Yer üzündə bu mükəmməl nizama və ölçüyə dair saysız-hesabsız işarə var. Canlı-cansız bütün varlıqlar və sistemlər bu fövqəladə nizamı açıq şəkildə göstərir və mükəmməl quruluşlarıyla təsadüfən əmələ gəlməyəcəklərini ortaya qoyurlar.
Günəşlə Yer arasındakı məsafə, atmosferdəki qazların ideal nisbətləri, günəş şüasının xüsusiyyətlərinin bitkilərin fotosintez etməsinə tam uyğun olması, dağların yer səthini sabitləşdirici xüsusiyyətləri, gecə ilə gündüzün əmələ gəlməsi, suyun canlıların həyatına tam uyğun maddə olması, heyvanların, meyvələrin, tərəvəzlərin, buludların, küləyin varlığı, hüceyrələrimizin möhtəşəm xüsusiyyətləri, DNT-nin quruluşu...
Bütün bunlar Allahın üstün sənətinin yalnız bir neçə nümunəsidir və bizə Rəbbimizin gücünün sonsuzluğunu göstərir.
Allah gecə və gündüzü bir-birilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Diqqətli olun; göylərdə və yerdə olanların hamısı Allahındır. Əlbəttə ki, O, üzərində olduğunuz şeyi bilir. Həmçinin Ona qaytarılacaqları gün, etdiklərini onlara xəbər verəcəkdir...
Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi sapsağlam və yerli-yerində yaradan Allahın sənətidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda ağlını işlədə bilən insanlar üçün əlamətlər vardır.
Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. Yaratmağı başladan, sonra onu geri qaytaracaq olan Odur; bu Ona görə çox asandır. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, güclü və üstün, hökm və hikmət sahibidir.
Ona şərik qoşduqlarınız yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən Allah? Biz onunla könül oxşayan bağçalar saldıq. Halbuki siz onların bir ağacını belə böyüdə bilməzsiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar azğınlıq etməyə davam edənlərdir.
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir yardımçınız, nə də bir şəfaətçiniz vardır. Yenə də öyüd alıb düşünməyəcəksiniz?
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?
Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Bunlar iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür.
Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər ucadır! O Saat barədə məlumat Onun yanındadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
“Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, mütləq: “Onları üstün, güclü və bilən Allah yaratmışdır!” deyəcəklər. O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə doğru yolu tapasınız.
Biz orada xurma bağları və üzümlüklər yaradıb, aralarında bulaqlar qaynadıb çıxartdıq. Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yemələri üçün belə etdik. Yenə də şükür etmirlər?
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni, ondan çıxanı da, göydən enəni də, qalxanı da bilir. Harada olsanız, O sizinlədir...
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün heyvanatı yer üzündə törədib-yaymasında, küləklərin əsdirməsində və göylə yer arasında ram edilmiş buludları hərəkət etdirməsinə, düşünən insanlar üçün dəlillər var.
Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü (quraq) bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsilə bütün məhsullardan yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, ibrət alasınız.
Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən son çağına (yaşlılığa) çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir.
İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah nə qədər Ucadır.
Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir.