Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah üçün yaşamaq: Cahil cəmiyyətində insanlara verilən dəyərin Ölçüsü

Mündəricat
  1. Allah rizası üçün ciddi bir səy
  2. Nəfsini tanımaq
  3. Şirkdən çəkinmək
  4. Allah Rizasının Ən Çoxunu Axtarmaq
  5. Allah rizasının açarı: Vicdan
  6. Allah üçün sevmək
  7. Mömin xüsusiyyətləri
  8. Möminlərə edilən təzyiqlər
  9. Cahil cəmiyyətində insanlara verilən dəyərin Ölçüsü
  10. Maddi dəyərlərə həddindən artıq əhəmiyyət verənlər
  11. Sonsuza qədər yaşamaq istəyi
  12. Cahil cəmiyyətindəki din anlayışı
  13. Allahdan Başqa İlahlar Qəbul Edənlərin Əbədi Məkanı: Cəhənnəm
  14. Yalnız Allahın Rizasını Axtaranların Əbədi Məkanı: Cənnət

Saleh möminlər üçün, insanları dəyərləndirmənin ölçüsü "təqva"dır (Allahdan qorxub - çəkinmə ölçüsü, Allaha yaxınlıq). İman sahibi olmayanların meydana gətirdiyi cahil cəmiyyətində isə, insanlar həm özlərini, həm də digər insanları böyük ölçüdə "pul" meyarına görə qiymətləndirərlər. Vəziyyət belə olduqda, cahil cəmiyyətində bir çox tərs məntiq ortaya çıxar; -Zəngin, varlı olan biri, son dərəcə sadə və əxlaqsız da olsa, "cahil" cəmiyyətində hörmət görəcək.

Qurandakı Qarun hekayəsi ilə, Allah, cahil cəmiyyətinin bəhsi keçən mövzu "pul mərkəzli" olma xüsusiyyətini ən gözəl şəkildə belə izah edir:

Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar). Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”. Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”. Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir. (Qəsas surəsi, 76-83 )

Ayələrdən aydın olduğu kimi, Qarun və ona etina edənlər klassik bir cahil cəmiyyətidir. Bütün mülkün Allaha məxsus olduğunu və Allahın, mülkü istədiyinə verdiyini qavraya bilməmişlər. Qarun, özünə verilən mülkün "onda olan bir üstünlük səbəbiylə" verildiyini zənn edir. Halbuki; - Hər şeyin Yaradıcısı Allah olduğuna görə, hər şeyin həqiqi sahibi də Odur. İnsanlar, hamısı Allaha aid olan bu mülkə yalnız keçici bir müddət üçün "əmanətçi" dərəcəsində sahib ola bilərlər. - İnsanlara verilmiş olan nemətlər, onlarda olan bir üstünlük və ya xüsusiyyətdən ötəri deyil, yalnız bir nemət və imtahan olaraq verilmişdir. "Qürurlanmaq" üçün deyil, "şükür" etmək üçün verilmişdir. Əgər bunun fərqində olmazlarsa, sahib olunan mülk, həm dünyada və həm də axirətdə insana xoşbəxtlik və qurtuluş gətirməyəcək.

-Mülk, xəsislik edərək "yığıb-toplamaq" üçün deyil, Allah rizası üçün istifadə edilmək üzrə verilir. Belə etməyənlərin sonunu Allah Quranda belə bildirir:

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır..

Al-i İmran surəsi, 180

De ki: "Həqiqətən, Rəbbim, qullarından istədiyi kimsənin ruzisini artırar yayar və azaldar da. Hər nəyi xərcləsəniz, O (Allah), yerinə bir başqasını verir; O, ruzi verənlərin ən yaxşısıdır."

Səba surəsi, 39

Yuxarıda bəhs etdiyimiz Qarun hekayəsi əslində cahil cəmiyyətlərinin ümumi bir xarakterini ortaya qoyur. Ayələrdə xəbər verildiyi kimi, Qarun əslində "cahil" cəmiyyətində olan bir xarakteri təmsil edir. Bu xarakter, cahil cəmiyyəti daxilində zənginliyi və etibarıyla diqqəti çəkən bəzi kəslərdir.

Ayələrdə həmçinin, Qarunun etina edənlər izah edilir. Bunlar da Qarunla eyni cahil anlayışı paylaşır, mülkün sahibinin Allah olduğunu qavramırlar. Bu səbəbdən Qarunu və sahib olduqlarını gözlərində böyüdürlər.

Cahil cəmiyyətin təlqinindən xilas olmuş olanlarsa yalnız möminlərdir. Onlar; - Meyarlarının pul deyil, iman olduğunu və mülkün həqiqi sahibinin Allah olduğunu qavramış olduqları üçün, Qarunun həsəd aparılacaq deyil, acınacaqlı vəziyyətdə olduğunu görə bilmişlər.

Bənzər bir vəziyyət, Allahın Kəhf surəsində izah etdiyi "bağça sahibləri"ndə də görünür. Özünə bol nemət və mülk verilərək eyni Qarun kimi özünü bunların həqiqi sahibi sanan insanla, Allaha iman edən Ondan qorxub-çəkinən mömin arasındakı fərqi Rəbbimiz ayələrdə belə izah edir:

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 32-44 )