Canlılar Allahın yaratma sənətinin bənzərsiz nümunələri ilə doludur. Quşlardan sürünənlərə, balinalardan böcəklərə qədər böyük-kiçik bir çox canlı, insanları heyrətləndirən üstün xüsusiyyətlərə sahibdirlər. Bu xüsusiyyətlər qarşısında (hörümçəyin poladdan daha möhkəm tor hazırlaması, arıların pətək hörüb bal hazırlamaları, quşların istiqamət tapma bacarıqları kimi) özünü ağıllı, bilikli, şüurlu hesab edən insan belə aciz qalar, hətta bunların bənzərini təqlid etməyə belə çox vaxt güc yetirə bilməz.
Bu həqiqətlərə baxmayaraq, bəzi insanlar canlılardakı yaradılış möcüzələrini inkar etməyə çalışarlar. Özlərini və yaşadıqları kainatı yaradan Allahın açıq-aydın görülən varlığını qəbul etməmək üçün, məntiqsiz ifadələr işlədərlər. Lakin bu səyləri əbəsdir. Rəbbimiz Quranda belə buyurmuşdur:
...Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.
Sizə istədiyiniz hər şeyi verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqət budur ki, insan çox zalım, çox nankordur.
Həqiqətən, heyvanlarda da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət var. Biz sizə, onların qarınlarındakı yarımçıq həzm olunmuş qidalarla qan arasından çıxan, içənlərin boğazından rahat keçən dumduru süd içirdirik.
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, müvəqqəti qaldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).
“Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır...
İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər içləri titrəyib qorxar...
Məgər onlar, özlərindən ötrü nə qədər heyvanı Öz əllərimizlə yaratdığımızı görmürlər? Biz bunları onların əmrinə tabe etdik. Belə ki, bəzilərindən minik kimi yararlanır və bəzilərinin də ətini yeyirlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək şeylər də var. Yenə də şükür etməyəcəklər?
Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün dəlillər vardır.
Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda təmiz ağıl sahibləri üçün ibrət vardır.
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.