İnsan ona kiçik bir qulluq göstərən və ya yaxşılıq edən bir adama bu gözəl davranışından duyduğu məmnuniyyəti dərhal göstərmək istəyir. Məsələn, onu evində saxlayan, qulluq göstərən bir şəxsə minnətdarlıq edər; xüsusilə də ev sahibi diqqətli bir insandırsa və heç bir söz soruşmadan qonağın hər ehtiyacını tamamilə ödəyirsə... Bunun kimi, ciddi xəstəliyi olan bir insan da həkimin müalicəsi ilə şəfa tapanda ona necə təşəkkür edəcəyini bilmir. Yenə bir insan yolu keçərkən onu maşın vurmasından xilas edən adama həyatını borclu olduğunu söyləyərək, həmin adamı mükafatlandırmaq istəyər və ona olan minətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edər.
Xəstə və möhtac halda olan bir insan ona baxan, ehtiyaclarını ödəyən adamla çox yaxşı davranar, hörmət və sevgi göstərər, qarşılaşdığı hər yaxşılıq üçün tez-tez təşəkkür edər. Həmin adamın qətiyyən qəlbini qırmaq istəməz.
Hər insan ona sürprizlər bağışlayan, gözəlliklər bəxş edən, yaxşılıqlar edən şəxsləri çox sevər, onlara qarşı hörmət və qayğı göstərməklə bir səhv etməməyə çalışar.
Ancaq bəzi insanların unutduğu çox mühüm bir həqiqət vardır: Bir insanı sevindirən, onun qayğısına qalan, ona gözəl ruzilər, nemətlər bəxş edən, xoşuna gələn bir mənzərəni yaradan, hər səhər oyananda ona həyatını yenidən bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələnəndə ona şəfa verən, dərmanlar vasitəsilə ağrısını kəsən və ya kədərini unutduran, bütün canlı və cansız varlıqların sahibi Allahdır.
Odur ki, insan sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və şükrünü Allaha yönəltməlidir. Bir insana köməyə görə təşəkkür edərkən, onu bu yardıma ilhamlandıraraq rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə belə bildirmişdir:
"Həqiqətən, göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!"
Quranda İbrahim Peyğəmbərin Allaha olan duasında Rəbbimizin insanlar üzərindəki bu rəhmətini belə ifadə etdiyi bildirilir:
"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!"
İnsana sahib olduğu bütün gözəllikləri bağışlayan Allahdır
Allah hər insana bir yoxdan can vermiş və dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır.
Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs alıb-verə bilirlər. Allah, rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. Bir çox insan havasız bir otaqda nə qədər çətin nəfəs alıb-verildiyini bilir.
Havasızlıq artdıqca insanın keçirdiyi sıxıntı hissi də artar. Biz güclə nəfəs alıb-verə biləcək bir dünyada da yaşaya bilərdik. Ancaq tənəffüs etdiyimiz hava Allahın rəhməti və diləyi sayəsində heç bir zaman bizə sıxıntı vermir, əksinə, bizi rahatlandırır, xoşumuza gəlir.
"Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik..."
Allah, yer üzünün hər yerində növbənöv meyvələr, tərəvəzlər, taxıllar və bitkilər yaratmışdır. Əgər Allah istəsəydi, dünyada tək bir növ qida olardı və bu qidanın dadı da bizə heç ləzzət verməyə bilərdi. Və biz sadəcə olaraq yaşamaq üçün bu qidanı yemək məcburiyyətində qala bilərdik. Bu qidadan başqa da torpaqdan bir şey istehsal etmə imkanımız ola bilməzdi. Ancaq Allah, sonsuz mərhəməti və şəfqəti ilə, insanlar üçün növbənöv meyvə və tərəvəzlər yaratmışdır.
Üstəlik bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İnsan yaşamaq üçün yemək yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində, bir yandan da bütün bunların ləzzətindən böyük zövq alır.
