Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDASV

İslam terroru lənətləyir: İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir

Mündəricat
  1. Ön söz
  2. Giriş
  3. İslam əxlaqı sülhün və təhlükəsizliyin mənbəyidir
  4. Qurana əsasən, şəriət, cihad və savaş
  5. Radikalizmin yanlışlığı və həqiqətlər
  6. Din adından terror törədənlərin iç üzü
  7. İslamın kitab əhlinə münasibəti
  8. İslam Yaxın Şərqə sülh və hüzur gətirmişdir
  9. Terrorizmin əsas qaynağı: darvinizm və materializm
  10. Nəticə: Qərb dünyası üçün məsləhətlər
  11. Əlavə bölmə: Təkamül yalanı

Din adına ortaya çıxdığını bildirən insanların bir qismi, ola bilsin ki, o dini səhv anlayır və səhv tətbiq edir. Buna görə də həmin insanlara baxaraq o din haqqında fikir söyləmək yanlışdır. Dini tanımağın ən doğru yolu onun müqəddəs qaynağını araşdırmaqdır. İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, ədalət, təvazökarlıq, fədakarlıq və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan müsəlman son dərəcə kübar, ağıllı, təvazökar, ədalətli və kamil insandır, ətrafına daim rahatlıq və güvən hissi bəxş edir. Bu həqiqətə baxmayaraq, Quran və İslamiyyət son dövrlərdə qorxu kəlməsi ilə birgə anılmağa başlamış və islamofobiya yayılmışdır. Halbuki qorxunun qaynağı İslam deyil, xurafat dinidir. İslam adına ortaya çıxan radikallar və onlardan qorxan islamofoblar eyni səhvi edirlər. Heç biri gerçək İslamın sevgisiz və nifrət dolu xurafat dini ilə əlaqəsinin olmadığını anlamamışlar. Odur ki, İslamı Quran əsasında insanlara tanıtmaq və İslamı terrorla əlaqələndirməyə çalışanların yanıldıqlarını göstərmək çox önəmlidir.

İslamın sülh dini olduğunu demək kifayətdirmi?

Bir tərəfdən İslamın sevgi dini olduğunu deyib, digər tərəfdən namaz qılmayan, oruc tutmayan, hətta saqqal saxlamayan insanların öldürülməsini əmr edən qaynaqların mövcudluğu ziddiyyətli və çox təhlükəlidir. İslamın qadınlara dəyər verdiyindən bəhs edənlərin “qadınlar nə desə, tərsini edin”, “qadınlar əskikdir”, “cəhənnəm əhlinin çoxu qadınlardan ibarətdir” kimi saxta hədislərin əsassız olduğunu qəbul etməməsi böyük problemdir. İslama sonradan daxil edilən və Quranla ziddiyyət təşkil edən nifrət və şiddət dolu ifadələrin hamısı ortadan qalxmayınca İslamın sülh dini olduğunu demək kifayət deyil.

Qurana görə, əlbəttə, müsəlmanlar sevgi dolu və mərhəmətli olmalıdır və heç kimin bir başqasına təzyiq göstərməyə haqqı yoxdur. Lakin məsələ İslam aləminin bir qisminin Qurana deyil, bir neçə batil adətlərə və xurafatlara əsasən davranmasıdır. Dolayısı ilə, yuxarıda yalnız bir-iki nümunəsini verdiyimiz xurafatlar tamamilə təmizlənmədikcə və müsəlmanlar Qurana yönəlmədikcə İslam adından zorakılıq tətbiq edənlərin önünü kəsmək mümkün olmayacaq.

Sənət, elm və texnologiyanı müsəlmanlara qadağan edən və bunları İslam kimi tanıdıb müsəlmanları əzilməyə məhkum edənlərin təsirini ortadan qaldırmağın tək yolu təhsildir.

Qərb təhsil sistemi, şübhəsiz ki, lazımlıdır. Lakin Qərbdə təlim-tərbiyə gördüyü halda, Şərqə və Afrikaya gedib terrorçu qruplara qatılan insanların sayı da az deyil. Bu halda, bu sualın cavabı verilməlidir: hər yöndən yaxşı yetişmiş gənclər terrora necə meyil edir?

Diqqətlə araşdırıldıqda bu problemin təməlində istər Qərbdə, istərsə də İS L AM SÜ S LH EVG D İN İ V İD İ Ə R İslama sonradan əlavə edilmiş və Quranla ziddiyyət təşkil edən nifrət, qəzəb, şiddət dolu ifadələrin hamısı aradan qaldırılmadan “müsəlmanlar sevgi doludur” və yaxud “İslam sülh dinidir” demək kifayət etmir.

İslam dünyasında çox rast gəlinən və şiddətə zəmin hazırlayan təlimlərin olduğu görünər. Qərb təhsilinin təməlindəki darvinist düşüncədən qaynaqlanan mənfi ünsürlər hər kəsə məlumdur, bu kitabın növbəti səhifələrində onlardan geniş bəhs edəcəyik.

Bunu nəzərinizə çatdıraq ki, bəzi şiə və sünni qaynaqlarının şiddəti təşviq etməsi görməzlikdən gəlinir və gənclərə öncəliklə bu qaynaqlar öyrədilir. Quranda nə yazıldığını belə bilməyən, bildiklərini isə xurafatçı düşüncənin izahları əsasında öyrənən nəsil şiddətə asanlıqla meyil edir. Beləliklə, terrorun səbəbi ilahi din deyil, xurafat məntiqi ilə qarışdırılmış darvinist təlim-tərbiyədir. Terrorun qəti həlli xurafatdan uzaq və Qurana əsaslanan İslamın öyrədilməsindədir.

İslam sülh dinidir Terrorun əsas mənası qeyri-hərbi, yəni mülki hədəflərə qarşı siyasi məqsədlə güc tətbiq etməkdir. Başqa sözlə desək, terrorun hədəfləri tamamilə günahsız dinc insanlardır. Bu insanların yeganə “günahı” terrorçunun gözündə qarşı tərəf – onlardan olmayan tərəf olmalarıdır. Bu səbəblə də terror günahsız insanlara qarşı zor tətbiq etməkdir ki, bunun da heç bir üzrlü səbəbi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi, insanlığa qarşı edilmiş günahdır. İman gətirənlər üçün isə bu, Allahın qəti qadağan etdiyi əmrinə qarşı çıxmaqdır. İslamı terrorla əlaqələndirməyə çalışanlar birinci bu həqiqəti anlamalıdırlar.

Quran Allahın insanlara yol göstərici kimi endirdiyi kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni məna daşıyır. İslam Allahın sonsuz mərhəmət və şəfqətini özündə əks etdirən və insanlara sülh dolu həyat bəxş etmək üçün yer üzünə endirilən dindir. Bir Quran ayəsində insanlar İslam əxlaqına belə çağırılır:

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!

Bəqərə surəsi, 208

Ayədən də göründüyü kimi, insanlar əmin-amanlığı Quran əxlaqına uyğun yaşamaqla əldə edə bilərlər. Quran əxlaqına görə, bir müsəlman bütün insanlarla mehriban və ədalətli davranmaq, zəif və günahsızları qorumaq və yer üzündə fitnə-fəsadın qarşısını almaqla məsuliyyət daşıyır. Fitnə-fəsad insanların əminamanlığını, rahatlığını və sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə buyurulur ki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 205) Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə-fəsadlardan biridir. Allah öncədən Tövratda musəvilərə vəhy etdiyi bu əmri Quranda belə bildirir:

Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.

Maidə surəsi, 32

İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təzahür etdiyi hüzur və barış dolu həyatı insanlara vermək üçün endirilmiş dindir. İslam əxlaqının yaşandığı cəmiyyətdə sülh, əfvedicilik, sevgi, şəfqət, yardımlaşma, fədakarlıq və sevinc hakimdir.

