Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İmanı anlamaq: Din olmazsa sosial sistem necə olar?

Mündəricat
  1. Allahın varlığını necə anlayarıq?
  2. Allahı necə tanıyarıq?
  3. Yaradılış məqsədimiz nədir?
  4. Nə üçün sınanırıq (imtahan oluruq)?
  5. Allaha necə qulluq edərik?
  6. Din nə üçün lazımdır?
  7. Din əxlaqını yaşamaq necə olur?
  8. Din olmazsa əxlaq necə olar?
  9. Din olmazsa sosial sistem necə olar?
  10. Quran əxlaqına tabe olmağın cəmiyyətlərə hansı maddi və mənəvi faydaları olar?
  11. Quran əxlaqına tabe olmağın ailəyə gətirdiyi faydalar
  12. Quran əxlaqına tabe olmağın dövlət sisteminə gətirdiyi faydalar nələrdir?
  13. Quran əxlaqına tabe olmağın incəsənətə gətirdiyi faydalar
  14. Quran əxlaqına tabe olmağın təhsil sisteminə gətirdiyi faydalar nələrdir?
  15. Quran əxlaqına tabe olmağın iş mühitlərinə gətirdiyi faydalar
  16. "Allaha şərik qoşmaq" (şirk) nədir?
  17. Bir şeyi "bütləşdirmək" nə deməkdir?
  18. İnsan şirkdən necə xilas olar?
  19. Allahın rizasının ən çoxunu seçmək nə deməkdir?
  20. Qəti iman nə deməkdir?
  21. Davranışlarımdan hansının Allah rizasına daha uyğun olduğunu necə anlaya bilərəm?
  22. İnsanın ürəyində vicdanından başqa bir səs varmı?
  23. Necə görürük?
  24. Maddənin "əsli ilə təmasda olmamaq" nə deməkdir?
  25. Xarici dünyanın əslinə çata bilərikmi?
  26. Yuxumuzu da zehinimizdə yaşamırıqmı?
  27. Bütün maddələrin yalnız hissi ilə təmasda oluruqsa, o zaman beynimizdəki nədir?
  28. Hiss edən kimdir?
  29. Təmasda olduğumuz dünya, əslində ruhumuzun yaşadığı hisslərdirsə, onda bu hisslərin qaynağı nədir?
  30. Allahın hər şeyi əhatə etməsi, bizə şah damarımızdan yaxın olması necə olur?
  31. Allaha sevgisi kifayət deyilmi? Allahdan qorxmaq mütləq vacibdirmi?
  32. Səmimi bir möminin Allah qorxusu necə olmalıdır?
  33. Quranı hər oxuyan anlaya bilər.
  34. Quran hər dövrə xitab edir.
  35. Allah Quran ayələrini təhrif olmadan günümüzə qədər saxlamışdır.
  36. Quranın elmi möcüzələri nələrdir?
  37. Qurandakı söz təkrarları və 19 möcüzəsi nələrdir?
  38. Quran gələcəklə bağlı hansı xəbərləri verir?
  39. Axirətin varlığını haradan bilirik?
  40. Reinkarnasiya nə deməkdir?
  41. Ölüm yox olmaqdırmı?
  42. Ölüm anında nələr yaşanır?
  43. Kainat da ölümlüdürmü?
  44. Qiyaməti o günə qədər yaşamış hər kəs görəcək, yoxsa yalnız o an yaşayanlar görəcək?
  45. Haqq-hesab günündə necə bir sorğu-sual olacaq?
  46. Haqq-hesab günündə insanlar bir-birinin günahlarını daşıya bilərmi?
  47. Bir insan axirətdə həqiqətləri gördükdən sonra, etdiklərini düzəltmək istəsə belə bir imkanı olacaqmı?