"...Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır"
Allahın yaratdığı heyvanlarda da insanlar üçün müxtəlif gözəlliklərlə yaradılmışdır. Məsələn, at, dəvə, it kimi itaətkar heyvanlar insanlara yardım edirlərsə, quş, pişik kimi ev heyvanları da özlərini sevdirən xoş xüsusiyyətlərə malikdirlər. Allah, kiçicik bir məhəbbət quşunda belə insanın çox xoşuna gələn bir çox xüsusiyyət yaradır. Boynundakı bapbalaca bir dəlikdən adətən insan səsi çıxardaraq danışa bilən, mavi, sarı və yaşıl rənglərin fərqli tonları ilə çox estetik bir görünüşə malik olan və sevilməkdən xoşlanan bu kiçik canlılar Allahın insanlar üçün yaratdığı bir sevinc və keyf qaynağıdır.
23 "Yük daşıyan və döşək düzəldilən heyvanları da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir"
Tənəffüs etdiyimiz havadan yer üzünə enən yağışa, torpaqda yetişən məhsullardan yeraltı sərvətlərə, xoşumuza gələn heyvanlardan əsas həyat qaynağı olan suya qədər təbiətdəki hər şey ən kiçik bir səy belə göstərilməsinə ehtiyac duyulmadan bizə çatır. İnsanın həyatda qala bilməsi və ömrünü davam etdirə bilməsi üçün kainatda son dərəcə təfərrüatlı proseslər baş verir, son dərəcə həssas nisbətlər arası kəsilmədən qorunur.
25 "Üstünüzdə yeddi möhkəm göy qurduq. Sizin üçün çox parlaq bir çıraq yaratdıq. Buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, onunla dən və bitki yetişdirək, eləcə də sarmaşan bağlar".
İnsandan başqa bütün canlılar sahib olduqları xüsusiyyətlərin fərqinə vara bilmirlər. Bir dovşan nə qədər sevimli olduğunun fərqində olmadan yaşayar. Kəpənək qanadlarındakı simmetriyanın, naxışların və harmoniyanın şüurunda deyildir. Sahib olduğu rənglər, naxışlar və simmetriya bir tovuz quşunu olduqca cazibədar edir. Amma o nə üçün var olduğunu belə bilməyən və gözəllikləri dərketmə qabiliyyəti olmayan bir canlıdır. Quyruğundakı rənglər və naxışlarla dünyanın ən gözəl mənzərələrindən birini nümayiş etdirən bu varlıq insanların Allaha şükr etmələri və Allahın yaradıcı gücünü görə bilmələri üçün yaradılmış nemətlərdən yalnız biridir.
Allah bütün bu canlılardakı gözəl görünüşləri insanlara bir nemət olaraq verir. Bu səbəblə insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü lazımınca qiymətləndirə bilməsi və bütün bu gözəlliklərin yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükr etməsi vacibdir.
Allahın yer üzündə yaratdığı gözəlliklər o qədər çoxdur ki, saymaqla bitməz. Məsələn, bir gülün görünüşündə qüsursuz bir estetika vardır. Yarpaqları son dərəcə səliqəli və simmetrik bir düzülüşə malikdir. Yarpaqların üstü isə çox keyfiyyətli bir parça kimi məxmər yumşaqlığındadır. Təbiətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara bir torpaqda yetişdiyi halda rənglərində bir bulanığa, ya da kirə rast gəlinməz. Ətri isə dünyanın ən inkişaf etmiş texnologiyaları istifadə edilsə belə oxşarı alınmayacaq xüsusiyyətlərə malikdir. Keyfiyyətli bir ətriyyatın belə müəyyən müddətdən sonra qoxusu ağırlaşdığı halda, gül daima təzə qalan, insana zövq verən möhtəşəm bir ətir verir. Ancaq gül də bu xüsusiyyətlərinin heç birinin fərqində deyildir. Digər bitkilər və heyvanlar da gülün bu xüsusiyyətindən zövq alacaq şəkildə yaradılmışdır. Ancaq bütün bu xüsusiyyətləri ilə gül insan üçün böyük bir nemət olaraq yaradılmamışlar.
