistemi hər il əvvəlki yerindən 500 milyon km uzaqlaşır. Göy cisimlərinin orbitlərindəki ən azacıq əyrilik sistemi alt-üst edəcək qədər təhlükəlidir. Məsələn, Yerin orbitində 3 mm artıq və ya əksik əyilmənin hansı nəticələr verəcəyi bir mənbədə belə tərif edilmişdir:

Yer Günəşin ətrafında dövr edərkən elə orbit çəkir ki, hər 18 mildən bir 2.8 mm içəriyə əyilir. Yerin bu orbiti zərrə qədər dəyişmir, çünki orbitdən 3 mm-lik əyilmə belə böyük fəlakətlərə səbəb olardı: əyilmə 2.8 mm əvəzinə 2.5 mm olsaydı, orbit çox geniş olar və donardıq. Əyilmə 3.1 mm olsaydı, hamımız yanaraq ölərdik.

Göy cisimlərinin digər xüsusiyyəti də orbitlərindən əlavə, həm də öz oxları ətrafında dövr etməsidir. Quranda "And olsun qayıdan göyə!" (Tariq surəsi, 11) ayəsi isə məhz bu həqiqətə işarə edir. Əlbəttə, Quranın nazil edildiyi dövrdə bəşəriyyət dövrümüzdəki kimi kosmosu milyon kilometrlərlə uzaq məsafələri müşahidə edən teleskoplara, qabaqcıl müşahidə texnologiyalarına, müasir fizika və astronomiya biliyinə malik deyildi. Ona görə, kosmosda "yolları olan göyə and olsun ki" (Zəriyət surəsi, 7) ayəsində bildirildiyi kimi orbitlər olduğunu o dövrdə elmi cəhətdən aşkar etmək qeyri-mümkün idi. Ancaq o dövrdə nazil edilmiş Qurani-kərimdə bu həqiqət bizə açıq şəkildə xəbər verilmişdir, çünki Quran Allahın sözüdür.

Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin öz orbiti olduğu vurğulanır:

Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür.

Ənbiya surəsi, 33

Yuxarıdakı ayədə işlədilən "üzmək" sözü ərəbcə "səbaha"dır və Günəşin kosmosdakı hərəkətini izah etmək üçün istifadə edilmişdir. Bu söz Günəşin kosmosda hərəkət edərkən nəzarətsiz olmadığını, öz oxu ətrafında dövr etdiyini və müəyyən marşrutunun olduğunu ifadə edir. Günəşin sabit olmadığı, öz orbitində hərəkət etdiyi başqa bir ayədə belə bildirilir:

Günəş özü üçün müəyyən olunmuş yerdə axıb gedər. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir.

Yasin surəsi, 38

Quranda bildirilən bu həqiqətlər ancaq dövrümüzdəki astronomik müşahidələrlə aşkar edilmişdir. Astronomların hesablamalarına görə, Günəş "Solar Apex" adlanan orbit boyu Veqa ulduzuna doğru saatda 720.000 km sürətlə hərəkət edir. Bu hesablama Günəşin gündə 17 milyon 280 min km yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə qüvvəsinə tabe olan bütün planetlər və onların peykləri də eyni məsafəni qət edirlər.

And içirəm yanıb sönən ulduzlara; Seyr edib gizlənən səyyarələrə;

Təkvir surəsi, 15-16

"Təkvir" surəsinin 15-ci ayəsində işlədilən "xunnəs" sözünün büzülmək, geriləmək, geri qayıtmaq kimi mənaları var. 16-cı ayədə "seyr edib gizlənən" kimi tərcümə edilmiş söz isə ərəbcə "kunnəs"dir. "Kənis" sözünün cəm halı olan "kunnəs" ifadəsi müəyyən marşrut, yuvaya girmə, hərəkət edən cismin yuvası, yuvasına girib gizlənənlər mənalarını verir. 16-cı ayədəki "seyr edən" sözü isə cərəyan kökündən törəyən və seyr edib gedən mənasını verən "cariyə" sözünün cəm halı olan "cəvar"dır. Bu sözlərin mənalarını nəzərə aldıqda, planetlərin cazibə qüvvələri və orbitlərindəki hərəkətlərə işarə edildiyini söyləmək olar.

Yuxarıdakı ayələrdə işlədilmiş bu sözlər cazibə qüvvələrinin səbəb olduğu orbit hərəkətlərini tam tərif edir. Bunlardan "xunnəs" sözü ilə planetlərin istər öz nüvələrinə doğru, istərsə də Günəş sisteminin mərkəzi olan Günəşə doğru cəzb edilməsinə diqqət çəkilir (ən doğrusunu Allah bilir). Cazibə qüvvəsi kainatdakı yeganə qüvvədir, ancaq bu cazibə qüvvəsini XVII-XVIII əsrlərdə yaşamış İsaak Nyuton (Isaac Newton) riyazi formullarla sübut etmişdir. Növbəti ayədə işlədilmiş "əl-cəvari" sözü də bu cazibə qüvvəsinə müqavimət göstərən mərkəzdənqaçma qüvvəsindən qaynaqlanan orbit hərəkətlərinə işarə edir. Şübhəsiz, "seyr edən" mənasını verən "əl-cəvari" sözünün "xunnəs" (mərkəzə doğru çəkilmə, büzülmə) və "kunnəs" (marşrut, yuvaya girmə, hərəkət edən cismin yuvası) sözləri ilə birlikdə işlədilməsi 1400 il əvvəl aşkarlanması qeyrimümkün olan elmi fakta diqqət çəkir (ən doğrusunu Allah bilir). Bundan əlavə, Quranda and içilən bu ayələr məsələnin əhəmiyyətinə diqqət çəkən başqa bir işarədir.

O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür…

Zumər surəsi, 5

Quranın kainatı tanıdan ayələrində işlədilmiş ifadələr çox diqqətçəkəndir. Yuxarıdakı ayədə "bürüyür" kimi tərcümə edilmiş ərəbcə söz "yukəvviru"dur. Bu sözün Azərbaycan dilindəki qarşılığı yuvarlaq bir şeyi başqa bir cisim ilə bürüməkdir (məsələn, ərəbcə lüğətlərdə başa sarıq sarıma kimi yuvarlaq cisimlərə aid olan hərəkətlər də bu feillə ifadə olunur). Ayədə gecənin və gündüzün bir-birinin üstünü bürüməsi (təkvir etməsi) haqqında verilən məlumat, eyni zamanda, Yerin forması haqqında da dəqiq fakta işarə edir. Yerin kürəvi formada olduğunu bu ayədəki fel ideal şəkildə ifadə edir. Yəni XVII əsrdə nazil edilmiş Quranda Yerin kürəvi formasına işarə edilmişdir.

Unutmaq olmaz ki, o dövrdə Yer haqqında fərqli fikirlər mövcud idi. Yerin müstəvi formada olduğunu düşünür və bütün elmi hesablama və açıqlamalar da buna əsasən edilirdi. Ancaq Quran Allah`ın sözü olduğu üçün kainatı tərif edərkən ən ideal sözlərdən istifadə olunmuşdur. Quran ayələrində bizə hələ yaxın keçmişdə öyrəndiyimiz bu məlumatlar 1400 il əvvəldən xəbər verilir.

Sən dağlara baxıb onları donmuş zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.

Nəml surəsi, 88

"Nəml" surəsindəki ayədə Yerin təkcə fırlanması deyil, fırlanma istiqaməti də vurğulanır. 3500-4000 metr hündürlükdə olan bulud topaları qərbdən şərqə hərəkət edir. Hava proqnozu üçün qərbdəki vəziyyətə baxılmasının səbəbi də budur.

Bulud topalarının qərbdən şərqə doğru hərəkətinin əsas səbəbi Yerin fırlanma istiqamətidir. Dövrümüzdə məlum olduğu kimi, Yer qərbdən şərqə doğru fırlanır. Elmin yaxın keçmişdə aşkar etdiyi bu elmi həqiqət Quranda əsrlər əvvəl xəbər verilmişdi ki, həmin dövrdə Yerin yastı olduğu, öküzün başı üstündə sabit dayandığı düşünülürdü.

Bundan sonra da yeri döşədi.

Naziat surəsi, 30

Yuxarıdakı ayədə "döşədi" kimi tərcümə edilmiş "dəha" sözü yaymaq mənasını verən "dəhv" kökündəndir. "Dəhv" sözü döşəmək, düzəltmək mənalarını versə də, daşıdığı məna baxımından bəsit döşəmək feli deyil. Bu söz yuvarlaq formada düzəltmək, döşəmək mənalarını ifadə etmək üçün işlədilir. "Dəhv" sözündən törəmiş digər sözlər də yuvarlaqlıq mənasını daşıyır. Məsələn, uşaqların topu yerdəki çuxura salması, daş atıb çuxura salma yarışları, qozla oynanan uşaq oyunları "dəhv" sözü ilə ifadə edilir. Dəvəquşunun yuva qurması, yatacağı yerdəki daşları təmizləməsi, yumurtladığı yer və yumurtası da bu kökdən törəmiş sözlərlə ifadə olunur.

Belə ki, Yerin forması da yumurtanı xatırladır. Yerin qütblərdən basıq kürəvi forması geoid adlanır. Bu baxımdan ayədə "dəha" sözünün işlədilməsi Allahın Yer haqqında verdiyi mühüm məlumata işarə edir. İnsanların əsrlər əvvəl Yerin formasının düz olduğunu düşünməsi və həqiqi formasının ancaq texnoloji imkanlar nəticəsində müəyyən edilməsi Quranın Allahın vəhyi olduğunu göstərir.

Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pakdır, müqəddəsdir!

Yasin surəsi, 36

Erkək-dişi "cüt" mənasının qarşılığı olsa da, ayədə bəhs edilən "bilmədiklərindən" ifadəsi daha dərin məna daşıyır. Belə ki, dövrümüzdə ayənin işarə etdiyi mənalardan biri artıq bizə məlumdur. Maddənin cütlər şəklində yaradıldığını aşkar edən ingilis elm adamı Pol Direk (Paul Dirac) 1933-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görülmüşdür. "Parite" adlandırılan bu kəşf maddənin antimaddə adlanan cütü olduğunu ortaya qoymuşdur. Antimaddə maddənin zidd xüsusiyyətlərini daşıyır. Bu həqiqət bir elmi mənbədə belə ifadə edilir:

Pol Direk (Paul Dirac)
Pol Direk (Paul Dirac)

... Hər zərrəciyin zidd yüklü antizərrəciyi var. Qeyri-sabitlik əlaqəsi bizə bu cütlərin hər yerdə və hər zaman eyni anda əmələ gəldiyini və məhv olduğunu göstərir.

