İslam terroru lənətləyir: Din adından terror törədənlərin iç üzü
Mündəricat
- Ön söz
- Giriş
- İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
- Qurana əsasən, şəriət, cihad və savaş
- Radikalizmin yanlışlığı və həqiqətlər
- Din adından terror törədənlərin iç üzü
- İslamın kitab əhlinə münasibəti
- İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
- Terrorizmin əsas qaynağı: darvinizm və materializm
- Nəticə: Qərb dünyası üçün məsləhətlər
- Əlavə bölmə: Təkamül yalanı
Bura qədər araşdırdığımız həqiqətlər göstərir ki, günahsız insanlara qarşı terror törətmək din əxlaqına tamamilə ziddir. Heç bir müsəlman belə günah işi görməz. Əksinə, müsəlman bu günah işi görən insanları durdurmaqla yer üzündəki fitnəfəsadı aradan qaldırmağa və bütün insanlara təhlükəsizlik və dinclik gətirməyə borcludur. Buna görə müsəlman məsuliyyət daşıyır. Müsəlmanlıq terrorla bir yerdə təsəvvür oluna bilməz, əksinə, İslam terror qarşısındakı ən böyük maneə və onun çarəsidir.
Xristian, yəhudi və ya İslam terroru yoxdur. Terroru həyata keçirən insanların həyatına baxarkən bunun dini deyil, sosial məsələ olduğunu görürük.
Səlibçilər – öz dinlərini ayaqlayan barbarlar Dinin və ya başqa fikir cərəyanının həqiqi mesajı bəzən onun “tərəfdar”ları tərəfindən tamamilə təhrif edilə bilər. Xristian tarixinin qaranlıq dövrünü təşkil edən səlibçilər bunun bariz nümunəsidir.
Səlibçilər XI əsrin sonunda müqəddəs torpaqları (Fələstin ətrafını) fəth etmək məqsədi ilə Avropadan yola düşən avropalı xristianlar idi. Guya dini məqsədlə yola çıxmışdılar, amma getdikləri hər yerə vəhşilik və qorxu saçmışdılar. Kitabın irəlidəki hissələrində ətraflı şəkildə görəcəyimiz kimi, mülki əhalini kütləvi şəkildə qətl etdilər, həddindən artıq kənd və şəhəri talan etdilər.
Səlibçilər müsəlman, yəhudi və pravoslav xristianların İslam idarəçiliyi altında rahatlıq və əmin-amanlıq içində yaşadığı Qüdsü fəth etdikləri zaman isə böyük Səlibçi orduları getdiyi hər yerdə böyük qətliamlar törətdilər. Dinc əhalini qətl edib bir çox şəhəri qarət etdilər.
qətliam həyata keçirdilər. Bütün müsəlman və yəhudiləri vəhşicəsinə öldürdülər.
Bir tarixçinin ifadəsi ilə desək, qarşılaşdıqları bütün ərəb və türkləri öldürdülər... Kişi və ya qadın bilmədən hamısını qətlə yetirdilər.15 Səlib yürüşlərinin iştirakçılarından biri olan Raymund of Aquiles bu vəhşiliyi “fəxrlə” belə qeyd edirdi:
“Görülməli maraqlı səhnələr baş verdi. Adamlarımızın bəziləri –hələ bunlar ən mərhəmətliləri idi– düşmənlərinin başlarını kəsirdilər. Digərləri onları oxla vurub yerə sərirdilər. Bəziləri isə onları diri-diri odun içinə ataraq daha uzun müddətli işgəncələrə məruz qoyurdular. Şəhərin küçələri kəsilmiş başlarla, əl və ayaqlarla dolu idi. Elə vəziyyət yaranmışdı ki, küçədə bunlara dəymədən yerimək çox çətin idi. Ancaq bütün bunlar Süleyman məbədindəkilərin yanında heç nə sayılırdı. Orada nə olduğu ilə maraqlanırsınız? Əgər sizə həqiqəti desəm, inanmağa çətinlik çəkərsiniz.
Heç olmasa, bunu deyim ki, Süleyman məbədində axan qanın səviyyəsi adamlarımızın dizindən yuxarı idi”.16 Səlibçilərin ordusu Qüdsdə iki gün içində təxminən 40 min müsəlmanı yuxarıda bildirilən üsullarla vəhşicəsinə öldürdü.17 Xaçlılar o qədər barbar idi ki, IV səlib yürüşü zamanı onlar öz dindaşlarının şəhəri olan İstanbulu talan etdilər, kilsələrdəki qızılları söküb yağmalamaqdan belə çəkinmədilər. Əlbəttə ki, barbarlıq xristianlığın siyasi doktrinasına zidd idi.
Çünki xristianlıq İncildə bildirilən ifadə ilə desək, əslində, sevgi mesajıdır. Matta İncilində hz. İsanın öz tələbələrinə: “Düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin”, - dediyi yazılmışdır (“Matta”, 5/44). Luka İncilində isə hz.
İsanın: “Bir üzünə şillə vurana digər üzünü çevir”, - dediyi bildirilir (“Luka”, 6/29). Əhdi-cədidin heç bir yerində qarşıdurmanı təşviq edən hökm yoxdur, günahsız insanların qətlə yetirilməsi isə çox böyük günahdır. “Məsumların qətliamı” anlayışı İncildə zalım yəhudi şahı Herodun körpə yaşdakı hz. İsanı məhv etmək cəhdi kimi təqdim edilir.
Bəs xristianlıq qarşıdurmaya və gərginliyə əsla yer verməyən sevgi dini ikən xristian xaçlılar necə olub ki, tarixin ən böyük vəhşiliklərini törətmişdir?
Bunun ən böyük səbəbi xaçlıların cahil insanlardan təşkil olunmasıdır. Öz dinləri haqqında heç bir şey bilməyən, İncili heç oxumayan, hətta görməyən, xristianlığın əxlaqi normalarından xəbərsiz olan kütlələr səhv yola düşmüşdülər.
Din adı ilə ortaya çıxan bir qrup “Allah bunu istəyir” şüarı ilə Allah adına yalan söyləyib cahil kütlələri barbarlığa sürükləmişdi. Onlar dinin qəti qadağan etdiyi əməlləri bu cür saxtakar üsulla geniş xalq kütlələrinə tətbiq etmişdilər.
O dövrdə mədəni cəhətdən daha irəlidə və yüksək səviyyədə olan şərq xristianlarının, məsələn, bizanslıların səlibçilərdən daha çox insanpərvər olduğuna diqqət etməliyik. Səlibçilər gəlməmişdən əvvəl də, onlar getdikdən sonra da ortodoks xristianları müsəlmanlarla sülh şəraitində birgə həyat sürmüşdülər. BBC televiziyasının şərhçisi Terri Consun sözlərinə görə, səlibçilərin Yaxın Şərqdən çıxması ilə mədəni həyat təkrar başlamış və üç dinin mənsubları yenə Qüdsdə birlikdə yaşamağa başlamışdılar.18 Səlib yürüşləri nümunəsi ümumi qanunauyğunluğu göstərir: bir fikrin ardıcılları əgər mədəniyyətdən uzaq, geridə qalmış cahil insanlardırsa, o zaman Xristianlıq şiddətə əsla yer verilməyən sevgi dini olmasına rəğmən, səlibçilər tarixin ən vəhşi əməllərini həyata keçirdilər. Çünki bu cahil kütlələri İncili, bəlkə də həyatı boyunca bir dəfə olsun belə oxumadıqlarından xristianlığın əxlaqi meyarlarından xəbərsizdirlər.
onların təcavüzkarlığa meyli çox yüksək olur. Bu, dindənkənar ideologiyalara da aiddir. Dünyadakı bütün kommunistlərin ən vəhşisi və qana susamış Kambocada ortaya çıxan qırmızı kxmerlər olmuşdur. Çünki onlar kommunistlərin ən cahilləridir. Cahil insanlar qarşıdurmaya səbəb olan fikrə dəlicəsinə bağlandıqları kimi, şiddətə qətiyyən qarşı çıxan ilahi dinə də düşmənçilik fikirləri qata bilər. İslam dünyasında da bunun nümunələri yaşanmışdır və hələ də yaşanmağa davam edir.
Din adından terror törədənlərin iç üzünü tam anlamaq üçün Peyğəmbərimizin (səv) dövründəki bədəvi xarakterinə də mütləq baxmaq lazımdır.
Qurana görə, bədəvi xarakteri Peyğəmbərimizin (səv) dövründə Ərəbistanda iki əsas sosial zümrə var idi:
şəhər əhalisi və bədəvilər. O dövrün şərtlərinə görə Ərəbistan şəhərlərində olduqca inkişaf etmiş mədəniyyət hakim idi. Ticarət əlaqələri bu şəhərləri xarici dünyaya bağlayır və bu, şəhərli ərəblərin təcrübəsini artırırdı. Onlar geyim mədəniyyətinə sahib idilər, ədəbiyyatdan, xüsusilə də şeirdən xoşları gəlirdi.
Köçəri qəbilələr olan bədəvilər isə çox geridə qalmışdılar. Sənət və ədəbiyyatdan tamamilə xəbərsiz olan bədəvilər səhranın sərt şərtləri daxilində kobud xarakterə sahib olmuşdular.
İslam Ərəbistan yarımadasının ən əhəmiyyətli şəhəri olan Məkkədə doğuldu və inkişaf etdi. Amma İslam yayıldıqca Ərəbistanın bütün qəbilələri onu müəyyən zamanlarda qəbul etdilər. Onların arasında bədəvilər də var idi.
Bədəvilərlə bir problemi var idi ki, onların intellektual və mədəni səviyyəsi Peyğəmbərimizin (səv)
dövründəki bədəvi cəmiyyətlər səhrada yaşayan köçəri tayfalar idi. Bədəvilər səhranın sərt şərtləri içində kobud xarakterə malik idilər.
İslamın dərinliyini anlamaq üçün çox aşağı idi. Bir Quran ayəsində onların vəziyyəti belə açıqlanır:
Bədəvilər küfr və nifaq baxımından daha pis və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah biləndir və hikmət sahibidir!
Bədəvilər, yəni inkar və nifaq baxımından daha pis olub sərhəd tanımayan sosial qruplar Peyğəmbərimizin (səv) dövründə İslam dünyasına daxil oldular.
Ancaq sonrakı dövrlərdə İslam dünyasında problem çıxarmağa başladılar. Bədəvilər arasında inkişaf edən “xaricilər” adlı məzhəb bunun bir nümunəsi idi.
İslamın özü və Quran əxlaqının genişliyi mövzusunda heç bir anlayışa sahib olmayan xaricilər bir neçə Quran ayəsini həqiqi mənasından tamamilə uzaqlaşdıraraq özlərindən olmayan bütün müsəlmanlara qarşı savaş açdılar, sonra terror əməlləri törətdilər. Peyğəmbərimizin (səv) ən yaxın səhabələrindən biri olan və Peyğəmbərimiz (səv) tərəfindən “elm şəhərinin qapısı” kimi təsvir edilən hz. Əli bir xarici tərəfindən hazırlanan sui-qəsd nəticəsində bıçaqla şəhid edildi. Başqa sözlə, səlibçilər xristianlığı həqiqi mənasından tamamilə sapdıraraq onu vəhşi əməlləri üçün istifadə etdikləri kimi, İslam dünyasında ortaya çıxan bir sıra azğın qruplar da İslamı səhv izah edərək qarşıdurma yaratdılar. Onların hər ikisinin ortaq cəhəti Qurandakı ifadə ilə desək, bədəvi, yəni cahil, mədəniyyətsiz, içinə qapanmış, sərt və kobud təbiətli insanlar olmaları idi. Onların törətdikləri vəhşilik mənsub olduqlarını iddia etdikləri dinin deyil, cahilliyin nəticəsi idi. Öz dinlərinin əsil qaynağını belə bilmir, batil inanclar əsasında hərəkət edirlər.
Bədəvi xüsusiyyətinin yalnız o dövrə xas olduğunu düşünmək çox xətalıdır, dövrümüzdə də belə insanlar vardır. Özlərindən, yaxud çevrələrindən başqasını bəyənməyən, hətta başqa dindən olanlara qarşı vəhşilik etməyi dininin əmri kimi görən bu insanların çoxlu yanlış düşüncələri vardır. Təkfir etmək və qisas almaq buna nümunədir.
İslam adından qan tökənlərin yanlış məntiqi Eyni Allaha iman gətirən, hz. Muhəmmədin (səv) Allahın elçisi və Quranın haqq kitab olduğunu qəbul edən bəzi müsəlmanlar bir-birini dinsizlik və küfrlə ittiham edib qətlə yetirirlər. Xüsusilə son dövrlərdə şiələrin kütləvi şəkildə öldürülməsi və məscidlərinin bombalanması, eyni zamanda, İraq kimi yerlərdə bir qisim şiələrin sünnilərə hücumu diqqətləri İslam dünyasındakı anormallığa yönəltdi. Bu zehniyyət nə terror təşkilatları ilə əlaqədar idi, nə də yeni xəstəlik idi: Misirdə şiə, İraqda isə sünni olduqlarına görə müsəlmanlar küçələrdə öldürülürlər. Çoxu bilgisiz olan insanları belə vəhşiliyə aparan səbəb televiziya və məscidlərdə İslam adından danışan bəzi din alimlərinin fətvalarıdır. Digər yandan, istər Yaxın Şərqdə şiə və sünni qrupların eyni ölkə daxilindəki mübarizəsində, istərsə də ölkələrarası məzhəb savaşlarının əsasında yenə bu xurafatlar dayanır. Əlbəttə, şiddət tətbiq etmək çox yanlışdır və bu, dinin əsası olan Qurana yönəlmədən düzəlməz.
Təkfir etmək, yəni dindən çıxmaq ittihamı Günahsız insan qanı tökməyə ibadət kimi yanaşan, öz dinlərindən olmayanlara yaşamaq hüququ verməyən və İslam coğrafiyasında durmadan qan axıdan Küveytdəki İmam Cəfəri Sadiq məscidinin bombalanması Yəməndə məscidə hücum İraq Hərbi Hava Qüvvələrinə mənsub 1700 şiə əsgərinin öldürüldüyü “Camp Speicher” qətliamı.
fitnənin yayılmasının səbəbi təkfir etməkdir. Təkfir etmək bir şəxsi, yaxud qrupu İslam dinindən çıxmaqla ittiham etməkdir. Xurafatçılar hansı qrupun İslam dinindən çıxdığı qənaətinə gəlsə, həmin insanları qətl etmək hökmü verirlər.
Lakin kimsə müsəlmanlıqdan çıxsa, yaxud da imandan sonra inkar etsə belə, onun cəzası insanlara deyil, Allaha aiddir:
İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir.
Hökm yalnız Allahındır. O, əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bilmir.
Dövrümüzdə bir qisim sünni qrupların şiələri, şiə qrupların da sünniləri təkfir edib biri-birinə nifrət etdiklərinin, bərabər namaz qılmadıqlarının, hətta bir-birini öldürdüklərinin şahidi oluruq. İslam dininə sonradan əlavə edilən təkfir məntiqinin Quranda qətiyyən yeri yoxdur. Müsəlmanlar arasındakı bu fitnənin səbəbi firqeyi-naciyədən (nicat tapmış firqə) bəhs edən hədisdir. Bir çox rəvayətdə yer alan və Quranda qətiyyən əsası olmayan bu hədisin ən çox bilinən forması belədir:
“Ümmətim 73 firqəyə ayrılacaq. Onlardan birindən başqa, hamısı cəhənnəmlikdir; o biri də mənim və səhabələrimin yolu ilə gedənlərdir”.
Bu məntiq fərqli rəvayətlərdə müxtəlif formalarda mövcuddur. Məsələn, Tirmizidə “birindən başqa, digərləri cəhənnəmə girər” ifadəsi yoxdur. Hakimdə isə bu hədis “ümmətim yetmiş iki qüsurlu firqəyə ayrılacaq, ən böyüyü keflərinə görə iş görər; halalı haram, haramı halal edər” formasında rəvayət edilmişdir.
(Müstədrək, 4/430)
İslam dünyasının bölünüb parçalanması Quranı kafi görməyən, xurafat və uydurma hədislərlə İslamı fərqli göstərməyə çalışan zehniyyətin məhsuludur.
Peyğəmbərimizin (səv) dövründəki kimi Quran müsəlmanı olmaq yerinə, özlərinə görə halal və haramlar çıxaran və yalnız öz məzhəbinin ən doğru olduğuna inanan xurafatçılar digər müsəlmanların dinsiz olduğunu düşünürlər.
Halbuki Allah belə düşüncəni Quranda qadağan etmişdir:
Ey iman gətirənlər! Allah yolunda çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq:
“Sən mömin deyilsən!” – deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi.
