Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah ağılla bilinir: Allah böyükdür

Mündəricat
  1. Giriş
  2. Yoxluqdan varlığa
  3. Göylərdəki və Yerdəki dəlillər
  4. Elm adamları Allahın dəlillərini təsdiq edir
  5. Elmi həqiqətlər və Quran möcüzəsi
  6. Allah böyükdür
  7. Vəd edilən həqiqi yurd: axirət
  8. Nəticə

Bu rəhbərdə Allahın sonsuz elminin, sonsuz ağlının və sonsuz gücünün dəlillərinin sadəcə olaraq çox məhdud bir qismini gördük. Hər biri yaradılışın bir dəlili gördük. Hər biri yaradılışın bir dəlili olan saysız varlığın bir-birləri ilə olan uyğunluğu nəticəsində meydana gələn quruluşdan bəhs etdik. Elə bir quruluş ki, hər şey incə-incə tənzimlənmiş, insan ağlının əhatə edə bilməyəcəyi təfərüatla birlikdə heç bir qüsur olmadan yaradılmışdır. Məsələn, nəfəs almaq insanın həyati funksiyalarından biridir. Amma buna müvəffəq olmaq üçün ən asan bir cəhd göstərməsinə belə ehtiyac yoxdur. Həm xarici mühitdə, həm də bədənində lazım olan bütün şərt, Allah tərəfindən qurulub yaradılmışdır. İnsan doğulduğu andan ölənə qədər heç jayanmadan nəfəs alır, amma bu funksiyanın həyata keçə bilməsi, üçün hansı ünsürlərin bir yerdə olması lazım olduğunu bilirsinizmi?

Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki azot, oksigen və karbon-dioksid nisbətinin çox yaxşı tənzimlənmiş olması lazım gəlir. Bu tarazlıqda kiçik dəyişikliklərin olması insanın ölümünə gətirib çıxaran nəticələr doğura bilər. Allah bu nisbətin qorunması üçün saysız faktoru yaratmışdır. Günəşdən, günəşin işığını alaraq fotosintez edən bitkilərə, torpağın içini bürüyən mikroorqanizmlərə qədər bir çox varlıq bu nisbətin qorunmasında cavabdehdir. Yağan yağışlar, çaxan şimşəklər, təzyiq səviyyəsi, yerin nüvəsindəki elementlərin nisbəti və saymaqla bitməyən çox ünsür vasitəli və vasitəsiz olaraq bu qaz nisbətinin qorunması üçün fəaliyyət göstərirlər. Bunlardan biri olmasa, məsələn, gözümüzlə belə görmədiyimiz mikroorqanizmlər fəaliyyətlərini dayandırsa: azot dövriyyəsi, karbon-dioksid dövriyyəsi kimi bir çox həyati funksiya bir anda dayanır. Buna görə də bir-birinə sürətlə təsir edən sistem proqramı bir anda pozular. Ancaq ətrafınıza baxarkən görəcəyiniz quruluş və tarazlıqdan asanlıqla başa düşəcəyiniz kimi belə pozulma milyardlarla ildir meydana gəlməmişdir. Və bundan sonra da Allahın istədiyi vaxta qədər bu cür hadisə olmayacaq. Çünki, Allah incə tənzimləmələrlə tarazlanmış bu sistemləri tək-tək hər an fəaliyyət halında saxlamaqda və kainatdakı bütün quruluş Allahın əmri ilə bu müthiş harmoniyanı qoruyur. Allah, insanların Öz böyüklüyünü dərk etmələri üçün kainatdakı quruluşu saysız incəliklə birlikdə yaratmışdır. quranda Allahın bu quruluşdan bəhs edərkən, "... Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə ehtiva etdiyini bilsəniz deyə, Allahın əmri onların arasında nazil olar" (Talaq surəsi, 12) deyilir. Bu quruluş elə incəliklərdən ibarətdir ki, insan düşünməyə haradan başlayacağını bilmir. Çünki, Allahın ağlı, elmi və qüdrəti sonsuzdur. Tək bir hadisənin içində istədiyi qədər incəlik meydana gətirir. Biz yatarkən, oturarkən, yeyərkən, ağlımızdan belə keçirtmədiyimiz halda Allah kainatda var olan bütün sistemi tək-tək işlədib idarə edir. Varlığımızın davamı üçün meydana gələn proseslərin hər biri Allahın nəzarətindədir. Kiçik bir addım ata bilməyimiz belə, yerin cazibə qüvvəsindən skelet sistemimizə, sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta dünyanın fırlanma sürətinə qədər hər şeyin Allah tərəfindən ayrıca hesablanmasından asılıdır. Dünyanın və bütün kainatın varlığını davam etdirə bilməsini təsadüflərə bağlamaq isə çox böyük bir səhv olar. Əslində dünyadakı və kainatdakı hər quruluş, təsadüfə qətiyyən yer olmadığının və Allahın varlığının açıq bir dəlilidir. Məsələn, yer günəş ətrafında fırlanarkən, elə bir orbit çəkir ki, hər 29 km.-də bir doğru cizgidən yalnız 2,8 millimetrlik kənara çıxır. əgər bu kənara çıxma 0,3 millimetr az və ya 0,3 millimetr daha artıq olsa, yer üzündəki canlılar donaraq və ya qovrularaq ölərdilər. Kiçik bir bilyenin belə kənara çıxmadan eyni orbitdə fırlana bilməsi haradasa, mümkün deyilkən, böyük kütləsilə dünya belə bir fırlanmanı həyata keçirir. "... Allah hər şey üçün bir ölçü təyin etmişdir" ayəsində bildirildiyi kimi, ətrafımızda gördüyümüz m.htəşəm quruluş, Allahın sonsuz ağlı, gücü və qüdrəti sayəsində ortaya çıxır. (Talaq surəsi, 3). İnsanların çoxu, Allahın varlığına inansalar belə, Allahın "hər şeyi yaratdığı", sonra bu quruluşun öz özünə davam etdiyi şəklində səhv birinanca sahibdirlər. Lakin kainatın hər nöqtisində hər an meydana gələn bütün hadisələr Allahın izni ilə, Onun biliyinə və nəzarətində həyata keçir. Quranda bildirildiyi kimi:

"Məgər bilirsənmi ki, Allah göydə və yerdə nə varsa, hamısını bilir? Həqiqətən, bu bir kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır" (Həcc sürəsi, 70).

Siz səssiz sakit bir şəraitdə bu yazını oxuyarkən, xəbərimiz belə olmadan kainatın hər küncündə saysız fəaliyyətlər davam etməkdədir. Bunlardan bir neçəsini nəzərdən keçirək: hər saniyə yer üzərinə 16 milyon ton su düşür. Və eyni miqdarda su yerdən buxarlanaraq havaya qarışır. Buxarlanma yalnız dəniz və okean sularından deyil, göllər və axar sulardan, hətta yerin dərinliklərindən belə asanlıqla təmin olunur. Siz bu paraqrafı oxuyarkən ən az 2-3 saniyə keçdi və bu anda Allahın izni ilə 16x3=48 milyon ton su yerə düşdü və eyni anda bu qədər su buxar olaraq təkrar havaya qarışdı. Hər saniyə dünya üzərində təqribən 100 şimşək çaxır. Son bir saatda dünyanın müxtəlif yerlərində 36.000 şimşək Allahın nəzarətində əmələ gəlir. Hər şimşək çaxmasında da trilyonlarla ton azotdioksid molekulu açığa çıxaraq atmosferdə var olan 78% azot nisbətini qorudu. Torpaq, ucu-bucağı olmayan bir fabrik kimi quruluşunda bəslənən trilyonlarla bakteriya ilə dayanmadan etdiyi azot reaksiyasına bu anda da davam edir. Siz bu anda bu cümləni oxuyarkən günəş 564 milyon ton hidrogeni, 560 milyon ton heliuma çevirdi, yerdə qalan 4 milyon ton hidrogeni də enerjiyə bərabər, qorxunc bir işıq və radiasiya yumağı əmələ gəldi. 52 Bizə sadəcə olaraq gözəl bir istiliklə aydınlıq verən günəş, əslində bu anda qıp-qırmızı qaz buludlarından əmələ gələn dərin bir quyudur. Qaynayan, üzərindən milyonlarla kilometr uzağa fışqıran böyük alov girdabları, dibindən səthinə doğru yüksələk böyük xortumlardan əmələ gəlir və bir saniyədə insanlığın mədəniyyətin başlanğıcından bəri sərf ətdiyindən belə daha artıq enerji verir. Biz isə bu enerjinin 2 milyardda birini sərf edirik. Saniyələr, saatlar keçir, günəş heç dayanmadan enerji verir. Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və dünyanın maqnetik sahəsi tərəfindən süzülür. Günəş, bizim yaşamağımız üçün xüsusi olaraq yaradılmış bir işıq qaynağıdır. Allah Quranda bunun hikmətini belə açıqlamışdır:

Göyləri və yeri yaradan, göydən yağış endirən, o yağışla sizin üçün ruzi olaraq cürbəcür meyvələr yetişdirən Allahdır... Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. Allah sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.

