Əvvəlki səhifələrdə araşdırdığımız suallar, din əxlaqı ilə ilk dəfə tanış olan və hələ də cahiliyyə əxlaqının təsiri altında olduqları üçün dinin bəzi həqiqətlərini qavramaqda çətinlik çəkən insanların ağlına gələ biləcək suallardır. Din əxlaqını yenicə öyrənmiş bir insanın bu cür düşüncələrə sahib olması tamamilə təbii haldır və əlbəttə ki, qəribə və ya utanc verici bir şey deyil.
Halbuki Allah bütün bu sualların cavablarını Quranda insanlara bildirmişdir. Peyğəmbərimizin həyatı möminlər üçün ən gözəl nümunədir. Quranda verilən bütün cavablar: “ Onların sənə çəkdiyi elə bir məsəl yoxdur ki, Biz sənə (onun) doğru olanını və daha yaxşı izahını gətirməyək.” (Furqan surəsi, 33) cahiliyyə əxlaqının yaratdığı bütün sual və tərəddüdləri aradan qaldıracaq qədər açıq və dəqiqdir.
Belə olan halda bu sualları verən şəxs həqiqətən səmimidirsə, bu cavablarla kifayətlənər və Allahın əmrlərinə tabe olar. Ağlında başqa suallar varsa, onların da cavablandırılacağını bilməlidir. Çünki insan din əxlaqına yaxınlaşarkən həqiqəti tapmağı qarşısına məqsəd qoyarsa, Quranın “hidayətə çatdıran” vəsfi sayəsində qısa zamanda həqiqəti görər. Bu halda onun edəcəyi tək şey doğru gördüyü şeyi səmimiyyətlə qəbul edib ona tabe olmaqdır. Möminlərin bu mövzudakı səmimiyyəti Quranda belə açıqlanır:
Aralarında hökm verməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman möminlərin sözü ancaq:
“Eşitdik və itaət etdik!” - demələridir. Nicat tapanlar məhz onlardır! Kim Allaha və Onun elçisinə itaət edər və Allahdan qorxub çəkinərsə, onlar əsil uğur qazananlardır.
Ancaq bir insan Quranın bütün təfsirlərini öyrəndikdən və onların həqiqət olduğunu vicdanla qəbul etdikdən sonra yenə də Allahın əmrlərinə tabe olmaqda israr edirsə və itaət etmirsə, bu, həmin insanın səmimiyyətsizliyinin sübutudur. Çünki doğru bildiyi həqiqəti rədd edir və səhv olduğunu öyrəndiyi sistemdə yaşamaqda israr edir. Bu səhv israrın onu hansı sona aparacağını unutmamalı və bundan çəkinməlidir:
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
Belə bir gedişin sonu içində əbədi qalacağı cəhənnəmdir... Buna görə də ağıllı və vicdanlı bir insanın vəzifəsi ayədə bildirildiyi kimi “eşitdik və itaət etdik” deməkdir.
Bu səbəbdən insan “ eşitdik və itaət etdik” deməsinə mane olan amillərə qarşı son dərəcə diqqətli olmalıdır. Bunlardan ən mühümü, bayaq qeyd etdiyimiz kimi, “ həva”, yəni insanın eqoist istəkləridir. İstəyin mənbəyi insanın içindəki “ nəfs”dir. Nəfs, ayədə bildirildiyi kimi “ ...şiddətli şəkildə pis işlər görməyi əmr edər...” (Yusif surəsi, 53) Madam ki, nəfs insana “ şiddətli şəkildə pis işlər görməyi əmr edər...” o halda insan, nəfsinin ona verdiyi səhv təlqinlərinə qarşı son dərəcə ayıq olmalıdır.
