Qaranlıq təhlükə: bağnazlıq: Zina edənlərin öldürülməsi
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Zina edənləri öldürün. (1623-Tirmizî] [1601)
Evli olduğu halda zina edənləri daşlayaraq öldürün. (1111- Buhârî] [1606-Buhari-Müslim-Tirmizi-Ebu Davud-Nesai-İbn Mace)
u saxta hədislər Tövratda keçən “zina edənin daşlanaraq öldürülməsi”
hökmünü İslama daxil etmək və rəcm kimi bir vəhşiliyi normal göstərməyə çalışmaq üçün uydurulmuşdur. Həmin bu uydurmanı hədis ədəbiyyatına daxil edə bilmək üçün bəzi dırnaqarası alimlər başqa saxta hədislər uydurmaqdan geri qalmayıblar. Aşağıda bir neçə nümunəsini görəcəyimiz bu hədislər rəcm cəzasını normal göstərmək üçün Peyğəmbərimiz (s.ə.v), xəlifələrə və səhabələrin boynuna atılmış böhtanlarla doludur:
“Zina edən evlilərin daşlanaraq öldürülmələrini əmr edən ayə hz. Aişənin döşəyinin altındakı səhifədə yazılı halda mövcud idi.
Peyğəmbər (s.ə.v) öləndə hz. Aişə onun dəfn olunma işləri ilə məşğul olarkən, evin açıq qapısından içəri girən bir keçi o səhifəni yedi. Beləliklə, daşla öldürmə cəzası Qurandan çıxdı. Lakin hökmü qüvvədədir”. (İbn-i Mace 36/194; Hanbel 3/61,5/131)
“Keçinin yeməsi nəticəsində Qurandan çıxan daşlama ayəsini Ömər Qurana təkrar əlavə etmək istədi. Lakin xalqın dediqodusundan qorxduğu üçün, buna cəsarəti çatmadı”. (Buhari 53/5; 54/9; 83/3; 93/21; Muslim, Hudud 8/1431; Ebu Davut 41/1; Itkan 2/34).
“Allah hz. Məhəmməd (s.ə.v)-i haqq ilə göndərmiş və Ona kitabı endirmişdir. Rəcmlə əlaqədar ayə də Ona endirilən ayələr sırasına daxil idi. Biz bu ayəni oxuduq, əzbərlədik və anladıq.
Rəsulullah (s.ə.v) rəcm hökmünü tətbiq etdi, ondan sonra biz də tətbiq etdik. Qorxum budur ki, zaman keçdikcə biri çıxıb: “Biz Allahın kitabında rəcmlə əlaqədar ayəni tapa bilmirik” deyər və Allahın buyurduğu bir fərzi yerinə yetirməyərək azğınlığa düşər.
Şübhəsiz ki, rəcm, Allahın kitabında evli olunduğu, şahidlərin olduğu, hamiləlik və ya edilən zinakarlığın təsdiq edildiyi hallarda zina edənin əleyhinə olan bir haqdır”. (Müslim, Hudûd, 15)
Xəlifə Ömərin rəcm cəzasını, Mədinə minbərindən elan etməsi, aralarında bir çox səhabə olan camaatdan heç birinin buna qarşı çıxmaması, rəcmin mütləq olduğunu göstərir. (Sahih-i Müslim Tercüme ve Şerhi, Ahmed Davudoğlu, Istanbul 1978, VIII, 350). es-Serahsî (ö. 490/1097)
İslama, Qurana, Peyğəmbərimiz (s.ə.v) və səhabələrə atılmış saysız iftiralarla dolu, yuxarıda verilən uydurma hədisləri ətraflı araşdıraq:
Hər şeydən əvvəl Allah ayələri ilə Quranın İlahi qoruma altında olan bir kitab olduğunu açıq şəkildə bildirmişdir:
Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
Əlbəttə ki, bu, bir Qurani-Kərimdir. Qorunub saxlanılan yazıdadır (Lövhi-məhfuzdadır).
Şübhəsiz ki, onu (qəlbində) toplamaq və onu (sənə) oxutmaq Bizə aiddir.
Qiyamət surəsi, 17
Allah açıq şəkildə Quranı qoruduğunu, ayələri bir yerə gətirib saxlayanın Özü olduğunu ayələrində bildirmişdir. Son endirilmiş vəhy olan Quranın ilahi bir qoruma altında olduğunu yenə Quranın özündən öyrənirik. Çünki O son kitab olduğu üçün Qiyamətə qədər insanların hidayət tapmasına vəsilə olacaq. Buna görə də, son vəhy Allah tərəfindən mühafizə altına alınmışdır.
Necə ki, bunu uca Rəbbimiz Peyğəmbərimiz (s.ə.v)-ə; “sənə oxudacağıq, sən də unutmayacaqsan” (Əla surəsi, 6) ayəsi ilə vəhy etmişdir. Bu ayənin də bildirdiyi kimi, Allah Peyğəmbərimiz (s.ə.v)-ə oxudulan heç bir ayəni unutdurmamışdır. Dolayısilə, Quranda unudulan və ya əskik qalan bir ayə ola bilməz.
Zina ilə bağlı ayəni keçinin yeməsi iddiasında isə Allahın ayəsində “saxlanılmış və qorunmuş” kitab olaraq təsvir etdiyi Qurandan bir ayənin çıxdığı, digər bir sözlə, haşa, Allahın ayəni qoruya bilmədiyi iddia edilir (Allahı tənzih edirik). Bu, başlı-başına həmin ayələri rədd etmək, Allahın sözündən şübhə etmək və dindən çıxmaq deməkdir. Üstəlik, uydurma hədislərlə xəlifə hz. Ömərə açıq şəkildə böhtan atılır. Bu böhtana görə hz. Ömər; “Quranda olmayan bir hökmü bilir, Quranda olmadığına baxmayaraq, Mədinə minbərində bunu bir ayə kimi açıqlayır, buna heç bir səhabə qarşı çıxmır, hz. Ömər də dedi-qodudan qorxduğu üçün bunu Qurana daxil edə bilmir” kimi bir mövqeyə gətirilir. Şübhəsiz ki, Peyğəmbərimiz (s.ə.v)-in bir xəlifəsinin Quranda olmayan bir hökmü “əslində bu Quranda vardı” deyərək açıqlaması qeyri-mümkündür. Bu, hz. Ömərin Quranın qorunmuş bir kitab olduğu həqiqətini rədd etməsi deməkdir ki, bu da Onun Allahın hökmünə qarşı çıxması deməkdir (hz. Öməri tənzih edirik). Şübhəsiz ki, bu, saxta hədislərlə hz. Ömərə atılmış iyrənc bir böhtandır.
Bununla yanaşı, Qurandakı bir ayənin qorunmadığına dair minbərdə verilən açıqlamaya heç bir səhabənin qarşı çıxmadığı bildirilərək səhabələrə də böyük bir böhtan atılmışdır. Belə azğın bir iddiaya səhabələrin hamısının kəskin şəkildə və dərhal Qurandan dəlil göstərərək qarşı çıxacaqları aydındır.
Hz. Ömərə həmin bu saxta hədislərlə atılmış digər bir iyrənc böhtan isə “Quranda olduğunu düşündüyü bir hökmü dedi-qodudan çəkindiyi üçün açıqlaya bilmədiyi” iddiasıdır. Bu həmin hədisi uyduran saxtakar alimlərin Allaha, Peyğəmbərimiz (s.ə.v)-ə, xəlifələrə və səhabələrə baxış prizmasının nə qədər yanlış və qorxunc olduğunu açıq şəkildə göstərir. Hz. Ömər Peyğəmbərimiz (s.ə.v)-i nümunə götürmüş, bütün həyatı boyu Allah üçün yaşamış, bunun naminə çox müxtəlif çətinliklərə sinə gərmiş, Allaha, Peyğəmbər (s.ə.v) və Qurana iman və qoruyuculuq məsələsində ölümü gözə almış saleh müsəlmandır. Həyatı boyu qınayanın qınamasından, ölümdən, müharibələrdən, təhdidlərdən əsla çəkinməyən, Allahdan başqa heç kimdən qorxmayan bu üstün və mübarək insanın “dedi-qodudan qorxduğu üçün Qurandan çıxarılmış bir ayəni açıqlamaqdan çəkindiyi” açıqlaması İslamla əlaqəsi olmayan xəstə bir zehniyyətin yaratdığı murdar, böhtan dolu açıqlamadır.
Bütün bunlarla yanaşı, zina barəsindəki hökm Quranda olduqca ətraflı şəkildə açıqlanmışdır və rəcm adlandırılan vəhşilik Quranda qətiyyən yoxdur. Əgər rəcm cəzası həmin dırnaqarası alimlərin uydurmalarına görə Quranda mövcuddursa, onda Quranda zina barəsində necə iki fərqli hökm verilmiş ola bilər? İndi zina barəsində Quranda Rəbbimizin verdiyi tək keçərli hökmü ayələrlə açıqlayaq: