Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran məlumatı: Giriş

Mündəricat
  1. Giriş
  2. Allah
  3. Quran-i Kərim
  4. Möminlər
  5. Münafiqlər
  6. İman etməyənlər
  7. Mövzularına görə ayələr
  8. Quranda intizam anlayışı
  9. Dünya həyatı
  10. Allahın əmr və tövsiyələri
  11. Quran və elm

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.

Zəriyət surəsi, 56

Allah bütün insanları bu dünya həyatında ONA qulluq etsinlər deyə yaratmışdır. Qulluq etmək istəyənlər üçün də bir rəhbər olaraq Quranı endirmişdir:

Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.

Sad surəsi, 29

Quran yalnız haramları və halalları əhatə edən kitab deyil. İçində gözəl əxlaqı, müxtəlif insan xarakterlərini, meydana gələ biləcək bütün hadisə və vəziyyətləri, dünya həyatı və axirət həyatı ilə əlaqədar məlumatları, Allah qorxusu və sevgisini, Allah rizasının necə qazanılacağını, qısacası Yaradan Rəbbimizin yaratdığına göndərdiyi, lazım olan bütün məlumatı izah edən və qiyamətə qədər etibarlı kitabdır.

Quranı tanımayanlar və ön mühakiməylə baxanlar onun yalnız keçmiş dövrlər üçün etibarlı olduğunu və praktikada heç bir etibarlılığı olmadığını zənn edərlər. Halbuki Quran bəzilərinin sandığı kimi yalnız 1400 il əvvəlki hadisələrdən bəhs edən kitab deyil, hər dövrdə qarşılaşılan hadisələri və bunun yanında dünya həyatını sona çatdıran qiyamət gününü, axirəti öyrədən bir bələdçidir.

Quranın, insanın həyatındakı əhəmiyyətini və lazımlı olmasının fərqinə varan müsəlmanın Allaha gərəyi kimi qulluq etməsi və bütün həyatını Qurana görə yaşaması üçün, çox yaxşı Quran biliyinə sahib olması lazımdır. Bu rəhbər, Allahı tanımanı, qulluq vəzifəsini əskiksiz yerinə yetirməyi, bütün həyatını Qurana görə tənzimləməni, Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı məqsəd edənləri, Quran məlumatlarını gücləndirmək məqsədiylə hazırlanmışdır.