Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran məlumatı: Quran-i Kərim

Mündəricat
  1. Giriş
  2. Allah
  3. Quran-i Kərim
  4. Möminlər
  5. Münafiqlər
  6. İman etməyənlər
  7. Mövzularına görə ayələr
  8. Quranda intizam anlayışı
  9. Dünya həyatı
  10. Allahın əmr və tövsiyələri
  11. Quran və elm

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

İbrahim surəsi, 1

Allah tərəfindən endirilmişdir

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”.

İsra surəsi, 88

Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.

Həcc surəsi, 54

Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir.

Səcdə surəsi, 2

Yoxsa onlar: “Bunu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.

Səcdə surəsi, 3

O, şair sözü deyildir! Necə də az inanırsınız!

Haqqə surəsi, 41

O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!

Haqqə surəsi, 42

O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!

Haqqə surəsi, 43

Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir.

Yunis surəsi, 37

Yoxsa: “Məhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”

Yunis surəsi, 38

Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.

Şuəra surəsi, 192

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

İbrahim surəsi, 1

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.

Fussilət surəsi, 42

Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.

Zumər surəsi, 1

Cəbrayıl vasitəsilə vəhy olunmuşdur

Bu, ona təlqin edilən bir vəhydir.

Nəcm surəsi, 4

Bunu ona çox qüvvətli olan öyrətdi –

Nəcm surəsi, 5

Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.

Nəcm surəsi, 10

Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.

Şuəra surəsi, 192

Onu sadiq Ruh (Cəbrail) endirdi –

Şuəra surəsi, 193

sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.

Şuəra surəsi, 194

Ərəbcə olaraq endirilmişdir

ayələri Quran olaraq ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır.

Fussilət surəsi, 3

Beləliklə biz onu (Quranı) ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar.

Rad surəsi, 37

Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.

Yusif surəsi, 2

Göndərilməsinin bir çox hikməti vardır

De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.

Ənam surəsi, 19

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.

İbrahim surəsi, 52

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

İbrahim surəsi, 1

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.

Taha surəsi, 2

Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.

Taha surəsi, 3

Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.

Nəhl surəsi, 44

Bu, hikmətli Kitabın ayələridir.

Loğman surəsi, 2

Xeyirxah əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.

Loğman surəsi, 3

O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.

Nəhl surəsi, 89

Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi.

Kəhf surəsi, 2

De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”.

Nəhl surəsi, 102

Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və bu, mömin adamlar üçün doğru yol göstəricisi və mərhəmət olsun.

Nəhl surəsi, 64

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.

Məryəm surəsi, 97

diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.

Yasin surəsi, 70

İnsanlara bir öyüd və xəbərdarlıqdır

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.

İbrahim surəsi, 52

Bu, şəhərlər anası Məkkəni və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.

Ənam surəsi, 92

Xeyr! Bu Quran bir nəsihətdir.

Müddəssir surəsi, 54

İstəyən onu xatırlayar.

Müddəssir surəsi, 55

Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.

Nur surəsi, 34

Biz bu Quranda dinin ehkamlarını izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu onların yalnız nifrətini artırır.

İsra surəsi, 41

Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüdnəsihətdir.

Ali İmran surəsi, 138

Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.

Haqqə surəsi, 48

De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.

Ənam surəsi, 19

Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.

Taha surəsi, 3

Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.

Sad surəsi, 29

Bənzəri qəti olaraq yazılamaz

Yoxsa: “Məhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”

Yunis surəsi, 38

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”.

İsra surəsi, 88

Daha öncəki kitablarda bəhsi keçir

Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.

Şuəra surəsi, 196

Allahın qoruması altındadır

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir.

Ənam surəsi, 115

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.

Hicr surəsi, 9

qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).

Vaqiə surəsi, 78

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.

Fussilət surəsi, 42

Əsas müraciət mənbəyidir

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?

Maidə surəsi, 50

Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.

Nisa surəsi, 105

Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.

Maidə surəsi, 48

Onların aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.

Maidə surəsi, 49

Açıq və aydındır

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.

Məryəm surəsi, 97

Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir.

Həcc surəsi, 16

Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.

Nur surəsi, 18

De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.

Ənam surəsi, 114

Müfəssəl açıqlanmışdır

Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.

Hud surəsi, 1

Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə bir-bir izah edirik.

Ənam surəsi, 55

Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik.

Ənam surəsi, 97

De: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər.

Ənam surəsi, 65

Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir qövmə izah etdik.

Ənam surəsi, 126

Səhifələr halında endirilmişdir

Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

İnsan surəsi, 23

Allahın nurudur

Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.

Təğabun surəsi, 8

Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən –

Şura surəsi, 52

Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.

Saff surəsi, 8

Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik.

Nisa surəsi, 174

İman edənlər üçün şəfa, hidayət və rəhmətdir

Xeyirxah əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.

Loğman surəsi, 3

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir.

Yunis surəsi, 57

Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və bu, mömin adamlar üçün doğru yol göstəricisi və mərhəmət olsun.

Nəhl surəsi, 64

Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.

İsra surəsi, 82

Həqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir.

Nəml surəsi, 77

Sən onlara möcüzə gətirmədiyin zaman:

“Nə olardı ki, onu da özündən uyduraydın?” – deyərlər. De: “Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir qövm üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir”.

Əraf surəsi, 203

Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir.

Casiyə surəsi, 20

Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!

Qəsas surəsi, 86

O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.

Nəhl surəsi, 89

Sözlərin ən gözəlidir

Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.

Zumər surəsi, 23

Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər.

Həcc surəsi, 24

Doğrunu yanlışdan ayırır

daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

Ali İmran surəsi, 4

Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!

Furqan surəsi, 1

Doğruya aparır, yol göstərir

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

Bəqərə surəsi, 185

Möminlərə fərz qılınmışdır

Quranı sənə nazil edib vacib buyuran Allah qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De:

“Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.

Qəsas surəsi, 85

Ədalətlə hökm etməyi əmr edər

Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı nəsihətlər verin.

Nisa surəsi, 5

Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər?

Nəhl surəsi, 71

Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De:

“Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Bəqərə surəsi, 215

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir.

Bəqərə surəsi, 267

Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.

Bəqərə surəsi, 273

Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.

Bəqərə surəsi, 280

O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik.

Rum surəsi, 28

Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.

Nisa surəsi, 2

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər

İnsan surəsi, 8

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.

Nisa surəsi, 58

Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.

Bəqərə surəsi, 271

Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.

Nisa surəsi, 135

Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.

Maidə surəsi, 42

Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.

Tövbə surəsi, 79

Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.

Tövbə surəsi, 60

Yetim həddi-büluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır.

İsra surəsi, 34

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.

Ənam surəsi, 152

Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.

Həşr surəsi, 7

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.

Nur surəsi, 22

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.

Nisa surəsi, 36

Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə.

İsra surəsi, 26

İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək verdiyiniz zəkata gəlincə, bilin ki, bunu edənlər mallarının bərəkətini qat-qat artıranlardır.

Rum surəsi, 39

İman etməyənləri tələyə salar

Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.

İsra surəsi, 82

Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər:

“Allah bu məsəllə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.

Müddəssir surəsi, 31