Qaranlıq təhlükə: bağnazlıq: Qadın və müddətli borclanmadakı şahidlik
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Qadının şahidliyi məsələsində Quranda müstəsna təşkil edən yeganə mövzu müddətli borclanmadır. Buradakı müstəsna vəziyyəti anlamaq üçün, borclanma mövzusunun açıqlandığı Bəqərə surəsinin 282-ci ayəsini nəzərdən keçirək:
Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir.
Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır.
Allahdan qorxun. O sizi öyrədir və O, hər şeyi bilir.
Borclanma hökmünün qeyd olunduğu bu ayədə, “borcun yazılmalı olduğu və katiblə şahidlərin bu vəzifədən qaçmamaları” bildirilir. Həmçinin ayənin sonunda; “katibə və şahidlərə zərər verilməməsinin lazım olduğu” qeyd olunur. Göründüyü kimi, maddi mənfəətlərdən söhbət gedən bir mövzuda şahidlik etmək; insanların qaçdığı, boyunlarına götürmək istəmədikləri bir məsuliyyətdir. Allah isə, insanların qaçdığı bu məsuliyyəti tamamilə kişilərə yükləmiş, borclanma əsnasında “iki kişinin şahid tutulmasını” istəmişdir. Diqqət yetirsək ayədə; “iki kişi və ya dörd qadın şahid tutun” ifadəsinin qeyd olunmadığını görərik. Bu ayədə bilavasitə “iki kişinin şahid tutulması” istənilir. Riskli, ağır və qaçınılan bu məsuliyyət bilavasitə kişilərə yüklənmişdir. Beləliklə də, təzyiqlərə qarşı daha həssas olan qadın, bu qaçınılan vəzifədən qorunur.
Ayənin hökmünə görə, yalnız və yalnız iki kişi şahid tutula bilməz, bir kişi şahid tutularsa, o zaman “bir kişi və iki qadın olması” şərti var. Beləliklə borc kimi maddi mənfəət və hesablaşmaların gətirəcəyi riskli vəziyyət qarşısında qadın yalnız buraxılmamışdır. Hər hansı mənfi halın yaşanması ehtimalına görə, ən başdan bir kişi ilə bir qadının üz-üzə gəlməsinin qarşısı alınır və qadın qorunur.
Məsələn, borcun miqdarı və ya ödəmə forması məsələsində hər hansı anlaşılmazlıq ortaya çıxdığını düşünək. İki şahid müxtəlif ifadələr verdiyi təqdirdə qadın, kişiylə üz-üzə gələcək və mütləq iki tərəfdən birinin yalançı olduğunun bəlli olduğu bu mühitdə güclü stress və təzyiq altında qalacaq. Allah, bütün xarici təzyiqlərə qarşı Quranda himayə etdiyi qadının belə bir vəziyyət yaşamasının qarşısını almışdır. Qadının yanında ona dəstək olacaq ikinci bir şahid buradakı təzyiqi aradan qaldırır. Bir kişi və iki qadın şahidlik etdiyi təqdirdə, şahidlərin sayı üçə çataraq məsuliyyət aradan qalxacağı üçün şahidlik prosesində yaşanan stress azalacaq və təzyiq göstərmək istəyən pis niyyətli insanlar bu dəfə iki nəfərdən birini deyil, üç nəfərdən ikisini aldatmalı olacaqları üçün işləri mürəkkəbləşəcək. Çox yaxşı məlumdur ki, pulla əlaqədar öhdəliklər, xüsusilə hazırkı cəmiyyətlərdə, bir insanın digərinə asanlıqla böhtan ata biləcəyi, qarşı tərəfi laqeydcəsinə günahlandıra biləcəyi və şübhə altında qoya biləcəyi, olduqca riskli mövzulardır. Dolayısilə burada qadını qorumaq üçün alınmış tədbir, bir çox baxımdan qadın üçün zəmanətdir. Bəzi insanlara görə qadınları öz aləmlərində gücsüz hesab edib onlara böhtan atmaq asandır. Pulun araya girdiyi bu cür mühitlər də, həmin bu insanların qadına cinayətdə günahlandırmaq və ona böhtan atmaq üçün istifadə edəcəyi mühitlərdən biridir. Lakin iki qadının eyni anda şahid tutulması, bu böhtan riskini aradan qaldırır.
Bu eyni zamanda qadına psixoloji rahatlıq da verər. Borc şahidliyində borc məbləği, alınacaq və veriləcək şeylər kimi, təfərrüatların unudulması olduqca riskli ola bilər. Xüsusilə müsəlmanlar, ədalətli şahidlik etməklə məsul tutulduqlarından, borc haqqındakı təfərrüatların hamısını tamamilə bilmək və bunları unutmamaqla məsuldurlar. Məhz burada, qadının boynuna götürəcəyi bu məsuliyyət yarıbayarı azaldılmışdır. Qadın, yaddaşı güclü olsa və unutmamaq üçün lazımi tədbirləri almış da olsa (belə ki, bu mövzuda qadınlar kişilərdən daim daha diqqətcil və tədbirlidirlər) başqa bir şahidin olması da onu psixoloji öhdəçilikdən qurtarmış olar.
Əlbəttə ki, bu psixoloji öhdəlik və unutma ehtimalı kişi üçün də məqbuldur. Lakin Quranda psixoloji və maddi mənada qorunan və diqqət göstərilən tərəf daim qadınlardır. Rəbbimiz, qadınları xüsusilə təfərrüatlara əhəmiyyət verən, kiçik öhdəlikləri belə ciddi qəbul edərək, boynuna götürən, diqqətcil və məsuliyyət sahibi varlıqlar olaraq yaratmışdır. Dolayısilə borclanma əsnasında qadının üzərində hiss etdiyi yük, yaradılışının tələbindən ötrü olduqca böyük olur. Məhz bu yükü azaltmaq, onu qorumaq və psixoloji təzyiq altına girməsinin qarşısını almaq üçün uca Allah, belə rahatlıq verici tədbir yaratmışdır. Bu yenə, Rəbbimizin qadına verdiyi böyük dəyərin təzahürüdür.
Bu unudulmamalıdır ki, Quranda dövlət başçısı olaraq bir qadın (Səba məlikəsi) nümunə verilir və onun qərarlar verən güclü insan olduğu vurğulanır. Bunun mənası Qurana görə qadınların dövlət başçısı ola biləcək qədər ağıllı və güclü şəxsiyyətə sahib olduqlarıdır. Dolayısilə borclanma məsələsində qadınları açıq şəkildə qoruyan ayəni; “qadınların əskik ağıllı olduqları” şəklində şərh edən insanlar, Qurandakı hökmünü görməzlikdən gələrək, ayəni öz istədikləri kimi şərh edirlər. Bizim qəbul etdiyimiz meyarsa yalnız Qurandır.