Yer üzündəki hər gözəllik həm Rəbbimizin bir neməti, həm də Onun sonsuz gözəlliyinin bir bənzəridir. Buna görə vicdan sahibi olan və düşünən hər insan bütün bu gözəlliklərin əsl sahibi olan Allaha böyük bir həvəs və sevgi ilə bağlanır. Allah bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd alacaq dəlillər olduğunu bildirir:
"Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!"
Bura qədər saydıqlarımız insanlara verilmiş nemətlərin çox az bir qismidir. Bunlarla bərabər, həyatımızın davam etməsi üçün saysız amillərin bir yerdə olması lazımdır. Əslində yuxarıda verilən nümunələrdən birini belə düşünmək Allahın insanlara olan mərhəmətini anlamağımız üçün kifayətdir.
29 "Saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"
Allahın lütfü ilə ağla, mühakimə etmə qabiliyyətinə malik olan insanın bu qabiliyyətlərini Allahı tanımaq və bilavasitə onu çox sevmək üçün istifadə etməsi lazım gəlir. Çünki vicdanını dinləyərək ətrafında olan mükəmməl nizamı dərk edə bilən insanlar üçün bütün kainat Allaha olan sevgilərini artıran səbəblərlə doludur. Bunları hərtərəfli düşünən bir insan təbii olaraq Allahı lazımınca dəyərləndirib sevə bilər.
Həmçinin, Allah Quranın bir çox ayəsində, insanlara onlara verdiyi nemətlər haqqında düşünmələrini bildirmiş və nemətlərdən bəzilərini insanlara xatırlatmışdır. Bu ayələrdən bəzilərində belə buyurulur:
"Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı, hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan kəc olan yol da vardır. Əgər istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində otardığınız ağaclar da içər. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükr edəsiniz! Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı" ("Nəhl" surəsi, 4-15).
"Elə bir Rəbb ki, Öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır!"
Yuxarıdakı ayədə sayılan nemətlər Rəbbimizin insanlara dünya həyatında verdiklərinin sadəcə olaraq çox az bir qismidir. Allah bu ayələrin davamı olaraq, "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Allah bağışlayan və rəhm edəndir"
("Nəhl" surəsi, 18) şəklində buyurur. İnsanın yalnız burada sayılan nemətlər haqqında düşünməsi belə Allahın insanlar üzərindəki sonsuz ehsanını, şəfqət və mərhəmətini anlaması üçün kifayətdir. Bizə can verən, yaşamağımızı təmin edən, bizi sevindirən, xoşumuza gələn hər varlığı və hadisəni yaradan Allahdır.
Buna görə də insan hər an Allaha yönəlməli, sahib olduğu hər şey üçün Rəbbimizə şükr etməli, Ona güclü bir sevgi ilə bağlanmalıdır.
33 "Yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!"
34 "Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bütün bunlar yenilməz qüvvət sahibi, bilən Allahın təqdiridir"
35 "Suyun və qurunun zülmətində düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik"
İnsan necə yoxdan var olduğunu, necə can sahibi olduğunu və ana bətninə düşməsindən bugününə qədər necə qayğı ilə qorunduğunu düşünəndə, Allahın onun üzərindəki rəhmətini, sonsuz mərhəmət və şəfqətini görər. Allah "Məryəm" surəsində insanları yaradılışları üzərində düşünməyə çağırır:
"Məgər insan ilk öncə onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?"
Allah hər insanı ana bətnində son dərəcə təhlükəsiz, şikəst qalmayacağı, ağrı hiss etməyəcəyi bir yerə, ona heç bir zərər gəlməyəcək şəkildə yerləşdirir.
Dünyaya gələn hər bir körpə üçün lazım olan hər şey milyardlarla il öncədən hazırlanmışdır. Tənəffüs edəcəyi havadan lazımlı qidaları alacağı ana südünə qədər hər şey hazır şəkildə onu gözləyir.
