Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda Haman Kimdir?

Arxeoloji tapıntılar hər detalda Quranın möcüzəvi bir tərəfini ortaya çıxarır. Quranda bəhs edilən Fironun köməkçisi ‘HAMAN’ haqqındakı son məlumatlar da bunlardan biridir.

Quranın 6 ayrı ayəsində (Qəsəs, 28/6,8,38, Ənkəbut, 29/39, Mömin, 40/24,36),Fironun ən yaxın adamlarından biri kimi zikr edilən Haman sözü, Quran baxımından həqiqətən tarixi bir möcüzədir.

Bu ayələrdən anlaşıldığına görə Allah, Hz. Musanı ayələr, möcüzələr və dəlillərlə Firon, Haman və Qarunun yanına göndərmiş, lakin onlar Musanı “çox yalançı bir sehrbaz” deyə ittiham edərək təbliğini rədd etmişlər. (Ənkəbut 29/39; Ğafir 40/23-24) Hətta ilahlıq iddiasında olan Firon, Musanın onu uca Allahı qəbul etməyə dəvət etməsi üzərinə qövmünün əyanlarına, “Sizin üçün məndən başqa bir tanrı tanımıram” demiş, Hamandan da Musanın tanrısına çatıb Onu tapmaq üçün özünə bir qüllə tikməsini istəmişdir. (Qəsəs, 28/38; Mömin, 40/36-37)Nəhayət Qarun, Firon və Hâmân günahları səbəbilə cəzalandırılmışdır. (Ənkəbut 29/39)Quranda adı keçən Hâmân. Hz. Musanın müxatəb olub mübarizə apardığıFironun vəziri və ya onun sarayındakı mühüm şəxsiyyətlərdən biri, yaxud Amon kultunun baş-kahini olmalıdır.

Buna qarşılıq Tövratda Hz. Musanın həyatını anladan bölmədə –Fironla yaxınlığı olan bir- Haman deyil; Hz. Musadan təxminən 1100 il sonra yaşamış və yəhudilərə zülm etmiş bir Pers/Babil kralının köməkçisi kimi keçir.(KM. ESTER/Bap: 3-10). Bunu görən şərqşünaslar “Budur, Quranda səhv tapdıq!” deyə sevinirlər.Lakin bu sevincləri Misir heroqlif yazısının açılması və qədim Misir yazılarında “Haman” adının tapılması ilə yarıda qalır.

Qədim Misir dilində yazılmış heroqlif kitabələr 18-ci (doğrusu 19.) yüzilliyə qədər oxuna bilmirdi. Çünki xristianlığın bölgədə yayılması ilə Misirin qədim inancı da, dili də unudulmuşdu. Heroqlif yazısının işlədildiyi məlum olan ən son tarix m.s. 394-cü ilə aid bir kitabədir. Bundan sonra bu dil unuduldu, ta ki 1799-cu ilə (yəni 19. əsrə) qədər.Yazının sirri, “Rosetta Stone” adlanan və m.ö. 196-cı ilə aid bir kitabənin tapılması ilə açıldı. Bu lövhənin xüsusiyyəti üç fərqli yazı ilə yazılmış olması idi: heroqlif, demotik (heroqlifin əlyazma şəkli) və yunanca. Yunanca mətnin də köməyi ilə lövhədəki qədim Misir yazısı Jean-Françoise Champollion adlı bir fransız tərəfindən tamamilə açıldı.

Heroqlifin açılması ilə çox mühüm bir məlumata da çatılmış oldu: “Haman”adı həqiqətən də Misir yazılarında Hz. Musa (ə.s.) dövründə keçirdi. Vyanadakı Hof Muzeyində olan bir abidənin üzərində bu addan bəhs edilirdi. Eyni yazıda Hamanın Fironla yaxınlığı da vurğulanırdı. (Walter Wreszinski, Aegyptische Inschriften aus dem K.K. Hof Museum in Wien, 1906, J C Hinrichs’ sche Buchhandlung)Bu məlumatlardan yola çıxaraq rahatlıqla demək olar ki, ESTER-də yer alan, əvvəlcə kral Axaşveroş tərəfindən vəzir olaraq yüksək bir mövqeyə gətirilən, daha sonra –xain olduğuna hökm edilərək- oğulları ilə birlikdə asıldığı bildirilən (Ester 7/10;9/7-10) Hâman ilə Quranda Fironun yaxın çevrəsindən biri olan Haman eyni şəxs deyildir.

Bu məsələni bir neçə maddə şəklində açıqlamağa çalışacağıq: 1. Müqəddəs Kitab/ESTER-də keçən Haman bir şəxsin adıdır. Çünki orada: “Hammedatanın oğlu Aqaqi Haman” kimi keçir (ESTER, 3/1). Quranda bəhs edilən Hâman isə, addan çox bir ünvan kimi görünür. Rəsmi müraciətlərdə adlardan çox ünvanların işlədilməsi bu gün də məlum olan bir ənənədir. Buna görə Quranda, Firon tərəfindən bir qüllə tikmək üçün vəzifələndirilərkən ona “HAMAN!” deyə müraciət edilməsi, bu sözün onun vəzifəsi ilə əlaqəli bir ünvan olduğunu göstərir.