Hədislərə nəzər yetirdikdə görürük ki, Peyğəmbərimiz (səv) də müsəlmanların bir-birini küfrdə günahlandırmasını qadağan edir:
“Kim bir insanı “kafir” çağırarsa, yaxud elə olmadığı halda, “Ey Allahın Dövrümüzdə bəzi şiələr sünniləri, sünnilər də şiələri kafir elan edirlər.
Halbuki Quranda belə bir təkfirin heç bir səbəbi yoxdur.
Peyğəmbərimiz (səv) də müsəlmanları birbirilərini inkarçılıqla günahlandırmaqdan çəkindirmişdir.
düşməni”, – deyərsə, o söz özünə qayıdar”. (Səhihi-Müslim)
“Möminə lənət etmək onu öldürmək kimidir. Bir mömini küfrdə günahlandıran onu öldürmüş sayılar”. (Səhihi-Buxari)
“Bizim kimi namaz qılan, qibləmizə dönən və kəsdiyimizi yeyən kəs Allahın və Rəsulunun təminatını əldə etmişdir. O halda (belələrini öldürməklə) Allahın verdiyi təminat və əhdi pozmayın”. (Səhihi-Buxari)
“Bir şəxs (müsəlman) qardaşına: “Ey kafir”, – deyə xitab edərsə, bu söz ikisindən birinə gedər. Əgər dediyi kimidirsə, küfr onda qalar, elə deyilsə, söyləyənə qayıdar”. (Səhihi-Buxari)
“Bir kimsə müsəlman qardaşını təkfir edərsə, lənəti ikisindən birinə (təkfir edilən və ya edəndən) qayıdar”.
(Əl-Müsnəd)
Peyğəmbərimizin (səv) dövründə möminlərin arasında münafiqlər, qəlbinə iman yerləşməyənlər fasiqlər də olmuşdur.
Allah Quranda Peyğəmbərimizin (səv) hökmü ilə razılaşmayan, anormal hərəkətlərə yol verən, hətta müsəlmanlar arasında özünü gizlədən dinsiz şəxslərdən bəhs etmişdir. Lakin Peyğəmbərimiz fərq qoymadan təbliğə davam edib hər kəsin imanını gücləndirməyə çalışmış və onları küfrlə ittiham etməmişdir. Heç kim başqasının imanı ilə bağlı hökm və ya bununla bağlı cəza verə bilməz.
Allah müsəlmanların ayrılığa düşməsinin və ya çəkişməsinin axirətdə qarşılığının olacağını bildirir:
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
Quranda müsəlmanların birlik olması, qardaş kimi yaşaması, dağılıb ayrılmaması və dost olub çəkişməməsi əmr edilir:
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.
Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.
Müsəlmanların birləşməyinə kömək etməyib nifaq və nifrət yaradanlar və ya bir-birinin dindən çıxmasına fətva verənlər bir qisim müsəlmanları şiddətə təşviq edirlər. Məzhəb imamlarına əsaslanıb müsəlmanlara qarşı cihad elan edənlər xətaya düşürlər və bunun hesabını axirətdə verə bilməyəcəklər. Allah Quranda müsəlmanların arasını düzəltməyi belə əmr edir:
Möminlər, həqiqətən də, qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.
Qisas hökmünün yanlış tətbiqi Qurandakı qisas hökmlərinin məqsədi hz. Muhəmməd dövründə ərəb cəmiyyətlərində yayılan kin və şəxsi intiqam duyğularından irəli gələn cəzaları ortadan qaldırmaq idi.
Quranın daşındırıcı xüsusiyyəti bu hökmdə də görünür və cinayətin qarşısını almaqla həyatı qoruyur. Qisas da bu hökmlərdən biridir:
Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı ona müvafiq qaydada diyə ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır.
Qisasdan bəhs edən bu ayədə diqqət çəkən məqam bağışlamaq və əfv etməyin təşviq edilməsi və bunun daha gözəl olduğunun bildirilməsidir.
Odur ki, qisasda bizim üçün həyat vardır. Qisasın kimlərə tətbiq olunacağı və kimin tətbiq edəcəyi bəzi şərtlərə bağlıdır. Məsələn, qisas almağa kimin haqqının çatdığı ayədə belə açıqlanmışdır:
Allahın, haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır.
Digər tərəfdən, “Bəqərə” surəsinin 178-ci ayəsində bildirildiyi kimi, ölən şəxsin yaxını qisasdan vaz keçib diyə (qanbahası) istəyə bilər ki, bu da bağışlamağa təşviqdir. Başqa bir ayədə Allah bağışlamağın yaxşı əməl olduğunu belə bildirir:
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.