Hər insanın bədəni ölənə qədər Allahın yaratdığı qüsursuz sistem sayəsində qorunur. Məsələn, ürək insanın həyatı boyu dayanmadan döyünür, ancaq insan bunu təmin etmək üçün heç bir şey etmək məcburiyyətində deyildir. İnsana yalnız ürəyinin hər saniyə döyünməsi üçün lazım olan əmri vermək vəzifəsi tapşırılsaydı belə, həyatı çox çətinləşərdi; yata bilməz, yemək yeyə bilməz, haradasa bundan başqa heç bir iş görə bilməyəcək hala düşərdi. Lakin Allah həyatının ilk günündən etibarən hər insanın ürəyinə ölənə qədər işləməsi əmrini verir. Beləcə, ürək insanın ömrü boyu, bir an belə dayanmadan, Allahın nəzarətində işləməyə davam edir.
İnsanın özünə məxsus olduğunu iddia etdiyi bədəni üzərində heç bir hakimiyyəti yoxdur. İnsanın bütün hüceyrələrinə qədər hakim olan yalnız Uca Rəbbimizdir.
Böyük bir sürətlə axan qanı, ürəyin tutduğu qan miqdarını, qanın laxtalanma müddətini, tənəffüs, həzm, müdafiə, sinir sistemini və burada saymadığımız bir çox sistemi insan özbaşına nəzarət və idarə edə bilməz.
İnsan hər şeyə görə Allaha möhtacdır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükrə layiqdir!"
Səhərlər yuxudan oyanarkən, vücudumuzda yaşamağımız üçün lazım olan hər bir hissənin qüsursuz olaraq işlədiyinə şahid oluruq. Rahatlıqla nəfəs ala bilir, gözlərimizi açanda heç bir əziyyət çəkmədən və vaxt keçməsini gözləmədən rəngarəng bir dünya görürük.
Səsləri hər zaman eyni dəqiqliklə eşidə bilir, rahatlıqla qoxu hiss edə bilir, yemək yeyə bilirik. Yediyimiz yeməklərdəki vitaminlərin vücudumuzda haraya gedəcəyi, saysız mikrob və virusla bədənin necə mübarizə aparması, bir əşyanı görmək üçün beynimizdə görüntünün necə əmələ gəlməsi kimi incəliklər üzərində əsla düşünmək məcburiyyətində qalmırıq.
Heç çətinlik çəkmədən bir gün, bir il, hətta illərlə öncə nələr etdiyimizi xatırlaya bilər, bütün bunları yaddaşımızda saxlaya bilərik. Ən mühüm olanı isə bu qədər həssas tarazlıqlar üzərində işləyən bir bədənə sahib olmağımıza baxmayaraq, sağlam və gümrah oluruq. Çünki insan hər an Allahın nəzarətində olan dar bir sistemdən asılıdır. Bax, buna görə də, insan Rəbbimizin ona bağışladığı bu qüsursuz sistemlər və verdiyi nemətlər haqqında düşünməlidir. Allah Quranda insanın bu üstün yaradılışını bizə belə xatırladır:
"Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi"
Göründüyü kimi, insan təkcə öz bədəninə baxaraq belə Allaha dərin və güclü bir sevgi ilə bağlanmaq üçün çox sayda dəlil tapa bilər. Üstəlik yalnız insan bədənində deyil, kainatdakı hər varlıqda insanlara verilmiş bənzərsiz nemətlər vardır. Bütün bunlar tək və həqiqi dostumuz olan Allahın bizim üçün yaratdığı və qoruduğu qeyri-adi nemətlərdir.
Bu incəlikləri düşünən insan onu yaradan, həyat verən və yaşadan Allaha hər an möhtac olduğunu, Allah istəməsə nəfəs belə ala bilməyəcəyini görər; Allahın onun ən yaxın dostu və himayəçisi olduğunu anlayar.
Allah bu həqiqəti "Ənkəbut" surəsində belə bildirir:
"Siz nə yerdə, nə də göydə Allahı aciz buraxa bilməzsiniz! Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!""
39 "O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət, hikmət sahibidir!"
Allahın yaratdığı hər şey ən gözəli və ən xeyirlisidir
Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm insanlar üçün ən xeyirli və ən gözəl olandır. Xoşagəlməz görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət vardır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz"
Bu həqiqəti bilərək yaşayan möminlər qarşılaşdıqları hər hadisədən, eşitdikləri hər danışıqdan razı olarlar, hər an Allaha yönələrək, yaratdıqları üçün Ona şükr edərlər, Allahın onlar üçün ən xeyirlisini və ən gözəlini yaratdığını bilərək Allahı sevgi və təriflə zikr edərlər.
