Sevgi haqqında belə bir rəhbər yazmağımızın və bu mövzuya xüsusilə diqqət verməyimizin ən mühüm səbəblərindən biri cənnət əxlaqında sevginin çox böyük bir əhəmiyyət kəsb etməsidir. Axirətdə Allahın iman gətirən bəndələri üçün hazırladığı sonsuz cənnət yurduna qovuşmaq istəyən və orada peyğəmbərlər, salehlər və doğrularla birlikdə sonsuza qədər yaşamaq istəyən bir insanın dünyada ikən sevməyi mütləq öyrənməsi və seviləcək xüsusiyyətlərə sahib olması lazımdır. Çünki cənnətin ən böyük gözəlliklərindən biri bir-birini çox sevən, gözəl əxlaqlı insanların sonsuza qədər davam edəcək dostluqlarıdır.
Peyğəmbərimizin sevgi üçün etdiyi dua Allaha və möminlərə qarşı olan sevginin əhəmiyyətini dərk etməyimizə görə bizə gözəl bir nümunə olmuşdur:
"Rəsulullah bir dəfə dua edərkən belə buyurdu: "Ya Rəbbi! Mənə öz sevgini, sevdiklərinin sevgisini və məni Sənin sevginə yaxınlaşdıracaq sevgini ehsan eylə və Öz sevgini mənə hərarətdən, susuzluqdan yananların soyuq suya qovuşmağı istəmələrindən də artıq sevgili et".
149 "Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!"