Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah sevgisi: Peyğəmbərimizin sevgini tövsiyə edən sözləri

Mündəricat
  1. Giriş
  2. Allah sevgisi
  3. Allah sevgisi və Allah qorxusu birlikdə olmalıdır
  4. Allahı sevən peyğəmbərləri və möminləri də sevər
  5. Peyğəmbərimizin sevgini tövsiyə edən sözləri
  6. Allah rizası üçün sevmək
  7. Quran əxlaqında sevgi
  8. Son söz

Mikdam İbn Madikerib belə bildirir:

"Rəsulullah buyurdu ki: Biriniz qardaşının (Allah rizası üçün) əxlaqını sevirsə, bunu ona söyləsin".

Ata əl-Xorasani bildirir: "Rəsulullah buyurdu ki: "Əllə görüşün ki, qəlblərdəki kin getsin, hədiyyə alıb-verin ki, bir-birinizə sevgi doğsun və aradakı düşmənçilik bitsin"".

"Hədiyyələşin, bir-birinizi sevin, "Bir-birinizə yemək payı verin. Bu, ruzinizdə genişlik hasil edər"".

"Allahın yanında ən sevimliniz dostluq quran və onunla dostluq qurulanlarınızdır. Allah yanında ən sevimsizliiniz də təqib edənlər, dostlar arasını açanlardır".

"İki qardaş (iki dost) iki əl kimidir. Biri o birini yuyar".

"Bir-birinizə üz çevirməyin! Bir-birinizə kin saxlamayın! Bir-birinizlə dostluğunuzu kəsməyin! Ey Allahın bəndələri, qardaş olun!!!".

"Sizə verdiyi nemətlərdən ötrü Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin".

"Allah rizası üçün təvazökar olanı Allah ucaldar. Təkəbbürlü olanı Allah al- çaldar. Allahı çox ananı Allah sevər". 86 "Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?..."

"Loğman" surəsi, 20

87 "...Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!"

"Bəqərə" surəsi, 231