Göründüyü kimi, bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürən şəxs bütün insanları öldürmüş qədər günah qazanır. Bu halda terrorçuların törətdiyi cinayətin, soyqırımının və intihar hücumlarının nə qədər böyük günah olduğu açıq-aydındır. Allah terrorun axirətdəki “mükafatı”nın nə olacağını belə bildirir:

Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!

Şura surəsi, 42

Bütün bunlar onu göstərir ki, günahsız insanlara qarşı terror aktları törətmək İslama tamamilə ziddir və heç bir müsəlman belə günahı edə bilməz. Əksinə, Terrorçuların hədəf aldığı dünyada şiddət, qarşıdurma və xaos mövcuddur.

müsəlmanlar günahların qarşısını almağa, yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa, bütün insanlara rahatlıq və əmin-amanlıq gətirməyə görə məsuliyyət daşıyırlar. İslam terrorla birgə təsəvvür edilə bilməz. İslam terrorun qarşısındakı ən böyük maneə və terrorizm probleminin həlli yoludur. Sülh İslamın təməli və ruhudur, lakin İslamı Qurana deyil, xurafatlara əsaslanaraq yaşayanlar bunun tam əksini tətbiq edirlər.

Xurafatçıların problemi xurafatları din kimi qəbul etmələridir. Çox qəribədir ki, xurafatçıların saxta dinini tənqid edənlər bəzən onları doğru zənn edib radikal olurlar. Qurandan dəlil gətirildikdə onlar da xurafatlardan dəlil gətirməyə çalışırlar. Elə ən böyük xətanı da burda edirlər. Əgər gerçək İslamı tanıyıb xurafatın həll yolunu tapmaq istəyirlərsə, Quranda bildirilən həqiqi dinə yönəlməlidirlər. Xurafat və İslam arasındakı fərq ortaya çıxarılmadıqca radikalizm və islamofobiya böyük bəla kimi dünyanı bürüməyə davam edəcək. Bu səbəbdən bütün dünyada Qurandakı gözəl əxlaq, yəni gerçək İslam hər fürsətdə anladılmalı və insanlara tanıdılmalıdır. Beləliklə, xurafatla İslam arasındakı fərq ortaya çıxarılmalıdır. Allahın fitnə-fəsadı qadağan etdiyi, gözəl əxlaqı təşviq etdiyi və düşüncə azadlığının, demokratiyanın ən gözəlinin Quranda olduğu açıqlanmalıdır.

Allah fitnə-fəsadı qadağan etmişdir Allah insanlara pislikdən çəkinməyi əmr etmiş, zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Quranın bu mövzudakı ayələrindən bəziləri belədir:

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb dağıdanlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir.

Rəd surəsi, 25

Allahın verdiyi ruzidən yeyin-için, amma yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin.

Bəqərə surəsi, 60

Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Allaha həm qorxu, həm də istəklə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.

Əraf surəsi, 56

Fitnə-fəsad və günahsız insanları öldürməklə müvəffəqiyyət qazanacaqlarını zənn edənlər yanılırlar. Çünki Allah həm də terror və amansızlıq mənasına gələn hər cür fitnə-fəsadı qadağan etmiş, bunlara yol verənləri lənətləmişdir.

Allah bir insanı haqsız yerə öldürən şəxsin sanki bütün insanları öldürmüş kimi olacağını “Maidə” surəsinin 32-ci ayəsində bildirmişdir. Tək bir insanı belə qətlə yetirmək Quran əxlaqına tamamilə ziddir.

Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri yaşanır, günahsız insanlar vəhşicəsinə öldürülürlər. Bir-birindən fərqli tarix, mədəniyyət və ictimai quruluşa malik olan ölkələrdə meydana gələn qanlı hadisələrin özünəməxsus səbəbləri ola bilər, ancaq kökündə Qurandan uzaqlaşmaq dayanır.