Quran ayələrindən göründüyü kimi, məqbul olan əfv və islah etməkdir.
Bunun İslamdan öncə də Allahın bəyəndiyi əxlaq olduğu bildirilir:
Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, yaralara da (yaralar) qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə, bu, onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır.
Qurana əsasən, zülmün əvəzi zülm deyil İslam dini adından istifadə edən terrorçu liderlərdən və ya bunu məşru göstərməyə çalışan din adamlarından niyə bu qətliam və intihar hücumlarına fətva verdiklərini soruşduqda müsəlmanlara edilən zülmün qisasını aldıqlarını deyirlər. Əlbəttə, dünyanın müxtəlif yerlərində müsəlmanlar qətliam, haqsızlıq və zülmə məruz qalırlar. Lakin bunun qarşılığı zülm deyil və Allah bunu qadağan etmişdir. Qisas hökmlərindəki əfvetmə tövsiyəsi də bu həqiqətin göstəricisidir. İslama görə günah və cinayət şəxsin özünə aiddir Allah zülmü Quranla qadağan etmişdir. Bundan başqa, İslamda hər kəs günahının məsuliyyətini özü daşıyır. Bir ərazini bombalamaq qətliam törətmək deməkdir və uşaq, qadın, yaşlı demədən edilən hücumlar cinayətdir. İnsanları yalnız millətinə, dininə və məzhəbinə görə öldürüb intiqam almaq da İslama tamamilə ziddir.
İslamda savaş hüququnun təməlində ədalət, sülh və bağışlamaq var.
Yaşamaq və yaşatmaq əsas götürülür. Beləliklə, Allahın müəyyən sərhədlər daxilində qəsdən adam öldürməyə qarşı yayındırmaq məqsədilə buyurduğu və bağışlamağı təşviq etdiyi qisas hökmü fərdi intiqam hissi ilə cəmiyyətlərə və həmin cəmiyyətlərin üzvlərinə tətbiq oluna bilməz. Qurandakı hökmlər bu qədər açıq-aydındır. Lakin din adından terror törətmək istəyənlərin mövcudluğu terrorun psixologiyasını araşdırmağı labüd edir:
Terrorun yanlış psixologiyası Terrorun gündəlik istifadə olunan mənasından daha geniş mənası var.
Dövrümüzdə terror anlayışı, ümumiyyətlə, ideoloji radikal qruplaşmaların silahlı mübarizəsini ifadə edir. “Terror” dilimizdə “qorxutmaq” və “hədələmək” mənasını verir. Lakin bunun əhatəsi insanların bütün həyatını qorxuya salacaq qədər daha böyükdür. Terror insanları hədələyərək müəyyən düşüncəni mənimsətmək üçün hər cür şiddəti ehtiva edir. Ancaq hər vəziyyətdə terrorun hədəfi dolayı yolla, yaxud birbaşa xalq olur. Terror təşkilatı xalqı tərəfinə çəkmək üçün terrordan istifadə edir. İnsanları qorxuya salaraq güc qazandığını və bunun sayəsində xalqın və ya onun bir hissəsinin özünə dəstək verəcəyini düşünür. Bu, terror deyildikdə ağıla gələn ilk mənadır və sol terror kimi xarakterizə olunur. Bir də üçüncü dünya ölkələrində rast gəlinən və diktatura rejimləri tərəfindən tətbiq olunan terror vardır. Əslində, burdakı məntiq sol terrordakı məntiqin makro tətbiqindən başqa bir şey deyil. İqtidar başçısı xalqa təzyiq edərək səlahiyyətindən yalnız şəxsi mənfəətləri üçün istifadə edir. Bu səbəbdən müxtəlif müxalifətlərlə üz-üzə qalır. Belə vəziyyətdə həmin diktator rejim müxalifətdən daha güclü olduğunu sübut etmək üçün eyni formuldan istifadə edir- terror tətbiq edir ki, xalq ondan qorxsun və bu, ona güc qazandırsın.
