Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda dua: Allaha Səmimi Münasibətlə Dua Etmək

Mündəricat
  1. Giriş
  2. Quranda Dua necə İzah Edilir?
  3. Allaha Səmimi Münasibətlə Dua Etmək
  4. Duanın mövzusu yalnız dünyəvi nemətlər deyildir
  5. Duanın Yeri və Zamanı
  6. Duanın Qəbul Ediləcəyindən Əmin Olaraq Dua Etmək
  7. Şifahi Dua və Feli Dua
  8. Allahdan Başqasına Dua Edilməz
  9. Cahiliyyənin Dua Anlayışı
  10. Quranda Peyğəmbərlərin Duaları
  11. Quranda Müsəlmanların Duaları
  12. Nəticə

Hər şeyin başı Allah qorxusu, Allah sevgisidir, Allaha dərin imandır. İndi “bir yaradan var” demək ayrıdır, bir də insanların bilməyəcəyi dərin bir əlaqəylə beynin gücünün üst sərhədlərində Allahla əlaqəyə keçmək vardır. Ən məqbul olan budur, ürəkdən istənilsə Allah bunu nəsib edər. Allaha qarşı uzaq olana da, Allah mənən uzaq olar. Allaha çox yaxın olana da, Allah mənən yaxın olar. Məsələn, mən hal-hazırda danışıram, məni danışdıran Allahdır. İnsan, mən özümdən danışıram deyə bilməz.

Qorxu ilə ümid arasında dua Quranda Allahın “... mərhəmətlilərin ən mərhəmətlisi ...” (Ənbiya surəsi, 83) olduğu ifadə edilir. Yenə də Quranda səhv edənin Allahdan bağışlanma diləməsi vəziyyətində heç bir günah ayrı-seçkiliyi edilmədən bağışlanacağı deyilir. (Nisa surəsi, 110) Bu səbəblə insanların dualarında Allahın “əsirgəyən və bağışlayan” sifətlərini düşünmələri, ümid içində dua etmələri lazımdır. İnsanın etdiyi səhv və buna görə duyduğu vicdan əzabı nə qədər böyük olsa da, Allahın bağışlayıcılığına ümid kəsməsi səbəb deyil. Bununla paralel olaraq insanın səhv etməkdən və günah işləməkdən ötəri içinə girdiyi ruh halı, onun ümid içində dua etməsinə mane olmamalıdır. Çünki Quranda yalnız kafirlərin Allahın rəhmətindən ümid kəsəcəyi deyilir:

Digər tərəfdən kimsənin mütləq cənnətə layiq olma kimi bir zəmanəti yoxdur. Necə ki, Allah Quranda “Şübhəsiz ki, Rəbbinin əzabından əmin oluna bilməz” (Məaric surəsi, 28) ayəsiylə bu həqiqətə qarşı insanları xəbərdar etmişdir. Bu səbəblə də hər kəs Allahdan gücünün çatdığı qədər qorxmaq məcburiyyətindədir. Elə isə imtahan üçün dünyada olan insanın hər zaman üçün azması, dəlalətə düşməsi, şeytanın oyununa gəlib Allahın yolundan dönməsi ehtimal oluna bilər. Bu mövzuda heç kimin bir zəmanəti yoxdur. Bu səbəblə, insan duasında bir tərəfdən Allahın rəhmətini ümid edərkən, bir tərəfdən də Onun razılığını itirməkdən qorxmalıdır.

Necə ki, həqiqi bir mömini başqa insanlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biri Allah qorxusudur. Çünki inanmayan bir insana görə cəhənnəmin varlığı məchuldur. Mömin isə cəhənnəm təhlükəsinin fərqindədir. Axirət gününə şübhəsiz inandığı üçün ən böyük qorxunu yaşayır. Yalnız inanan və Allaha qarşı təkəbbürlükdən qaçan adam bu qorxu ilə hərəkət edər. Əzabın həqiqətindən və şiddətindən əmindir. Bu əzabla qarşılaşmamaq üçün dünya həyatında risk sayılan heç bir şeyə yaxınlaşmaz. Axirətdəki o çətin əzabdan uzaqlaşmağı və sonsuz gözəlliklə qarşılanacağı cənnətə layiq olmağı istəyər. Möminin axirət əzabından qorxusu duasında da əks olunur.

Elə buna görə, Quranda qorxu və ümid anlayışları birlikdə istifadə edilmişdir. Əgər insan duasında cəhənnəm qorxusunu hiss etmirsə, bunun təməlində Allah qorxusunun əksikliyi yatmaqdadır və ortada mütləq bir təfəkkür, yəni düşünüb anlama əksikliyi vardır. İnsan cənnəti qazanmaq üçün nə qədər istəkli bir şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli bir şəkildə dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Bu ruh halını ifadə edən ayələrdən ikisi belədir:

Göründüyü kimi qorxu və ümid, Quranda nəzərdə tutulan duanı meydana gətirən iki təməl hissdir. Quran diqqətlə araşdırıldığında onsuz da bütün ibadətlərdə və həyatın hər anında bu iki hissin həyati əhəmiyyət daşıdığı asanlıqla fərq edilə bilər.

Unudulmamalıdır ki, dua Allaha qarşı həm böyük bir vəzifə, həm də bizim əbədi həyatımızı qurtaracaq bir vəsilədir. Çünki Quranda Allaha dua etməyənlərin sonunun əbədi cəhənnəm əzabı olduğu xəbər verilir.

Allahın sifətlərini xatırlayaraq dua etmək Allahın adları, bizə Onun xüsusiyyətlərini tanıdır. Məsələn, Allah Rəhmandır, yəni rəhm edəndir; Rəbbdir, yəni öyrədən və yol göstərəndir; Hakimdir, yəni hökm verən, hər şeyə hakim olandır; Rəzzaqdır, yəni ruzi verəndir ... Bu adlar Allahı tanıtdığı üçün, insan bunlarla Rəbbimizə səslənərək Onun böyüklüyünü, yaxınlığını, gücünü və rəhmətini daha yaxşı qavrayar. Allahdan ruzi istəyən bir adamın Onun Rəzzaq adını xatırlayaraq dua etməsi, əlbəttə ki, duasının mənasına uyğun olacaqdır. Necə ki, Quranda da, Allaha Onun fərqli adları ilə dua edilə biləcəyi xəbər verilir:

Allahın sifətlərini bilən insan səhvlərini Allahdan gizləməyə çalışmaz.

Çünki gizləsə də, üzə çıxarsa da Allahın hər şeyi bildiyinin fərqində olur. Səhvlərini gizləməyin özünə zərərdən başqa bir şey qazandırmayacağını bilən mömin hər cürə əksiklik və səhvlərindən ötəri Allahdan bağışlanma diləyər. Necə ki, İbrahim Peyğəmbər-ın bir duası bu şəkildə başlayır:

Mömin, istəkləri nə qədər böyük olsa da hər şeyin Allahın idarəsində olduğunu, Allah istəsə ən qeyri-mümkün kimi görünən bir şeyin Onun “Ol” deməsi ilə reallaşacağının fərqindədir. Buna görə də, Allahın nemətlərinə çatmaq üçün heç bir şeyi keçilməz bir əngəl olaraq görməz. Əksinə, hər cür çətinliyi və maneəni duası ilə keçər.

Duanın, istək və ehtiyaclarımızı Allaha eşitdirməkdən başqa, Allahı xatırlamağın və ucaltmağın bir yolu olduğunu söyləmişdik. Quranda xüsusilə peyğəmbər dualarında Rəbbimiz sifətləri ilə birlikdə ucaldılır. Aşağıdakı bir neçə nümunə bunu görmək üçün kifayətdir:

Duada qəlibləşmiş ifadələrdən qacınmaq

Dua deyildikdə ağıla insanın Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını eşitdirməsi gəlir. Bunun üçün isə duada Allaha qarşı səmimi bir üslubun yaşanması lazımdır.

Duada şablon və qəlibləşmiş ifadələrin tez-tez təkrarlanmasının tək səbəbi duanın səmimi bir ibadətdən çıxıb bir növ vərdiş və ya ənənə halına gəlmiş olmasıdır. Allahın əzəmətini hiss edən, Onun əzabından qorxan və razılığını qazanmağı istəyən insan, ürəyindən gələn səmimi və dürüst ifadələrlə Ona yönələr. Eyni şəkildə özünü Allaha təslim etmiş, dost və yardımçı kimi Onu mənimsəmiş olan insan, hər cür çətinliyini və dərdini Ona açar. “... Mən dərdqəmimi yalnız Allaha açıb söyləyirəm ...” (Yusif surəsi, 86) deyən Yaqub Peyğəmbər kimi ruhundakı bütün çətinliklərini və tələblərini Ona söyləyir, hər cür kömək və xeyiri Ondan diləyir.

Dua edən insan bu cür bir səmimiyyət içərisində deyilsə və duanı yalnız yerinə yetirilməsi lazım olan bir rəsmiyyət və ya razılıq edilib edilməyəcəyi müəyyən olmayan bir tilsim olaraq görürsə, təbii olaraq qəlibləşmiş ifadələr işlədir. Nə demək olduğunu heç anlamadığı və ya üzərində heç düşünmədiyi bəzi bəzəkli cümlələri sıralayaraq özünə görə bir dua edəcək. Bunun Quranda təsvir edilən dua olmadığı isə çox açıqdır.

Halbuki, dua insanın Allah ilə səmimi bir bağlantısıdır. Hər insanın içində olduğu problemlər, istəkləri, arzuları, ruh halı bir-birindən çox fərqlidir. Dua əsnasında əhəmiyyətli olan sözlər deyil, qulun o ankı ruh halıdır.

Quranda nümunə olaraq göstərilən dualar, peyğəmbərlər və möminlərin ruh hallarını əks etdirən çox səmimi və qəlbən Allaha yönəlmələridir.

Duada tələskən davranmaqdan qacınmaq İnsan fitrəti tələskən bir varlıqdır. Yaradılışındakı bu tələskənlik ön plana çıxdığı zamanlarda da, hərəkətlərinin nəticəsini düşünmədən davranır. Buna görə Quranda, “İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Tələsməyin!” (Ənbiya surəsi, 37) şəklində bildirilir. Bu tələskənlik ümumiyyətlə dünya nemətlərinin əldə edilməsi mövzusunda ön plana çıxar.

İnsan cənnətə və Allahın nemətlərinə qarşı böyük bir istək duyar. Bu nemətlərin bənzərlərinin dünyada da yaradılmış olmasının səbəblərindən biri, cənnətin xüsusiyyətlərini bir az daha yaxşı qavranmasını, cənnətə duyulan istəyin artmasını təmin etməkdir. Halbuki, insan həm bu nemətlərə duyduğu istəkdən, həm də tələskən, hövsələsiz olduğundan ötəri nəfsinin arzu etdiklərinin dərhal reallaşmasını istər. İnsanın bu tələskənliyi zaman-zaman dualarına da əks oluna bilər. Dua etdiyi zaman dərhal duasına qarşılıq verilməsini istəyir. Duasına qarşılıq alması bir az gecikirsə “dua da edirəm, ancaq qəbul edilmir” şəklində çox səhv bir məzəmmət edə bilər. Səbirsizlik, zamanla ümidsizliyə, hətta duanın tərk edilməsinə qədər gedər.

Halbuki, mömin bilir ki, özü üçün nəyin xeyirli olduğunu ən yaxşı bilən Allahdır. “... Olar ki xoşunuza getməyən bir şey sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilir, siz bilməzsiniz” (Bəqərə surəsi, 216) ayəsi insana bunu xəbər verir. Bu səbəblə, insan Allahdan bir şeyi istədiyində təqdiri Ona buraxmalı, Ondan hər şərtdə razı olmuş bir şəkildə səbirlə gözləməlidir. Bəlkə dua edərək tələb etdiyi şey özünə bir fayda verməyəcək, o səbəblə Allah bunu özünə vermir. Bəlkə də o xeyirə çatması üçün müəyyən bir yetkinliyə qovuşması, bunun üçün də bir müddət öyrədilməsi lazımdır. Bəlkə Allah özünə daha da xeyirli bir başqa nemət verəcək, amma səbrini və sədaqətini sınayır. Bütün bunlar dua edən insanın, duasında səbirli və qərarlı olması, Allahın rəhmətindən əsla ümid kəsməməsi lazım olduğunu göstərir. Necə ki, Quranda, duada səbirli olmağa xüsusilə diqqət çəkilir:

Quranda dua edərkən qərarlı olmaq tövsiyə edilmişdir. Dua bir ibadətdir və duada səbirli olmaq dua etmək baxımından əhəmiyyətlidir. Səbirlə dua etmək duada edilən istəklərə olan ehtiyacın, bu mövzudakı çətinliyin, daha əhəmiyyətlisi Allaha olan yaxınlığın artdığının göstəricisidir. Duada səbir göstərmək mömini yetkinləşdirər, ona güclü bir iradə və xarakter qazandırar. Duada səbir göstərən mömin, duasının qarşılığını, istədiyi şeylərin çoxundan daha qiymətli olan, dərin bir mənəvi hal qazanaraq alır.

Peyğəmbərlərin çoxu Allaha olan tələblərini bəzən illər boyu heç dayanmadan duayla ifadə etmişlər, Allah isə onlara istədiklərini bəzən illər sonra vermişdir. Yaqub Peyğəmbər-ın oğlu Yusif Peyğəmbər-a qovuşması, Yusif Peyğəmbər-ın illər boyu qaldığı zindandan xilas olaraq güc və iqtidar sahibi olması, Əyyub Peyğəmbərin şeytanın özünə etdiyi əzabdan xilas olması, bunların hamısı böyük səbir nümunələridir.

Allah bu saleh qullarının dualarının qarşılığını müəyyən bir müddət dayandıraraq onlara xeyir diləmiş, onları bu sayədə yetkinləşdirmiş, öyrətmiş, sədaqət və ixlaslarını gücləndirmiş, onları cənnətdə yüksək mövqelərə layiq qullar halına gətirmişdir.

Bu səbəblə, etdiyi bir duanın qarşılığını görmək üçün tələskən davranmaq əsla və əsla bir möminə yaraşmaz. Möminin yeganə vəzifəsi Rəbbimizə qul olması və Onun özü üçün təyin etdiyi qədərə razılıq göstərməsidir. Bunun üçün saleh bir mömin duasını bu qulluq vəzifəsinin bir hissəsi kimi etməlidir.