Bu məqama diqqət yetirmək lazımdır: Şübhəsiz ki, cahil cəmiyyətdən çıxan və Quran əxlaqı ilə yeni tanış olan bir insan, nəfsindən onu “pisliyə” yönəldəcək çoxlu əmrlər alacaqdır. Nəfsi onu mümkün qədər öz istək və arzularına uymağa yönəldəcək və din əxlaqından uzaqlaşdırmağa çalışacaq. Nəfsi, möminlərin ona söylədikləri və ya Qurandan oxuduqları bütün həqiqətlərə qarşı ona bəzi yalanlar və şübhələr verməyə çalışacaq. Vicdanı və ağlı ona möminlərlə bir yerdə olmağı əmr etdiyi halda, nəfsi onu cahil cəmiyyətlə birlikdə olmağa yönəltməyə çalışacaq.
Bu səbəbdən möminlərlə yeni tanış olan və dini öyrənməyə çalışan bir insan davranışlarına nəzarət etməli, istəklərini ölçməlidir: Davranışının mənbəyi nəfsinin yoxsa vicdanının istəkləridir?
Davranışların qaynağının nəfs yoxsa Allahın rizası və vicdan olduğu sualına bəzi əsas meyarlar qoyula bilər. Allah Quranda bizə mühüm meyar verir:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
Ayədə möminlərə hansı davranışın Allahın rizasına uyğun, hansı davranışın nəfsdən qaynaqlandığı bildirilir: “ Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə olmaq” Allahın rizasına uyğun davranışdır. Digər tərəfdən, qəlbi “ Allahı anmaqdan qafil olan, nəfsinin istəklərinə uyan”lara üz tutaraq onların həyat tərzinə doğru sürüklənmək tamamilə nəfsani davranışdır və Allaha qarşı itaətsizlikdir. Bu, son dərəcə əhəmiyyətli ölçüdür və islam əxlaqına yeni başlayan insanın diqqət edəcəyi ən mühüm məsələlərdən biridir.
Digər tərəfdən, bu səmimiyyətdən məhrum olan və ya öz nəfsinin istəklərinin təsiri altında olan insanlar möminlərin yanında olmaq üçün belə bir səy göstərməzlər. Nəfsləri onlara bəhanələr tapmağa vadar edər və bu bəhanələrlə möminlərlə birlikdə olmalarına mane olmağa çalışar. Və möminlərə bu bəhanələrlə gələrlər. Öz ağıllarında bu bəhanələrlə möminləri aldadacaqlarınıni düşünərlər. Lakin onların uydurduqları bəhanələr nə Allah qatında, nə də möminlərin nəzərində etibarlı deyil.
Gündəlik həyatda bu bəhanələrin (həqiqətdən qaçma üsulları) çoxlu nümunələrinə rast gəlmək mümkündür. Bəzi ümumi nümunələr bunlardır:
İnsanların dini vəzifələrini yerinə yetirmələrinə, dinin hökmlərinə tabe olmalarına, möminlərlə birlikdə olmalarına mane olmaq üçün nəfsin ortaya atdığı ən çox bəhanələrdən biri də “ ailə problemləri”dir. Nəfsinin səsini dinləyən və Allaha itaətdə zəif davranan insanlar tez-tez “ ailəmin qayğısına qalmaqdan vaxt tapa bilmirəm” və ya “ ailəm icazə ve rmədiyinə görə dinin hökmlərinə əməl e də bilmirəm” kimi sözdə bəhanələr irəli sürürlər. Lakin bunların heç biri Allah qatında etibarlı olmaz. Təbii ki, insanın ailəsi ilə bağlı işləri ola bilər, ailəsinə vaxt ayırmalıdır. Ancaq bu, Quranın əmrlərini yerinə yetirmək üçün vaxtın olmaması ilə nəticələnməməlidir. Ona görə də bu, səmimi bəhanə deyil.