Dinsizlik nəticəsində Allah qorxusu olmayan, axirətdə əməllərinə görə hesab verəcəyinə inanmayıb: “Heç kim qarşısında məsuliyyət daşımıram ki”, – deyə düşünən, hər cür əxlaqsızlığı və vicdansızlığı rahatlıqla edən insanlar yaranır. Allah və din adından ortaya çıxan və günah işlər görən ikiüzlü insanların varlığına Quranda da diqqət çəkilmişdir. Bəzi insanların Allah adına ortaya çıxması və Allaha and içib özlərini dindar kimi təqdim etməsi o insanların heç də dindar olduğunu göstərmir. Əksinə, belələri Allah rizasına və din əxlaqına tamamilə zidd işlər görə bilərlər. Bu məsələdə əsas meyar onların əməllərinin mahiyyətidir.

Əgər onların gördüyü işlər ayədə də bildirildiyi kimi, yer üzündə fitnə-fəsad törətməkdirsə, bilin ki, o adamlar həqiqi dindar ola bilməz və onların məqsədi də dinə xidmət etmək deyil. Qəlbində Allah qorxusu olan və həqiqi İslam əxlaqını anlayan şəxs qətiyyən fitnəkar ola bilməz. Buna görə də terror probleminin köklü həll yolu əsil İslam əxlaqıdır. Quran əxlaqı xurafatlardan təmizlənmiş şəkildə təbliğ olunarsa, insanlar şiddət və cinayət törədən qruplara dəstək verməzlər. Allah Quranda fitnə-fəsadı qadağan etmişdir:

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona:

“Allahdan qorx!” - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

Bəqərə surəsi, 205-206

Allahdan qorxan adam dövlət və millətinə, ümumiyyətlə, bütün bəşəriyyətə ən kiçik zərərin belə toxunmasına göz yummaz. Allaha və axirət gününə inanmayan şəxs isə kimsəyə hesab verməyəcəyini zənn etdiyi üçün hər cür pis əxlaqı göstərə bilər. Bu gün də davam edən terror bəlasından qurtulmaq üçün ilk atılmalı addım dinsizliyin və din adı altında ortaya atılmış səhv inancların təlim vasitəsilə aradan qaldırılması, eləcə də insanlara Allah qorxusu və həqiqi Quran əxlaqının aşılanmasıdır.

İslam yaxşılığı, ədaləti, gözəl olan hər şeyi təşviq edir Terrorun səbəblərindən biri də fərqliliklərə gözəllik kimi baxılmamasıdır.

Yaşadığımız dövrdə dünyanın hər tərəfində insanlar irqlərinə və ya dərilərinin rənginə görə ədalətsiz rəftar görürlər. Lakin Quranda bildirilir ki, fərqli xalq və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların bir-birini tanımasıdır.

Fərqli millətlər və ya qəbilələr bir-birini tanımalı, yəni bir-birinin mədəniyyətini, dilini və adətlərini öyrənməlidir. Müxtəlif irq və millətlərin mövcudluğunun məqsədi münaqişə və savaşlar deyil, mənəvi zənginlikdir. Bu müxtəliflik Allahın yaratmasındakı gözəllikdir. Bir insanın uzun, digərinin qısa boylu olması, birinin dərisinin ağ, digərinin sarı olması insana hər hansı üstünlük gətirmədiyi kimi, əskiklik kimi də xarakterizə edilə bilməz. Bunların hər biri Allahın təqdiri ilə və bir çox hikmətlə yaradılmışdır, bu müxtəlifliyin Allah qatında heç bir əhəmiyyəti yoxdur. İman gətirən şəxs yaxşı bilir ki, yeganə üstünlük təqva ilə, yəni Allah qorxusu və Allaha olan iman ilədir. Allah “Hücurat” surəsində bu həqiqəti belə bildirir:

Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir.

Hücurat surəsi, 13

Allahın tövsiyə etdiyi ədalət anlayışı heç bir ayrı-seçkiliyə yol vermədən bütün insanlara qarşı xoş davranmağı labüd edir. Misal olaraq deyə bilərik ki, bir insanın ədalətli qərar verməsinə və ağıllı davranmasına mane olan ünsürlərdən biri başqa şəxsə və ya cəmiyyətə olan kinidir.