İbrahim surəsi, 32-33

Yuxarıda bildiklərimiz sadəcə olaraq, Allahın ən yaxınımızda olan günəşdə meydana gətirdiyini hadisələrdən bir neçəsidir. Daha uzaqlarda olan, sadəcə olaraq gecələr göyü bəzəyən ulduzların bir çoxu günəşdən qat-qat böyükdür. Biz gecələr göy üzündə yalnız estetik bir görünüş və sakitlik görürük. Lakin bir çoxunda meydana gələn proseslər nəticəsində çıxan enerji günəşin enerjisi ilə müqayisə belə edilməyəcək qədər yüksəkdir. Siz bu anda heç bir dağılma hiss etmirsiniz; evinizdə, otağınızda, heç bir yerdə dağılma yoxdur; amma dünyamız kosmosda böyük kütlədə saniyədə 30 km. sürətlə yol alır. Allahın qurduğu sistem elə mükəmməldir ki, biz hələ də bu müthiş sürəti hiss etmədən həyatımızı davam etdirə bilirik. Bundan başqa Yerin Günəş ətrafında sürəti, silahdan çıxan hər mərminin sürətinin təqribən 60 qatı, yəni saatda 108.000 km.-dir. Belə böyük bir surətlə hərəkət edə bilən bir nəqliyyat vasitəsini idarə etsəydik, dünyanı 22 dəqiqədə fırlanardıq. Yer günəş ətrafında belə surətlə fırlanarkən eyni zamanda günəşlə saniyədə 20 km. sürətlə də Veqa ulduzuna doğru hərəkət edir. qalaktikalarımız isə bütün günəşləri, planetləri, quyruqlu ulduzları və dünyaları ilə tam bir dövr hərəkətini tamamlamağa çalışır. Bu hərəkəti isə 200 milyon ildə tamamlaya bilir. Var olan hər şey kimi göy cisimləri də Allaha boyun əymiş vəziyyətdədirlər və hər addımları Allahın nəzarətindədir, Quranda xəbər verdiyi kimi:

... Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir.

Bəqara surəsi, 116

Dünyamızın həyata keçirdiyi bu əhatəli səyahətdən bizim xəbərimiz belə olmaz, bunu ancaq oxuduğumuz kitablardan öyrənirik. Bu səyahət bizim həyatımıza mənfi yöndə təsir etməz; belə bir sürətdə dünyanın üzərində heç bir canlı qalmaması labüdkən, Allahın yaratdığı cazibə qanunu və qurduğu bir çox quruluş nəticəsində dünyada olanlar bu səyahəti heç hiss etmirlər. Yenə bu anda 8 milyard insanın qəlbi, beyni, mədəsi, qara ciyəri, sinir, tənəffüs və müdafiə sistemləri Allahın biliyi daxilində, Onun izni ilə işləyir. Torpağın altında və üstündə yaşayan bütün canlılar bu anda Allahın izni ilə ruzisini alır və hamısının ruzisini Allah verir. Ovlanmaları, qidalanmaları, təhlükədən qorunma sistemləri tək-tək Allahın nəzarətində yaradılır. Quranda bu sirr bizə xəbər verilir:

Yer üzərində yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır.

Hud surəsi, 6

Dünyada olan, cəmi 2 milyon heyvan növünün hər birinin bütün funksiyaları Allahın izni ilə işləyir. İndi kitabı əlinizdən qoyub, pəncərədən bayıra baxsanız bir çox canlı görə bilərsiniz. Bəlkə bu günə qədər bu şəkildə heç düşünməmisiniz, amma bunların yaradılması da, ölümləri də, siz pəncərədən baxdığınız anda etdikləri də Allahın izni ilə həyata keçir. Yenə də siz səhifəni oxuyarkən dünyanın müxtəlif yerlərində küləklər əsir və tonlarla ağırlıqdakı buludları yerindən qaldırır. Bəlkə otağınızdan içəri günəş işığı sinir, amma dünyanın sizin bilmədiyiniz bir yerində hər yeri buzlar örtmüş, başqa bir yerində yağışlar yağır, bu vəziyyəti Allah bizə Quranda yağan hər yağışın öz qatından müəyyən bir miqdarda endiyini bildirir. Qarda onun qatında bəllidir, buzun qalınlığı da... Üstəlik dünyanın hər yerində cücərən saysız toxumun biliyində... Həqiqət budur, çünki, ... O bilmədən heç bir meyvə qabığında çıxmaz, heç bir qadın hamilə olmaz, və bari-həmlini yerə qoymaz. (Fussilət surəsi, 47).

Yuxarıdakı ayədə də bildirildiyi kimi bu anda dünyanın hər yerində dünyaya gəlir. Eyni zamanda bir çox da ölüm hadisəsi olur. İnsanlar harada doğulacaqlarını, necə bir həyat yaşayacaqlarını və yenə harada, nə zaman öləcəklərini .zləri bilmirlər, amma bu biliklərin hamısı Allahın qatında qəti olaraq bəllidir. Bu həqiqətə Quranda belə diqqət edilir:

... Heç kəs sabah nə edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, və xəbərdardır.

Loğman surəsi, 34

İndi daha yaxın bir yerə, evinizə gələk. Bu anda bədənimizdə olan sistemlərin hər birinin dayanmadan işlədiyini onsuz da bilirsiniz. Bəs otaqda tək olmadığınızı, Allahın sizdən başqa bir çox canlı daha yaratdığını, içində olduğunuz o kiçik məkanda yüz minlərlə fəaliyyətin davam etdiyini bilirsinizmi? Məsələn, dərinizin üstündə olduqca sıx bir hərəkət vardır. Dərinizdə olan "axar"lar bir yandan həyatlarını davam etdirərkən, bir yandan da dəri üstündə toplanan ölü hüceyrələri təizləyərək siz fərqində belə olmadan sizi qoruyurlar. Dərinizin üstündə milyonlarla faydalı və zərərli bakteriya dayanmadan mübarizə edir və hamısının qidalanmasından mikroskopik bədənlərində olan həzm sistemlərinə qədər bildiyiniz və ya bilmədiyiniz bütün fəaliyyətlər Allahın nəzarəti ilə baş verir. Nəfəs aldığınız havada milyonlarla mikroorqanizm vardır. Hər biri Allahın izni və qüdrəti ilə vəzifələrini yerinə yetirir. Bu, göz ilə görülməyən aləmin üzvləri bu an böyük ehtimal ki, bostanınızda da mövcuddur. Bəlkə, sabah bostanınızın qapısını açarkən, bir portağalın yüngülcə kifləndiyini görəcəksiniz. Bu hadisə indi sizin xəbəriniz belə olmadan orada olan bakteriyaların qida ehtiyaclarını təmin etmə səyləri səbəbiylədir. Evinizin bir yerində fotosintez kimi olduqca mürəkkəb bir prosesi həyata keçirən gülünüz isə evinizdəki digər bir canlıdır. Gördüyünüz və ya görmədiyiniz quruluşlar hər an Allahın izni ilə işləyir. Sizi də, elədiklərinizdə, canlı-cansız bütün varlıqları da Allah yaradır və nəzarətində saxlayır. Dünyada atmosferdən litosferə, hidrosferdən biosferə qədər olan həssas ölçülü və tarazlı həyat, günəş sistemində olan doqquz planetin hər an aldığı yol, o planetlərdə meydana gələn bütün hadisələr də Allahın nəzarətindədir. Allah sonsuz elmi ilə bunları yaradır və tənzimləyir. Sonsuz gücü və qüdrəti ilə hər şeyi qoruyur və fəaliyyətlərini davam etdirmələrinə izn verir.

Tanınmış alim JEAN GUİTTON bu məsələni belə açıqlayır:

"Kainat, qurulmuş bir maddənin, sonra həyatın ən sonda da zəkanın ortaya çıxmasına nail olmaq üçün dəqiqliklə tənzimlənmiş kimi görünür. Universal dəyişməzlərdən biri-məsələn, cazibə qüvvəsi, işıq sürəti, ya da Plank sabiti- başlanğıcda ən asan bir dəyişmə uğrasaydı, kainatın canlı və şüurlu varlıqları yaşamaları üçün heç bir şansı tapılmaz, hətta bəlkə də kainatın özü də ortaya çıxmazdı. Bu təəccübləndirici incəlikdəki tənzimlənmə təkcə təsadüfmüdür, yoxsa, qurucu bir zəkadanmı doğmuşdur?.. Təbiətin əsas dəyişməzləri və həyatın ortaya çıxmasına səbəb olan ilk şərtlər heyrətləndirici bir dəqiqliklə TƏNZİMLƏNMİŞDİR. 53

Allahın Yaratdığı Quruluşda İnsandan Başqa Şüurlu Varlıqlar da Var

Bura qədər bildiyimiz bütün hadisələr və canlılar haqqında teleskop, mikroskop və ya hər hansı bir texniki aləti istifadə edərək məlumat ala bilərsiniz. Ancaq sizə çox yaxın olan, fəqət sizdən çox fərqli bir ölçüdə yaşayan iki varlıq vardır ki, bəlkə də bir çox insan onların varlığını həyatı boyunca heç düşünməz. Quranda bildirildiyinə görə, mövcudluqlarından qəti əmin olan bu varlıqlar, sağınızda və solunuzda olan yazan mələklərdir. Allahın əmri ilə hər düşündüyünüzü və hər etdiyinizi dayanmadan yazırlar. Allah bu mələklərin vəzifələrini ayələrdə belə bildirmişdir:

And olsun ki insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxırıq. Xatırla ki, sağında və solunda onun bütün əməllərini yazan iki mələk oturmuşdur. Dediyi hər sözü onun yanında hazır durub gözləyən iki mələk vardır.

Qaf surəsi, 16-18

Yazan mələklər Allahın yaratdığı və bir-birindən fərqli vəzifələr verdiyi mələklərə yalnız bir nümunədir. Bunun kimi Quranda bildirilən daha bir çox mələk vardır; cənnət mələkləri, cəhənnəm zəbaniləri, Allahın əşrini daşıyan mələklər, vəhy mələkləri, Allahın izni ilə insanlara yardım edən mələklər... Mələklər, insanlardan fərqli olaraq bir imtahana çəkilməzlər. Allahın çox üstün bir əxlaq verdiyi, dayanmadan Allahı zikr edib, ucaltmaq və yalnız itaət etmək üçün yaradılmış varlıqlardır. Mələklərdən başqa sizinlə eyni mühitdə olan başqa varlıqlar da vardır; Allahın insanlardan fərqli bir ölçüdə yaratdığı, amma eyni insanlar kimi imtahana çəkiləcək, Allah qarşısında axirət günü hesab verən cinlər... Quranda cinlərdən bəhs dilərkən belə deyilir:

Cinlərin əcdadı, canı da tüstüsüz oddan O xəlq etdi.

Rahmən surəsi, 15

Ayədə deyildiyi kimi "tüstüsüz bir oddan" yaradılan bu varlıqlar, siz fərqində olmasanız da Allahın özləri üçün yaratdığı bir məkanda həyatlarını davam etdirirlər. Onlar da doğulur, böyüyür və ölürlər. Bu varlıqların insanlarla eyni olan yaradılış məqsədləri isə Quranda bu şəkildə bildirilmişdir:

Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.

Zariyat surəsi, 56

Allahın Yaratma Sənəti

O yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu zikr edib, şəninə təriflər deyər. O yenilməz qüvvət və hikmət sahibidir. (Həşr sürəsi, 24). Kainatın hər nöqtəsi Allahın böyüklüyünü əks etdirir. Amma Allahın sonsuz gücünü və elmini bildirməyə əsla kifayət etməz. Allah bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibidir. Bu rəhbərdə bildirilən isə Allahın gözəl adlarının bu kainatda görülə bilən bir neçə nümunəsidir. Allahın elmi, ağlı, qüdrəti, rəhməti, mərhəməti, əzli, ehsanı sonsuzdur. Hər insan isə ağlı və vicdanı ölçüsündə Allahın böyüklüyünü dərk edə bilmək üçün səy göstərməlidir. "Sonsuz" kəlməsi Allahın böyüklüyünü dərk edə bilmək üçün üzərində düşünülməsi lazım olan bir anlayışdır. Məsələn, məhdud edilmiş ömürlərini tamaladıqdan sonra Allah insanları yeni bir yaradılışla yaradacaq və bundan sonra dünyada etdiklərinin bir qarşılığı olaraq cənnət və ya cəhənnəm də davam edəcək olan sonsuz ömürlərini başlayacaqdır. Burada yüz deyil, min deyil, yüz min və ya milyard ildə deyil, trilyon ya da kartrilyon ildə deyil, sonsuz həyatın nə qədər davam edəcək bir ömürdən bəhs edilir. Belə bir örnəklə sonsuz həyatın nə dərəcədə qeyri-adi olduğunu vurğulaya bilərik. Yüz trilyon insan olsa, gecə-gündüz heç dayanmadan yüz trilyonu yüz trilyona vursalar və yüz trilyon il ömürləri olsa və ömürləri boyunca bu işlə məşğul olsalar, yenə də sonsuz həyat hesablaya bilməyəcək qədər uzun bir zamandır... Lakin Allah elə böyük bir elmə sahibdir ki, insanın düşüncəsinə görə "sonsuz" olan Allahın qatında bitmiş vəziyyətdədir. Zamanın ilk yaradıldığı andan sonsuzluq anına qədər olaraq hər hadisə, hər düşüncə, vaxtları və şəkilləri ilə Allahın elmi ilə müəyyən olunmuş və bitmişdir. Bu həqiqət Quranda belə bildirilir:

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! And olsun ki, Biz sizin kimləri məhv etmişik. Amma heç ibrət alan varmı?! Onların etdiyi hər şey dəftərdədir!

Qəmər surəsi, 49-52

İnsan Allahın elminin böyüklüyünü gücünün yetdiyinin artıqlaması ilə dərk edə bilmək üçün ciddi olaraq səy göstərməli və düşünməlidir. İnsanlıq tarixindən bu günə qədər milyonlarla insan yaşamışdır. Yəni Allah milyardlarla güt göz, milyardlarla dəyişik barmaq izi, milyardlarla fərqli göz toxuması, milyardlarla dəyişik insan tipi yaratmışdır və əgər istəsə bu insanlardan sonsuz sayda yarada bilər. Çünki ayədə də deyildiyi kimi...

"Allah məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir."

Fatir surəsi, 1

Allah insanın heç bilmədiyi və sahib olduğu məhdud ağılla dərk etəməkdə çətinlik çəkəcəyi daha bir çox şey yaratmağa qadirdir. Dünyada biz qullarına verdiyi ucu-bucağı bəlli olmayan hər şeyin xəzinələri Allahın qatındadır. Bizə sadəcə olaraq istədiyi qədərini miqdar ilə endirmişdir:

Elə bir şey yoxdur ki, onun xəzinələri bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən qədər endirdik.

Hicr surəsi, 21

Allahın üstün yaratmasındakı bu həqiqət bizim bildiyimiz və bilmədiyimiz bütün anlayışlar üçün uyğundur. Necəki, "... Allah hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır", ayəsində də Allahın bilmədiyimiz necə şeylər yaratdığına diqqət edilmişdir.

Nəhl surəsi, 8

Allah bizim bilmədiyimiz, görmədiyimiz bir çox aləmi və varlığı da yaratmışdır. digər aləmlərin varlığını daha yaxşı başa düşmək üçün belə düşünə bilərik: Necə ki, bir rəsmə baxarkən yalnız en və uzun olmaqla iki ölçü görürüksə, içində yaşadığımız dünyaya baxarkən də en, uzun və dərinlik olmaqla 3 ölçülü dərk edə bilərik. Bundan artığını isə qavraya bilmərik. Lakin Allah qatında bizim bildiklərimizdən başqa ölçülərdə yaradılmışdır. Yuxarıda bəhs etdiyimiz mələklər bu fərqli ölçülərdən birində yaşayan varlıqlardan biridir. Mələklər də olduqları ölçü və məkandan bizləri görür və duyurlar. Hətta iki tərəfimizdəki yazan mələklər hər anımıza sahibdirlər. Hər danışdığımızı, hər etdiyimizi yazırlar. Ancaq biz onları görə bilmirik. Allahın Quranda varlıqlarını bildirdiyi cinlər də yenə ayrı bir ölçüyə aid varlıqlardır. Onlar da eynilə insanlar kimi həyatları boyunca sınağa çəkilirlər və cavabdeh olduqları kitab Qurandır. Ancaq sahib olduqları xüsusiyyətləri insanlardan çox fərqlidir. İnsanların bağlı olduqları səbəb-nəticə əlaqələrindən çox fərqli səbəblərdən asılı olaraq yaradılmışdır. Bunlar Allahın yaratmasındakı bənzərsizliyinin dərk olunması səbəbindən üzərində düşünülməsi lazım olan həqiqətlərdir. Allah sonsuz sayda kainat, sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa qadirdir. Bununla bərabər hər birini çox fərqli xüsusiyyətlərlə yarada bilər. Necə ki, Allah axirətdə cənnəti və cəhənnəmi yaradacaqdır. Cənnət və cəhənnəm bizim dünyada adət etdiyimizdən çox fərqli bir yaradılışla olacaqdır. Məsələn, dünyada daima pozulma, yaşlanma, çürümə, tükənmə vardır. Lakin cənnətdə sonsuza qədər davam edəcək zaman içərisində heç bir şey pozulmayacaqdır. Allahın Quranda bəhs etdiyi dadı dəyişməyən süddən çaylar cənnətin diqqət çəkən xüsusiyyətlərindən bir nümunədir. Cənnətdə insan bədəni yuyulmayacaq, yaşlanma əsla olmayacaqdır. Allah Quranda cənnətdə hər kəsin yaşıd olduğunu bildirir və cənnət insanları sonsuza qədər ən gözəl halları ilə, heç yaşlaşmadan, bir-birilə yaşıd olaraq yaşadacaqdır. Allah yenə Quranda tükənməyən qaynaqlardan içkilər olduğunu bildirir. Cəhənnəmdəki yaradılış da tamamilə başqadır. Heç bir insan orada yaşamadan orada olan əzabın necə olacağını bilməz.

Sonsuzluğu Düşünmək

Allah dünyadakı hər şeyi məhdud yaratmışdır. Hər işin bir sonu vardır. Bu səbəblə "sonsuz" anlayışını anlaya bilmək üçün üzərində düşünmək və bilinən bəzi ölçülərlə müqayisə etmək lazımdır. Belə bir müqayisə üçün bu nümunəni verək: İçində olduğumuz kainatın, əslində bir atomun nüvəsi olduğunu düşünün. İçində oldüğümüz kainatın xaricinə maraq göstərərək araşdırma apardığımızı fərz edək. Olduğunuz nöqtədə araşdırma apararaq çata biləcəyiniz ən uc yer atomun xarici sərhəddi olacaqdır. Çəyirdəklə xarici sərhəd arasında kəşf etdiyiniz hər elektronda böyük bir mərhələ qeyd etdiyini düşünürsünüz. Atomun xarici sərhəddinə çatdığınız zaman isə bunun davamında da ən çox kainatın eyni şəkildə davam etdiyinə ehtimal verirsiniz. Fəqət içində olduğunuz atomun böyüklüyünə bənzər düşünməyəcəyiniz qədər çox sayda atom olabiləcəyini xəyalınıza belə gətirə bilməzsiniz. Bu nümunəyə oxşar şəkildə içində yaşadığımız kainatı çox böyük zənn edə bilərik. Öz ölçülərimizlə ya da dünyanın ölçüləri ilə müqayisə edildiyində kainat, ucu-bucağı bəlli olmayan bir yer olduğu üçün təbii ki, bizə böyük görünür. Lakin bəlkə gözümüzdə belə böyütdüyümüz kainat digər kainatlarla müqayisə edildiyində bir atomun iüi qədər bir yer tutur. Bunun ən doğrusunu isə Allah bilir. Allahın kainatda yaratdığı bütün atomların sayını isə demək çox çətindir. Lakin onları qüsursuz olaraq yaradan allah bəlkə də hər birinin içində eyni ilə bizim kainatımıza bənzəyən qüsursuz kainatlar yaratmışdır. Necə ki, ayələrdə Allahın sonsuz yaratma gücünə diqqət edilir: Məgər göyləri və yeri xəlq edən Allahın onları eynilə yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalimlər ancaq öz küfrlərində israr edib dururlar. (İsra surəsi, 99). Bizim sahib olduğumuz bilik sadəcə olaraq Allahın izn verdiyi qədərdir. Allah qatındakı bilik isə sonsuzdur. Məsələn, Allah dünyada insan üçün 7 əsas rəng yaratmışdır. biz 8-ci rəngi zehnimizdəki canlandıra bilmərik. Lakin Allah 8, 9, və ya 10, hətta daha çox artıq əsas rəng yarada bilər, amma biz Allahın bizə göstərdikləri xaricindəkiləri dərk edə bilmərik. İnsanın beş duyğusu vardır, altıncını xəyalına belə gətirməz. İnsanın yuxusunda yalnız dörd duyğusu olsa, beşinci bir duyu var deyilərkən bunun nə mənaya gəldiyini başa düşməyə bilər. Lakin Allahın 6 duyu yaratmaq üçün sadəcə olaraq "ol" deməsi kifayətdir. Bunun kimi Allah qatında heç bilmədiyimiz duyular da ola bilər. Bəlkə də bunların bir qismini bizə axirətdə göstərəcək. Hər nə qədər bu mövzu ilə əlaqədar deyiləcək bir çox ehtimal olsa da, nəticə olaraq bunların hamısı Allahın bizə dünyada öyrətdiyi biliklər istiqamətində inkişaf etdirilən fikirlərdir. Ancaq burada unudulmaması lazım olan mühüm bir nöqtə vardır; Allahın gücü və böyüklüyü sonsuz olduğu üçün bildirilənlərin hamısının Allahın istədiyi anda həyata keçirməsi mümkündür. Biz isə Allahın bizə öyrətdiyi xaricində heç nə haqqında qəti bir şey deyə bilərik və Allahın bildirdikləri xaricində heç bir biliyə sahib ola bilmərik. Buraya qədər Allahın ən kiçik aləmlərdən ən böyük aləmlərə qədər yaratdığı saysız dəlildən ancaq çox az bir qisminə müraciət edə bilirik. Allahın elminin əhatə etdiyi biliklərin hamısını başa salmağa çalışsaydıq da buna əsla nail ola bilməzdik. Düşünün ki, tək bir insanla əlaqəli məlumatlar bu DNT-nin içərisinə 1 milyon ensiklopediya səhifəni dolduracaq şəkildə yerləşdirilmişdir. O halda yalnız bu an yaşayan insanların DNT-lərindəki məlumatları bildirməyə başlayacaq, bunu 1 milyon x 8 milyard səhifə ilə ifadə edə bilərik. Bu əlbəttə mümkün deyildir, amma belə bir şeyə nail olduğumuzu fərz edək; ortaya 8 milyard ensiklopediya səhifəsi qədər məlumat çıxar. Bu rəqəm bəlkə sizə ilk anda bir şey ifadə etməyə bilər. O halda belə bir sual soruşaq: 1 milyon və ya bir milyard səhifə məlumatın üst-üstə qoyulduğunda nə qədər ola biləcəyini heç təsəvvürümüzə gətirirsinizmi? Adi bir kitab səhifəsi ölçüsündə 1 milyon səhifəni üst-üstə qoysaq 30 mərtəbəli bir binanın yüksəkliyinə çatarıq. Amma əgər bunu 1 milyard səhifə üçün düşünsək, o zaman qarşısınıza Everest dağından 10 qat daha artıq bir yüksəklik çıxar. 54 Amma bizim DNA üçün verdiyimiz rəqəm 1 milyon da deyil, 1 milyard deyildir, tam 8 milyard... İndi kainatın ucu-bucağı bəlli olmayan böyüklüyü ilə gözlə belə görülməyəcək kiçiklikdəki DNT-ni müqayisə edin. Bir DNT-nin içinə bu qədər məlumat sığışdıran Allahın bu böyüklükdəki kainatda yaratdığı bütün məlumatı ifadə belə edə bilməcəyimizi bir daha anlayırıq. Allah elminin sonsuzluğunu Quranda belə açıqlayır:

Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbimin sözləri tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir!

Loğman surəsi, 27

Göründüyü kimi, biz nə qədər çalışsaq da allahın elmini dərk etməyə gücümüz çatmaz, çünki Allahın elmi sonsuzdur. Biz ancaq Allahın bizə icazə verdiyi qədərini dərk etməyə gücümüz çatır:

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun özünün istədiyindən başqa bir şey dərk edə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları müdafiə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur.

Bəqara surəsi, 255

Kitab boyu Allahın görməyimizə və anlamağımıza izn olunmağa çalışıldı. Bunlar Allahın əmri ilə Onun hər şeyə gücü çatdığını və həqiqətən elmi ilə hər şeyi şərtləndirdiyini bilməyiniz hər incəlikdə Onun böyüklüyünün nümayiş etdirildiyini düşünməyiniz üçün bildirildi. Çünki, bu böyük həqiqəti düşünmək və xatırlamaq Allaha qul olan hər insan üçün bir məsuliyyətdir. Allah bir ayədə belə bildirilir:

Yeddi qat göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar.

Talaq surəsi, 12

Yaddan çıxarmaq olmaz ki, böyük olan Allahdan üz çevirən, Onun ayələrinə fikir verməyərək və ona üsyankar olanlar böyük bir cəzaya layiq görüləcəkdir. Quranda, cəhənnəmdə bu kimi insanlar haqqında veriləcək olan əmr belə xəbər verilir:

Onu tutub qandallayın! Sonra da cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirə bağlayın! Çünki, O, böyük olan Allaha inanmırdı.

Haqqa surəsi, 30-33