İslam terroru lənətləyir: Ön söz
Mündəricat
- Ön söz
- Giriş
- İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
- Qurana əsasən, şəriət, cihad və savaş
- Radikalizmin yanlışlığı və həqiqətlər
- Din adından terror törədənlərin iç üzü
- İslamın kitab əhlinə münasibəti
- İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
- Terrorizmin əsas qaynağı: darvinizm və materializm
- Nəticə: Qərb dünyası üçün məsləhətlər
- Əlavə bölmə: Təkamül yalanı
Ön söz Bu kitab 2001-ci ildə ABŞ-ın iki böyük şəhərinə edilən 11 sentyabr hücumlarından sonra qələmə alınıb və İslam dininin terroru lənətlədiyi Quran ayələri, peyğəmbərimiz hz. Muhəmmədin (səv) həyatı və İslam tarixindən nümunələr verilməklə izah olunub. Lakin 11 sentyabr hadisələrindən sonra hücumlar bitmədi: İngiltərə, İspaniya, Türkiyə, Fransa və dünyanın bir çox yerində terror hücumları davam etdi. Bu vəziyyət siyasətçiləri, akademikləri, dini liderləri, yazıçıları, bir sözlə, bütün vicdanlı insanları “terror problemi necə həll oluna bilər, terrorun qaynağı nədir, nə etməliyik” kimi suallar üzərində bir daha düşünməyə vadar etdi.
Bundan əvvəl, 2002-ci ildə qələmə aldığımız bu kitabda terrorçuların, xüsusilə terror təşkilatları liderlərinin darvinist və materialist təlimlərdən təsirləndiyini sübut etmişdik. Onların insanı heyvan kimi görən, həyatı yalnız güclü olanların yaşadığı mübarizə yeri kimi qəbul edən, hədəfə çatmağın savaş və şiddətdən keçdiyinə inanan eqoist və mərhəmətsiz insanlar olduğunu açıqlamışdıq. Əl-Qaidənin aktiv olduğu dövrdən sonra, xüsusilə son zamanlarda İslamın simvollarından istifadə edib mülki vətəndaşları hədəf alan terror təşkilatları ortaya çıxdı. Bunun kimi şiddət qruplarının dünyanın hər tərəfindən gəlib qatılan Bir terror aktına müqəssir axtararkən mənbəyini dinsizlikdə axtarmaq lazımdır. Çünki din əxlaqı sevgini, mərhəməti, bağışlayıcı olmağı və sülhü əmr etdiyi halda, terror amansızlıq və şiddət tərəfdarıdır. Qan töküb öldürməyi və əzab çəkdirməyi istər.
insanlar sayəsində daha da güclənməsi siyasi və dini liderləri yuxarıdakı suallara cavab axtarmağa yönəltmişdir. Xüsusilə də Fransanın mərkəzi yerlərindən birində həyata keçirilən “Çarli Hebdo” hücumu bir daha göstərdi ki, bir çox terror hücumunun təməlində İslam dininə sonradan edilən əlavələr və terror aktlarına zəmin hazırlayan xurafatçı fikirlər durur.
Bu düşüncə İslam dininin müharibəyə qarşı sülhü, ölümə qarşı yaşamağı, cəzalandırmağa qarşı bağışlamağı hədəf alan münasibətindən tamamilə uzaqdır.
Müsəlman olmayanlara, hətta İslamı fərqli şəkildə anlayıb tətbiq edənlərə, yaxud da fərqli məzhəbdən olanlara şiddət göstərməyi məşru (şəriətin izin verdiyi)
görən xurafatçı zehniyyət hazırda bütün dünyanı təhdid edən böyük bəladır. Kitabın genişləndirilmiş nəşrinə xurafatçı din anlayışından qaynaqlanan terrorun səbəbləri və terror təşkilatları ilə necə fikri mübarizə aparılması haqqında məqalələr əlavə edilmişdir. Birinci istəyimiz budur ki, həlli silahda axtaranlar yanlış fəlsəfi və dini izahların hərbi müdaxilələrlə ortadan qalxmayacağını anlasınlar. Bundan başqa, silaha xərclənən pullar kütlələrin təhsili üçün istifadə olunmalıdır və bütün dünyanı bürüyən bu bataqlığı qurutmaq üçün İslam dünyasından ağıllı, aydın fikirli və modern müsəlmanlarla əməkdaşlıq edilməlidir.