Allah bütün dövrlərdə insanlara özlərinə dini təbliğ etməsi, bilmədiklərini öyrətməsi və onları təmizləyib paklandırması üçün Özündən rəhmət olaraq peyğəmbərlər göndərmişdir. Peyğəmbərləri digər insanlardan fərqləndirən şey onların Allahın xüsusi olaraq vəzifələndirdiyi, yəni seçdiyi insanlar olmalarıdır. Bu səbəbdən, peyğəmbərlər möminlər üçün çox dəyərli insanlardır. Möminlər Allaha qarşı bütün qəlbləri ilə bağlı olduqları üçün Allahın onlara rəhmət olaraq göndərdiyi peyğəmbərlərə qarşı da dərin sevgi və hörmət bəsləyir, onlara da güclü sədaqət və bağlılıq göstərirlər. Peyğəmbərlərlə əlaqədar söhbətlərində və davranışlarında çox sevgi və hörmət dolu üslub istifadə edərlər.
Həmçinin, möminlər Allahın elçilərinə iman gətirib sədaqət göstərmənin Allahın əmri olduğunu da bilirlər. Peyğəmbərlər, Allahın dinini təbliğ edən və iman gətirənlərin örnək aldıqları kimsələrdir. Özlərinə verilən bu böyük məsuliyyət peyğəmbərlərin imanlarının çox üstün və güclü olduğunu göstərir. Bu səbəbdən, möminlərin Allahın elçisinə sadiq qalmaları, onun tövsiyələrinə əməl etmələri onlara böyük qazanc gətirir. Allah Quranda Ona və Rəsuluna tabe olan kimsələrin axirətdə üstün qarşılıq görəcəklərini bildirmişdir:
Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə onlar cəhənnəm sakinləridir.
Başqa bir ayədə isə Allah, Peyğəmbərimiz-ə sadiq qalaraq onun yolunu izləyən kimsələri belə müjdələmişdir:
Allahın Rəsuluna sadiq olan, onun yolunu izləyən möminlər dünyada böyük rahatlığa və hüzura qovuşacaqlar. Bu da onların güc və imanlarına iman qatıb artıracaq və -Allahın izni ilə- Allahın rəhmətini və cənnətini qazanmalarına səbəb olacaqdır.