41 "...Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər..."
Allah insanlara çətinlik verməz, onlardan asan olanı istəyər
Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, göndərdiyi kitablar və peyğəmbərlər vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asandır; ibadətlər hər insanın gücü çatacağı şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin rizasını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:
Allah başqa bir ayəsində isə insana gücü çatmayacağından artıq yükləmədiyini bildirir:
"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. "Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!""
Allahın insanlar üçün yaratdığı asanlıqlar Onun mərhəmətinin, bağışlayan olmasının və şəfqətinin bir təzahürüdür. Allah bəndələrini asan bir dinə cavabdeh etmişdir və dünyadakı bu asan imtahanın sonunda insanı bənzərsiz gözəllikdə, insanın xəyalına belə gətirməyəcəyi mükəmməllikdə olan nemətlərlə dolu olan sonsuz cənnət həyatı ilə müjdələyir:
"Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!"
Allah heç bir şeyə ehtiyacı olmayandır, hər cür əskiklikdən uzaqdır. İnsanların isə Allaha ibadət etməyə və gözəl əxlaq göstərməyə ehtiyacları vardır.
Dünyanın ən zülmkar, ən imansız insanı da Allaha heç bir şəkildə zərər verə bilməz. Allah canlı və cansız bütün varlıqların tək hakimi və tək sahibidir. Buna baxmayaraq, Allah insanlara gözəl davranışlarına görə onları mükafatlandıracağını bildirir. Bu, Allahın ali bağışlayan və rəhmət sahibi olmasının dəlillərindən biridir.
44 "Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərdən çəkinsinlər, yaxud ibrət alsınlar!"
Allahın insanları qaranlıqlardan nura çıxaran haqq kitablar endirməsi və onları doğru yola çağıran elçilər göndərməsi də Rəbbimizin rəhmətinin təzahürlərindəndir. Allah haqq kitabı olan Quranı insanlara doğrunu və yanlışı bildirən bir nur etmiş, onunla insanlara hər şeyi açıqlamışdır. Rəbbimiz insanları cavabdeh etdiyi hər cür ibadəti, inancı və davranış şəklini açıq-aydın ayələri ilə bizə bildirmişdir.
"Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir kitab gətirdik"
Allah Quranı qorumuş, tək bir hərfinin belə pozulmasına izn verməmişdir. Allah bu həqiqəti ayələrində belə bildirir:
"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" ("Hicr" surəsi, 9). "Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir" ("Fussillət" surəsi, 42).
Qiyamətə qədər qorunacaq və bizim üçün qanun olan, qüsursuz və əskiksiz bir yol göstərənə sahib olmaq insanlar üçün böyük bir nemət və asanlıqdır. Allah Quranın möminlər üçün əhəmiyyətini belə bildirir:
"...Biz Kitabı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!"
Bundan başqa, Allah tarix boyu insanlara elçilərini də göndərmişdir. Allahın seçdiyi elçilər çox etibarlı, təqva sahibi, ədalətli, gözəl əxlaqlı və çox xeyirli kimsələrdir. Elçilər yalnız Allahın rizasını axtarmışlar, ölümdən belə çəkinmədən, insanları doğru yola çağırmaq üçün həyatları boyu mübarizə aparmışlar. Allahın elçilərinin başqa bir xüsusiyyəti də çox şəfqətli, möminlərə qarşı çox mehriban, onları qoruyub qayğısına qalan, dərin düşüncəli, diqqətli və fədakar şəxslər olmalarıdır. Allahın tarix boyu seçdiyi bütün elçilərin bu qədər gözəl xüsusiyyətlərə sahib olmaları Rəbbimizin möminlərə böyük bir lütfüdür.