Kin və qəzəbin hakim olduğu cəmiyyətlərdə hər kəs qarşısındakı insandan tezliklə pislik görəcəyini düşünür. Bir-birinə güvənməməyin nəticəsində yardımlaşmaq və mərhəmət göstərmək kimi insani xüsusiyyətləri itirir və digərlərinə nifrət etməyə başlayırlar. Lakin iman gətirən şəxsin bir cəmiyyətə və ya insana qarşı duyğuları onun verdiyi qərarlara qətiyyən təsir etmir. Möminlər qarşıdakı adam əxlaqsız olub düşmənçilik etsə də, qərar vermək lazım gəldikdə duyğularını kənara qoyub ədalətli davranar və ədaləti tövsiyə edərlər. O adama olan hissləri ağıllarının və vicdanlarının önünə keçməz. Vicdanı ona hər zaman Allahın əmr və tövsiyələrinə tabe olmağı, gözəl əxlaq göstərməyi bildirir. Çünki bu, Allahın iman gətirənlərə Quranda buyurduğu əmrdir. “Maidə” surəsində bu şəkildə bildirilir:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!

Maidə surəsi, 8

Ayədə də bildirildiyi kimi, Quran əxlaqı müsəlmandan ədalətli olmağı tələb edir. İman gətirən şəxs bilir ki, ancaq Allahın rizasını axtararsa, Allah ondan razı olar. Bundan başqa, onun gözəl əxlaqına şahid olan hər insan bu adama güvənər, onun yanında rahat olar və hər cür vəzifəni arxayınlıqla ona verər. Allahdan qorxan, mənəvi dəyərlərə əhəmiyyət verən və millətinə, vətəninə şövqlə xidmət edən şəxs cəmiyyətə faydalı olar. Bu səbəbdən insanların gerçək dini öyrənib Quran əxlaqını yaşamağı çox önəmlidir.

İslam əxlaqı yoxsulu, yetimi və ehtiyac içində olanı qorumağı, həmçinin yardımlaşmağı və yaxşılıq etməyi əmr edir.

Allah bağışlamağı və mərhəməti əmr etmişdir Allah ayələrdə bağışlamağın həmişə üstünlük olduğunu bildirmiş və “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz!” (Şura surəsi, 40) ayəsi ilə bu əxlaqı yaşayan insanları böyük əcrlə müjdələmişdir.

Allah Quranda insanlara haqsızlığa uğrasalar belə, bağışlamağın xeyirli olduğunu bildirmişdir. Bir ayədə belə deyilir:

Onların az bir qismi istisna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!

Maidə surəsi, 13

Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!

Fussilət surəsi, 34

İslam fikir azadlığını müdafiə edir İslam insanların həyat və düşüncə azadlığını təmin edir və buna zəmanət verir. İslam insanlar arasındakı gərginlik, anlaşılmazlıq və münaqişəni, hətta insanların bir-birinə zənlə yanaşmasını belə qadağan edir. İslam terrora qarşı çıxdığı kimi, insanlara təzyiq göstərməyi qadağan edir və bunu yolverilməz sayır.

Dində məcburiyyət yoxdur. Şübhəsiz, doğruluq azğınlıqdan aydın fərqlənir.

Bəqərə surəsi, 256

Quran əxlaqının yaşandığı bir cəmiyyətə sülh, mərhəmət, bağışlama, sevgi, şəfqət, fədakarlıq və sevinc hakimdir.

Öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən! Sən onların üzərində hakim deyilsən!