Bəlkə də sözügedən insan “ ailə problemləri” bəhanəsi ilə özünü aldadır, ancaq Allahı və möminləri aldada bilməz. Necə ki, Quran bu məsələyə diqqət çəkir və “ ailə problemləri” bəhanəsinin əsassız olduğunu bildirir. Quranda bildirildiyi kimi, Peyğəmbərimizin dövründə Allah yolunda mübarizədə arxada qalanlar Peyğəmbərimizin hüzuruna gələrək “ ...Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı...” kimi bəhanə irəli sürdülər, lakin Allah onlar haqqında:
“ ... Onlar dilləri ilə qəlbində olmayanı deyirlər...”
Başqa bir ayədə Peyğəmbərimiz dövründə döyüş zamanı “ ...Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)...” deyərək qaçmağa çalışanlar belə bildirilir:
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də elçidən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər.
Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
Nəfsin irəli sürdüyü başqa bir bəhanə isə “ iş” və ya “məktəb” problemlərinin dinin hökmlərin həyata keçirilməsinə mane olmasıdır. Sözdə “ iş” və ya “ məktəb” o qədər vaxt aparır ki, namaz qılmaq, oruc tutmaq, insanlara yaxşılığı əmr etmək, gözəl əxlaq göstərmək, möminlərlə birlikdə olmaq imkanı qalmır.
Əslində bu bəhanəni irəli sürən adamın düşüncəsində çatışmazlıq var.
Sözügedən şəxs işinin və ya məktəbinin həyatında ən vacib məsələ olduğunu düşünür və qalan vaxtını dinə ayırmağa üstünlük verir. Ancaq mömin üçün belə bir “ fərq”dən söhbət gedə bilməz. Təbii ki, möminlər də yaxşı təhsil alarlar, məktəblərinə əhəmiyyət verərlər, iş və peşə sahibi olarlar, lakin bunların heç biri onların din əxlaqını yaşamasına mane olmaz. “ De: “ Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.” (Ənam surəsi, 162) ayəsinə görə möminin bütün həyatı Allahın rizasına görədir; həyatın bir hissəsini dinə, bir hissəsini də “ dünya işlərinə” həsr etmək Quran əxlaqına uyğun gəlmir. Buna görə də, mömin həm işi, həm də məktəbi ilə Allah rizası üçün maraqlanar. İşindən qazandığını Allahın rizasını qazanmaq üçün xərcləməli, məktəbdə öyrəndiyini isə Allahın dininə xidmət etmək üçün istifadə etməlidir. Və bu halda - dinin bir hökmünü həyata keçirməyin, digərini həyata keçirməkdə mane olmadığı üçün - “ iş və ya məktəbə görə dini yaşamaq üçün imkan tapmamaq”dan söhbət gedə bilməz.
Əks halda, “ gələcək qayğısından” doğan bəzi dünyəvi mənfəətlərin güdüldüyü və bunların dindən üstün tutulduğu bir vəziyyət yarana bilər. Bu, Allahın Quranda bildirdiyi kimi, “ dünya həyatını” Allahın rizası və axirət həyatından üstün tutmaqdır. Halbuki dünya həyatı Allahın rizası və axirət qarşısında çox dəyərsizdir:
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi?
Buna baxmayaraq, dünya həyatına öz nəfsani istək və hərisliyinin qulu olaraq qapılanların vəziyyəti belədir:
Kim dünya həyatını və onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar. Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır.
İnsanların Quran əxlaqını yaşamalarına mane olmaq üçün nəfsin irəli sürdüyü bəhanələrdən biri də “ kütlə təzyiqi”dir. Bu səbəbdən bəzi insanlar “ Quran əxlaqını yaşasam tənqid olunaram, hər kəs tərəfindən kənarlaşdırılaram” deyə narahat olurlar.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Allahın dininə tabe olmağa və Allahdan başqa heç bir rəhbər tanımamağa qərar verən insan ilk baxışdan çətinlik və ya bəla kimi görünən bəzi imtahanları riskə atmalıdır. Mömin olduqda yaxın ətrafı ona pis reaksiya verə bilər; buna təəccüblənməmək lazımdır. Əslində onun bu reaksiya ilə qarşılaşmaması təəccüblü olar. Çünki dinlə yeni tanış olan insan əvvəlki səhifələrdə tez-tez vurğuladığımız kimi “ cahiliyyə cəmiyyət”dən çıxmasıdır. Ona görə də, onun keçmiş tanışları da bu cəmiyyətin bir parçasıdır. Və bu cəmiyyət səhv yoldadır:
“…Hökm ancaq Allahındır. O, yalnız Özünə ibadət etməyinizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu bilmir.
...Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir. Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər.
İnsanların çoxunun iman etməməsinin səbəbi, yuxarıdakı ayədə də ifadə edildiyi kimi, ağıl və dərk etmə qabiliyyətinin zəif olmasından qaynaqlanır. Onlar dünya həyatının ancaq “ zahiri ” (görünən/zahiri) hissəsini bilirlər, lakin “ gizli ” (batin) hissəsini dərk etmirlər. Onlar axirətdən tamamilə xəbərsizdirlər. Odur ki, “ insanların çoxunun ” doğru yolda olmasını gözləmək böyük səhv olar. Əksəriyyət, “ Sən nə qədər istəsən də, insanların çoxu iman edəsi deyil.” (Yusif surəsi, 103) hökmünə görə səhv yolda getməkdə israrlı olacaq. Bu halda möminin çoxluğun fikirlərini özünə meyar kimi qəbul etməsi mümkün deyil. Quran bu məsələyə diqqət çəkir:
Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar.
Yer üzündə “ tabe olunmaması lazım olan ” insanların bu böyük əksəriyyətinə insanın cahil cəmiyyətindəki yaxın tanışları da daxildir. İnsan Quranda bildirilən qaydalara uyğun olaraq iman edib yaşamağa başladığı zaman əksəriyyətə və onun əvvəlki yaxıntanışlarına zidd vəziyyətlər yarana bilər. Bunun səbəbi isə, bu insanların din əxlaqının bəxş etdiyi gözəlliyi, fədakarlığı, vəfa və sədaqəti anlaya bilməmələridir. Ancaq möminin mühüm xüsusiyyəti vardır: O, bu çoxluq və yaxın tanışları ilə ziddiyyət təşkil etməkdən, onlar tərəfindən qınanmaqdan, özünə pis gözlə baxmalarından heç vaxt çəkinməz. Möminlərin heç kimin qınamasından qorxmadıqları Quranda xüsusilə vurğulanır:
Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
Mömin Allahın rizasını axtarar. İnsanların ondan razı olub-olmamasının onun üçün əhəmiyyət kəsb eləmir. Əgər Allah ondan razı olsa (və lazım gələrsə), onu insanların gözündə də yüksəldər.
Ona görə də, “ ailəm vaxtımı alır ”, “ nə dərsdən, nə də işdən vaxt tapa bilmirəm”, “ ətrafımdakılardan pis reaksiyalar alıram ” kimi ifadələr sadəcə bəhanədir. Bu cür bəhanələrlə möminlərlə bir yerdə olmaqdan və onların dini ibadətlərini yerinə yetirməkdən qaçan bir insan əslində səmimi yanaşmaz.
Bu halda insan möminlərlə birlikdə olmaq, Allahı zikr etmək və dini ibadətlərini yerinə yetirmək üçün ciddi səy göstərməsə, ancaq buna baxmayaraq möminlərə fərqli görünməyə çalışarsa, bunu belə izah etmək olar: Bu insan mənfəət əldə etməyə çalışır. Möminlərin bəzi imkanları ona çəkici gəlir və o, bu imkanlardan yararlanmağı düşünür.