Allahın insanlara hər şeyi açıq bildirmiş olması, haqq kitablar və etibarlı elçilərlə onları asan olan bir yola çağırması Allahın insanlar üzərindəki rəhmətinin və qoruyuculuğunun bir təzahürüdür. Allah tarix boyu insanlara rahatlıq yaratmış, istəklərini onlara ən gözəl vasitəçilərlə çatdırmış, çağırışına tabe olanların himayəçisi və qoruyucusu olacağını vəd etmiş və bütün bunlardan sonra onları sonsuz gözəllikdə olan cənnəti ilə müjdələmişdir. Rəhman və Rəhim olan Allah dünyada da, axirətdə də insanlara rəhmət edən, onları qoruyan, nemətləndirən sonsuz şəfqət sahibi olandır. Düşünən, ağıl və vicdan sahibi olan hər insan ona verdiyi bütün bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükr edər və Rəbbimizə səmimi bir sevgi və təslimiyyətlə bağlanar.
Allah günahlarına görə peşiman olanların tövbələrini qəbul edər, onları bağışlayar
Allah Sonsuz bağışlayandır. Quranın bir ayəsində Rəbbimiz bu həqiqəti bizə: "Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlı sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər..." ("Nəhl" surəsi, 61) sözləri ilə bildirir.
Allah bu anda siz bu rəhbəri oxuyarkən də, həm sizə, həm də bütün insanlara bir zaman təyin edir. Həqiqətən iman edənlər üçün bu çox xeyirli bir zamandır.
Allahdan qorxub çəkinən hər insan ən kiçiyindən ən böyüyünə qədər hər günahı üçün Allaha tövbə edib, Onun bağışlamasını diləyə bilər, günahlarından keçməsini uma bilər. İnsan tövbəsində səmimi olduğu zaman Allah hər günahı bağışlayandır. Allahın sonsuz bağışlayan olması Quranda belə bildirilmişdir:
"Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı halınız necə olardı!"
Allah sonsuz bağışlayan olduğuna görə insan üçün hər zaman bir qurtuluş ümidi vardır. Tövbələri qəbul edən, fəzilət və rəhmət sahibi olan Rəbbimiz insanlara olan mərhəmətinə görə onlara həyatları boyu qurtuluş imkanı yaratmış, onlara tövbələri qəbul edən olduğunu bildirmişdir. Allahın bütün bu nemətlərinə və rəhmətinə baxmayaraq, Allahı unudanlar, Ona möhtac olduqlarının fərqində olmadan yaşayanlar, həqiqətən qəflət içindədirlər. Dünya həyatında Rəbbimizin rəhmətini, sevgisini və nemətlərini lazımınca dəyərləndirməmələri bu kimsələrin axirətdə cəhənnəm əzabı ilə qarşılaşmalarına səbəb olacaqdır.
48 "...Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir"
Allah Onun yolunda olanların qoruyucusu və yardımçısıdır
Allaha səmimi qəlbdən yönələn, Onun yolunda olan hər insan Rəbbimizin onu qoruduğuna, Onun doğmalığına və yaxınlığına hər an şahid olar. Allah səmimi qəlbdən edilən, haramdan uzaq olan və halal olan hər işdə möminlərin yolunu açar, onlara rahatlıq verər. Allah Quranın bir çox ayəsində möminlərə mütləq yardım edəcəyini, onları qoruyacağını və daima ali məqama gətirəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:
Allahın hər an köməyi ilə dəstəklədiyi möminlərə dair ən gözəl örnəklərdən biri Musa Peyğəmbərin həyatıdır.
Musa Peyğəmbər yaşadığı şəhərdən qaçdıqdan sonra, Allaha "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!" ("Qəsəs" surəsi, 24) deyərək dua etmişdir. Allah onun duasını qəbul etmiş və onu bir qövmlə qarşılaşdırmışdır. Bu şəkildə, Musa Peyğəmbər, etibarlı insanların yanında qalmaq və işləmək imkanı tapmışdır.
