Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda sədaqət: Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  3. Atalarının dininə sadiqdirlər
  4. Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər
  5. Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır
  6. Sədaqətin Əhəmiyyəti
  7. Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  8. Allah qorxusu
  9. Möminlər Allaha sadiqdirlər
  10. Allah yolunda “doğru” istiqamətdədirlər
  11. Allaha ibadət etməkdə qətiyyət göstərərlər
  12. Peyğəmbərə sadiqdirlər Peyğəmbərin Allahın elçisi olduğuna iman edərlər
  13. Peyğəmbərə itaət edərlər
  14. Qurana sadiqdirlər
  15. Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  16. Fironun ailəsində imanını gizlədən insan
  17. Hicrət edən möminlər
  18. Nəticə

Keçmişə dönüb baxdıqda bir çox insan həyatı boyunca müxtəlif problem və çətinliklərlə qarşılaşdığını xatırlayacaq. Allah dünya həyatını kimin daha gözəl davranacağını sınamaq üçün çətinlik və asanlıqla birlikdə yaratmışdır. Buna görə də, insanın həyatı boyunca heç bir maneə və ya çətinliklə qarşılaşmaması mümkün deyil. Ancaq Allahın yaradışındakı bu hikmətlərdən xəbərsiz olan insanlar həyatın bu çətinliklərini “həyat mübarizəsi” adlandırırlar. Halbuki, bütün bunlar insanların Ondan başqa sığınılacaq və kömək istəniləcək bir güc olmadığını görərək doğru yolu tapmaları üçün Allahın hikmətlə yaratdığı hadisələrdir.

İnsanların duyğuları, düşüncələri, niyyətləri və buna uyğun davranışları qarşılaşdıqları bir-birinə zidd iki vəziyyətdə, yəni çətinlik və asanlıq anlarında fərqlənir. İnsanlar çətinlik anlarında qəlblərində saxladıqlarını gizlədə bilmirlər. Çətinliklər qarşısında göstərdiyi səbir bir insanın Allaha olan bağlılığını, səmimiyyətini və sadiqliyini ortaya qoyar. Bu səbəbdən, bir insanın daxili aləmini ən yaxşı və ən doğru şəkildə ortaya çıxaran anlar insanın keçirdiyi çətinlik və sıxıntılı anlardır. Bu baxımdan, bir insanın məqsədinə çatmasındakı istək və cəhdinin nə qədər ciddi, öz inancına olan sədaqətinin isə nə qədər güclü olduğunu bu kimi hallarla rastlaşdıqda göstərəcəyi rəftarlardan görmək olur.

Cahil cəmiyyətində bu mövzuya verilən ən bariz nümunələrdən biri evlilikdir. Evlilik çox müqəddəs bir qurum olmasına baxmayaraq, bəzi insanlar tərəfindən mənfəət əldə etməyə çevrilir. Bu düşüncədə olan insanlar üçün evlilikdəki sədaqət və bağlılıq müəyyən şərtlərə bağlıdır. Buna görə də, zamanla ortaya çıxan çətinliklər və problemlər bu insanlar arasında yavaş-yavaş böyük müzakirələrə və bədbəxtliyə çevrilə bilir. Müəyyən bir müddət sonra isə artıq tərəflərin bir-birlərindən ala biləcəkləri bir şey qalmır və ayrılıq zəruri hala gəlir.

Bu vəziyyət cahillik əxlaqını yaşayan insanların müxtəlif hadisələr qarşısında yaşadığı psixologiyadır. Bəzi insanlar səbir edilməli bir hadisə ilə rastlaşdıqda, asan olanı seçib dərhal bundan qaçmağı prinsip halına gətirmişlər. Allaha qəlbən bağlı və Ona güclü sədaqət hissi duyan möminlərlə kafirlər arasındakı fərq məhz bu cür vəziyyətlərdə açıq şəkildə ortaya çıxır. İnkar edənlər Allaha və axirət gününə iman etmədikləri üçün qarşılaşdıqları çətinliklərlə mübarizə aparacaq gücü və səbri özlərində tapa bilmirlər. Yaşadıqları ən kiçik bir problemdə və ya qarşılarına çıxan bir maneədə dərhal geri çəkilir, reallaşdırmaq istədikləri işdən imtina edərək asan olanı seçirlər. Allah Quranda Loğmanın səbir mövzusunda oğluna verdiyi nəsihəti bizlərə belə bildirir:

“Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir”.

