Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda vicdanın əhəmiyyəti: Nəticə

Mündəricat
  1. Allahın varlığının dəlilləri vicdanla görülə bilər
  2. Vicdan və Quran insana həyatının həqiqi məqsədini göstərir
  3. Vicdan və Quran axirətə qəti olaraq iman etməyi əmr edər
  4. Hər an vicdana tabe olaraq Quran əxlaqını yaşamaq
  5. Vicdanlı bir insanın Allah ilə yaxınlığı necə olur?
  6. Vicdanın qarşısındakı mənfi güclər: nəfs və şeytan
  7. Vicdanlı insanların dünyada yaşadıqları ortam və Cənnət
  8. Vicdanına tabe olmayan kəslərin yaşadıqları ortam və Cəhənnəm
  9. Qurandan vicdan və vicdansızlıq nümunələri
  10. Vicdansızlıqları ilə tarixə düşmüş insanlar
  11. Nəticə

Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.

Qaf surəsi, 17-18

Hesab günündə isə bu mələklərin hər yazdıqları həssas tərəzilərə yerləşdiriləcək. Bir tərəfdə vicdanlı rəftarlar və digər tərəfdə vicdansızlıqlar olacaq. İnsan bəlkə bu rəhbəri oxuduğunu, vicdana uymağın nə qədər əhəmiyyətli olduğunun özünə xatırladıldığını unutmuş olacaq, amma Allah burada oxuduğu tək bir sözü belə qarşısına çıxaracaq. Əslində insanlar hələ dünyadaykən bu həqiqətlərin fərqindədirlər. Vicdanlarına üz tutduqlarından nəyin doğru, nəyin səhv olduğunu demək olar ki, qavraya bilərlər. Amma bu rəhbər boyunca bəhs etdiyimiz kimi, dünyəvi mənfəətləri uğruna həqiqətlərə arxalarını çevirərlər, dönüb qaçarlar, görməzlikdən gələrlər. Necə ki, Quranda İbrahim Peyğəmbər ilə əlaqədar izah edilən hekayədə insanların vicdanlarına üz tutduqlarında doğrunu dərhal görə bildikləri, ancaq nəfsani maraqları daha üstün olduqları üçün arxa çevirdikləri belə izah edilir:

Çox əhəmiyyətli həqiqət daha var: Bir insan nə edirsə etsin vicdanı onu ölənə qədər tərk etməyəcək. Çünki vicdan, insanın tamamilə öz iradəsinin xaricində gücdür; Allahın səsidir. Hər kəs ölənə qədər bu səsi eşidəcək, ancaq bu səsə əməl etməyənlər öldükdən sonra bunun şiddətli peşmanlığını dadacaqlar. Necə ki, Quranda, axirətdəki söhbətlərdən çox nümunələr verilir və bu söhbətlərin hamısında cəhənnəm əhli açıq olaraq nələri etmədikləri üçün cəhənnəmdə olduqlarını etiraf edirlər. Bu səbəbdən hər kəs nəyi etməsi, nəyi etməməsi lazım olduğunu əslində çox yaxşı bilir və vicdanından qaçışı ona fayda vermir. Cəhənnəm xalqının bu vəziyyətləri Quranda belə izah edilir:

Onlar öz-özlərinə müraciətlə:

“Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıtdılar...

Ənbiya surəsi, 64-65

Bu rəhbəri oxuyan insan, yuxarıda yazılan vəziyyətə düşmək istəmirsə bilməlidir ki, etməli olduğu şey vicdanını dinləmək, onun göstərdiyi doğrulara arxa çevirməmək, onun səsini boğmağa çalışmamaqdır.

“Sizi Səqərə salan nədir? Onlar deyəcəklər:

“Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan hesab edərdik –ölüm yəqinliyi bizə gələnə qədər”. Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz. Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, ovçulardan (yaxud aslandan) qaçırlar. Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir. Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar. Xeyr! Bu Quran bir nəsihətdir. İstəyən onu xatırlayar.

Müddəssir surəsi, 42-55