Belə halda terror təşkilatları öz ideologiyalarına bağlı qalaraq haqsızlıq və zülm etdiyini düşündüyü rəhbərləri yox etməklə daha xoşbəxt həyat yaşayacaqlarını düşünürlər. Halbuki bu, doğru yanaşma deyil. Allah “Bəqərə” surəsinin ilk ayələrində belə düşünənlər haqqında buyurur:
Təcavüzkarlığı, öldürməyi, vuruşmağı, zülm etməyi məqsəd olaraq mənimsəyən terrorçular Allah qorxusundan və sevgisindən tamamilə uzaqdırlar. Onlara:
“Yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma başa düşmürlər.
Diqqət edilirsə, terroru bir metod kimi mənimsəyənlər bəzən bir-birindən qarşılıqlı faydalanmaq üçün ittifaqa girirlər. Çünki terror törədənlər malik olduğu silahlar vasitəsilə renta qazanırlar, bu yerdə ideallar yox olur.
Terrorçular üçün adam öldürmək həyat tərzinə çevrilib. Günahsız insanlara və uşaqlara rahatlıqla güllə və ya bomba ata bilirlər, qan tökmək onların məqsədinə çevrilmişdir və bundan zövq alırlar. Bir növ vəhşi heyvan kimidirlər, aralarında bir az mərhəmətli birini görsələr, onu xain və qorxaq adlandırıb cərgədən çıxarırlar. Çox vaxt bir-birinə silah qaldırıb fraksiyaçıları qətlə yetirirlər.
Terrorizm tamamilə şeytanın oyunudur, hər kim bu vəhşiliyi müdafiə edirsə, şeytani sistemi dəstəkləyir. Bir terrorçunun dini anlayış və simvollardan istifadə etməsi heç kimi yanıltmamalıdır. Din adından həm qan tökdükləri üçün, həm də bununla dinin əleyhinə təbliğat apardıqları üçün ikiqat günahkardırlar. Terrorla din tamamilə zidd anlayışlardır. Terrorizm aqressiv olmağı, savaşıb öldürməyi və zülm etməyi mənimsəmişdir. Lakin bütün bunlar Qurana görə zalımlıqdır. Allah sülhü, mərhəməti, yaxşılıq etməyi, insanları barışdırmağı əmr edir, terroru və hər cür təxribatçı əməlləri qadağan edir, bunu edənləri belə lənətləyir:
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.
Terrora bulaşanlar Allah qorxusundan və sevgisindən tamamilə uzaq olan xəstə ruha sahibdirlər.
Terrorçu amansızdır, tək məqsədi yox etməkdir Rus anarxizminin qurucusu M.Bakunin və tələbəsi Neçayev ideal terrorçunu belə təsvir edir:
“Varlığının tək məqsədi yalnız sözləri ilə deyil, hərəkətləri ilə də cəmiyyətin mövcud quruluşuna qarşı savaşmasıdır. Mədəni dünyaya aid qanunlara, əxlaqi dəyər və əməllərə amansızca qarşı çıxar... Yalnız bir şeyi bilər: yox etməyi”.19 Bu şəxslərin sözlərindən başa düşüldüyü kimi, terrorçular maddi-mənəvi hər şeyi əngəl görüb bütün əxlaqi dəyərləri rədd edirlər. Bakunin bir başqa sözündə belə demişdir:
“Gecə-gündüz (terrorçunun) bir düşüncəsi və qayəsi var: amansız şəkildə məhv etmək. Bu arada məqsədini reallaşdırmaq üçün soyuqqanlılıqla və istirahət etmədən çalışar. Hər zaman ölməyə və məqsədinə mane olan hər kəsi əlləri ilə öldürməyə hazır olmalıdır”.
Terrorizmin əl kitabçası kimi tanınan “İnqilabçı kitabçası”nda terrorçu belə təsvir edilir:
“...Özünə qarşı sərt olduğu kimi, başqalarına da elə olmalıdır. Hər cür insan münasibətləri, sevgi və dostluğa olan meylini inqilab savaşının həyəcanı ilə özündən uzaqlaşdırmalıdır”.20 Bu sözlər terrorun qaranlıq üzünü ortaya qoyur və terrorun sülh və sevgi dini olan İslamla tamamilə zidd olduğunu göstərir.
Terrorizm şiddət, qorxu və xaosun hakim olduğu bir cəmiyyətin xəyalındadır.