Loğman surəsi, 17

İnkar edənlərin belə gücsüz xarakterə sahib olmalarının səbəbi həqiqi mənada sədaqət duyğusundan və bunun özlərinə gətirəcəyi güc və əzmdən məhrum olmalarıdır. İnkarçılar həyatları boyunca şirk içində yaşayır və bir çox saxta ilahlara itaət edirlər. Həyatları boyunca yalnız bunlara bağlı qalır və bu bağlılığın tələbinə uyğun yaşayırlar. Ancaq ilah kimi sitayiş etdikləri bu varlıqlar onlara çətinlik anlarında səbir edəcək və mübarizə aparacaq gücü və köməyi verə bilmədiyindən, saxta ilahlarına qarşı duyduqları bu batil sədaqət və bağlılıq duyğusu da dərhal yox olur. Buna görə də, çətinlik və sıxıntılı vəziyyətlər bu cür insanların həqiqi şəxsiyyətlərini tanımaq baxımından çox böyük əhəmiyyət kəsb edir.

İnsanların çətin vəziyyətlər qarşısındakı psixologiyaları qəlblərində xəstəlik olan münafiq xarakterli insanların Allaha olan bağlılıqlarının və səmimiyyətlərinin saxtalığını də ortaya çıxarır. Bu insanlar Allaha qarşı həqiqi mənada sədaqət və bağlılıq hissi duymadıqları üçün Allahın rizası üçün hər hansı bir çətinliyə qarşı səbir göstərə bilmirlər. Bu səbəbdən də, özlərinə çətin gələcək mühitlərdən qaçmaq üçün daim bəhanələr irəli sürərlər. Allah Quranda bu kimi çətin vəziyyətlə qarşılaşdıqda Peyğəmbərimiz-dən izin istəyərək qaçmağa çalışan insanların səmimiyyətsizliklərini xəbər vermişdir. Allah bu xarakterdəki insanların sözlərini və həqiqi niyyətlərini bir ayədə belə bildirmişdir:

“Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar:

“Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir”.

Tövbə surəsi, 42

Bu insanlar Allaha qəti olaraq iman gətirmədikləri üçün fədakarlıq tələb olunan anlarda Allaha və Onun Elçisinə qarşı sədaqət və bağlılıq göstərə bilməmişlər. Allaha və Onun Peyğəmbərinə sadiq qalmağın və Allahın razılığına uyğun davranmağın dünyada və axirətdə gətirəcəyi böyük qazancı və qurtuluşu görə bilməmişlər. Dünya həyatının keçiciliyinə aldanmış, Allahın rizası üçün səbir etməkdən qaçmışlar. Allah Nisa surəsində imanı lazımınca yaşamayan insanların çətinliklərə səbir edə bilmədikləri üçün möminlərdən uzaq durmağı seçdiyini bildirmişdir:

“İçərinizdə elələri də var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar və sizə bir müsibət üz vermiş olduqda:

“Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım”– deyər.”

Nisa surəsi, 72

Allah bu ayə ilə bu insanların içində olduqları vəziyyətin əhəmiyyətini və ciddiliyini heç cür qavraya bilmədiklərini xəbər verir. Özlərinə Allahın razılığını qazandıracaq fədakarlıqlardan qaçmağı “nemət” olaraq görmələri bu insanların necə yanlışlıq içərisində olduqlarını açıq şəkildə ortaya qoyur.

Bu cür insanların digər səmimiyyətsiz rəftarları isə istədikləri mənfəətləri əldə etdikdə və xoşladıqları şərtlər təmin olunduqda çox sadiq olmalarıdır. İstədiklərinə qovuşduqda rahat və hüzurlu həyat yaşadıqları üçün belə vəziyyətlərdə Allaha və elçisinə sədaqət göstərməkdə tərəddüdə düşməz və bunda çətinlik çəkməzlər. Ancaq xoşlarına gəlməyən və ya maraqlarına zidd olan bir şey etmələri lazım olduqda dərhal içlərində gizlətdikləri səmimiyyətsizliyi üzə vurarlar. Allah Quranda bu insanların rəftarlarına belə diqqət çəkir:

“Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsa idilər, itaət edib onun yanına gələrdilər”.

Nur surəsi, 48-49

İkiüzlü xarakterdə olan bu insanların əxlaqı saleh möminlərin Allahın rizası üçün göstərdikləri səbir və fədakarlıqdan çox uzaqdır. Bu insanların –səmimi qəlblə iman etmədikləri müddətcə- həyatlarının hər anında yalnız Allahın razılığını axtarmaları, Allahın əmr və qadağanlarına qeyd-şərtsiz tabe olmaları və peyğəmbərlərə inanıb-güvənmələrindən danışmaq olmaz. Bütün bunlar ancaq Allaha sadiq olan həqiqi iman sahiblərinin göstərə biləcəyi davranışlardır. Səmimiyyətsiz insanlar isə içlərində saxladıqları saxta sədaqətlərini sonsuza qədər gizlədə bilməyəcəklər. Allah bu ikiüzlü insanları sadiq və təslimiyyətli olan möminlərdən daim ayıracaq və möminlərə onların həqiqi üzlərini görüb tanıya biləcəkləri mühitlər meydana gətirəcək.