Ancaq möminlər sözügedən şəxsin əsl niyyətinin fərqindədirlər. Əgər səmimiyyətsizliyini görüb yenə də qarşı tərəfə bu vəziyyəti hiss etdirmirlərsə, bunun səbəbi, bəlkə sonradan səhvlərini anlayacağını düşünmələrinə görədir. Bunun əksi, yəni səmimi olmayan bir insanın möminləri aldatması mümkün deyil.
Əslində, bu cür insanların hər kəsdə rast gəlinən bəzi xarakterik xüsusiyyətləri var.
Bu xüsusiyyətlərdən ən bariz olanı Allahı zikr etmək istəməmələridir.
Quranda kafirlərdən bəhs edilərkən belə buyurulur: “ Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal se vinərlər.”(Zumər surəsi, 45) deyilir. Hansısa mənfəətə görə möminlərlə bir yerdə olmağa çalışanların davranışı da eynilə belədir. Belə insanlar Allahın zikr edilməsindən və Onun ruzilərinin xatırlanmasından narahat olurlar. Digər tərəfdən mənfəətlərini təmin edəcək yerlərdə böyük həvəslə iştirak edirlər.
Möminlər son dərəcə şəfqətli və mərhəmətli davranarlar; heç vaxt sərt davranmazlar. Ancaq səmimi olmayan insanlar bunun mənasını və məqsədini anlamırlar. Cahiliyyədə həmişə münaqişə dolu mühitlərə öyrəşdikləri üçün möminlərin mülayimliyindən sui-istifadə edərək onlara qarşı təkəbbür göstərməyə çalışırlar. Əslində onlar ancaq özlərini alçaldırlar.
Bu halda səmimiyyətsiz insan möminlərdən heç bir mənfəət əldə etməyin mümkün olmadığını tez anlayar. Bu halda o, möminlərdən tez zamanda uzaqlaşıb keçmiş həyatına qayıtmaq istəyər. Tezliklə yeni bir bəhanə ilə buna nail olar və heç vaxt tərk etmədiyi cahil cəmiyyətinə qayıdar. Belə insanların axirətdəki mövqeləri bir ayədə belə bildirilir:
Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!
Əslində belə bir səmimiyyətsiz insanın möminlərdən ayrılması möminlər üçün böyük bir rəhmətdir. Beləliklə, Allah möminləri təmizləyir və onları Nur surəsinin 55-ci ayəsində: “ ...Onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar...” ifadəsi ilə mömin ümmətinə çevirir. Allah möminlərlə ikiüzlü inkarçıları bir yerdə saxlamaz, onları bir-birindən ayırar. “ Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.” (Məhəmməd surəsi, 31) hökmünə görə Allah, həqiqətən səmimi şəkildə iman edənləri imtahana çəkəcək və ortaya çıxaracaq. Digər tərəfdən, qeyri-səmimi münafiqlər də ortaya çıxacaqlar. Allah “ təmiz”i “ murdar ”dan ayıracağını bu cür müjdələyir:
Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana uğrayanlardır!
Halbuki əgər insan səmimi olarsa, Allah onun qəlbini islama açar.
“ Eşitdik və itaət etdik” demək, saleh insan üçün dünyada ən böyük ləzzətdir. Onu yaradan, düz yola yönəldən, cənnətə aparacağını vəd edən Allaha itaət etmək ən böyük hüzur, xoşbəxtlik və sevinc mənbəyidir. Bir sözlə, “ Biz ona iki yol (yaxşı və pis yol) göstərdik.”(Bələd surəsi, 10) ayəsində bildirildiyi kimi insanın qarşısında iki yol vardır: Allaha itaətə əsaslanan və insana Onun rizasını, rəhmətini və cənnətini qazandıracaq iman yolu, bir də, Allaha üsyan edib nəfsinin eqoist istəklərini ilah edənlərin və dünyada xor, zillət, axirətdə isə sonu cəhənnəmlə nəticələnəcək üsyan yolu.
Şübhəsiz, bu (Quran), bir öyüddür. Artıq kim istəsə, Rəbbinə doğru özünə bir yol tutar.