Cüt yaradılmış şeylərə başqa nümunə də bitkilərdir. Botaniklər bitkilərdə cinsiyyət fərqi olduğunu 100 il əvvəl müəyyən ediblər. 52 Halbuki, bitkilərin cüt yaradıldığı Quranda 1400 il əvvəl aşağıdakı ayələrlə açıq şəkildə bildirilmişdir:

Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl (bitkilər) yetişdirdik.

Loğman surəsi, 10

O (Allah) ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik.

Taha surəsi, 53

Eyni şəkildə, meyvələrin də dişicik və erkəkciyi var. Quranda bu məlumat "Rəd" surəsinin 3-cü ayəsində ifadə edilir:

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.

Rad surəsi, 3

Ayədə "cüt-cüt" tərcümə edilmiş "zəvceyni" sözü ərəb dilində "tay, həyat yoldaşı" mənasını verən "zəvc" kökündən törəyib. Məlum olduğu kimi, yetişmiş bitkilərin son məhsulu meyvədir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəkcik və dişicik kimi orqanları var. Çiçəyə tozcuq daşınaraq döllənmə baş verdikdə, yəni erkəkcik və dişicik birləşdikdə meyvə əmələ gəlir. Zaman ərzində meyvə yetişir və toxum tökür. Meyvələrin müxtəlifcinsli xüsusiyyətləri olduğuna dair bu həqiqət Quranda işarə edilmiş başqa bir elmi faktdır.

Dənizlərin alimlər tərəfindən yaxın keçmişdə kəşf edilən bir xüsusiyyəti haqda Quranda belə deyilir:

"Suları şirin və acı olan) iri dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar"

Rəhman surəsi, 19-20

Dənizlərin bir-biri ilə maneəsiz şəkildə birləşdikləri halda, onların sularının bir-birinə heç bir halda qarışmaması barədə Quranda qeyd olunan xüsusiyyətini okeanoloqlar bu yaxınlarda aşkar ediblər. Aşkar edilib ki, iki qonşu dənizin suları "səthi gərilmə" adlandırılan fiziki güc sayəsində bir-birinə qarışmırlar. Suyun sıxlıq fərqlərindən yaranan bu qüvvə onların arasında dəqiq bir şəkildə görünməz divar ucaldaraq iki dənizin suyunun bir-birinə qarışmasına mane olur.

Təbii ki, olduqca maraqlıdır ki, insanlar nə səthi gərilmə, nə okeanologiya, nə də fizika haqda heç nə bilmədikləri dövrdə Quran bu həqiqəti bildirmişdi.

Zaman dediyimiz hiss, əslində bir anı bir başqa anla müqayisə etmə üsuludur. Bunu bir misalla açıqlaya bilərik. Bir cismə vuranda, ondan müəyyən səs çıxar. Eyni cismə beş dəqiqə sonra vuranda, yenə başqa səs çıxar. İnsan, birinci səs ilə ikinci səs arasında müddət olduğunu düşünər və bu müddətə "zaman" deyər. Halbuki ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehnindəki xəyaldan ibarətdir. Yalnız yaddaşında var olan məlumatdır. İnsan, yaddaşında olanı, yaşadığı anla müqayisə edərək zaman hissini əldə edir. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq. Eyni şəkildə kimsə bir otağa qapısından girib sonra da otağın ortasındakı kresloya oturan başqa insanı görəndə, müqayisə edər. Gördüyü insan kresloya oturduğu anda, onun qapını açması, otağın ortasına doğru getməsi ilə əlaqədar təsvirlər, yalnız beyində yer alan məlumatdır. Zaman hissi, kresloya oturmaqda olan insan ilə bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxar.

Qısacası zaman, beyində saxlanan bəzi xəyallar arasında müqayisə aparılarkən var olmaqdadır. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısı ilə zaman da meydana gəlməz. Bir insanın "mən otuz yaşımdayam" deməsinin səbəbi, beynində otuz ilə aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, ardında belə bir zaman hissəsi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə ünsiyyətdə olacaq. Bu mövzuda fikir bildirən filosof və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı izah etməyə çalışaq. Nobel mükafatlı məşhur genetika professoru və filosof François Jacob "Mümkünlərin oyunu" adlı kitabında zamanın geriyə axını ilə əlaqədar bunları izah edər:

Tərsindən göstərilən filmlər zamanın tərsinə doğru axacağı dünyanın nəyə bənzəyəcəyini tasarlamamıza imkan verir. Südün fincandakı qəhvədən ayrılacağı və süd qabına çatmaq üçün havaya atılacağı dünya; işıq dəstələrinin bir qaynaqdan fışqıracaq yerdə bir tələnin (çekim mərkəzinin) içində toplanmaq üçün divarlardan çıxacağı bir dünya; saysız damcıların heyrət verici şəkildə suyun xaricinə doğru atılan daşın bir insanın ovcuna gəlməsi üçün bir əyri boyunca tullanacağı dünya. Amma zamanın tərsinə çevrildiyi belə dünyada, beynimizin prosesləri və yaddaşımızın meydana gəlməsi da eyni şəkildə tərsinə çevrilmiş olacaq. Keçmiş və gələcək üçün də eyni şey olacaq və dünya tamamilə bizə göründüyü kimi görünəcək.

Beynimiz müəyyən sıralama üsuluna alışdığı üçün hal-hazırda dünya yuxarıda izah edildiyi kimi işləmir və zamanın həmişə irəli axdığını düşünürük. Halbuki bu, beynimizin içində verilən qərardır və dolayısilə tamamilə nisbidir. Gerçəkdə zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq həqiqət olmadığını, yalnız bir hiss forması olduğunu göstərir.

Zamanın hiss olduğu, 20-ci əsrin ən böyük fiziki sayılan Eynşteynin ortaya qoyduğu Ümumi Nisbilik Nəzəriyyəsi ilə də təsdiqlənmişdir. Lincoln Barnett, "Kainat və Eynşteyn" adlı kitabında bu mövzuda bunları yazır:

Bütün kosmosla birlikdə Eynşteyn sonsuz keçmişdən sonsuz gələcəyə axan çaşmaz və dəyişməz universal zaman anlayışını da bir kənara qoydu. Nisbilik nəzəriyyəsini əhatə edən anlaşılmazlığın böyük hissəsi insanların zaman duyğusunun da rəng duyğusu kimi bir hiss forması olduğunu qəbul etmək istəməyişindən doğulur... Necə ki, kosmos maddi varlıqların mümkün sırası isə, zaman da hadisələrin mümkün sırasıdır. Zamanın subyektivliyini ən yaxşı Eynşteynin sözləri açıqlayır: "Fərdin həyatı bizə hadisələr silsiləsi içində təşkil edilmiş görünür. Bu silsilədən xatırladığımız hadisələr “daha əvvəl” və “daha sonra” ölçüsünə görə sıralanmış kimidir. Bu səbəblə fərd üçün bir mən-zamanı, ya da subyektiv zaman vardır. Bu zaman öz içində ölçülə bilməz. Hadisələrlə saylar arasında elə bir əlaqə qura bilərəm ki, böyük bir sayı əvvəlki hadisə deyil də, sonrakı hadisə ilə əlaqədar olar.

Eynşteyn, Barnettin ifadələri, "kosmos və zamanın da hissiyyat formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrıla bilməyəcəyini göstərmiş"dir. Ümumi Nisbilik nəzəriyyəsinə görə "zamanın da, onu ölçdüyümüz hadisələr silsiləsindən ayrı, müstəqil varlığı yoxdur."

Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə qəbul edənə bağlı, yəni nisbi anlayışdır.

Zamanın axış sürəti, onu ölçərkən istifadə etdiyimiz qaynaqlara görə dəyişir. Çünki insanın bədənində zamanın axış sürətini mütləq bir düzgünlüklə göstərəcək təbii saat yoxdur. Lincoln Barnettin ifadə etdiyi kimi "rəngi ayırd edəcək bir göz yoxsa, rəng deyə bir şey olmayacağı kimi, zamanı göstərəcək bir hadisə olmadıqca bir an, bir saat ya da bir gün heç bir şey deyil."

Zamanın nisbiliyi, yuxuda çox açıq şəkildə yaşanar. Yuxuda gördüklərimizi saatlar sürmüş kimi hiss etsək də, həqiqətdə hər şey bir neçə dəqiqə hətta bir neçə saniyə davam etmişdir.

Zamanın nisbiliyi, elmi üsulla də ortaya qoyulmuş konkret həqiqətdir. Quranda keçən bir çox ayə zamanın mütləq olmadığını, nisbi olduğunu vurğulayır. Quranda 14 əsr əvvəl vurğulanan bu həqiqət, ancaq 20-ci əsrdə elm tərəfindən isbat edilə bilmişdir. Şübhəsiz bu da, Quranın, zamanı yaradan və zamandan münəzzəh olan Allahın endirilməsinin qəti dəlildir. Mövzu ilə əlaqədar bəzi ayələr belədir:

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!

Həcc surəsi, 47

Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.

Məaric surəsi, 4

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.

Səcdə surəsi, 5

Yuxarıdakı ayələrdən açıq şəkildə, bizim yaşadığımız zaman anlayışının fərqli ölçülərdə, fərqli qəbul edildiyi aydın olmaqdadır. Buna görə, bizim üçün çox uzun bir zaman hissəsi olaraq qəbul edilən müddət, Allah qatında bir an kimidir. Başqa bir ifadə ilə, ömrümüz boyunca yaşadıqlarımızın və yaşayacaqlarımızın hamısını Allah bilir. Çünki, Allah bizim bağlı olduğumuz zaman anlayışına bağlı deyil, kainatı və bütün canlıları yaratdığı kimi zamanı da O yaratmışdır.

XX əsrdə kainatdakı göy cisimləri ilə bağlı bir çox yeni kəşflər edilmişdir. Dövrümüzdə hələ yeni aşkar edilmiş bu cisimlərdən biri də qara dəliklərdir. Qara dəliklər enerjisi tükənən ulduzun öz içinə çökməsi və nəhayət yerində sıx, sıfır həcmə malik cazibə sahəsinin əmələ gəlməsi ilə formalaşır. Qara dəliyin səthindəki cazibə qüvvəsi çox güclü olduğu və içindən işıq keçmədiyi üçün ən böyük teleskoplarla da görmək mümkün deyil. Ancaq içinə çökmüş ulduzu ətrafına olan təsiri ilə tanımaq olur. Allah "Vaqiə" surəsində ulduzların yerlərinə and içərək bu mövzuya belə diqqət çəkir:

Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz.

