Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda şövq və həyəcan: Möminlər Hansı Şeylərə Görə Həyəcanlanırlar?

Mündəricat
  1. Giriş
  2. Şövq Nədir?
  3. Cahiliyyə Cəmiyyətinin Şövq Anlayışı
  4. Möminlərin Şövqü
  5. Şeytanın Möminlərin Şövqünü Qırmaq Cəhdi
  6. Möminlərin Şövqü Hansı Rəftarından Aydın Olur?
  7. İnananların Həyəcanı necə Olur?
  8. Möminlər Hansı Şeylərə Görə Həyəcanlanırlar?
  9. Şövq və Həyəcan Möminlərə Nələr Qazandırır?
  10. Dini Səthi Yaşayan İnsanların Şövqsüzlüyü
  11. Şövqsüz və Həvəssiz Edilən İşlər necə Nəticələnir?
  12. Şövqsüzlükdən Xilas Olmağın Yolu
  13. Nəticə

Allah'ın yaratma sənətinə olan həyəcan...

İnsan gözünü çevirib baxdığı hər yerdə Allah'ın sənətinin bir-birindən heyran edici dəlilləri ilə qarşılaşır. Bir ayədə Allah belə bildirmişdir:

Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!

Fussilət surəsi, 53

Möminlər Allah'ın kainatın hər nöqtəsində yaratdığı nizamın mükəmməlliyi qarşısında həyəcanlanırlar. Çünki onlar bu möcüzələrin ardındakı ağılı, qüdrəti və bənzərsiz sənəti görür və Allah'ın böyüklüyünü düşünməyin zövqünü yaşayırlar.

Belə ki, qəflət halındakı insanların bu möcüzələrə necə laqeyd olduqlarını təəccüblə qarşılayırlar. Əgər bir neçə dəqiqə vicdanlarının səsini dinləyib səmimi düşünsələr, onlar da Allah'ın sənəti və ucalığı qarşısında həyəcanlanarlar. Çünki Quranın bir çox ayəsində də diqqət edildiyi kimi, Allah'ın yaratma sənətindəki qüsursuzluq vicdanına tabe olan hər insanın görə biləcəyi qədər təsirlidir. Möminlərin Allah'ın yaratmasındakı fövqəladəlikləri düşünərkən üzərilərində meydana gələn təsir bir ayədə belə bildirilmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər:

“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!”

Ali-İmran surəsi, 191

Vicdanlarının təşviq etdiyi mövzularda səmimi düşünən möminlər ayədə diqqət edildiyi kimi, göylərin və yerin yaradılışının ardında Allah'ın sonsuz hökmranlığı və sonsuz qüvvəti görürlər. Allah'ın bunların hər birində yüzlərlə və minlərlə hikmət saxladığını bilir və bu mükəmməl nizam qarşısında böyük həyəcan duyurlar. Ancaq bu, insanı narahat edən və ya təlaşa salan cahiliyyə həyəcanı deyil, əksinə, insana doğrunu göstərən Rəhmani bir həyəcandır. Bu həyəcan onların Allah'dan başqa qulluq ediləcək başqa ilah olmadığını daha yaxşı düşündüklərinin nəticəsidir. Müsəlmanlar dünyadakı sənə və ehtişamı düşündükcə özlərini yaradan, tək dost və vəkilləri olan Allah'ın qüdrətini, gücünü və böyüklüyünü daha yaxşı anlayırlar. Allah'ı təsbih edib hörmətlə şanını ucaldır və ayədə keçən “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali İmran surəsi, 191) sözləri ilə ifadə edildiyi kimi, əzabından qoruması üçün Allah'a sığınırlar. Nemətlərə və gözəlliklərə olan həyəcan...

Nemət və gözəlliklərdən ən çox təsirlənən və ən çox zövq alan möminlərdir. Çünki onlar hər şeyi Allah'ın yaratdığını bilir, hər hadisə və varlığa Allah'dan özlərinə verilən nemət olaraq baxırlar. Bu səbəbdən, eyni gözəllik onlar üçün digər insanlarda olduğundan daha böyük məna ifadə edir.

Gözəlliklərə olan həyəcan hisslərinin bir səbəbi də möminlərin digər insanların görə bilmədiyi incəlikləri görmələridir. Çünki ağıllarından lazımi kimi istifadə etməyən və hadisələr üzərində dərin düşünməyən insanlar, ümumiyyətlə, hadisələrin ancaq xarici, yəni səthi qismini qavrayırlar. Bu səbəblə, bunlardan aldıqları zövq də eyni şəkildə məhdud olur. İman edənlər isə qarşılarına çıxan hər şeyə iman və hikmət gözü ilə baxırlar. Buna görə də zövq alıb həyəcanlanmaq üçün gözəllik görməyi bacarırlar. Möminlərin gözəlliklərdən daha çox təsirlənmələrinin başqa bir səbəbi də budur: Allah'a qarşı təkəbbürlü olan Onun yaratdığı gözəllik və ya möcüzələri görə bilməz. Çünki Allah'ın gücünü təqdir etdiyində öz acizliyini də qəbul etmək durumunda qalır. Bu vəziyyəti qəbul etmədiyi üçün gözəllikləri görsə də, bundan təsirlənməmək üçün mütləq bir şərh tapır və həyəcanını aparmağa çalışır. Möminlər isə qürur və təkəbbürdən uzaq insanlardır. Ayrıca, Allah'a möhtac olduqlarını düşünür, buna görə, gözəllikləri təqdir edib Allah'ın ehtişamlı yaratmasına şahidlik etməkdən çəkinmirlər. Gözəlliklərə qarşı təbii reaksiya verir və səmimi həyəcanı daha çox yaşayırlar. Məsələn, göz oxşayan rəng və xoş ətirli gül görəndə bunun Allah'ın “Cəmil” (gözəl olan) isminin, yəni Allah'ın gözəlliyinin təcəllisi olduğunu düşünür və daxilən bunun həyəcanını yaşayırlar. Sonra isə təcəllisini belə təsirli və göz oxşayan şəkildə yaradan Allah'ın zatının bundan nə qədər üstün və sonsuz gözəlliyə sahib olduğunu təfəkkür edir və dolayısilə, həyəcan hissi keçirirlər. Bütün bu gözəlliklərin onlar üçün yaradıldığını və bunun Rəbbimizdən onlara lütf olduğunu düşünürlər. Beləliklə, Allah'ın onları sevdiyini bilir və bunun həyəcanını yaşayırlar. Bundan başqa, bu gözəlliklərin bir çox insan üçün məna ifadə etmədiyinin fərqindədirlər və bu da Allah dostu kimi onlara xüsusi bir zövq verir. Allah'ın onlara bu gözəllikləri görmək imkanı yaratdığına, bunları qarşılarına çıxarmasına şükür edərlər.

Yenə Allah'ın onlara bu nemətləri görən sağlam gözlər, şüur açıqlığı və səmimi iman verdiyinə görə həyəcan duyarlar. Bir çox insan mənəvi yöndən zəif olduğuna görə, gözəlliklərdən həzz ala bilmir. Lakin Allah möminləri seçmiş, onlara imanı sevdirmişdir və bu imanın sayəsində də gözəlliklərdən zövq almaq möminlərə xüsusi sevinc bəxş edir. Bundan başqa, nemətlərdəki müxtəliflik, mükəmməl yaradılış və onlardakı sonsuz ağıl da yenə Allah'a olan heyranlıqlarını və Onun sənəti qarşısında duyduqları həyəcanı artırır.

Allah'ın “Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah'ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur” (İbrahim surəsi, 34) ayəsi ilə də xatırlatdığı kimi, möminlər dünya nemətlərinin bitib tükənməyən müxtəlifliyi qarşısında həyəcanlı olurlar. Allah'ın onlara lütf etdiyini və diləsəydi, bundan çox azını vermiş olacağını düşünür, nemətlərə şükür etməyin həyəcanını yaşayırlar. “Yadınızı salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən, şiddətlidir!”“ (İbrahim surəsi, 7) ayəsi ilə bildirildiyi kimi, Allah'ın şükür edənlərə nemətlərini daha da artıracağını düşünmək da onlara həyəcan verir.

Allah'ın qədərdə onlara dünya həyatında nemət və gözəllik yaratdığına şükür edir, buna görə həyəcanlanırlar. İman edənlər Allah'ın onları qoruduğunu və onlara rəhm etdiyini hər an görür bunun Allah'ın lütfü olduğunu bilirlər. Necə ki, Allah rəhmətini dilədiyinə verir. Əgər insan gözəl və xoşbəxt həyat yaşayırsa, bu, yalnız Allah'dandır. Bu həqiqət bir çox ayədə vurğulanır: “Allah dilədiyini yaradar və seçər”, “Qaranlıqlardan nura çıxarar”, “Dilədiyini hidayətə çatdırar” və sairə. Nemət içində yaşayan mömin bunu Allah'a borclu olduğunu bilir və Allah'ın onu seçməsi, pisliklərdən onu uzaq etməsi, nemət və gözəllik içində yaşatması onu daha da həvəsləndirir. Şövq və həyəcanla Allah'a yönəlir, bütün hərəkətləri ilə Onu razı etməyə çalışır.

Dünyadakı gözəllikləri gördükcə cənnəti və oradakı gözəlliklərin nə qədər qüsursuz və mükəmməl olduğunu düşünür və bu gözəlliklərə qovuşmaq ümidi həyəcanını artırır.

Bunlar möminlərin gözəlliklər qarşısında həyəcanlandığı mövzulardan yalnız müəyyən olanlarıdır. Onların gözəlliklərdə gördükləri incəliklər isə burada sayılanlarla məhdudlaşmayacaq qədər çoxdur. Möminlər uzaqgörəndirlər və təfəkkür gücləri də son dərəcə yüksəkdir. Bu həzz imanın müsəlmanlara qazandırdığı böyük nemətdir və inkarçılar bundan tamamilə uzaqdır.

Sevgi və dostluq həyəcanı...

özlərinə zərər verəcəyini düşünürlər.

Saleh müsəlmanlarda belə hesab söz mövzusu olmaz. Sonsuzluğa niyyət etmək sonsuzadək sədaqət, sevgi və yoldaşlıqda qərarlılıq göstərmək deməkdir. Odur ki, möminlər sevgi və dostluqlarına üstünlük gətirən sonsuzluğa niyyət etməklə sevgidən böyük həzz duyarlar. Bu, sevdikləri insanlarla cənnətdə də birlikdə olmağı ümid etməyin və sonsuza qədər sevgilərində sadiq qalacaqlarını bilməyin həyəcanıdır.

Yaxşıları qoruma şövqü Allah “Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75) ayəsi ilə zülm altında olub xilaskar gözləyən insanların durumuna diqqət çəkmişdir. Bu ayənin gərəyi kimi öz haqlarını qoruya bilməyən günahsız insanları qorumaq, onlara kömək etmək, onları təhlükəsizliyə qovuşdurmaq möminlərin vicdani bir məsuliyyətidir. Bu məsuliyyətlərinin şüurunda olan müsəlmanlar yalnız iman etdikləri üçün əziyyət görən insanları zülmdən qurtarmaq mövzusunda istək və şövq duyarlar. Güclü vicdana və yenə həssas ədalət anlayışına sahib olmaları səbəbi ilə günahsız insanların əziyyət çəkməsinə əsla göz yummazlar. Maddi-mənəvi bütün imkanlarını ortaya qoyaraq onlara kömək edərlər. Şövq və həyəcanları onlara bu yöndə cəsarət və güc qazandırar.

Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv etdik.

Əraf surəsi, 165

və əzmkarlıq nəticəsində Allah Musanı və ona dəstək olan möminləri firondan üstün etmişdir.

Qurandakı bu nümunələrdən başa düşüldüyü kimi, möminlər hər zaman yaxşıların, yəni şəfqətli, mərhəmətli, ədalətli, yardımsevər və fədakar insanların yanında; pislərin, yəni kinli, zalım, xudbin insanların isə qarşısında olurlar. Hər zaman zülmkarlara mane olmaq və məzlumları xilas etməyə çalışırlar. Bütün bunları edərkən Allah’ın əmrini yerinə yetirmənin şövq və həyəcanını yaşayırlar. Göstərdikləri bu gözəl əxlaq ilə Allah’ın ədalətini dəstəkləyir, vicdanlarının səsini dinləyir, Quran əxlaqını həyatlarında tətbiq edir və məsum insanları rahatlığa qovuşdururlar. Elə bütün bunların həyəcanı da onlara böyük həzz verir.

İman gətirənlərin göstərdikləri sarsılmaz qətiyyət onların əxlaqına da müsbət təsir edir. Allah’ı razı salmaq cəhdi ilə böyük məsuliyyəti üzərinə götürən insanların əxlaqlarının gözəlləşdiyinə Səid Nursi bir sözündə diqqət çəkmişdir: “Məqsədin böyüməsi ilə himmət (səmimi cəhd) də böyüyür və hamiyəti-İslamiyyənin (müsəlmanlara sahib çıxma cəhdinin) coşqusu ilə əxlaq da təkəmmül edir (kamilləşir). İbadətləri yerinə yetirməyin verdiyi həyəcan...

Allah’ı razı salmaq və Onun sevgisini qazana bilmək möminlər üçün hər şeydən vacibdir. Buna görə də bütün həyatı boyu Allah’a daha da yaxınlaşa bilməyin yollarını axtarırlar. Allah “Ey iman gətirənlər! Allah’dan qorxun, Ona vəsilə axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə surəsi, 35) ayəsi ilə möminlərə bunu əmr etmişdir.

Müsəlmanlar Quranda bildirilən ibadətləri yerinə yetirməyi Allah’a yaxınlaşmaq üçün ən vacib vasitə hesab edirlər. Lakin bunun üçün ibadətlərin sadəcə feili olaraq yerinə yetirilməsinin kifayət etmədiyini, səmimiyyət və iman şövqü ilə ibadət etməyin Allah qatında qəbul edildiyini də bilirlər. Belə ki, Allah bir ayəsində möminlərin Allah üçün kəsdikləri qurbanların nə ətlərinin, nə də qanlarının Allah’a çatacağını, əslində, onları Allah’a yaxınlaşdıracaq şeyin qəlblərindəki təqva olduğunu bildirmişdir:

Onların nə əti, nə də qanı Allah’a çatar. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!

Həcc surəsi, 37

Bu həqiqəti dərk edən möminlər də Allah qatında dəyərli olan şeylərin səmimiyyət və ixlas olduğunu bilərək hər etdiklərini ibadət zövqü ilə yerinə yetirirlər. Quranda möminlərin ibadətləri tətbiq edərkən hiss etdikləri şövq və həyəcana dair bir çox nümunə verilmişdir. Bunlardan bəziləri növbəti səhifələrdə izah olunacaq. Quran ayələrini oxuyarkən hiss edilən həyəcan…

Allah Quranda möminlərdən: “Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd səna ilə təriflər deyirlər” (Səcdə surəsi, 15) - deyə bəhs etmişdir. Möminlərin ayələri eşidən kimi səcdəyə qapanmaları, heç şübhəsiz ki, onların imanlarının gücündən və Allah’a qulluq etməkdən aldıqları böyük həzdən qaynaqlanır.

Allah’ın onlara içində heç bir şeyin əskik buraxılmadığı və Allah’ın sözlərindən ibarət bir kitab göndərməsindən böyük həyəcan duyurlar. Həmçinin Quranın hər ayəsinin Allah’ın onlara olan sevgisinin, mərhəmətinin və ədalətinin bir təcəllisi olduğunu bilməyin şövqünü də yaşayırlar. Bundan əlavə, hər şeyi qavraya biləcək şüur açıqlığına sahib olduqlarına görə də ruhən böyük sevinc duyur və Allah’a çox güclü sevgi ilə bağlanırlar. Bu da onların qəlblərinə hüzur gətirir. Quranda iman gətirənlərin Allah’ın ayələri qarşısında duyduqları bu böyük həzz ilə ağlayaraq səcdəyə qapandıqları bildirilmişdir:

De: İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da ondan əvvəl elm verilmiş kimsələrə (ayələr) oxunduğu zaman üzü üstə səcdəyə qapanırlar.

İsra surəsi, 107

Başqa bir ayədə isə möminlərin Quran ayələri qarşısında duyduqları Allah qorxusundan dərilərinin ürpərdiyi belə təsvir olunur:

Allah sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allah’ı yad etməklə dəriləri və qəlbləri yumşalar. Bu, Allah’ın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allah’ın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.

Zumər surəsi, 23

Dua edilərkən duyulan həyəcan...

Allah “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy, onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” (Bəqərə surəsi, 186) ayəsi ilə bütün insanları dua etməyə çağırmışdır. Onlara şah damarından daha yaxın olduğunu, dua etdikləri vaxt onları eşitdiyini və dualarına qarşılıq verəcəyini müjdələmişdir. Allah’ın insanlara belə gözəl nemət verməsi qullarının hər söylədiyinə, hər düşündüyünə şahid olması möminlər üçün böyük həyəcan vəsiləsidir. Bu, Allah’ın möminlərə dost olduğunu, nəzarətinin hər an onların üzərində olduğunu və onlara hər an mərhəmət göstərdiyini bilməyin həyəcanıdır. Buna görə də iman gətirənlər də böyük şövq və ehtiyac içərisində Rəbbimizə sığınır və hər an hər mövzuda Ondan kömək diləyirlər. Onlara həyəcan verən şeylərdən biri də Allah’dan istəyə biləcəkləri nemətlərin heç bir sərhədinin olmamasıdır. Hər insan Allah’dan ehtiyac duyduğu kiçik-böyük, maddi-mənəvi hər şeyi istəyə bilər. Allah qullarının dualarına onlar üçün ən xeyirli olacaq şəkildə cavab verir.

Allah’a yaxınlaşmaq üçün bir vasitə olan tövbə etməyin gətirdiyi şövq və həyəcan...

İnsan səhv edə bilən bir varlıqdır. Hər şeyi bilməsi və qüsursuz olması, əlbəttə ki, mümkün deyil. Belə ki, dünya imtahan yeridir və insan buraya imtahan olunmaq üçün gəlmişdir. Əsl yurdu isə axirət olacaq. Buna görə də imtahan meydanı olan bu dünyada bir çox qüsuru olacaq. Əsas olan günah etməkdə israr etməmək, doğrunu görən kimi onun ardınca getmək və əvvəlki pis vərdişlərini tərk etməkdir. İnsan mükəmməli əldə edənə qədər bu müddət davam edir. Möminlər qüsurlu və aciz qul olduqlarını dərk edirlər. Etdikləri günahların ardınca bağışlanma diləyir, tövbə edirlər. Quranda vacib ibadət olaraq diqqət çəkilən tövbənin onlara qazandırdığı bir çox mənəvi gözəllik vardır.

Elə buna görə də möminlər səhv etdikdə əsla ümidsizliyə qapılmır, əksinə, Allah’ın bağışlayacağını bilərək rahat və şövqlü olurlar. Səhv etdiklərini başa düşdükləri anda vaxt itirmədən Allah’a sığınır və bağışlanma diləyirlər. Allah səmimi qullarının bu xüsusiyyətlərini Quranda belə bildirmişdir:

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allah’ı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, günahları Allah’dan başqa kim bağışlaya bilər? – onlar biləbilə etdiklərində israr etməzlər.

Ali – İmran surəsi, 135

Allah’ın səmimi edilən tövbələri bağışlayacağını müjdələməsi iman gətirənlərə böyük ümid verir. Çünki nə qədər çox günahları olsa da, ölüm vaxtına qədər hər zaman təmizlənmək və cənnətə layiq olan əxlaqa qovuşa bilmək fürsətləri vardır. Allah Quranda insanlara olan rəhmətini və sevgisini belə açıqlamışdır:

Qullarıma mənim bu sözümü de: “Ey mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah’ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən də, bağışlayandır, rəhimlidir!”

Allah’ın onlara qarşı şəfqətli və bağışlayıcı olduğunu görmək, Ona hər sığındıqda Rəbbimizin mərhəməti ilə qarşılıq görəcəklərini ummaq möminlərin qəlblərində dərin coşqu və həyəcan yaradır. Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan...

Allah möminlər arasında yaxşılığa, xeyirə və gözəl olana çağıran bir camaat olmasını əmr etmişdir:

“Qoy, sizin içərinizdən xeyirə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”.

Ali - İmran surəsi, 104

Saleh müsəlmanlar Allah’ın bu ayəsi gərəyi insanlara Quran əxlaqının gözəlliyini və cahiliyyə həyat tərzinin yanlışlığını izah etməyə və onları Allah’ın dininə yönəltməyə çalışırlar. Özləri dinin gətirdiyi gözəl əxlaqı yaşadıqları və bunun insanlara necə rahat həyat təqdim etdiyini görə bildikləri üçün həmin hüzur və gözəlliyi digər insanların da yaşamasını istəyirlər. Cəhənnəmin nə qədər qəti həqiqət olduğunu bildikləri üçün bütün insanların Allah’ın razı olacağı bir həyat yaşayaraq cəhənnəmdəki sonsuz əzabdan qorunmalarını istəyirlər. Onlar üçün yalnız bir insanın belə doğrunu görə bilməsi son dərəcə önəmlidir. Çünki bu insan üçün dünyada etdiklərinə qarşılıq olaraq sonsuz cənnət və ya cəhənnəm həyatı vardır. Buna görə də tək bir insanın belə cəhənnəmdən qurtulub Allah’ın rəhmətinə qovuşa bilməsi üçün sevə-sevə hər cür fədakarlığı edirlər. Lazım olsa, aylarını, illərini gecə-gündüz bu insanın dinə yaxınlaşması və mömin əxlaqını mənimsəməsi üçün sərf edirlər. Eyni şəkildə, yenə sadəcə bir insanın axirəti üçün bütün maddi imkanlarını da böyük şövq və istəklə ortaya qoya bilirlər. Bu isə onlara həm fiziki, həm də mənəvi baxımdan böyük güc qazandırır. Həyatlarının sonuna qədər Allah’ın dinini ən gözəl və hikmətli şəkildə izah etməyə davam edirlər.

Ancaq bunu da ifadə etmək lazımdır ki, bütün cəhdlərinin qarşılığında tək bir insan belə hidayətə qovuşmasa, möminlər yenə də eyni şövqlə təbliğlərinə davam edirlər. Çünki onların məsuliyyəti sadəcə dini izah etməkdir. İnsanlara hidayət verən Allah’dır. Belə ki, Quranda Peyğəmbərimizin göstərdiyi ciddi səylərə baxmayaraq, Məkkə müşriklərindən bir çox insanın iman gətirmədiyi və buna qarşılıq Allah’ın “ Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır” (Qəsəs surəsi, 56) ayəsi ilə Peyğəmbərimizə bu vəziyyəti xatırlatdığı bildirilir. Quranda Peyğəmbərimiz kimi digər bütün peyğəmbərlərin də təbliğ mövzusunda böyük şövq və həyəcan ilə hərəkət etdiklərinə diqqət çəkilmişdir. Hər biri bunun üçün müxtəlif çətinliklərlə qarşılaşdıqları halda, əsla yollarından dönməmiş, təbliğlərinə davam etmişlər. Əksinə, qövmlərinə doğrunu göstərə bilmək üçün hər yola, hər üsula əl atmışlar. Quranda Nuh Peyğəmbərin bu mövzudakı ixlaslı cəhdlərinə belə diqqət çəkilmişdir:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüzdə dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə, mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim:

“Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən də, O, çox bağışlayandır.

Nuh surəsi, 5-10

Ayələrdə göründüyü kimi, Nuh Peyğəmbər yaşadığı cəmiyyətdəki insanların qəlblərini imana isindirmək üçün şövqlə Allah’ın dinini təbliğ etmişdir. Onların hər dəfə uzaqlaşmalarına baxmayaraq, gecə-gündüz bilmədən Allah’ın böyüklüyünü izah etmişdir. Onlar isə haqqı hər dəfə eşitdikdə inadla bu təbliğlərdən üz çeviriblər. Nuh Peyğəmbər Allah’ın əmrini yerinə yetirməkdən, dini təbliğ etməkdən duyduğu şövq və həyəcan sayəsində onların bu hərəkətlərinə fikir verməmiş, sarsılmaz bir qərarlılıq və qətiyyətlə vəzifəsinə davam etmişdir. Təkəbbür göstərmələrinə qarşı, onlara imanı sevdirmənin fərqli yollarını axtarmışdır. Bəzən açıq-aşkar, bəzən də gizli yollarla Allah’ın varlığını izah edərək onları yaşadıqları cahiliyyə sisteminin çətinliklərindən qurtarmaq istəmişdir. Lakin unutmamaq lazımdır ki, Nuh Peyğəmbər və onun kimi böyük şövq və ixlasla Allah’ın dinini təbliğ edənlər bunun üçün sərf etdikləri hər kəlmənin, etdikləri hər cəhdin qarşılığını – Allah’ın izni ilə ən gözəl şəkildə alacaqlar. Çünki Allah “Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, ruku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah’ın qoyduğu hüdudları qoruyan o möminləri müjdələ” (Tövbə surəsi, 112) ayəsində də bildirdiyi kimi, insanlara yaxşılığı əmr edib pis əməllərdən çəkindirənləri rəhməti ilə müjdələmişdir. Cənnəti düşünməyin verdiyi həyəcan...

Möminlərin ən çox həyəcan duyduqları mövzulardan biri də cənnəti və cənnət nemətlərini düşünməkdir. Çünki cənnət insanlara daha əvvəl dünya həyatında heç rast gəlmədikləri fərqli bir həyat təqdim edir. Orada dünya həyatındakı əskiklik və qüsurların heç biri yoxdur. Çünki cənnət dünya həyatı kimi bir imtahan məkanı olaraq deyil, mükafat yurdu olaraq yaradılmışdır. Bundan əlavə, Allah insanların cənnət üçün darıxmaları və ona qovuşmaq üçün cəhd etmələri üçün dünya həyatını xüsusi olaraq qüsurlu yaratmışdır. Bütün həyatı boyu mükəmməlliyə qovuşmaq arzusu ilə yaşayan insan dünyadakı həyatın bu əskikliklərini gördükcə cənnəti daha da böyük həyəcanla arzulayır.

Möminlər axirətdə cənnətlə birlikdə həyatları boyu böyük cəhd edərək çəkinməyə çalışdıqları cəhənnəm əzabından qurtulmağın sevincini də yaşayacaqlar. Dünya həyatında Allah’ın dininə, Quran əxlaqının yaşanmasına və iman gətirənlərə qarşı mübarizə aparanlar, onlara əzab-əziyyət verməyə cəhd edənlər Allah’ın sonsuz ədalətinin bir təcəllisi olaraq etdiklərinin cəzasını cəhənnəmdə alacaqlar. Quranda bu şəxslərin alacaqları cəza və möminlərin bundan duyacaqları sevinc belə ifadə olunmuşdur:

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə göz-qaş edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar. Möminləri gördükdə isə deyirdilər:

“Həqiqətən, bunlar azmışlardır!” Halbuki, bu günahkarlar onlara gözətçi qoyulmamışdırlar. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə ətrafa baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!

Mutəffifun surəsi, 29-36

Başqa bir ayədə isə inkarçıların Allah’ın ədaləti ilə cəza almaları və möminlərin qəlblərini şəfaya qovuşduğu bildirilir. Belə ki, Allah’ın bu vədini sadəcə düşünmək belə iman gətirənlərin qəlbində həyəcan yaradır.

O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər:

“Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!”

Nəhl surəsi, 32

Möminlərin cənnəti düşünərək həyəcanlanmalarının bir səbəbi də, heç şübhəsiz ki, orada onlara vəd edilən nemətlərin bənzərsizliyidir. Lakin bunlardan daha da gözəl olan şey odur ki, onlar həyatı boyu böyük şövqlə arzuladıqları aqibətə qovuşacaq, Rəbbimizin rizasını qazanacaqlar. Allah “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur” (Tövbə surəsi, 100) ayəsi ilə cənnətinə qəbul etdiyi qullarından razı olduğunu müjdələmişdir. Belə ki, Quranda cənnət nemətləri arasında ən böyük nemətin Allah’ın razılığı olduğu bildirilmişdir:

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və Ədn bağlarında gözəl məskənlər və etmişdir. Allah’ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

Tövbə surəsi, 72

Həmçinin Allah “Üstəlik, rəhmli Rəbb onlara salam deyəcək” (Yasin surəsi, 58) ayəsi ilə iman gətirənlər üçün bir müjdə də vermişdir. Bu, möminlərin həyatı boyu göstərdikləri səmimi cəhdlərinə qarşılıq ala biləcəkləri ən gözəl mükafatdır.

İman gətirənlər Quran ayələri ilə izah olunan, lakin insanın qavrayış sərhədlərinə sığmayan mükəmməlliyə sahib olan cənnətin gözəlliyini düşünməyin həyəcanını da yaşayırlar. Allah orada insan nəfsinin istəyə biləcəyi, ağılın təsəvvür edə biləcəyi hər cür gözəlliyin və nemətin olacağını bildirmişdir. İnsanın dünya həyatındakı məhdud təsəvvürü ilə bu gözəlliklərin növlərini xəyalına gətirməsi isə ancaq müəyyən dərəcəyə qədər mümkündür. Belə ki, cənnət iman gətirən insanlar üçün sonsuz sayda sürprizlərlə doludur. Elə bu sürprizləri düşünmək və bunların – Allah’ın istəməyindən başqa – sonsuza qədər davam edəcəyini bilmək insana böyük həyəcan verir. Quranda cənnət nemətlərinin bəziləri haqqında möminlərə bildirilmişdir. Məsələn, möminlər cənnətlərdə bütün sevdikləri ilə, dostları ilə birlikdə olacaqlar. Orada bütün peyğəmbərlərlə, şəhidlərlə, əməlisaleh möminlərlə dostluq edəcək və sonsuza qədər də sadəcə Allah’ın razı olduğu bu insanlarla birlikdə yaşayacaqlar. Orada sevgi və dostluğu ən gözəl şəkildə yaşayacaq və əsla bu nemətlərdən bezməyəcəklər.

Şeytanın cənnət xalqı ilə heç bir əlaqəsi olmayacaq və o da sonsuza qədər cəhənnəm atəşində layiq olduğu əzabı yaşayacaq. Oradakı hər kəs etibarlı, Allah’a sadiq və gözəl əxlaqlı olacaq. Pis əxlaq xüsusiyyətlərinin heç birini görmək mümkün olmayacaq, kin, qəzəb, həsəd kimi cahiliyyə xüsusiyyətləri sonsuza qədər yox olacaq. Cənnətdə dünya həyatındakı mübarizə mühitinin bütün çətinlikləri aradan qalxacaq. Hiylə quranların hiyləsini yox etmək üçün mübarizə aparmaq və ya münafiqlərin oyunlarına qarşı diqqətli olmaq kimi cəhdlər göstərmələri lazım olmayacaq. Orada iman gətirənlər sonsuza qədər sadəcə nəfslərinin xoşuna gələn nemətlər içərisində hüzur və ləzzətlə yaşayacaqlar. Bütün insanlar ən gözəl surətlərdə yaradılacaq və dünyadakı bütün insani qüsurlardan təmizlənmiş olacaqlar. Gözəl xasiyyətli, gözəl üzlü, bir-birlərinə çox sevən insanlarla birlikdə olacaqlar. Oradakı heç bir şey dünya həyatının qanunlarına bağlı olmayacaq, bütün səbəblər aradan qalxacaq və yeni həyat, yeni nemətlər yaradılacaq. Oradakı saraylar, taxtlar, döşəklər möhtəşəm gözəllikdə olacaq; baldan çaylar, çox rahat yeyilən və budağından heç vaxt əskilməyən meyvə ağacları və insanın istəyə biləcəyi bir çox nemət olacaq. Bundan başqa, cənnətdə insan ağlının dünyada ikən qavramaqda çətinlik çəkdiyi sonsuzluq yaşanacaq. Yüzlərlə, minlərlə, milyardlarla, trilyonlarla, katrilyonlarla il deyil, trilyon dəfə trilyon il də deyil, heç bitməyən, sonu olmayan sonsuz həyat olacaq. İnsanın dünyada ikən yaşadığı bezginlik, sıxılma kimi hissləri də alınacaq və sonsuza qədər yaşadığı hər andan böyük ləzzət alacaq.

Dünya həyatında cənnətdə sahib olmağı ümid etdikləri bu nemətləri düşünmək möminlərə böyük zövq və həyəcan verir. Bu nemətlərə qovuşmaq həyəcanı ilə daha da şövqlənir və Allah’ın cənnətə layiq qullarından ola bilmək üçün daha çox cəhd edirlər. Quranda əmr edildiyi kimi, “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin” (Ali-İmran surəsi, 133) ayəsinə uyğun xeyirlərdə yarışır və önə keçənlərdən olmaq üçün cəhd edirlər.