Allah Musa Peyğəmbərə peyğəmbərlik verdikdən sonra, Musa Peyğəmbərin istəyinə görə onu qardaşı Harun ilə dəstəkləyərək gücləndirmişdir. Firon və onun ordusunun Musa Peyğəmbərin və Harun Peyğəmbərin üzərinə düşdükləri zaman Allah yenə onlara yardım etmişdir. Allah dənizi yararaq, Musa Peyğəmbər və yanındakılara keçə biləcəkləri bir yol açmış, Firon və ordusunu isə suda boğmuşdur. Allah Musa Peyğəmbər və Harun Peyğəmbərə etdiyi köməyini "Saffat" surəsində belə bildirir:
"Biz Musa və Haruna də nemət bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar qalib gəldilər"
Allah, Nuh Peyğəmbərə da yardım etmiş, qövmünə gələcək bir tufandan onu və digər insanları qorumaq üçün Nuh Peyğəmbərə bir gəmi düzəltməsini vəhy etmişdir.
Allah İsa Peyğəmbəri isə çarmıxa çəkilərək öldürülmək üzrə ikən, onu öz qatına yüksəldərək qorumuşdur. Allah Yusif Peyğəmbəri zindandan xilas etmiş, onu dərəcə və mövqeyə yüksəltmişdir. Rəbbimiz, Peyğəmbərimiz Məhəmmədə də daima yardım etmiş, onun üzərindəki yükü daima yüngülləşdirmişdir. Allah Quran ayələri ilə Peyğəmbərimizin himayəçisi, qoruyucusu və yardımçısı olduğunu müjdələyərək möminlərin qəlblərinə rahatlıq və inam duyğusu vermişdir.
Allahın iman gətirənlərə olan yardımını müjdələdiyi ayələrdən bəziləri belədir:
"De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər"
İnsan hər an Allaha möhtacdır. Heç bir insanın Allahdan başqa bir yardımçısı yoxdur. Hər hansı bir sıxıntı ilə qarşılaşdığı zaman ona kömək edə biləcək olan yalnız Allahdır. Allah insanlara rəhmət olaraq, dünya həyatında qarşılaşa biləcəkləri çətinlikləri aradan qaldırmaq üçün bir çox nemət yaratmışdır. İnsanın bu nemətlərdən faydalanarkən, bunları müstəqil güc sahibi olan varlıq kimi düşünməsi böyük bir xəta olar. Çünki əslində bütün bunları yaradan Allahdır və hər biri ancaq Allahın istəməsi ilə insanlar üçün bir nemətə və rəhmətə çevrilir. Sözgəlişi, xəstəliyinə görə həkimdən kömək istəyən bir insana, əslində bu köməyi göstərən yalnız Allahdır. Həkim isə ancaq Allahın istəməsi ilə insana şəfa verə bilər. Eyni ilə haqqını qoruması üçün özünə vəkil olaraq hüquqşünas tutan adamın da əsl vəkili ancaq Allahdır. Vəkil ancaq Allahın istəməsi ilə bir insanın haqqını qoruya bilər. Həqiqətdə isə hadisələri ən gözəl şəkildə tamamlayan və insana nemətini çatdıran yalnız Allahdır. Hər işində daima Allaha üz tutan, yalnız Rəbbimizi vəkil tutan bir insanın tək dostu və yardımçısı Allahdır. Allah möminlərə dilədiyi yollardan köməyini çatdırır. Bu həqiqətləri dərk edən bir insan heç bir zaman insanlardan və ya başqa güclərdən kömək ummaz. Bütün yardımın Allahdan gəldiyini bilər, hər şeyi Allahdan istəyər. Bir uğur qazanarkən, qələbə çalarkən, xeyirli bir işlə qarşılaşarkən dərhal Allaha üz tutub şükr edər, köməyinə görə Allaha minnətdarlıq edər. Həyatı boyu Allahın yardımını və dəstəyini gördüyü və bütün bu hadisələri yaradanın Allah olduğunu bildiyi üçün məhz Rəbbimizə minnətdarlıq edər və Ona ürəkdən gələn bir sevgi ilə bağlanar. Allah insanların həqiqi dostunun və yardımçısının ancaq Özü olduğunu Quranda belə xatırladır: "...Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?!
51 "Şübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik!"
Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!" ("Bə- Allah dualara cavab verəndir İnsanın özünə məxsus olan müstəqil heç bir gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhmət etməsinə, lütfünü və nemətini bağışlamasına, qoruyub qayğısına qalmasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz, insanlara bütün dualarına və hər çağırışlarına cavab verəcəyini bildirərək onları yardımı ilə müjdələmişdir:
"...Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər Allaha təvəkkül etsinlər!" ("Ali-İmran" surəsi, 122). qərə" surəsi, 106-107).
"Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər"
"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!"
Yer üzündəki hər şeyin tək hakimi və hər insanın, hər varlığın, maddimənəvi hər şeyin tək sahibi olan Allahın insanın hər istəyini duyması, ağlından keçən hər şeyi bilməsi və dualarına cavab verməsi insan üçün çox böyük bir nemət və rəhmətdir. İnsan Allahın rizasına, halal və haram həddinə tabe olaraq, heç bir məhdudiyyət olmadan Rəbbimizdən hər şeyi istəyə bilər. Allah Quranda bir çox peyğəmbərlərin duasına yer vermiş və bu dualara necə cavab verdiyini bildirmişdir: "Əyyubu da yada sal! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!"
Biz duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik" ("Ənbiya" surəsi, 83-84). "Balıq sahibi Yunisi da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: "Səndən başqa heç bir tanrı yoxdur.
Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalimlərdən olmuşam
"! - deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!"
" - deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini doğmağa qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edərdilər. Onlar Bizə müti idilər"
"Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik"
"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin... Ona həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!"
57 Allah "Nəml" surəsində yalnız peyğəmbərlərin deyil, sıxıntı və ehtiyac içində olan hər kəsin duasına cavab verdiyini bildirir:
"Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb daşınırsınız?"
Bir insanın Allahdan dilədiyi bir şeyin gerçəkləşdiyini görməsi onun üçün böyük bir sevinc mənbəyidir. Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşündüyündən xəbərdar olduğunu bilmək, səmimi olduğu halda Allahın ona hər işində yardım edəcəyinə, hər istəyini qəbul edəcəyinə ümid bəsləmək, bir möminin Allaha olan sevgisini, təslimiyyətini və ürəkdən bağlılığını artırır.
" Ey Rəbbimiz! Sən bizim gizli və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!"
İnsan həyatı boyu bir çox insanın ədalətsiz davranışına şahid olur. Kimi ticarətində, kimi şahidliyində, kimi də bir söhbət haqqında qərar verərkən adil davranmır, öz mənafeyini qoruyur və ya ədalətli davranmağı ağlına gətirmir. Ədalət bir insanın ali əxlaq sahibi, dürüst və səmimi olduğunun ən mühüm göstəricilərindən biridir. Cəmiyyətdə öz mənafelərinə ziyan dəyməsini belə dərk edərək adil və haqlı davranan insanlara qarşı sevgi və hörmət hiss edilir. Cəmiyyət içində bu cəhətləri ilə tanınan insanlar fərqli dünyagörüşünə malik olsalar da hörmət görürlər, hətta qəhrəman elan edilirlər.
Allah isə sonsuz ədalət sahibidir. Allah hər hökmünü ədalətlə verir. Bütün insanlar tarix boyu Allah yanında layiq olduqları əvəzi almışlar və bundan sonra da mütləq alacaqlar. Hər insan Allah yanında etdiklərinin tam əvəzini tapacaq. Allah ədalətinin axirət günündə necə qüsursuz bir tərzdə təzahür edəcəyini ayələrində belə bildirir:
"Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar şad olarlar. Onlara tük qədər haqsızlıq edilməz"
Allahın ədalətinə əmin olmaq isə insanın Allaha məhdudiyyətsiz bir sevgi və etibarla təslim olmasına vasitə olur. Belə bir insan hansı hadisə ilə qarşılaşarsa-qarşılaşsın, Allahın ədalətinin daima təzahür edəcəyindən əmin olaraq, Rəbbimizin onun üçün yaratdığı hər hadisəni sevinclə qarşılayar.
60 "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitab da yazılmamış olsun. Bu, Allah üçün çox asandır!"
61 "Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!"