Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda sədaqət: Hicrət edən möminlər

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  3. Atalarının dininə sadiqdirlər
  4. Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər
  5. Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır
  6. Sədaqətin Əhəmiyyəti
  7. Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  8. Allah qorxusu
  9. Möminlər Allaha sadiqdirlər
  10. Allah yolunda “doğru” istiqamətdədirlər
  11. Allaha ibadət etməkdə qətiyyət göstərərlər
  12. Peyğəmbərə sadiqdirlər Peyğəmbərin Allahın elçisi olduğuna iman edərlər
  13. Peyğəmbərə itaət edərlər
  14. Qurana sadiqdirlər
  15. Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  16. Fironun ailəsində imanını gizlədən insan
  17. Hicrət edən möminlər
  18. Nəticə

Möminlər Quran əxlaqını təbliğ etmək və insanları doğru və gözəl olana dəvət etmək üçün böyük səy göstərməkdə istəklidirlər. Ancaq Quran əxlaqının insanlara gətirəcəyi ədalət, sülh və bərabərlik kimi anlayışlar bəzi insanların maraqlarına mənfi təsir etdiyi üçün onlar Quran əxlaqından böyük narahatlıq duyarlar. Buna görə də Quran əxlaqını təbliğ etməyə çalışan və bu mövzuda istəkli olan möminlərə müxtəlif formalarda mane olmağa çalışırlar.

Bu insanların bu məqsədlə müraciət etdikləri üsullardan biri, möminləri yaşadıqları yerləri tərk etməyə məcbur etmələridir. İnkarçılar bu şəkildə hərəkət edərək möminlərin müqavimətlərini qıracaqlarını və öz ağıllarına görə möminləri zəiflədib onlar üzərində qəti zəfər çalacaqlarını zənn edirlər. Ancaq unutduqları əhəmiyyətli bir şey var, o da, möminlərin, Allahın onlara göstərdiyi doğru yolda irəliləmədə qətiyyətləri və Allaha olan güclü bağlılıqlarıdır. Möminlər Allaha duyduqları səmimi iman və sədaqətlərinə görə rastlaşdıqları çətinlik hər nə olursa-olsun, hədəflərindən əsla yayınmazlar. Onlar üçün yaşadıqları şəhərdən çıxarılmaq hicrət etmək deməkdir ki, bu da möminlərin Allaha olan itaətini göstərən hadisələrdən biridir. Belə bir vəziyyətlə qarşılaşan möminlər heç tərəddüd etmədən yaşadıqları mühiti, evlərini, mallarını və yaşayış yerlərini tamamilə geridə qoyarlar. Lazım olduqda heç bir plan qurmadan və hazırlıq görmədən yalnız Allahın razılığını qazana bilmək üçün çətin səfərə çıxarlar. Bu səbəbdən, bir möminin hicrət etməsi Allahın razılığını qazanmaq və Quran əxlaqına uyğun yaşaya bilmək üçün sahib olduğu hər şeyi heç bir tərəddüd etmədən geridə qoyub getməsidir. Bu hadisə möminlərin bu yolda həqiqətən də səmimi və qətiyyətli olduqlarını göstərir. Allah hicrət etmənin və insanın sahib olduğu hər şeydən bu məqsədlə imtina edə bilmənin mömin xüsusiyyəti olduğunu Quranın bir çox ayəsində bildirmişdir.

Hicrət etmək, eyni zamanda insanın “seçdiyi batil yolu tərk edərək Allahın göstərdiyi doğru yola tabe olmasıdır”. Lut Peyğəmbər hicrətin bu mənasını bu şəkildə dilə gətirmişdir:

Lut Ona iman etdi və dedi ki:

"Həqiqətən mən Rəbbimə hicrət edəcəyəm. Çünki şübhəsiz O, güclü və üstün olandır, hökm və hikmət sahibidir”.

Ənkəbut surəsi, 26

Möminlərin hicrətlərinə bu baxımdan baxdıqda həyatları boyunca Allahın haqq yolundan və Onun razılığını qazanmaqdan əsla uzaqlaşmadıqları və həyatlarını tamamilə Allahın razılığı üzərində qurduqlarını görmək olur. Möminlər “hicrət ruhunu” daşıyan, buna görə də həyatları boyunca Allaha sadiq qalan insanlardır. Allah Öz yolunda bu cür qətiyyət və əzm göstərən möminləri həm dünyada, həm də axirətdə “böyük dərəcələrlə” mükafatlandıracağını Quranda belə xəbər vermişdir:

Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!

Nəhl surəsi, 41