  48. Cəhənnəm necə bir yerdir?
  49. Quran ayələrində cəhənnəmlə əlaqədar nələr bildirilmişdir?
  50. Cənnət necə yerdir?
  51. Cənnətə kimlər gedir?
  52. Əsl yaxşılıq nədir?
  53. Qurandakı sevgi anlayışı necədir?
  54. Möminlərin həmişə birlikdə olmalarının səbəbləri nələrdir?
  55. Allah inananlara dünyada necə həyat vəd etmişdir?
  56. Allaha necə dua etmək lazımdır? Duanın konkret yeri, vaxtı və ya forması varmı?
  57. Allah hər duanı qəbul edərmi?
  58. Allaha necə tövbə edilməlidir? "Tövbə etdim" demək kifayətdirmi?
  59. Allah bütün tövbələri qəbul edərmi?
  60. "Onsuz da tövbə etdiyim zaman Allahın məni bağışlayacağına görə, hər şeyi edib sonra tövbə edə bilərəm" demək doğru bir düşüncə ola bilərmi?
  61. Namaz niyə vacibdir?
  62. Digər peyğəmbərlərə də namaz əmr olunmuşdumu?
  63. Namaz hansı vaxtlarda vacib edilmişdir?
  64. Huşu içində namaz necə qılınır?
  65. Din əxlaqını yaşamağa başlayan insan özündə nələri dəyişdirməlidir?
  66. İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiyim günahlardan ötrü Allah Qatında məsul olarammı?
  67. İslam əxlaqını başqalarına da izah etmək lazımdırmı?
  68. Allahın bəyəndiyi səbir necə olar?
  69. Təvəkkül nə deməkdir?
  70. Təqva nədir? Təqva sahibləri kimlərdir?
  71. Allah Qatında üstünlük nəyə görədir?
  72. Dərin düşünmək necə olur?
  73. Din ilə elm bir-biriylə uyğundur.
  74. Allaha və dinə inanan elm adamları kimlərdir?
  75. Allaha necə şükür edilməlidir?
  76. Şeytan necə varlıqdır?
  77. Şeytan insanlara necə təsir edir və onları hansı yollarla azdırmağa çalışır?
  78. Şeytanın özünə aid müstəqil bir gücü vardırmı?
  79. Şeytanın kimlər üzərində təsiri olmaz?
  80. "Adamlıq dini" nədir?
  81. Çoxluğun tətbiq etdiyi sistem mütləq doğrudurmu?
  82. "Adamlıq dini" ni tərk etmək üçün nə etmək lazımdır?
  83. Ağılla zəka arasındakı fərq nədir?
  84. İnsanın ağlını örtən amillər nələrdir?
  85. Quranda Allahın təkəbbürlənənləri sevmədiyi ifadə edilir, Qurana görə təkəbbürlənmək nə deməkdir?
  86. Quran əxlaqına görə təvazökar insan necə olmalıdır?
  87. Niyyətlərimə görə məsuliyyət daşıyırammı?
  88. Dünya həyatının aldadıcı bir bəzək olduğu ifadəsi nəyi nəzərdə tutur?
  89. İnsanların sahib olduqları acizliklərin hikmətləri nələrdir?
  90. Quranda keçmiş qövmlərdən bəhs edilməsinin hikməti nədir?
  91. Cinlərin yaradılış məqsədləri nədir?
  92. Mələklər necə varlıqlardır?
  93. Zamana necə tərif verə bilərik?
  94. Zamanın nisbi olması nə deməkdir?
  95. Tale nədir?
  96. Allahın təyin etdiyi taleni insanların dəyişdirməsi mümkün deyil.
  97. Yenidən dirilmə necə olacaq?
  98. Kainat necə var oldu?

Dinsiz bir mühitdə əvvəlcə ailə anlayışı ortadan qalxar. Ailəni meydana gətirən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə yox olar. Unudulmamalıdır ki, ailə cəmiyyətin təməlidir və əgər ailə dəyərləri çökərsə cəmiyyət də çökər. Bu səbəbdən, dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti meydana gətirən bütün mənəvi dəyərlər dağılmış olar.

Həmçinin, dinsiz cəmiyyətlərdə heç kimin başqasına hörmət, sevgi və mərhəmət hiss etməsi üçün bir səbəb qalmaz. Bunun nəticəsində isə sosial anarxiya meydana gələr. Zənginlər kasıblara, kasıblar zənginlərə kinli olar, əlillərə və ya möhtac olanlara qarşı qəzəb meydana gələr. Müxtəlif etnik qruplara qarşı təcavüzkar olar, işçilər müdirlərinə, müdirlər işçilərinə, ata oğula, oğul ataya qarşı təcavüzkarlaşar.

Bəzi ölkələrdə davamlı qan tökülməsinin və qətl xəbərlərinin səbəbi dinsizlikdir. Bu xəbərlərdə insanların hər gün gözlərini qırpmadan və çox adi səbəblərdən bir-birini öldürdükləri təsvir olunur.

Halbuki, axirətdə hesab verəcəyini bilən bir insan başqa bir insanın üzünə silah tuşlayıb onu öldürə bilməz. O, Allahdan qorxar və pis hesablaşmadan çəkinər. Allah Quranda insanlara fitnə-fəsad törətməyi belə qadağan etmişdir:

Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin! Həm qorxaraq, həm də (mərhəmətini) ümid edərək Allaha dua edin! Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır.

Əraf surəsi, 56

İntiharların bu qədər yayılmasının təməlində də dinsizlik vardır. İntihar edən əslində cinayət işləmiş olur.

Amma Qurana bağlı bir insan bunu qətiyyən etməz, belə bir düşüncəni bir an olsun ağlından belə keçirməz. İnanan bir insan ancaq Allah rizası üçün yaşayar və Allahın özünə dünyada verdiyi hər cür çətinlik və sıxıntı qarşısında səbir edər. Və bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə qat-qat çox alacağını unutmaz.

Dinsiz cəmiyyətlərdə oğurluq da çox geniş yayılar. Oğurluq edən adam əşyasını oğurladığı adama necə bir əziyyət verdiyini düşünməz. Qarşısındakı adamın 10 illik əməyini 1 gecədə götürüb gedər, o adamın nə qədər zərər çəkmiş olacağını heç nəzərə almaz. Qarşısındakı adama acı verdiyi kimi özü də vicdan əzabı ilə acı çəkər. Əgər vicdan əzabı çəkmirsə bu, onun üçün daha da pisdir. Çünki bu, o deməkdir ki, belə bir insan hər cür əxlaqsızlığı edəcək bir vəziyyətə düşüb.

Dinsiz cəmiyyətlərdə qonaqpərvərlik, insanların bir-biri üçün fədakarlıq etməsi, həmrəylik və əliaçıqlıq kimi dəyərlər tamamilə ortadan qalxar. Hər şeydən əvvəl, insanlar bir-birini guya meymundan təkamül etmiş varlıqlar kimi gördüyü üçün birbirinə insan kimi dəyər verməzlər. İnsan meymundan təkamül etdiyini düşündüyü başqa bir insana xidmət etməz, onu qonaq etməz, ona gözəlliklər təqdim etmək istəməz. Bu düşüncədə olan insanlar bir-birinə dəyər verməzlər. Heç kim başqasının sağlamlığını, dincliyini, rahatlığını düşünməz. İnsanlara bir zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmaz. Məsələn, xəstəxanalarda ölmək üzrə olan insanlar uzun müddət xərəklərdə qalar və heç kim onlarla maraqlanmaz. Yaxud son dərəcə sağlam olmayan və natəmiz şəraitdə fəaliyyət göstərən bir restoranın sahibi bunun orada yemək yeyən insanların sağlamlığına vuracağı zərəri düşünməz. Ancaq öz qazanacağı pulun dərdinə düşər. Bunlar gündəlik həyatda tez-tez qarşılaşılan bir neçə nümunədir. Buradakı vacib məntiq odur ki, insanlar yalnız bir fayda müqabilində birbirlərinə yaxşı davranmağa razıdırlar. Halbuki, Quran əxlaqında insanlar bir-birinə Allahın qulu olaraq dəyər verirlər. Yaxşılıq etməkdə heç bir şəxsi mənfəət güdməz, əksinə, yaxşı işlər görərək və xeyir işlərdə yarışaraq daim Allahın razılığını qazanmağa çalışarlar.