Ğaşiyə surəsi, 21-22

İnsanların hər hansı dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama ziddir. Çünki İslamda səmimi iman gətirmək azad iradə ilə mümkündür. Əlbəttə, müsəlmanlar bir-birini Quran əxlaqına təşviq edə bilərlər. Quran əxlaqının insanlara ən gözəl tərzdə təbliğ olunması bütün iman gətirənlərin üzərinə düşən məsuliyyətdir. İman gətirənlər “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et” (Nəhl surəsi, 125) ayəsinə əsasən, dinin gözəlliklərini izah edər və “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər” (Bəqərə surəsi, 272) ayəsinə uyğun davranarlar. Onlar əsla məcbur etməz və insanlara maddi-mənəvi təzyiq göstərməzlər. Həmçinin dünyəvi imtiyazlardan istifadə edib insanları dini yaşamağa yönləndirməzlər.

Təbliğ etdiyi insanlar inkar etdikdə “Sizin öz dininiz var, mənim də öz dinim!” (Kafirun surəsi, 6) ayəsinə uyğun cavab verərlər.

Müsəlmanlar qarşıdakı şəxsin inancından asılı olmayaraq, ədalətli və insanpərvər davranmağa borcludurlar. İman gətirənlərin vəzifəsi insanları Allahın dininə gözəllik və xeyirxahlıqla dəvət etməkdir. İman gətiribgətirməmək qarşı tərəfə aiddir. Bir adamı iman gətirməyə məcbur etmək, bəzi şeyləri zorla qəbul etdirməyə çalışmaq Quran əxlaqına uyğun deyil. Necə ki Allah Quranda iman gətirənlərə belə xatırladır:

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!

Yunis, surəsi, 99

İnsanları ibadət etməyə məcbur etmək İslama tamamilə ziddir. Çünki inanc və ibadət yalnız Allaha inandıqda və insanın azad seçimi ilə olduqda dəyərli olur.

Əgər insanlar inanc və ibadətə məcbur edilirsə, bu halda, insanlar sadəcə o sistemdən qorxduqları üçün dindar olurlar. Halbuki İslam əxlaqına uyğun olan insanların dini sərbəst yaşamağıdır.

İslam tarixi bütün dinlərə hörmətlə yanaşan və söz azadlığını təmin edən müsəlman liderlərin nəcib əməlləri ilə zəngindir. Məsələn, Hindistan hökumətində işləyən ingilis missioneri Tomas Arnold İslamın azadlıqsevər xüsusiyyətini belə etiraf edir:

“...Nə qeyri-müsəlmanların qanunsuz olaraq müsəlman olmağa məcbur edilməsi, nə də zülm edilərək xristianların sıxışdırılması haqqında bir şey eşidilmişdir. Necə ki Ferdinand və İzabella İslamı İspaniyadan silib atmışdı, XIV Lüdoviq Fransada protestantlığı cinayət hesab etmişdi və yəhudilərin 350 il ərzində İngiltərəyə ayaq basmasına imkan verməmişdi, xəlifələr də bunlar kimi asanlıqla xristianlığı ölkələrində qadağan edə bilərdilər. Asiyadakı Şərq kilsəsi xristian dünyasının digər bütün bölgələri ilə müştərək dini fəaliyyətdən üz çevirdiyindən özünü dinsiz cəmiyyətlərdən sayan xristian dünyasının adıçəkilən qisimlərinə kömək üçün heç bir təşəbbüs də edilə bilməzdi. Beləcə, Şərq kilsələrinin dövrümüzə qədər varlığını davam etdirməsi Muhəmmədin (səv)

yolunu izləyən hakimiyyətlərin xristianlar qarşısında mərhəmətli idarəetmə sərgilədiyinin güclü dəlillərindən biridir”.1 Din dəyişdirməyi qəbul etməyən yəhudilər 1492-ci ildə yuxarıda rəsmləri verilmiş İzabella və Ferdinand tərəfindən İspaniyadan sürgün olunmuş, onları qəbul edən ölkə isə mərhəmətli və ədalətli idarəsi ilə tanınan Osmanlı İmperiyası olmuşdur.

Qurana görə, öldürmək ən böyük günahlardan biridir dir:

Bir insanı günahsız yerə öldürmək Qurana görə, ən böyük günahlardan biriHər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş olur. Bizim peyğəmbərlərimiz İsrail oğullarına açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar.

Maidə surəsi, 32

Onlar Allahla yanaşı, başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər.

Furqan surəsi, 68

Yuxarıdakı ayələrdən də göründüyü kimi, günahsız insanları haqsız yerə öldürənlər böyük əzabla təhdid edilirlər. Allah tək bir adamı öldürməyin bütün insanları öldürmək Allahın qədər ağır günah olduğunu buyurur.

müəyyənləşdirdiyi həddi aşmayan möminin nəinki minlərlə günahsız insanı qətlə yetirmək, hətta bircə insana belə zərər vermək ehtimalı yoxdur.

Bunlar göstərir ki, İslamın insanlara verdiyi nəsihətlər bütün dünyaya hüzur və sülh gətirəcək əxlaqi xüsusiyyətlərdir. Hazırda dünyada aktual olan və terror adı verilən vəhşilik isə Quran əxlaqından tamamilə uzaq, dinlə heç bir əlaqəsi olmayan cahil və xurafatçı insanların – canilərin əsəridir. Bu vəhşilikləri din pərdəsi altında edən şəxs və qruplara qarşı tətbiq ediləcək yeganə mədəni həll gerçək İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa sözlə, xurafatın yanlışlığının ortaya çıxarılaraq tamamilə yox edilməsi və Qurana əsaslanan İslamın izah edilməsi terrorizm ideologiyasını kökündən məhv edəcək və yer üzünü bu bəladan xilas edəcək.

İslam əxlaqı əsil demokratiyanın mənbəyidir Allah insanlara asanlıq, rahatlıq və xoşbəxtlik diləyir və qullarına zülm etmir. Allahın buyurduğu din insanlara keyfiyyətli, rahat, hüzurlu və xoşbəxt həyatın necə yaşandığını göstərir. Dində məcburiyyət yoxdur, bir insan Allahın varlığını və birliyini ağıl və vicdanla görüb iman gətirər. Dinin buyurduğu ibadətlər qəlbən qəbul edilib yaşandıqda gözəl və məqbuldur.

Quranda vicdan və söz azadlığı mühiti təsvir edilir. Bunlar demokratiyanın xülasəsidir və bunun əsil qaynağı Qurandır. Sosial ədalət və bərabərlik axtaranlar ən gözəlini İslamda tapar.

  1. Sosial ədalət: uca Allah sosial ədaləti və yardımlaşmağı əmr edir Gerçək demokratiyada sosial ədalət təməl özəllikdir. İnsanlar sosial ədaləti hz.

İbrahim və hz. Nuhdan öyrənmişlər. Dini qaynaqlara görə, hz. Nuh tufandan sonra çox az qalan noxud, mərcimək, üzüm və əncir kimi qidaların hamısını qarışdırıb bişirmişdir. Sonra gəmidə olan hər kəslə birlikdə hazırladığı yeməyi yemişdir. Bu, ən gözəl sosial ədalət nümunələrindən biridir. Çünki hər kəsə bərabərliyi və yardımlaşmağı öyrədir, insanlara yemək paylamağın əhəmiyyətini xatırladır.

“Elçilərimiz İbrahimə müjdə gətirdilər və: “Salam!” – dedilər. O da:

“Salam!”– dedi və dərhal qızardılmış bir buzov gətirdi”

Hud surəsi, 69

ayəsində də xəbər verildiyi kimi, hz. İbrahim qonaqlar gələndə tez buzovu kəsib bişirmiş və onların önünə qoymuşdur. Uca Allah Quranda hz. İbrahimin heç tanımadığı şəxsləri qonaq etməsini gözəl davranış kimi göstərmişdir. Bundan başqa, hz.İbrahimin timsalında imkanı çatdığı qədər kasıblara əl tutmağın əhəmiyyətini bildirməklə sosial ədalətə diqqət çəkmişdir.