Necə ki, bütün yazılara əsaslanaraq hazırlanan “Yeni Krallıqdakı Şəxslər” lüğətində Hamandan “Daş karxanalarında işləyənlərin başçısı” kimi bəhs edilir. (Hermann Ranke, Die Agyptischen Personennamen, Verzeichnis der Namen, Verlag Von J J Augustin in Glückstadt, Band I, 1935, Band II, 1952)

  1. Fransız alimi Prof. Dr. Maurice Bucaille “Haman” adını bir fransız misirşünasına verdi və bu adın Quranda keçdiyini demədən, “7. əsrdəki bir ərəb əlyazmasından alıntı” olduğunu bildirdi. Mütəxəssis, 7. əsrdəki bir ərəb əlyazmasına heroqliflərə aid bir məlumatın keçirilmiş olmasının mümkün olmadığını, lakin Firon sarayının ad siyahılarına (Dictionary of Personal Names of the New Kingdom by Ranke) baxacağını söylədi. Sonra baxıldıqda həqiqət bir daha ortaya çıxdı. Ortaya çıxan nəticə mühüm bir həqiqəti ifadə edirdi. Hâman, Qurana qarşı çıxanların iddiasının əksinə, eynilə Quranda keçdiyi kimi Hz. Musa zamanında Misirdə yaşayan və Quranda bəhs edildiyi kimi Firona yaxın və tikinti işləri ilə əlaqəli bir şəxs idi. Bəlkə də abadlıq naziri idi.!!!!

Halbuki bu bir həqiqətdir ki, heroqlif yazıları Quran vəhyinin endiyi dövrdən bəri tamamilə unudulmuş və 19. əsrə qədər heç kim bu yazını oxumurdu. Müvafiq ifadənin orijinal ingiliscəsi belədir: “But, it is a fact that the hieroglyphs had been totally forgotten at the time of the Qur’anic Revelation and that one could not read them until the 19th century A.D.” (Maurice Bucaille, Moses and Pharaoh in the Bible, Qur’an and History, p. 192-193)

3.Bu elmi müəyyənləşdirmələr, Quranda; Fironun yaxın adamlarından biri kimi yer alan Hâmanın varlığını qəti şəkildə sübut edir. Elə isə, ESTER-dəki Hamana -bəzilərinin dediyi kimi- bir nağıl kimi baxmadan onun da doğru olduğunu qəbul etdiyimizdə, bu iki Hamanın fərqli şəxslər olduğunu da qəbul etmək məcburiyyətindəyik.-Yuxarıda ifadə edildiyi kimi, Hamanın adı Müqəddəs Kitabda da keçir. Tövratın Ester Kitabının üçüncü babından etibarən, İrandakı yəhudilərin gördüyü zülm, Hâman adlı vəzirin bundakı payı, Ester adlı yəhudi qızının Kral Axaşveroşun sarayına girərək hökmdara təsir etməsi, nəticədə Hâmanı, on oğlunu və daha çoxlu iranlını öldürtərək yəhudiləri xilas etməsi uzun-uzadı anladılır.

Belə anlaşılır ki, hazırda xalqımızın zalım adamları “firon, nəmrud” kimi adlarla səciyyələndirməsində olduğu kimi, yəhudilər də Misirdəki Hamanın adını heç cür unuda bilməmiş, onu yaddaşlarda bir “zalım vəzir” kimi saxlamış və İrandakı hadisələr zamanı da yaddaşlarındakı bu adı qarşılaşdıqları zalım vəzirə ilişdirərək onu Haman deyə anmış, Ester kitabına da eləcə qeyd etmişlər.

Tövratın sonradan xaxamlar tərəfindən əldən keçirilib yenidən yazılması zamanı Misirli Hâmânın İrandakı zalım vəzirlə qarışdırılaraq belə bir vəziyyətə yol açılmış olması da ehtimal olunur. Başqa bir ehtimal da hər iki vəzirin adının Hâmân olmasıdır. Bir çox nümunədə olduğu kimi, eyni adı daşıyan iki ayrı tarixi şəxsiyyətin Hâmân üçün də düşünülməsi niyə mümkün olmasın. (geniş məlumat üçün bax. Akhepedia Forum)

4.Quranda keçən Haman adlı Hz. Musanın qarşısındakı Fironun vəzirinin adı da bu görüşü təsdiq edir. Çünki; Vyana universitetində olan qapı yazısı daş işləri və işçilərindən məsul bir vəzir olan HEMAN hetap kimi tərcümə edilir. Hemen hetap açıq-aydın AMENHOTEP adıdır. Yazılış şəkli bunu göstərir. Bu halda Misir tarixində daş işlərindən məsul bir vəzir olan AMENHOTEP ilə qarşılaşırıq. Amenhotep huy! Bu vəzir isə firon 3. Amonhotep ilə 4. Amonhotepə ortaq vəzirlik etmiş biridir.

Xülasə demək olar ki, Qədim Misir yazılarında Hâmânın adının tapılması Quran əleyhinə olan iftiraları boşa çıxarmaqla qalmayıb, onun Allah dərgahından olduğunu bir daha ortaya qoyur. Çünki Quranda endiyi dövrdə çatılması və açılması mümkün olmayan bir tarixi məlumat möcüzəvi şəkildə bizə çatdırılmışdır. .