İslam Boston hücumu kimi bütün terror və şiddət əməllərini lənətləyir 2013-cü ildə ABŞ-da təşkil olunan Boston marafonunda həyata keçirilən terror hadisəsi bütün səmimi müsəlmanlar tərəfindən 11 sentyabr və digər terror aktları kimi, şiddətlə lənətləndi. Üç nəfərin öldüyü və yüzlərlə insanın yaralandığı bu hadisə İslam dünyası ilə Qərb dünyasının arasını vurmaq üçün planlanmış qanlı provokasiya idi. Qərbə İslamın guya şiddət və terror dini olduğunu göstərmək üçün təşkil olunmuş bu cür təhrikçilik hərəkətləri müxtəlif ölkələrdə dəfələrlə sınandı və müvəffəqiyyətli oldu. Boston hücumunun ardından ABŞ-da müəyyən media qurumları insanları müsəlmanlara qarşı qızışdırdı və cəmiyyətə onların təcridini təşviq edən açıqlamalar verdi. Bu provokasiyalar həmişə olub və olacaq.
Lakin bunlara görə müsəlmanların da üzərinə əhəmiyyətli vəzifə düşür: təkcə terroru lənətləməklə kifayətlənməmək, gerçək İslam əxlaqını bütün dünyaya anlatmaq.
Hər kim müsəlman olduğunu deyib terror və şiddəti dəstəkləyirsə, o adam ya müsəlman görünüşündə fitnəkar, ya da dinini doğru-düzgün bilməyən cahil insandır. Bilgisizliyindən Terrorçular üçün insan öldürmək bir həyat tərzidir.
Qan tökmək isə onlar üçün zövq və məqsəddir. Buna görə günahsız insanları amansızcasına güllələyə bilir, kiçik uşaqların üzərinə bomba ata və evləri partlada bilirlər.
bunu deyən insana Quran doğru açıqlansa, o, belə əməllərindən əl çəkər. Fitnəkarlara fürsət verməmək üçün bütün insanlar haqqında doğru məlumatlandırılmalıdır. İslamın şiddət və nifrəti əsla qəbul etmədiyini hər kəs bilərsə, fitnə də aradan qalxar.
Xristian və musəvi aləmində İslam düşmənçiliyi yaradıldığı kimi, İslam dünyasında da musəvi və xristian düşmənçiliyi meydana gətirməyə çalışan bəzi insanlar vardır. Onlar Qurana deyil, uydurma hədislərə inanan və şiddəti dəstəkləyən xurafatçı qrupların fərdləridir. İslam dünyasında bu vəziyyət, həqiqətən, çox ciddi problemdir.
Bütün səmimi müsəlmanlar belə şəxslərin İslam dünyasının üzvü və təmsilçisi kimi tanınmasından narahatdırlar. Çünki onların İslamın gerçək dəyərləri ilə heç bir əlaqəsi yoxdur.
Onlar sevgi və mərhəmət hisslərindən məhrumdurlar, başqa dinin nümayəndələrinə deyil, hətta müsəlmanların da bir çoxuna nifrət edirlər. Tanımadığı insanlara qarşı başqa zümrədən olduqları üçün ədavət bəsləyirlər. Bu, həqiqətən də, qəbuledilməz haldır.
Müxtəlif din mənsublarını, fərqli köklərdən gələnləri bir-birinə düşmən elan edib aralarında fitnə çıxarmaq tarix boyu bəzi insanların əl çəkmədiyi üsuldur. Halbuki dünya hamının xoşbəxt və rifahlı yaşaması üçün yetəri qədər genişdir və geniş imkanlara sahibdir. Dava-dalaş çıxarmağa heç bir səbəb yoxdur və bunun üçün gətirilən bəhanələr yalnız mənasız oyunlardır.
Sülh içində yaşamaq savaşmaqdan çox asandır.
Məsələn, israilliləri də, fələstinliləri də bomba və raket qorxusu içində yaşatmaq qəbul edilməzdir. Biri hz. İsmayılın, digəri isə hz. Yaqubun oğulları olan iki millətin bu vəziyyəti insanlıq üçün böyük ayıbdır.
Bizim əsas istəyimiz sevgi və sülh dolu dünyanın yaradılmasıdır. Bunun üçün İslam, xristian və yəhudilərdən ağıllı insanlar birlikdə hərəkət etməlidirlər. Yaxşıların ittifaqı şərtdir, bu ittifaq tək müsəlmanlar arasında deyil, kitab əhli ilə də qurulmalıdır. Əks təqdirdə, nə terrorun, nə də şiddət hadisələrinin qarşısını almaq olar.
Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir.