Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin mərhəməti: Nəticə

Mündəricat
  1. Giriş
  2. Quranda mərhəmət necə təsvir edilir?
  3. Möminlər şəfqəti və mərhəməti kimlərə göstərərlər?
  4. Möminlərin mərhəmətini əks etdirən əxlaqi xüsusiyyətlər
  5. Quranın qazandırdığı mərhəmət anlayışı yaşanmadığı zaman nələr olar?
  6. Nəticə

Kitabın əvvəlindən bəri, Quran əxlaqının insanları necə mükəmməl mərhəmət anlayışına çağırdığı, mərhəmətin bütün həyata hakim olduğu zaman üstün əxlaq nümunələrinin necə ortaya çıxdığı və bu əxlaqa sahib olan insanlardan ibarət bir cəmiyyətin gətirəcəyi gözəllik və hüzur izah edildi. Həmçinin Qurana uyğun olan mərhəmətin yaşanmadığı bir mühitin qaranlıq ruh halı və insanlara gətirdiyi maddi-mənəvi zərərlər təsvir edildi. Bütün bu izahlardan da aydın olduğu kimi, bu iki əxlaq modeli arasındakı fərq müqayisə edilməyəcək qədər böyük və bir o qədər də açıqdır. Quranda bildirilən mərhəmət anlayışı nə qədər şərəfli, nə qədər üstün əxlaqlı insanlar və nə qədər hüzurlu cəmiyyətlər meydana gəlməsini təmin edirsə; əks zehniyyət də o qədər zalım, hüzursuz və pis əxlaqlı insanlar yaradır.

Bundan əlavə, Allahın rizasını qazanma məqsədiylə yaşanan bu mərhəmətin təmin etdiyi gözəllik, yalnız dünya ilə də məhdudlaşmır. Onlar, axirətdə də şərəfli qarşılıq görəcək və bu əxlaqın gözəlliyini axirətdə də yaşayacaqlar. Çünki Allah, “sağ tərəfin adamları” olaraq adlandırdığı cənnət xalqının bir xüsusiyyətinin də dünyada ikən bir-birlərinə, “mərhəməti tövsiyə etmələri” olduğunu bildirmişdir:

“Sonra da iman edən, bir-birinə səbir etməyi tövsiyə edən və mərhəmətli olmağı tövsiyə edənlərdən olmaqdır.”

Bələd surəsi, 17

Göründüyü kimi, Quranda əmr edilən mərhəməti yaşayan və yaxşı işlər görənlər həm dünyada, həm də axirətdə rahat yaşayacaqlar.

Məhz bu rəhbər, bütün insanların həqiqi mərhəmətin nə olduğunu bir daha düşünmələri və mərhəməti əks etdirən Quran əxlaqını nə qədər yaşadıqlarını bir daha nəzərdən keçirmələri üçün bir dəvətdir. İnsanların ən xeyirlisindən olub Allahın rəhmətini və cənnətini qazanmaq, gözəl əxlaqda və mərhəmətdə səbir göstərmək üçün bir çağırışdır.