Vaqiə surəsi, 75-76

"Qara dəlik" anlayışı ilk dəfə 1767-ci ildə ingilis elm adamı Con Miçel (John Michell) tərəfindən irəli sürülmüş və "qara dəlik" ifadəsi ilk dəfə amerikalı fizik Con Arçibald Uiler (John Archibald Wheeler) tərəfindən 1969-cu ildə işlədilmişdir. Əvvəllər bütün ulduzları gördüyümüzü düşünürdük, lakin sonrakı illərdə kosmosda işığını görə bilmədiyimiz ulduzların da olduğu məlum olmuşdur. Çünki enerjisi tükənən bu ulduzların işığı da sönür. Qara dəlik bir kütlənin işığın sızmayacağı qədər kiçik sahədə toplanmasıdır. Güclü cazibə sahəsi fotonları və ən sürətli zərrəcikləri belə bu sahədə tutub saxlayır. Günəşdən 3 dəfə böyük kütləyə malik olan bir ulduzun yanması və partlaması nəticəsində əmələ gələn qara dəliyin diametri 20 km-dir. Qara dəlikləri birbaşa müşahidə etmək mümkün deyil, onları sadəcə digər göy cisimlərinə olan təsirlərinə görə müəyyən etmək mümkündür. Aşağıdakı ayədə də qiyamət gününün təsviri ilə yanaşı, qara dəliklərlə bağlı elmi fakta işarə edilə bilər:

Ulduzlar sönəcəyi zaman

Mürsəlat surəsi, 8

Böyük kütləli ulduzlar kosmosda bükülməyə səbəb olurlar. Lakin qara dəliklər sadəcə kosmosda bükülməyə səbəb olmur, eyni zamanda, kosmosu dəlib keçirlər. Bu sönmüş ulduzların qara dəlik adlandırılmalarının səbəbi də budur. "Tariq" surəsinin 3-cü ayəsində isə "dələn ulduzlar"dan bəhs edilir:

And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir?! (Qaranlıqları) dəlib keçən ulduzdur.

Tariq surəsi, 1-3

Ayənin ərəbcəsində "dəlik" mənasını verən "saqb" kökündən "dəlik açan, dələn, dəlib keçən" mənalarını verən "əssaqibu" sözü işlədilmişdir. Qara dəlikləri tərif edən elmi mənbələrdə isə "dəlik açmaq" mənasını verən ingiliscə "puncture" sözündən istifadə edilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda işlədilmiş bu söz çox hikmətlidir. Ayədə ulduzlarla bağlı bu məlumata diqqət çəkilməsi Quranın Allah`ın sözü olduğunu sübut edir.

Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir.

Yasin surəsi, 39-40

Ayın orbiti digər planetlərin peykləri kimi düz deyil. Ay orbitində hərəkət edərkən bəzən Yerin önünə, bəzən də arxasına keçir. Eyni zamanda, Yer ilə birlikdə Günəşin ətrafında da dövr etdiyinə görə, kosmosda "S" hərfi şəklində orbit cızır. Ayın kosmosdakı orbitinin forması Quranda "xurma ağacının qurumuş əyri budağı kimi olar" ifadəsi ilə tərif edildiyi kimi, qurumuş əyri xurma budağına çox bənzəyir. Belə ki, ayədəki "urcun" sözünün mənası quruyub incəlmiş, bükülmüş xurma budağıdır və xurma ağacının meyvələri toplandıqdan sonra meyvəsiz budağa deyilir. Bu budağın "qurumuş" sözü ilə ifadə edilməsi də çox hikmətlidir, çünki qurumuş xurma budağı daha nazik və əyri olur.

Şübhəsiz, 1400 il əvvəl Ayın orbiti haqqında məlumat yox idi. Dövrümüzdəki texnologiya və biliklə aşkar edilmiş bu faktın Quranda bu cür qüsursuz bənzətmə ilə bildirilməsi Quranın başqa bir elmi möcüzəsidir.

Quranda Allah göy üzünün çox mühüm xüsusiyyətinə belə diqqət çəkir:

Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, (kafirlər) ayələrimizdən üz döndərdilər.

Ənbiya surəsi, 32

Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir.

Yeri hər tərəfdən əhatə edən atmosfer həyat üçün çox mühüm funksiyaları yerinə yetirir. Yerə yaxınlaşan böyük və kiçik meteoritləri parçalayaraq məhv edir və onların Yerin səthinə düşərək canlılara zərər verməsinin qarşısını alır.

Atmosfer həm də kosmosdan gələn və canlılar üçün zərərli şüaları da süzür. Maraqlısı budur ki, atmosfer təkcə zərərsiz işıqları, yəni görünən işığı, infraqırmızı şüaları və radiodalğaları yer üzünə buraxır. Bunların hamısı həyat üçün lazımlıdır. Məsələn, atmosferin müəyyən miqdarda keçirdiyi ultrabənövşəyi şüalar bitkilərin fotosintez prosesini həyata keçirməsinə kömək edir. Günəşdən yayılan güclü ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yerin səthinə həyat üçün lazımlı olan az qismi gəlib çatır.

Atmosferin qoruyucu xüsusiyyəti bunlarla məhdudlaşmır. Yer kosmosun -270° dondurucu soyuğundan atmosfer sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan təkcə atmosfer deyil. Atmosferlə yanaşı, "Van Allen qurşaqları" adlanan və Yerin maqnetik sahəsi nəticəsində əmələ gələn təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini yerinə yetirir. Günəşdən və digər ulduzlardan yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez baş verən və "partlayış" adlanan enerji partlayışları Van Allen qurşaqları olmasa, dünyadakı bütün həyatı yox edər.

Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini dr. Hyu Ross (Hugh Ross) belə izah edir:

Yer Günəş sistemindəki planetlər arasında ən çox sıxlığa malikdir. Bu böyük nikel-dəmir nüvə, böyük maqnetik sahə əmələ gətirir. Bu maqnetik sahə Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat mümkün olmazdı. Maqnetik sahəsi olan və qayalıqlardan ibarət digər planet Merkuridir. Lakin bu maqnetik sahənin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi ancaq Yerə məxsusdur.

Keçən illərdə aparılmış hesablamalara əsasən, bir partlayış nəticəsində əmələ gələn enerji Xirosimaya atılan 100 milyard atom bombasına bərabərdir. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində ifrat hərəkətlər müşahidə olunmuş, Yerin atmosferinin 250 km üstündə temperatur birdən-birə 2500°C-yə qalxmışdır.

Qısaca desək, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrə qarşı qoruyan mükəmməl sistem işləyir. Dünyanı əhatə edən göy üzünün bu qoruyucu qalxan xüsusiyyətini Allah bizə əsrlər əvvəl Quranda bildirmişdir.

Yağıntının necə meydana gəldiyi uzun müddət insanlar üçün tam bilinməyən bir sirr idi. Ancaq hava radarlarının kəşf edilməsindən sonra, yağıntının hansı mərhələlərdən keçərək əmələ gəldiyi dəqiqləşdi. Buna görə, yağış üç mərhələdən keçərək əmələ gəlir: Əvvəl külək yolu ilə yağışın "xammalı" havalanır. Ardından buludlar meydana gəlir və ən son olaraq da yağış damlacıqları ortaya çıxar.

Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar deyilənlər isə, tam da bu müddətdən söz edərlər. Bir ayədə bu meydana gəlmə ilə əlaqədar belə məlumat verilir:

Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər.

Rum surəsi, 48

İndi ayənin ifadə etdiyi üç mərhələni texniki olaraq araşdıraq.

1-ci mərhələ: "Buludları qaldıran küləkləri Allahdır göndərən..."

Okeanlardakı köpüklənmə ilə yaranan saysız hava qabarcığı davamlı partlamaqdadır və su zərrələri davamlı olaraq səmaya fırlamaqdadır. Duzu zəngin bu zərrələr daha sonra küləklərlə daşınar və atmosferdə yuxarılara doğru yol alırlar. Aerozol adındakı bu kiçik hissəciklər "su tələsi" deyilən bir mexanizmlə yenə dənizlərdən yüksələn su buxarını öz ətraflarında kiçik damlalar halında toplayaraq buludları meydana gətirərlər.

2-ci mərhələ: "... səmada onları istədiyi kimi yayıb topa-topa edir ..."

Duz kristallarının ya da havadakı toz zərrələrinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damlacıqları çox kiçik olduqlarından (0.01 ilə 0.02 mm diametrində) havada asılı qalırlar və göyə yayılırlar. Beləcə səma buludlarla örtülər.

3-cü mərhələ: "... Sən onlardan yağış töküldüyünü görürsən..."

Duz kristallarının və toz zərrəciklərinin ətrafında bir yerə gələn su parçacıqları yaxşıca sıxlaşaraq yağış damlalarını əmələ gətirirlər. Beləcə havadan daha ağır bir mövqeyə gələn damlalar buluddan ayrılaraq yağış formasında yerə düşməyə başlayırlar.

Yuxarıdakı texniki izahdan çıxarıla biləcək dəqiq nəticə budur:

Yağıntının meydana gəlməsindəki hər mərhələ, Quran ayələrində bildirilir. Üstəlik bu mərhələlər meydana gəlmə sırasıyla açıqlanmışdır. Dünyadakı bir çox təbii hadisədə olduğu kimi, bunda da Quranda ən doğru şərh edilmiş, üstəlik bu şərh elmin kəşfindən əsrlər əvvəl insanlara bildirilmişdir.

"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!"" ("Nəhl" surəsi, 16/68-69)

Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi olmuşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə almaqla onu belə sıralamaq olar:

Asanlıqla həzm edilir. İçindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də, o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.

Sürətlə qana qarışır, sürətli enerji mənbəyidir. Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana qarışır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə, beyinin asan işləməsini təmin edir. Bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun atletizmini və enerjisini artırır.

Qan yaranmasına kömək edir. Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də yardım edir. Qan dövranını nizamlamaq və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.

Balın antimikrob təsir xüsusiyyətləri də var. Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olur. Balın bakteriyanın sığınacaq tapmasına imkan verməyən xüsusiyyəti "inhibinə təsir" adlandırılır. Balın antimikrob olmasını təmin edən çoxlu səbəblər var. Bunlardan mikroorqanizmlərin böyüməsi zəruri olan su miqdarını nizamlayan yüksək şəkərə malik olması, yüksək turşu nisbəti (aşağı rN), bakteriyaların böyüməsi üçün əlverişli şərait yaradan azotdan məhrum edən daxili zənginliyini sadalamaq olar. Balda hidrogenperoksidin olması və balın özündə ehtiva etdiyi antioksidanlar da bakteriyaların çoxalmasına mane olur.

Bal antioksidandır. Sağlam həyat tərzi keçirmək və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidan istehlak etməsi xüsusilə vacibdir. Antioksidanlar hüceyrələrdə adi metabolizmanın zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəssislər antioksidan baxımından zəngin olan qidaların ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını alacağına inanırlar. Balın tərkibində də güclü antioksidanlar var: rinocembrin, rinobaxin, chrisin və galagin. Bunlardan rinocembrin ancaq balda mövcud olan antioksidandır.

Bal vitamin və mineral "anbarı"dır. Balın tərkibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, kalium, kalsium, natrium-xlor, kükürd, dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi üçün balda B1, B2, C, B6, B5 və B3 vitaminləri də var. Bundan başqa, balda az miqdarda mis, yod, dəmir və sink də olur.

Baldan yaraların müalicəsində istifadə edilir. Yaraların müalicəsində istifadə edilən balın tərkibində havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün sağalma prosesini sürətləndirərək yaranın izinin qalmasının qarşısını alır. Çünki bal yaranın üstünü örtən təzə dərini təşkil edəcək epitel hüceyrələrin böyüməsini sürətləndirir. Beləliklə, böyük yaraların müalicəsində istifadə edilən bal toxumaların köçürülməsinə ehtiyacı aradan qaldırır. - Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapillyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibroplastların böyüməsini təşviq edir və sağalmağın gücünü çoxaldan liflərin emalını sürətləndirir.

Bu məlumatlardan da aydın olduğu kimi, bal şəfaverici təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz ki, bu da sonsuz qüdrət sahibi olan Allah`ın göndərdiyi Quranın möcüzələrindən biridir.

Quranda insanlar imana çağırılırkən olduqca fərqli mövzulardan bəhs edilir. Kimi zaman göylər, kimi zaman yer üzü, kimi zaman da heyvanlar və bitkilər insana dəlil göstərilir. Yenə bir çox ayədə insanın şəxsən öz yaradılışına dönüb baxması məsləhət edilir. İnsanın yer üzünə necə gəldiyi, hansı mərhələlərdən keçdiyi və təməl maddəsinin nə olduğu teztez xatırladılır:

Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz?

Vaqiə surəsi, 57-59

İnsanın yaradılışı və bu yaradılışın möcüzəvi cəhətləri daha bir çox ayədə vurğulanır. Ancaq bu vurğular arasında elə məlumatlar vardır ki, bunlar Quranın endirildiyi 7-ci əsrdə əsla bilinməyəcək detallardır. Bunlardan bəziləri belədir:

  1. İnsan məni mayesinin hamısından deyil, əksinə çox kiçik bir parçasından (spermadan) yaradılır.
  1. Uşağın cinsiyyətini kişinin xromosomları müəyyənləşdirir.
  1. İnsan embrionu ana bətninə adətən bir zəli kimi yapışır.
  1. İnsan, ana rəhmində üç qaranlıq bölgə içində inkişaf edər.

Quranın endirildiyi əsrdə də insanlar əlbəttə doğumun təməl maddəsinin cinsi əlaqə sonrasında kişidən gələn maye ilə əlaqədar olduğunu bilirdilər. Uşağın ortalama doqquz ayda doğulduğu da rahatlıqla müşahidə etmək, bilmək üçün araşdırma tələb etməyən mövzu idi. Ancaq yuxarıda sıraladığımız məlumatlar o dövrün elm səviyyəsinin çox üstündə idi. Bunlar, ancaq 20-ci əsr elmi tərəfindən kəşf edildi.

İndi, kəşf edilən bu məlumatları müvafiq olaraq araşdıraq.

1) "Bir damla su"

Spermalar yumurtaya çatana qədər ananın bədənində çətin yol keçirərlər. Bu yolda 250 milyon spermanın ancaq 1000 qədəri yumurtaya çatmağa müvəffəq olar. Beş dəqiqə sonra yarışın sonunda, yarım duz dənəsi böyüklüyündəki yumurta spermadan yalnız birini qəbul edəcək. Yəni insanın mənin hamısı deyil, ondan kiçik bir parçadır. Ancaq, bilindiyi kimi, bunlardan yalnız biri yumurtanı dölləməyi bacarar. Quranda isə bu gerçək belə açıqlanar:

Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?

Qiyamət surəsi, 36-37

Diqqət edilsə, Quranda insanın məninin hamısından deyil, onun içindən alınan kiçik bir parçadan yaradıldığı xəbər verilməkdədir. Bu ifadədəki xüsusi vurğunun müasir elm tərəfindən kəşf edilən bir həqiqəti açıqlaması isə, ifadənin İlahi qaynaqlı məlumat olduğunun dəlilidir.

2) "Qarışdırılmış" maye

Məni olaraq adlandırılan və spermaları daşıyan bəsləyici maye sadəcə spermalardan meydana gəlməz. Əksinə, məni bir-birindən fərqli mayelərin qarışığından ibarətdir. Bu mayelərin, spermanın ehtiyac duyduğu enerjini qarşılayacağı şəkərə, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytrallaşdırmaq, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etmək kimi vəzifələri vardır.

Maraqlıdır ki, Quranda mənidən bəhs edilərkən müasir elmin ortaya çıxardığı bu gerçəyə də işarə edilməkdə və "qarışdırılmış" maye kimi təsvir edilməkdədir:

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.

İnsan surəsi, 2

Bir başqa ayədə isə yenə məninin qarışıq olduğuna işarə edilir, insanın isə bu qarışığın "əsasından" yaradıldığı vurğulanır:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,

Səcdə surəsi, 7-8

Burada "əsas" deyə çevrilən Ərəbcə "sulala" sözü, əsas ya da bir şeyin ən yaxşı qismi deməkdir. Hansı şəkildə alınırsa-alınsın "bir bütünün bir qismi" mənasına gəlir. Və bu vəziyyət Quranın insan yaradılışını ən incə detalına qədər bilən bir İradənin sözü olduğunu göstərməkdədir. Çünki o İradə, onsuz da insanı yaradan Allahdır.

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.

İnfitar surəsi, 6-8

3) Cinsiyyətin müəyyən edilməsi ...

Daha yaxın zamana qədər körpənin cinsiyyətini kişi və qadın hüceyrələrinin birlikdə müəyyən etdiyi sanılırdı. Halbuki genetik və mikrobiologiya elmlərinin inkişafı ilə, qadının bu təyin etmədə heç bir rolu olmadığı aydın oldu.

İnsan quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomu olaraq adlandırılar. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi adlandırılır. Bunun səbəbi bu xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

Bir insanın meydana gəlməsi, kişi və qadında cüt-cüt iştirak edən bu xromosomların dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtlama zamanı iki yerə ayrılan yumurta hüceyrəsinin hər iki parçası da X xromosomunu daşıyır. Halbuki kişidə ikiyə ayrılan yumurta hüceyrəsi, X və Y xromosomları ehtiva edən iki fərqli sperma meydana gətirər. Qadında olan X xromosomu əgər kişidəki X xromosomu ehtiva edən spermatozoidlə birləşsə qadın, Y xromosomu ehtiva edən spermatozoidlə birləşsə kişi meydana gələr.

Yəni doğulacaq uşağın cinsiyyətini təyin edən faktor, kişidəki hansı xromosomun qadındakı xromosomla birləşəcəyi sualıdır.

Şübhəsiz, genetika kəşf edilənə qədər, yəni 20-ci əsrə qədər, bunların bir çoxu bilinmirdi. Əksinə, bir çox mədəniyyətdə, doğulacaq uşağın cinsiyyətinin qadın tərəfindən təyin edildiyi inancı yayılmışdı.

Halbuki Quranda, genlərin kəşfindən 13 əsr əvvəl bu batil inancı rədd edən məlumat verilmişdi insanlara. Kişilik və qadınlığın, "rəhmə tökülən nütfədən" yaradıldığı, yəni cinsiyyətin mənşəyinin qadın deyil kişi bədəni olduğu Quranda bu şəkildə ifadə edilmişdir:

O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı axıdılan bir nütfədən.

Nəcm surəsi, 45-46

4) Rəhmə yapışan Ələq ...

Kişidən gələn sperma və qadındakı yumurta yuxarıda toxunduğumuz şəkildə birləşərkən doğulacaq uşağın ilk özəyi əmələ gəlmiş olur. Biologiyada "ziqot" olaraq təyin olunan bu tək hüceyrə, zaman itirmədən bölünərək çoxalacaq və getdikcə bir "ət parçası" halına gələcəkdir.

Ancaq ziqot bu böyüməsini boşluqda həyata keçirmir. Rəhim divarına yapışır, sahib olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi ora yapışır. Bu bağ sayəsində də inkişafı üçün ehtiyac duyduğu maddələri ananın vücudundan ala bilər.

Maraqlıdır ki, Quranda ana qarnında böyüməyə başlayan ziqotdan söz edilərkən, o həmişə "ələq" olaraq qeyd edilməkdədir:

Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.

Ələq surəsi, 1-3

Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı.

Qiyamət surəsi, 36-39

"Ələq" kəlməsinin ərəbcədəki mənası isə, "bir yerə asılıb yapışan şey"dir. Hətta söz əsl olaraq, bir bədənə yapışıb oradan qan əmən zəlilər üçün istifadə edilər. Bu sözün, bətn divarına yapışıb oradan həyatı üçün lazımlı şeyləri əmən ziqotu təsvir etmək üçün istifadə edilən ən uyğun söz olduğu isə açıqdır.

Quranda ziqot haqqında verilən məlumatlar bununla da bitmir.

Döl yatağına tam mənasıyla yapışmış olan ziqot inkişafa başlayır. Ana bətni isə, ziqotu qucaqlayan və "amnion mayesi" deyilən bir maye ilə doludur. Körpənin içində böyüdüyü amnion mayesinin diqqəti çəkən ən əhəmiyyətli xüsusiyyəti, çöldən gələcək zərbələrə qarşı körpənin təhlükəsizliyini təmin etməsidir. Quranda, bu həqiqət də bildirilir:

Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –

Mürsəlat surəsi, 20-21

20-ci əsrdə hələ kəşf edilmiş olan bütün bu məlumatların, daha 7-ci əsrdən xəbər verilmiş olması Quranın Allahın nazil etdiyinin ən böyük dəlillərindəndir.

Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.

Nisa surəsi, 82

Qurandakı təsvir tam doğrudur, çünki bu kitabdakı hər ayə Allahın sözləridir. İnsanı ana bətnində yaradıb şəkilləndirən Allah, bu müddəti ən yaxşı təsvir edəcək sözləri Kitabında bildirmişdir. Hamımızı bu şəkildə yaratmış olan Allah, həyatımızın başlanğıcını bir başqa ayədə belə təsvir edir:

Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!

Muminun surəsi, 12-14

"Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir"

Nur surəsi, 45

"Məgər inkar edənlər göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?"

Ənbiya surəsi, 30

"İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin qadirdir!"

Furqan surəsi, 54

Canlıların və insanın yaradılması ilə bağlı ayələrə nəzər salanda bu cür xəlq edilmənin möcüzəli məsələ olduğunu aydın şəkildə görürük.

Bu möcüzəli yaradılışın formalarından biri canlıların sudan xəlq edilməsidir. İnsanların əksər ayələrdə qeyd edilən bu həqiqətə yetişməsi isə əsrlər sonra mikroskopun icad edilməsi ilə mümkün olub.

Bu gün əsas ensiklopediyalarda "Su canlı maddənin ən böyük xassəsidir. Canlı orqanizmlərin kütləsinin 50-90 faizi sudur" ifadələri geniş yer tutur. Bundan əlavə, haqqında bütün biologiya kitablarında bəhs edilən standart bir heyvan hüceyrəsinin sitoplazması (hüceyrənin əsas maddəsi) da 80 faizi sudan ibarətdir. Sitoplazmanın analiz olunub elmi mənbələrdə qeyd edilməsi Quranın göndərilməsindən əsrlərlə sonra baş verib. Dolayısilə, bu gün elm dünyasının qəbul etdiyi bu həqiqətin Quranın göndərildiyi dövrdə bilinməsi, əlbəttə ki, mümkün deyildi. Ancaq buna baxmayaraq, Quranda bu məsələyə insanların onu kəşf etməsindən 14 əsr əvvəl diqqət çəkilib.

Allah Quranda insanın xəlq olunmasının möcüzəli bir formada baş verdiyini xəbər verir. İlk insan Allah`ın palçığı formaya salıb insan bədəni halına gətirməsi və bundan sonra bədənə ruh üfürməsi ilə yaradılıb:

"Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi:

"Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!""

Sad surəsi, 71-72

"İndi soruş: onları yaratmaq çətindir, yoxsa bizim yaratdıqlarımızı? Axı biz onları yapışqan kimi bir palçıqdan yaratdıq".

Saffat surəsi, 11

Bu gün insanın toxumaları incələnəndə məlum olur ki, bu toxumalarda Yer üzündəki əksər elementlər var. Canlı orqanizmlərin toxumalarının 95 faizi karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və sulfiddən (S) ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, canlıların toxumalarında cəmi 26 element var.

Quranın başqa bir ayəsində belə buyurulur:

"Biz, həqiqətən, insanı süzülmüş palçıqdan yaratdıq".

Muminun surəsi, 12

Ayədə "süzülmüş" olaraq tərcümə edilən "sulalə" kəlməsi "təmsili nümunə, xas, xülasə, əsas" kimi mənalara gəlir. Göründüyü kimi, 14 əsr əvvəl bildirilənlər müasir elmin bizə dediklərini - insanın yaradılışındakı "xammal"la torpağın özündə ehtiva etdiyi əsas maddələrin eyni olması həqiqətini təsdiqləyir. Aşağıda təxminən 70 kiloqram çəkisi olan bir insanın bədənindəki elementlərin yayılması sxemi yer alır.

Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət yetirilir:

"Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik".

Qiyamət surəsi, 4

Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də fərqli barmaq izlərinə sahibdir.

Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir. Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.

Bu gün elm adamları ulduzların tüstüdən – isti qaz buludundan əmələ gəldiyini müşahidə edirlər. Kainat da isti qaz buludundan əmələ gəlib. Quranda da kainatın yaradılışı bu elmi kəşfləri təsdiq edir:

O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və yerə belə buyurdu:

"İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək vücuda gəldik!" – deyə cavab verdilər.

Fussilət surəsi, 10-11

Yuxarıdakı ayədə "göy" kimi tərcümə edilmiş "səma" sözü ilə bütün kainat nəzərdə tutulur. Ayədə "tüstü" kimi tərcümə edilmiş "duxanun" sözü də bu gün elm adamlarının qəbul etdiyi kimi, kainatın formalaşmasından əvvəlki maddəni – kainatın yaradılışındakı kosmik və isti tüstünü tərif edir. Bərk maddələrə bağlı uçan zərrəciklər ehtiva edən isti qaz halında kütlə olan bu tüstü ayədəki sözə uyğun gəlir. Göründüyü kimi, Quranda kainatın bu mərhələdəki görünüşünü tərif edən ən uyğun söz işlədilmişdir. Elm adamları da kainatın tüstü formasındakı isti qaz kütləsindən əmələ gəldiyini XX əsrdə kəşf ediblər. Bundan əlavə, "Sonra Allah tüstü halında olan göyə üz tutdu" cümləsindəki "sonra" kimi tərcümə edilmiş "sümmə" sözünün "bundan başqa, üstəlik, yenə, bir də" kimi digər mənaları da var. Burada da "sümmə" sözü zamanı ifadə etmək üçün deyil, əlavə açıqlama kimi verilmişdir. 6 Kainatın yaradılışı ilə bağlı bu məlumatın Quranda bildirilməsi, şübhəsiz, Quranın elmi möcüzəsidir.

Quranın indiyə qədər incələdiyimiz möcüzəli xüsusiyyətlərindən biri də "riyazi möcüzələri"dir. Bu möcüzəyə bir nümunə olaraq Quranda bəzi kəlmələrin eyni sayda təkrarlanmasını göstərmək mümkündür. Bir-biri ilə əlaqəli olan bəzi kəlmələr Quranda heyrətamiz dərəcədə eyni sayda təkrar edilmişdir. Aşağıda bu cür kəlmələr və onların Quranda təkrarlanmış sayları verilmişdir.

"Yeddi göy" ifadəsi 7 dəfə qeyd edilib. "Göylərin yaradılması" ("xəlqu səməvat") ifadəsi də 7 dəfə təkrar edilir.

"Gün" ("yəum") sözü ismin tək halında 365 dəfə işləndiyi halda, cəm halında, yəni "günlər" ("əyyam və yəuməyn") kəlmələri 30 dəfə təkrar edilir. "Ay" kəlməsi isə 12 dəfə təkrarlanır.

"Bitki" və "ağac" kəlmələri də eyni sayda təkrar edilir: 26.

"Cəza" kəlməsi Quranda 117 dəfə qeyd olunduğu halda, Quranın əsas əxlaqi xüsusiyyətlərindən sayılan "bağışlamaq" ifadəsi bu saydan 2 dəfə çox, yəni 234 dəfə təkrar edilir.

"De" kəlmələrini sayanda gəldiyimiz nəticə 332-dir. "Dedilər" kəlməsini sayanda da eyni rəqəmi əldə edirik: 332. "Dünya" kəlməsi ilə "axirət" kəlməsinin təkrarları da eyni rəqəmi göstərir: 115.

"Şeytan" kəlməsi Quranda 88 dəfə qeyd olunmuşdur. "Mələk" kəlməsi də elə bu qədər, yəni 88 dəfə təkrar edilmişdir.

"İman" (şəkilçisiz) və "küfr" kəlmələrinin hər biri Quranda 25 dəfə təkrar edilir.

"Cənnət" və "cəhənnəm" kəlmələri də eyni saydadır: 77.

"Zəkat" kəlməsi Quranda 32 dəfə işləndiyi halda, "bərəkət" kəlməsi də eyni sayda təkrar edilmişdir: 32.

"Yaxşılar" ("əbrar") 6 dəfə təkrar edilir, "pislər" ("fuccar") kəlməsi isə bu rəqəmin yarısı qədər, yəni 3 dəfə.

"Yay-isti" kəlmələri ilə "qış-soyuq" kəlmələrinin işlənmə sayları də eynidir: 5.

"Şərab" ("xamr") və "sərxoşluq" ("səkərə") kəlmələrinə də Quranda eyni sayda rastlanır: hər birinə 6 dəfə.

"Fikirləşmək" və "nur" saylarının təkrar sayı da eynidir: 49 "Dil" və "vəəz" kəlmələri eyni sayda - hər biri 25 dəfə təkrar edilir.

"Fayda" kəlməsi 50, "pozmaq" kəlməsi də 50 dəfə təkrar olunur.

"Əcir" və "fail" ("icraçı") kəlmələrinin də işlənmə sayı eynidir: 108.

"Sevgi" və "itaət" kəlmələrinin təkrarlanma sayları da eynidir: hər biri 83 dəfə.

Quranda "dönüş" ve "sonsuz" kəlmələri bərabər sayda yer alır: 28. "Müsibət" və "şükür" kəlmələri Quranda eyni sayda təkrar edilir: hər biri 75 dəfə.

"Günəş" ("şəms") və "işıq" ("nur") kəlmələrinin hər biri Quranda 33 dəfə təkrar edilir.

«Doğru yola aparan (əl-huda)» və «rəhmət» kəlmələrinin təkrar sayı bərabərdir - 79.

Quranda «sıxıntı» kəlməsi 13 dəfə işlənərkən «rahatlıq» sözü də 13 dəfə təkrar olunur.

"Qadın" və "kişi" kəlmələri də eyni saydadır - hər biri 23 dəfə işlədilib. Qadın - kişi sözlərinin Quranda təkrar sayı olan 23, həmçinin insan embrionunun meydana gəlməsində yumurta və spermadan gələn xromosom sayıdır. İnsanın xromosom sayı da anadan və atadan gələn 23 – 23 xromosomun cəmi olaraq 46-dır.

"Xəyanət" kəlməsi 16 dəfə qeyd olunduğu halda, "xəbis" kəlməsi də 16 dəfə təkrar edilmişdir.

"İnsan" kəlməsinə Quranda 65 dəfə rast gəlinir. İnsanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir - 65.

"Salavat" kəlməsi bütün Quranda 5 dəfə təkrar edilir. Allah insanların gündə məhz 5 dəfə namaz qılmasını vacib saymışdır.

"Torpaq" kəlməsi Quranda 13 dəfə işləndiyi halda, "dəniz" kəlməsi 32 dəfə təkrar edilir. Bu rəqəmləri cəmləsək, 45 alınır. Əgər quru torpaq səthinin Quranda təkrar edilən sayı olan 13 rəqəmini 45-ə bölsək, 28,88888889 faiz əldə edirik. Dənizlərin Quranda təkrar edildiyi rəqəmi - 32-ni 45-ə böləndə isə 71,11111111 rəqəmini əldə edirik. Bu nisbət isə planetimizin su və quru torpaq sahələrinin real nisbətidir.

Quranın riyazi möcüzələrinin başqa biri isə 19 rəqəminin ayələrin içinə şifrlənmiş bir şəkildə yerləşdirilməsidir. Quranda "Onun üstündə on doqquz vardır" ("Muddəssir", 74/30) ayəsi ilə nəzərlərimizi cəlb edən bu rəqəm Quranın əksər yerində şifrlənmişdir. Bunun nümunələrindən bir hissəsini belə saya bilərik:

"Bismillah" kəlməsi 19 hərfdən ibarətdir.

Quranda 114 (19 x 6) surə var.

İlk vəhy olunan surə (96-cı surə) axırdan 19-cu surədir.

Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrdəki kəlmələrin sayı cəmi 19-dur.

Göründüyü kimi, ilk 5 ayə cəmi 19 kəlmədən ibarətdir. Arada qeyd edilən "vav" kəlmə yox, hərfdir. "Bə" hərfləri də eyni şəkildə bu saya daxil edilməyib.

Vəhy edilən ilk surə ("Ələq" surəsi) 19 ayəyə malikdir və özündə 285 hərfi (19 x 15) ehtiva edir.

Axırıncı vəhy edilən surə olan "Nəsr" cəmi 19 kəlmədən ibarətdir.

Bundan başqa, "Nəsr" surəsinin Allah`ın köməyindən bəhs edən ilk ayəsi də 19 hərfdən ibarətdir.

Quranda 114 (19 x 6) "Bismillah" sözü var. Bu say da 19-dan 6 dəfə çoxdur. Quranda 113 surə "Bismillah"la başlayır. Başında "Bismillah" olmayan yeganə surə 9-cu surə olan "Tövbə" surəsidir. Quranda ancaq "Nəml" surəsində iki "Bismillah" var. Bunlardan biri surənin əvvəlində, digəri isə 30-cu ayədə qeyd edilmişdir. "Bismillah"la başlamayan "Tövbə" surəsindən etibarən saymağa başlayanda "Nəml" surəsinin 19-cu sırada yerləşdiyini görmək olar.

19 surə sonra gələn 27-ci surə olan "Nəml" surəsinin həm əvvəlində, həm də 30-cu ayəsində "Bismillah" var. Beləliklə, 27-ci surədə iki "Bismillah" var. "Bismillah"ların sayını 114-ə çatdıran ayə 27-ci surənin 30-cu ayəsidir. Bundan başqa, surə və ayə nömrələrini, yəni 27 və 30-u toplayanda 57 (19 x 3) sayını əldə edirik.

"Tövbə" surəsindən (9) "Nəml" surəsinə (27) qədər olan surə nömrələrinin cəmi 9+10+11+12+13+14+15+16+17+18+19+20+21+22+23+24+25+26+27=342 edir. Bu da 19 rəqəminin 18 qatıdır.

19-la 19-un bir neçə qatı olan ayələrdə qeyd edilmiş "Allah" kəlmələrinin cəmi 133-dür (19 x 7).

"Bir" mənasına gələn "vahid" ("i" hərfi bu söz oxunarkən əlavə edilir) kəlməsinin əbcəd dəyəri 19-dur. Quranda bu kəlmə "bir çeşid yemək", "bir qapı" və s. kimi müxtəlif kəlmələr üçün işlədilmişdir. "Tək Allah" olaraq işlədilməsi isə 19 dəfədir.

19 dəfə "vahd" kəlməsinin qeyd edildiyi ayələrin surə və ayə nömrələrinin cəmi 361 (19 x 19) -dur.

Başlanğıc hərflərinin olduğu birinci surə ilə başlanğıc hərflərinin olduğu axırıncı surə arasında başlanğıc hərflərinin olmadığı 38 (19 x 2) surə var.

"Rəhman" kəlməsi isə Quranda 57 (19 x 3) dəfə qeyd edilir.

Quranda 30 fərqli rəqəm qeyd edilib.

Quranda qeyd edilən bütün bu rəqəmləri (təkrarlarını nəzərə almadan) toplayanda əldə edilən say 162.146-dır. Bu da 19-la 8534-in hasilidir: 1+2+3+4+5+6+7+8+9+10+11+12+19+20+30+40+50+60+ 70+80+99+100+200+300+1000+2000+3000+5000+50.0 00+100.000=162.146 (19 x 8534).

Bu 30 fərqli rəqəmə əlavə olaraq Quranda 8 ədəd kəsirli saydan bəhs edilir. Bunlar 1/10, 1/8, 1/6, 1/5, 1/4, 1/3, 1/2, 2/3-dir. Beləliklə, Quran özündə 38 (19 x 2) fərqli sayı ehtiva edir.

Quranın əvvəlindən etibarən 19 ayəyə sahib olan ilk surəsi "İnfitar" surəsidir. Bu surənin başqa bir xüsusiyyəti də axırıncı kəlməsinin "Allah" kəlməsi olmasıdır. Bu həm də Qurandakı axırdan 19-cu "Allah" kəlməsidir.

"Qaf" hərfi ilə başlayan 50-ci surədə 57 (19 x 3) "qaf" hərfi var. Əvvəlində "qaf" hərfi olan 42-ci surədə yenə 57 (19 x 3) ədəd "qaf" hərfi var. 50-ci surənin 45 ayəsi var. Bunları toplasaq, (42+53) yenə 95 (19 x 5) edir.

"Qaf" surəsinin ilk ayəsində Quran üçün işlədilən "məcid" kəlməsinin əbcəd dəyəri 57 (19 x 3) -dir. Yuxarıda da qeyd etdiyimiz kimi, surə içindəki "qaf" surələrinin cəmi də 57-dir.

"Qaf" surəsindəki "qaf" hərflərinin qeyd edildiyi ayələrin nömrələrini toplayanda 19-un 42 qatı olan 798 sayını əldə edirik. 42 isə başlanğıc hərfləri arasında "qaf" olan başqa bir surənin nömrəsidir.

"Nun" hərfi yalnız 68-ci surənin əvvəlində qeyd edilir. Bu surədəki "nun" hərflərinin cəmi 133 (19 x 7) -dür.

Surə nömrələri 19-un qatı olan surələrin ayə saylarını ("Bismillah" da daxil olmaqla) toplayanda 266 (19 x 4) alınır. "Ya" və "sin" hərfləri "Yasin" surəsinin əvvəlində mövcuddur. "Sin" hərfi "Yasin" surəsində 48 dəfə qeyd edildiyi halda, "ya" hərfi 237 dəfə qeyd olunub. Bu iki hərfin cəmi 285 (19 x 15) -dir.

Yalnız bir surə - 7-ci surə "əlif", "lam", "mim", "sad" başlanğıc hərfləri ilə başlayır. "Əlif" hərfi bu surədə 2529 dəfə, "lam" hərfi 1530 dəfə, "mim" hərfi 1164 dəfə və "sad" hərfi 97 dəfə qeyd edilmişdir. Bu qayda ilə 4 hərf bu surədə birlikdə 5320 dəfə qeyd edilir: 2529 + 1530 + 1164 + 97 = 5320 (19 x 280).

"Əlif", "lam", "mim" hərfləri ərəb dilində ən çox istifadə edilən hərflərdir. Bu hərflər bir yerdə 6 surənin - 2, 3, 29, 30, 31 və 32-ci surələrin əvvəlində yer almışlar. Bu 3 hərf 6 surənin hər birində cəmi 19-un qatı olaraq qeyd edilmişdir. Cərgə ilə [9899 (19 x 521), 5662 (19 x 298), 1672 (19 x 88), 1254 (19 x 66), 817 (19 x 43) ]. Bu üç hərfin 6 surədə birlikdə qeyd edildiyi yerin sayı 19874 (19 x 1046) -dür.

"Əlif", "ləm", "ra" başlanğıc hərflərinin 10, 11, 12, 14 və 15-ci surələrdə birlikdə qeyd edildikləri yerlərin sayı 2489 (19 x 131), 2489 (19 x 131), 2375 (19 x 125), 1197 (19 x 63) və 912 (19 x 48) -dir.

"Əlif", "ləm", "mim", "ra" başlanğıc hərflərinin birlikdə qeyd edildiyi yer 1482 (19 x 78) -dir. "Əlif" hərfi 605 dəfə, "ləm" hərfi 480 dəfə, "mim" hərfi 260 dəfə və "ra" hərfi 137 dəfə qeyd edilmişdir.

"Kaf", "ha", "ya", "ayn", "sad" başlanğıc hərfləri ancaq bir surədə - 19-cu surədə qeyd edilmişdir. "Kaf" hərfi bu surədə 137 dəfə, "ha" hərfi 175 dəfə, "ya" 343 dəfə, "ayn" 117 dəfə və "sad" hərfi 26 dəfə qeyd edilmişdir. 5 hərfin cəm olaraq qeyd edildiyi yerlərin sayı 137 + 175 + 343 + 117 + 26 = 798 (19 x 42) -dir.

Bu mövzudakı başqa qeydlər isə belədir. Bütün Quranda:

-"ətiu" (itaət edin) kəlməsi 19 dəfə; -"abd" (qul, bəndə), "abid" (qulluq edən) və "ibadət" kəlmələri isə cəmi 152 (8 x 19) dəfə qeyd edilir.

Allah`ın adlarından aşağıda nümunə kimi verilən bəzilərinin sayının əbcəd dəyəri də 19-un qatlarıdır.

Fövqəladə bir rəqəm – 19

On doqquz 9 və 10 rəqəmlərinin ilk qüvvətlərinin cəmidir. 9 və 10 rəqəmlərinin ikinci qüvvətləri arasındakı fərq də 19 edir.

Günəş, Ay və Yer hər 19 ildə bir eyni nöqtədə cərgə ilə düzülürlər. Halley quyruqlu ulduzu hər 76 (19 x 4) ildə bir Günəş sisteminin içindən keçir. İnsan bədənində 209 (19 x 11) sümük var. Əldəki sümüklərin sayı da 19dur.

19 rəqəminin Paskal üçbucağındakı yeri

Nəticə:

İlk 19 rəqəmin cəmi 19-un qatıdır.

İlk xanada yerləşən 1-lərin sayı 19-dur. Paskal üçbucağını əsas olaraq alanda 3 bölünə bilən bütün sayların cəmi 96 edir. 96 da ilk vəhy edilən surənin nömrəsidir.

Paskal üçbucağındakı rəqəmlərin başlarında 19 ədəd 1 rəqəmi var.

Quran ayələrinin göndərilmə sırasına görə 19 şifrinin Paskal üçbucağı ilə əlaqəsi

İlk vəhy olan 96-cı surə axırdan 19-cu surədir. Bu surə 19 ayədən ibarətdir və burada cəmi 285 (19 x 15) hərf var. Vəhyin ilk 5 ayəsində isə 76 (19 x 4) kəlmə var.

İkinci olaraq vəhy edilən 68-ci surədə vəhy olunmuş ilk ayələr də 38 (19 x 2) kəlmədən ibarətdir.

Üçüncü vəhy olan 73-cü surə isə 57 (19 x 3) kəlmədən əmələ gəlir.

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə irəli sürülmüş, ancaq uğursuzluqla nəticələnmiş elmdən kənar cəfəngiyatdan başqa bir şey deyil. Canlıların cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çox möcüzəvi nizam olduğunun elm tərəfindən sübut edilməsi ilə və təkamül prosesinin əsla baş vermədiyini göstərən 350 milyona yaxın fosilin tapılması ilə süqut etmişdir. Beləliklə, Allah’ın bütün kainatı və canlıları yaratdığı elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsini dirçəltmək üçün dünya səviyyəsində aparılan təbliğat sadəcə elmi həqiqətlərin təhrif olunmasına, tərəfli şərhinə, elm adı altında söylənilən yalan və saxtakarlıqlara əsaslanır. Ancaq bu təbliğat həqiqəti gizlətmir. Təkamül nəzəriyyəsinin elm tarixində ən böyük xəta olması son 20-30 il ərzində elm dünyasında getdikcə daha ucadan dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinist iddiaların tamamilə səhv olduğunu üzə çıxarmış və bu həqiqət bir çox elm adamı tərəfindən dilə gətirilmişdir. ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrlə məşğul olan bir çox elm adamı darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılışla açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutundan və yaradılış dəlillərindən digər rəhbərlərimizdə bütün elmi təfərrüatları ilə bəhs etmişik və etməyə davam edirik. Ancaq əhəmiyyəti baxımından mövzudan burada da bəhs etməkdə fayda var.

Keçilməz ilk pillə: həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl dünyada fantastik şəkildə təsadüfən meydana gələn bircə canlı hüceyrədən törədiklərini iddia edir. Bircə hüceyrənin milyonlarla kompleks canlı növünü necə əmələ gətirməsi və əgər həqiqətən bu cür təkamül baş vermişsə, nə üçün izlərinin fosillərdə tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül prosesinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Həmin ilk hüceyrə necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi cahilliklə yaradılışı inkar etdiyinə görə, həmin ilk hüceyrənin heç bir plan və nizam olmadan təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə əsasən, cansız maddə kortəbii təsadüflər nəticəsində ortaya canlı hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən təməl biologiya qanunlarına zidd iddiadır.

Həyat həyatdan gəlir

Darvin kitabında həyatın mənşəyindən heç bəhs etməmişdi. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə quruluşa malik olduqlarını fərz edirdi. Orta əsrlərdən bəri “spontane generation” adlı nəzəriyyəyə əsasən, cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirməsinə inanırdılar. Bu dövrdə həşəratların yemək artıqlarından, siçanların da buğdadan əmələ gəlməsi geniş yayılmış düşüncə idi. Bunu sübut etmək üçün qəribə təcrübələr aparılmışdı. Çirkli əsginin üstünə bir az buğda qoyulmuş və bir müddət sonra bu qarışıqdan siçanların əmələ gəlməsini gözləmişdilər.

Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar özözlərindən əmələ gəlmirlər, milçəklərin gətirib qoyduğu gözlə görülməyən sürfələrdən çıxırdılar. Darvin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən əmələ gəlməsi inancı elm dünyasında geniş şəkildə qəbul edilirdi.

Lakin Darvinin kitabının nəşr edilməsindən beş il sonra məşhur fransız bioloq Lui Paster təkamülə əsas verən bu inancı qəti şəkildə təkzib etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələrdə gəldiyi nəticəni belə şərh etmişdi:

“Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə gömülmüşdür”. Təkamül nəzəriyyəsinin tərəfdarları Pasterin kəşflərinə uzun müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb quruluşunu üzə çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiasının əsassızlığı daha da açıq şəkil aldı.

XX əsrdəki nəticəsiz səylər

XX əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə irəli sürdüyü bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini sübut etməyə çalışdı. Ancaq bu fəaliyyətlər uğursuzluqla nəticələnəcək və Oparin bu etirafı etməli olacaqdı:

Oparinin yolunu davam etdirən təkamülçülər həyatın mənşəyi problemini həll etmək üçün təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stenli Miller tərəfindən 1953cü ildə aparıldı. Miller ibtidai atmosferdə mövcud olduğunu iddia etdiyi qazları bir təcrübədə birləşdirdi və bu qarışığa enerji verərək zülalları təşkil edən bir neçə üzvi molekul (amin turşusu) sintezlədi.

O illərdə təkamüllə bağlı mühüm mərhələ kimi tanıdılan bu təcrübənin əsassız olduğu və təcrübədə tətbiq edilən atmosferin yer şərtlərindən çox fərqli olduğu sonrakı illərdə üzə çıxacaqdı. Uzun sükutdan sonra Millerin özü də tətbiq etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.

Həyatın mənşəyi problemini açıqlamaq üçün XX əsr boyu göstərilən bütün təkamülçü səylər uğursuzluqla nəticələndi. San Diyeqo Skrips İnstitutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə dərc edilən bir məqalədə bu həqiqəti belə qəbul edir:

Həyatın kompleks quruluşu

Təkamülçülərin həyatın mənşəyi ilə bağlı bu qədər çıxılmaz vəziyyətə düşməsinin başlıca səbəbi ən sadə hesab etdikləri canlıların bu qədər mürəkkəb quruluşa malik olmasıdır. Canlı hüceyrəsi insanın hazırladığı bütün texnoloji məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən qabaqcıl laboratoriyalarında belə cansız maddələr birləşdirilərək nəinki canlı hüceyrə, hətta hüceyrəyə aid bircə zülal da hasil etmək mümkün deyil.

Bir hüceyrənin meydana gəlməsi üçün lazımlı şərtlər əsla təsadüflərlə açıqlanmayacaq qədər çoxdur. Lakin bunu açıqlamağa heç ehtiyac yoxdur. Təkamülçülər hələ hüceyrə səviyyəsinə çatmadan çıxılmaz vəziyyətə düşürlər. Çünki hüceyrənin əsasını təşkil edən zülalların təsadüfən sintezlənmə ehtimalı riyazi cəhətdən sıfırdır.

Bunun ən əsas səbəbi budur ki, bir zülalın əmələ gəlməsi üçün başqa zülallar da olmalıdır. Bu səbəb bir zülalın təsadüfən əmələgəlmə ehtimalını tamamilə aradan qaldırır. Ona görə, təkcə bu fakt təkamülçülərin təsadüf iddiasını təkzib etmək üçün kifayətdir. Mövzunun əhəmiyyətini qısaca açıqlayaq:

-Zülal sintezləmə prosesində hüceyrədəki bütün orqanoidlərin mühüm funksiyaları var. Yəni zülalların əmələ gəlməsi üçün tam funksional hüceyrə bütün orqanoidləri ilə birlikdə mövcud olmalıdır.

Hüceyrənin nüvəsində yerləşən, genetik məlumat daşıyan DNT molekulu isə informasiya bankıdır. İnsan DNT-sindəki informasiyanı kağıza köçürmək istəsək, hər biri 500 səhifədən ibarət 900 cildlik kitabxana ortaya çıxar.

Burada çox maraqlı dilemma da var: DNT ancaq bir sıra xüsusi zülalların (fermentlərin) köməyi ilə qoşalaşa bilər. Amma bu fermentlər də ancaq DNT-dəki informasiya əsasında sintezlənir. Bir-birlərindən asılı olduqlarına görə, DNT-nin qoşalaşması üçün ikisi də eyni anda mövcud olmalıdır. Bu isə həyatın öz-özünə meydana gəlməsi ssenarisini çıxılmaz vəziyyətə salır. San Diyeqo Kaliforniya Universitetindən məşhur təkamülçü prof. Lesli Orcel “Scientific American” jurnalının 1994-cü il oktyabr sayında bu həqiqəti belə etiraf edir:

“Olduqca kompleks quruluşa malik olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlmələri həddindən artıq ehtimaldan kənardır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Ona görə, insan məcburən həyatın kimyəvi yollarla meydana gəlməsinin tamamilə qeyri-mümkün olduğu nəticəsinə gəlir”.

Şübhəsiz ki, əgər həyatın kortəbii təsadüflərlə öz-özünə meydana gəlməsi mümkün deyilsə, onda həyatın yaradıldığı qəbul edilməlidir. Bu həqiqət əsas məqsədi yaradılışı inkar etmək olan təkamül nəzəriyyəsini açıqaydın əsassız edir.

Lamarkın təsiri

Bəs bu faydalı dəyişikliklər necə baş verə bilərdi? Darvin öz dövrünün ibtidai elm anlayışı çərçivəsində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar həyatları boyu keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə toplanan bu xüsusiyyətlər nəticəsində yeni növlər meydana gəlir. Məsələn, Lamarkın fikrincə, zürafələr ceyranlardan törəyiblər, hündür ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildənnəslə boyunları uzanmışdır.

Darvin də buna bənzər misallar çəkmiş, məsələn, “Növlərin mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların tədricən balinalara çevrildiyini iddia etmişdi. (B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.)

Lakin Mendelin kəşf etdiyi və XX əsrdə inkişaf edən genetika elmi ilə qəti şəkildə sübut edilən genetika qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini məhv etdi. Beləliklə, təbii seçmə “təkbaşına” və tamamilə təsirsiz mexanizm olaraq qaldı.

Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birlərindən törəyiblər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində digərinə çevrilmiş və bütün növlər bu şəkildə əmələ gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illər davam edən uzun dövrü əhatə etmiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız-hesabsız ara növlər əmələ gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən canlı xüsusiyyətlərini qazanmış yarı-balıq, yarısürünən canlılar yaşamalıdır və ya sürünən xüsusiyyətlərini daşıyan, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçid prosesində olduqları üçün şikəst, yarımçıq, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadığına inandıqları bu nəzəri məxluqları “ara-keçid forması” adlandırırlar.

Əgər, həqiqətən, bu cür canlılar keçmişdə yaşayıbsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların qalıqlarına mütləq fosil izlərində rast gəlinməlidir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

Ancaq bu sətirləri yazan Darvin ara-keçid formaların heç cür tapılmadığını bilir və bunun nəzəriyyəsi üçün böyük problem olduğunu görürdü. Ona görə, “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı:

“Əgər, həqiqətən, növlər digər növlərdən yavaş dəyişikliklərlə törəyibsə, nə üçün saysız-hesabsız ara-keçid formasına rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysızhesabsız ara-keçid forması olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı təbəqələrində onları tapmırıq?... Nə üçün hər geoloji forma və hər təbəqə belə qalıqlarla dolu deyil?”

Göz və qulaqdakı texnologiya

Təkamül nəzəriyyəsinin qətiyyən açıqlaya bilmədiyi digər məsələ isə göz və qulaqdakı üstün duyğu keyfiyyətidir.

Gözlə bağlı mövzuya keçməzdən əvvəl “Necə görürük?” sualına qısaca cavab verək. Bir cisimdən gələn şüalar gözdə tor qişaya tərsinə düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa hissəsindəki görmə mərkəzi adlanan kiçik nöqtəyə ötürülür. Bu elektrik siqnalları bir sıra ardıcıl proseslərdən sonra beyindəki bu mərkəzdə görüntü kimi şərh edilir. Bu məlumatdan sonra düşünək: beyin işığa qapalıdır. Yəni beyinin içi qapqaranlıqdır, işıq beyinin yerləşdiyi yerə girə bilməz. Görmə mərkəzi adlanan yer qapqaranlıq, işığın düşmədiyi, bəlkə, heç qarşılaşmadığınız qədər qaranlıq yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, aydın dünyanı izləyirsiniz.

Üstəlik, bu, o qədər aydın və keyfiyyətli görüntüdür ki, XXI əsrin texnologiyası belə hər cür imkanı olmasına baxmayaraq, bu aydın görüntünü əldə edə bilmir. Məsələn, hal-hazırda oxuduğunuz bu yazıya, əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Hal-hazırda gördüyünüz aydın və keyfiyyətli görüntünü başqa bir yerdə görmüsünüzmü? Bu qədər aydın görüntünü sizə dünyanın qabaqcıl televizor şirkətlərinin istehsal etdiyi təkmilləşdirilmiş televizor ekranı belə verə bilməz. 100 ildən bəri minlərlə mühəndis bu aydın görüntünü əldə etmək üçün çalışır. Bunun üçün fabriklər, böyük müəssisələr qurulur, tədqiqatlar aparılır, planlar və dizaynlar edilir. Bir televizor ekranına baxın, bir də hal-hazırda oxuduğunuz bu yazıya. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizorun ekranı sizə iki ölçülü görüntü göstərir, lakin siz üç ölçülü, dərin perspektivi olan görüntü izləyirsiniz.

Uzun illərdən bəri on minlərlə mühəndis üç ölçülü televizor icad etməyə, gözün görmə keyfiyyətini əldə etməyə çalışırlar. Bəli, üç ölçülü televizor kimi sistem istehsal edə bildilər, amma onu da eynəksiz üç ölçülü görmək mümkün deyil, həm də bu, süni üçölçülü görüntüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiya kimi görünür. Heç bir zaman gözün gördüyü qədər aydın və keyfiyyətli görüntü əmələ gəlmir. Kamerada da, televizorda da mütləq görüntü itkisi olur.

Təkamülçülər bu keyfiyyətli və aydın görüntünü əmələ gətirən mexanizmin təsadüfən əmələ gəldiyini iddia edirlər. İndi birisi sizə otağınızdakı televizorun təsadüflər nəticəsində əmələ gəldiyini, atomların birləşib bu görüntünü əmələ gətirən aləti meydana gətirdiyini desə, nə düşünərsiniz? Minlərlə insanın birlikdə edə bilmədiyini şüursuz atomlar necə etsin?

Gözün gördüyündən daha bəsit görüntünü əmələ gətirən alət təsadüfən əmələ gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulağa da aiddir. Xarici qulaq ətrafdakı səsləri qulaq seyvanı vasitəsilə toplayıb daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri elektrik impulslarına çevirərək beyinə göndərir. Eynilə görmədə olduğu kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir.

Göz üçün dediklərimiz qulağa da aiddir, yəni beyin işıq kimi səsə də qapalıdır, səs keçirmir. Ona görə, xarici aləm nə qədər səs-küylü olsa da, beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən aydın səslər beyində eşidilir. Səs keçirməyən beyninizdə orkestr simfoniyaları dinləyir, ətraf mühitin bütün səs-küyünü eşidirsiniz. Ancaq həmin anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada səssizliyin hakim olduğu məlum olacaqdır. Aydın görüntü əldə etmək ümidi ilə texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdən bəri davam etdirilir. Səsyazma cihazları, musiqi mərkəzləri, bir çox elektron alət, səs qəbul edən musiqi sistemləri bu fəaliyyətlərin nəticələrindən bəziləridir. Ancaq bütün texnologiyaya və bu sahədə minlərlə mühəndis və mütəxəssis işləməsinə baxmayaraq, qulağın əmələ gətirdiyi qədər aydın və keyfiyyətli səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini düşünün. Səsi qeyd etdikdə mütləq səsin bir hissəsi itir, az da olsa təhrif olur və ya musiqi mərkəzini işə saldıqda hələ musiqi çalmazdan əvvəl mütləq bir cızıltı eşidirsiniz. Ancaq insan orqanizmindəki texnologiyanın məhsulu olan səslər olduqca aydın və qüsursuzdur. İnsan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi cızıltılı və ya təhrif olunmuş şəkildə səs eşitmir; səs necədirsə, tam və aydın şəkildə onu eşidir. Bu, insan yaradıldığı gündən bəri belədir. İndiyə qədər insanın istehsal etdiyi heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və keyfiyyətli qəbuledici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunların fövqündə duran çox böyük həqiqət də var.

Beyinin içində görən və eşidən şüur kimə aiddir?

Beyinin içində parlaq, rəngli dünyanı izləyən, simfoniyaları, quşların civiltilərini dinləyən, gülü qoxulayan kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn siqnallar elektrik impulsu kimi beyinə ötürülür. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə əmələ gəlməsinə dair bir çox şey oxuyursunuz. Ancaq bu mövzu haqqında ən mühüm həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: beyində bu elektrik impulslarını görüntü, səs, qoxu və hiss kimi qavrayan kimdir? Beyinin içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyini təşkil edən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Elə buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara heç cür cavab verə bilmirlər. Çünki bu şüur Allah’ın yaratdığı ruhdur. Ruhun görüntünü izləmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyacı yoxdur. Eyni zamanda, düşünmək üçün beyinə də ehtiyacı yoxdur.

Bu açıq və elmi həqiqəti oxuyan hər insan beyinin içindəki bir neçə sm3lik, qapqaranlıq yerə bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı şəkildə sığışdıran uca Allah’ı düşünüb, Ondan qorxub Ona sığınmalıdır.

Materialist inanc

Bura qədər təhlil etdiklərimiz təkamül nəzəriyyəsinin elmi kəşflərə zidd iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, irəli sürdüyü təkamül mexanizmlərinin heç bir təkamül gücü yoxdur və fosillər nəzəriyyənin iddia etdiyi ara keçid formalarının yaşamadığını göstərir. Bu təqdirdə, əlbəttə, təkamül nəzəriyyəsi elmə zidd fərziyyə kimi bir kənara qoyulmalıdır. Belə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə tərzi elmin gündəmindən çıxarılmışdır. Ancaq təkamül nəzəriyyəsi təkidlə elmin gündəliyində saxlanılır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid edilməsini elmə təcavüz kimi göstərməyə çalışırlar. Axı niyə? Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi kütlələr üçün əl çəkilməz doqmatik inanc olmasıdır. Bu kütlələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiət haqqında yeganə materialist açıqlama olduğu üçün mənimsəyiblər. Bəzən bunu açıq şəkildə etiraf edirlər. Harvard Universitetindən məşhur genetik və eyni zamanda, qabaqcıl təkamülçülərdən olan Riçard Levontin əvvəlcə materialist, sonra elm adamı olduğunu belə etiraf edir:

“Bizim materializmə bir inancımız var, bu “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru fərz edilmiş) inancdır. Bizi dünya haqqında materialist açıqlama verməyə məcbur edən şey elmi metodlar və qanunlar deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbi ilə dünya haqqında materialist açıqlama verən tədqiqat metodları və anlayışlarını uydururuq. Materializm mütləq doğru olduğuna görə də İlahi açıqlamanın səhnəyə çıxmasına icazə verə bilmərik”.

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğrunda davam etdirilən bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Bu səbəbdən də cansız, şüursuz maddənin həyatı əmələ gətirdiyinə inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, pələnglərin, həşəratların, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz daxilindəki reaksiyalarla, yəni yağan yağışla, çaxan şimşəklə, cansız maddədən əmələ gəldiyini qəbul edir. Əslində isə bu, həm ağıla, həm də elmə ziddir. Amma darvinistlər Allah’ın açıq-aşkar varlığını qəbul etməmək üçün bu ağıldan və elmdən kənar fikri cahilliklə müdafiə etməkdə davam edirlər.

Canlıların mənşəyinə materialist düşüncə ilə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: bütün canlılar üstün güc, bilik və ağıla malik olan Yaradanın əsəridir. Yaradan bütün kainatı yoxdan var edən, ən qüsursuz şəkildə nizama salan və bütün canlıları yaradan Allah’dır.