  1. Bərabərlik: uca Allah Quranda irqlərə görə üstünlük olmadığını bildirir Uca Allah bir Quran ayəsində üstünlüyün təqva ilə olduğunu bildirmişdir. Aşağıdakı ayədə belə buyurulur:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.

Hücurat surəsi, 13

Bu həqiqəti Peyğəmbərimiz (səv) belə açıqlamışdır:

Ey insanlar, hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar irqi ilə öyünməkdən mütləq uzaq durmalıdırlar. (SünəniƏbu Davud, 4/331)

Peyğəmbərimiz (səv) vida xütbəsində də müsəlmanlara belə səslənmişdir:

“Soylarla öyünmək olmaz. Ərəblər ərəb olduqlarına görə əcəmlərdən, əcəmlər də əcəm olduqlarına görə ərəblərdən üstün deyil. Çünki Allah qatında ən uca olanınız Ona qarşı çıxmaqdan ən çox qorxanınızdır (ən təqvalı olanınızdır).

  1. Ədalət: uca Allah ədaləti əmr edir Allah Quranda möminlərə belə buyurur:

Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın!

Nisa surəsi, 135

Qurana uyğun olaraq peyğəmbərimiz hz. Muhəmmədin (səv) həm müsəlmanlar arasında verdiyi hökmlər, həm fərqli din, dil və irqə mənsub olan insanlarla ədalətli və şəfqətli davranması, eləcə də varlı-kasıb demədən hər kəslə xoş rəftar etməsi demokratiya anlayışına ən gözəl nümunələrdəndir.

Demokratiya Allahın əmr etdiyi əxlaq anlayışının yaşanması ilə mümkündür Göründüyü kimi, İslamda düşüncə, inanc və söz azadlığı vardır. Bəzi insanlar demokratiyanın insanlıq tarixinə qədim Yunanıstanla girdiyini düşünürlər.

Halbuki insanlara demokratiyanı öyrədən Allahdır. Hz. Adəmdən bu yana bütün peyğəmbərlər azadlıq və demokratiyanın gerçək təmsilçiləri olmuşlar. Demokratiya deyildikdə insanların ağlına gələn ədalət, hörmət, söz azadlığı kimi anlayışların hamısı din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyu Allahın endirdiyi haqq dinlər vasitəsilə öyrənmişlər və ən gözəl nümunələrinə haqq dinlərin yaşandığı zamanlarda şahid olmuşlar. İnsanlara düşüncələrinə görə zülm edildiyi, fərqli ideologiya və dinə mənsub insanların əzildiyi, elm və incəsənətin zəiflədiyi dövrlərə nəzər saldıqda ya dinsizliyin, ya da xurafatın təsirli olduğunu görürük. Haqq din Allahın əmr etdiyi kimi yaşanarsa, insanların arzuladığı gerçək ədalət və sevgi hər yerə hakim olar. Allahın izni ilə yaxın zamanda demokratiya, sevgi, dostluq və sülh tarixdə görünməmiş şəkildə bütün dünyaya hakim olacaq və insanlar imanın sevincini doyunca yaşayacaqlar. Quran ayələrində verilən əlamətlər, Peyğəmbərimizin (səv) hədisləri və böyük İslam alimlərinin sözlərindən açıqca göründüyü kimi, yaşadığımız dövr axırzamandır.

Axırzamanın əziyyətli və çətin günləri hz. İsa və hz. Mehdinin vasitəsilə bu əsrdə sona çatacaq, dünya yeni aydınlıq dövrünə girəcək. Allahın varlığını, birliyini ən gözəl və hikmətli şəkildə anlatmaq, həmçinin insanlara Qurandakı və Əsri-səadət dövründəki İslamı izah etmək isə yaxın gələcəkdə qovuşacağımız rifah günlər üçün çox önəmli zəmin hazırlayacaq.

Onlar cahiliyyə hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?

Maidə surəsi, 50

Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.

(Bəqərə surəsi, 143)